Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

96
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
likdir.  Bu  məqsədlə  azərbaycan  Şərq-qərb  nəqliyyat  dəhlizinin 
təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsini  nəzərdə  tutan  əhatəli 
çoxmilyardlıq  proqrama  başlayıb.  Bu  yaxınlarda  həmin  dəhlizin 
mühüm  hissəsi  olacaq,  Cənubi  qafqaz  vasitəsilə  uzaq  Şərqi 
və  mərkəzi  asiyanı  avropa  ilə  birləşdirəcək  Bakı-tbilisi-qars 
dəmiryol xəttinin çəkilməsinə türkiyə və Gürcüstanla birgə başla-
nılmışdır.
 azərbaycan  neft  və  qazı  beynəlxalq  bazarlara  çatdırmaq 
məqsədilə  marşrutların  müxtəlifləşdirilməsinə  diqqət  yetirərək 
öz  enerji  resurslarının  işlənilməsinə  başladı.  1994-cü  ildə  öz 
yolunu  olduqca  mürəkkəb  geosiyasi  vəziyyətdə  seçən  və  cid-
di  çətinliklərlə  üzləşən  Prezident  Heydər  əliyev  beynəlxalq 
tərəfdaşlarla  uzunmüddətli  əməkdaşlıq  şəraitində  ölkənin  zəngin 
təbii sərvətlərini istifadə etmək haqqında strateji qərar qəbul etdi 
və azərbaycanın avropada enerji təhlükəsizlik tələbatlarına töhfə 
verməyə hazır olduğunu bildirdi. Bu iki tədbir azərbaycanın ener-
ji siyasətinin inkişaf etdirilməsi üçün ciddi əsaslar yaratdı. “əsrin 
müqaviləsi”  1994-cü  ildə,  “Şahdəniz”  qaz  yatağının  işlənilməsi 
üzrə müqavilə isə 1996-cı ildə imzalandı.
 Bu  siyasət  nəticəsində  1994-cü  ildən  başlayaraq, azərbaycan 
regional  əməkdaşlıq  və  inteqrasiyaya  töhfə  verən,  regionu avro-
paya daha da yaxınlaşdıran bir sıra enerji və nəqliyyat layihələrini 
həyata keçirmişdir. azərbaycan və onun xarici tərəfdaşları avro-
pa ölkələrinə enerji təchizatının alternativ mənbələrini təmin edən 
boru  kəməri  infrastrukturunun  yeni  coğrafiyasını  yarada  bildilər. 
Bu  gün  Bakı–tbilisi-Ceyhan  neft  boru  kəməri  və  Bakı–tbilisi-
ərzurum  qaz  boru  kəməri avropa  və  digər  beynəlxalq  bazarlara 
azərbaycan  və  mərkəzi asiyanın  neft  və  qazını  çatdırır.  Bu  cür 
layihələr azərbaycan, Gürcüstan və türkiyənin inkişafı və rifahına 
xidmət edir, bütöv regionun təhlükəsizliyini möhkəmləndirir.
 2004-cü  ildə  avropa  İttifaqı  ilə  sıx  əməkdaşlıq  edərək, 
azərbaycan  “Bakı  prosesi”  adlanan  təşəbbüs  irəli  sürdü.  Bu 
təşəbbüs  qara  və  xəzər  dənizlərinin  sahilinə  çıxan  dövlətləri, 
eləcə də avropa İttifaqına üzv ölkələri daha geniş regional enerji 
əməkdaşlığına aid problemləri müzakirə etmək məqsədilə bir araya 
gətirmək məqsədini daşıyırdı. digər məqsəd regionda enerji tranzi-
ti və ticarətin asanlaşdırılması üçün imkanların birgə araşdırılması 
idi. azərbaycanın oynadığı mühüm rol 2006-cı ilin noyabr ayında 


 YANVAR-MART, 2010  
  
97 
bir daha təsdiqləndi. Həmin vaxt Prezident İlham əliyev və avropa 
Komissiyasının Prezidenti joze manuel Barroso Brüsseldə “avro-
pa İttifaqı ilə azərbaycan respublikası arasında strateji tərəfdaşlıq 
haqqında  anlaşma  memorandumu”nu  imzaladılar.  Bu  sənəd 
azərbaycanla aİ arasında enerji əməkdaşlığının strateji xarakterini 
rəsmiləşdirdi və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün 
əsas sahələri müəyyən etdi.
 Bu  gün  formalaşan  yeni  enerji  vəziyyəti  bütün  dünyada  daha 
güclü  qarşılıqlı  asılılığı,  ölkələrin  enerji  təhlükəsizliyinin  təmin 
edilməsi  işində  bir-birinə  mütləq  qaydada  arxalanmasını  nəzərdə 
tutur. enerji ilə təhlükəsizlik bir-biri ilə sıx bağlı olduğundan xari-
ci enerji münasibətləri sahəsində avropa İttifaqı vahid mövqedən 
çıxış etməlidir. uzun müddət ərzində avropa enerji ilə təhlükəsiz 
və etibarlı şəkildə çox sadə