Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

 YANVAR-MART, 2010  
  
93 
 1994-cü  ilin  mayında  ermənistanla  atəşkəs  rejimi  qurulduq-
dan  sonra  azərbaycan  hökuməti    cəbhə  xəttinə  yaxın  yerləşən 
və  müharibənin  təsirinə  məruz  qalmış  ərazilərin  bərpasını  plan-
laşdırmağa  başladı.  əsas  məqsəd  çoxsaylı  azərbaycanlı  məcburi 
köçkünlərin həmin yerlərə qayıtması üçün lazımi şəraitlərin yara-
dılmasından ibarət idi. avropa İttifaqının bu mühüm prosesə ilkin 
töhfəsi taCIs (müstəqil dövlətlər Birliyinə texniki yardım) proq-
ramı  oldu.  Həmin  proqram  təsisat,  hüquqi  və  inzibati  islahatlara 
davamlı  dəstəyə  və  keçmiş  sovet  dövlətlərində  keçid  dövrünün 
sosial  nəticələrinin  aradan  qaldırılmasına  yardıma  yönəlirdi.  Öz 
növbəsində, taCIs proqramı 1997-ci ildə avropa İttifaqının Bərpa 
Proqramının tərtib olunması ilə nəticələndi. Həmin il azərbaycanın 
müharibənin təsirinə ən çox məruz qalmış bölgələrində bərpa və 
yenidənqurma işləri üçün nəzərdə tutulan və azərbaycan hökuməti, 
avropa İttifaqı, BmİP, Bmt qaK, İslam İnkişaf Bankı və dünya 
Bankı  tərəfindən  birgə  maliyyələşdirilən  117  milyon aBŞ  dolla-
rı  həcmində  büdcə  əsasında  növbədənkənar  sınaq  Proqramının 
həyata keçirilməsinə başladı. taCIs 2003-cü ildə başlamış yoxsul-
luğun azaldılması strategiyasının həyata keçirilməsi istiqamətində 
də azərbaycana yardım göstərmişdir.
 azərbaycan ilə avropa İttifaqı arasında daha sıx münasibətlərin 
qurulmasına  doğru  atılmış  digər  addım  2004-cü  ildə  ölkəmizin 
avropa  İttifaqının  avropa  qonşuluq  siyasətinə  (aqs)  daxil 
edilməsi oldu. Bu, təs-in mövcud çərçivəsi əsasında göstərilmiş 
yardımdan  başqa  avropa  İttifaqının  azərbaycanla  əməkdaşlığını 
genişləndirmək  arzusunu  nümayiş  etdirir.  Bu  istiqamətdə  atılan 
ilk  addım  -  ölkə  haqqında  siyasi  və  iqtisadi  islahatlar  sahəsində 
irəliləyişləri  qiymətləndirən  hesabat  2005-ci  il  mayın  2-də  dərc 
edilmişdir. Ölkə haqqında hesabatda ikitərəfli əməkdaşlığı lazımi 
və hərtərəfli şəkildə möhkəmləndirə biləcək sahələr xüsusi olaraq 
qeyd  edilir.  aqs  çərçivəsində  aİ  azərbaycanla  məsləhətləşərək 
qısa  və  ortamüddətli  konkret  məqsəd  və  tədbirləri  özündə  əks 
etdirən tədbirlər Planını tərtib etmişdir. azərbaycan üçün beşillik 
aqs-in tədbirlər planı 2006-cı il noyabrın 14-də aİ-azərbaycan 
əməkdaşlıq  Şurasının  Brüsseldə  keçirilmiş  görüşündə  qəbul 
olunmuşdur.  O,  xüsusi  olaraq  demokratikləşmə,  insan  hüquqları, 
sosial-iqtisadi islahatlar, yoxsulluğun azaldılması, enerji məsələləri 
və  ermənistanla  azərbaycan  arasındakı  mövcud  münaqişənin 
həllinə yönəlib. Hal-hazırda həmin tədbirlər planı həyata keçirilmə 


94
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
mərhələsindədir. aqs-in tədbirlər 
planının  əsas  elementlərindən 
biri  də  aİ-yə  üzv  dövlətlərin  və 
azərbaycanın suverenlik, ərazi bü-
tövlüyü, beynəlxalq səviyyədə ta-
nınmış sərhədlərin toxunulmazlığı 
və digər ümumi dəyərlərə sadiqli-
yidir. Bu tədbirlər planı həmçinin 
azərbaycanın  aİ  ilə  münasibətlərini,  o  cümlədən  azərbaycanın 
milli siyasət və prioritetlərini nəzərə alır.
 Bəzi hallarda qeyd edilir ki, aİ-nin avropa qonşuluq siyasəti 
həll  variantlarını  mütləq  qaydada  tətbiq  etmək  deyil,  islahatların 
dəstəklənməsidir.  Bununla  qismən  razılaşmaq  olar.  Beynəlxalq 
münasibətlərdə, xüsusi vəziyyətdən asılı olaraq, aİ qətiyyətli və çe-
vik tədbirlərin görülməsi tələb olunduğu qənaətinə gəldikdə, daha 
dəqiq və müəyyən edilmiş addımları atmaqda israrlı ola bilər. Özü-
nün çevik, optimal və ciddi qərarlarına əsaslanaraq avropa İttifaqı-
nın regionda daha böyük siyasi rol alması alqışlanardı. aİ Cənubi 
qafqaza dair strategiyasını yenicə inkişaf etdirməyə başlayıb. Biz 
inanmaq istərdik ki, bu strategiya və liderlik məharəti uzunmüddətli 
və dinamik tədbirlərin görülməsinə yol açacaq, region ölkələrinə 
daha diqqətli və dəqiq yanaşmanı təmin edəcəkdir. Cənubi qafqazda 
sabitlik, bölgədə vətəndaşların təhlükəsizliyinə sadiqlik həm qonşu 
ölkələr, həm də avropa İttifaqı tərəfindən nümayiş etdirilməlidir. 
Biz anlayırıq ki, aqs öz-özlüyündə münaqişənin qarşısının alın-
ması və ya həlli mexanizmi deyil. Bununla belə, regionun avro-
pa İttifaqının qonşuluğuna inteqrasiyası region ölkələrini çoxsaylı 
risklərə getməyi, ən vacibi isə öz suverenliyi və ərazi bütövlüyünü 
ümumi hədələrdən qorumaq məqsədilə müəyyən mərhələdə birgə 
və çox düşünülmüş səylərini tələb edəcək.
 azərbaycan özünün müasir tarixinin ən çətin dövründə ölkədə 
avropa  İttifaqının  uğurla  həyata  keçirdiyi  humanitar  və  texniki 
yardım  proqramlarını  yüksək  dəyərləndirir.  Bununla  belə,  yar-
dım və dəstək məfhumu, onun mahiyyəti dəyişmişdir. Ölkəmizin 
öz  inkişafının  keyfiyyətcə  yeni  mərhələsinə  doğru  tədricən  get-
diyini  görərək,  biz  ekspert  və  yüksək  texnologiyalar  yardımında 
daha  çox  maraqlıyıq.  Biz  təhsil,  təlim,  elmi-tədqiqat,  informasi-
ya texnologiyaları, ətraf mühit məsələləri, kənd təsərrüfatı və da-
Bəzi  hallarda  qeyd  edilir  ki,  Aİ-
nin  Avropa  Qonşuluq  Siyasəti 
həll  variantlarını  mütləq  qayda-
da  tətbiq  etmək  deyil,  islahatların 
dəstəklənməsidir.


 YANVAR-MART, 2010  
  
95 
şımalar sahəsində aİ ölkələri ilə daha geniş əməkdaşlığa ehtiyac 
duyuruq. Biz daha çox ehtiyacı olan ölkələrin çətinliklərini asan-
laşdırmaq məqsədilə göstərilən qlobal səylərə kiçik töhfə olsa da, 
formalaşan  donor  ölkələrin  öhdəliklərini  öz  üzərimizə  götürmək 
mərhələsindəyik. son  zamanlar    insanlar  arasında  təmasların va-
cibliyi get-gedə artır, çünki məhz həmin əlaqələr vasitəsilə avropa 
vətəndaşları və onların qonşuları lazımi siyasi qərarlar qəbul olun-
duqdan etibarən bir-birini tanımağa başlayır. sərhədlərdən keçərək 
insanlar və ideyaların azad axını həvəsləndirilməlidir. 
 qeyri-qanuni miqrasiya, transmilli cinayətkarlıq və beynəlxalq 
terrorçuluğa  qarşı  mübarizə  sahələrində    bir  çox  işlər  görül-
müşdür.  Bununla  belə,  sərhədlərə  daha  ciddi  nəzarət  adı  altında 
aqs  ölkələrində  minlərlə  vətəndaşa  aİ  məkanına  giriş  vizala-
rının  verilməməsi  vəziyyətinin  qarşısını  almalıyıq.  Bu  vəziyyət 
qarşılıqlı  surətdə  faydalı  münasibətlərin  inkişafına  xidmət  etmir 
və  aİ-nin  imicinə  zərbə  vurur.  azərbaycanın  avropa  İttifaqı  ilə 
münasibətlərində  vizaların  asanlaşdırılması  məsələlərinə  prioritet 
xarakterin verilməsi vaxtı artıq yetişib.
 Bu  yaxınlarda  aİ  Şərqdə  yerləşən  qonşuları,  o  cümlədən 
azərbaycan ilə münasibətlərin daha da dərinləşdirilməsi haqqında 
qərar qəbul etdi. Bu baxımdan 2009-cu ildə Şərq tərəfdaşlığı Proq-
ramının  (ŞtP)  həyata  keçirilməsinə  başlanılmışdır.  ŞtP  avropa 
İttifaqının iqtisadiyyatında daha yaxından iştirak etmək,  tədricən 
inteqrasiya olunmağı arzulayan və buna qadir olan ölkələrlə əhatəli 
azad ticarət sazişlərini nəzərdən keçirəcək. O, qeyri-qanuni miqra-
siyasının aradan qaldırılması tədbirləri ilə müşayiət olunan tədricən 
viza rejiminin liberallaşdırılması vasitəsilə avropa İttifaqına daha 
asan formada səfər etmək imkanını təmin edəcəkdir. 2009-cu il ma-
yın 7-də Prezident İlham əliyev Praqada keçirilən Şərq tərəfdaşlığı 
sammitində  iştirak  etdi.  Həmin  tədbir  zamanı  birgə  Bəyannamə 
qəbul olundu. azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində aİ ilə 
konstruktiv dialoq qurmağa hazırdır.
 azərbaycanın  milli  strategiyasının  əsas  sütunlarından  biri  də 
ölkəni avropa ilə asiya arasında intensiv ticarət axınını təmin edən, 
müasir və güclü infrastruktura malik regional enerji, nəqliyyat və 
rabitə qovşağına çevirməkdir. Cənubi qafqaz regional, avropa və 
qitələrarası  marşrutlar  şəbəkəsini  genişləndirərək  bütöv avrasiya 
üçün  enerji  və  nəqliyyat  mərkəzinə  çevrilmək  potensialına  ma-


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə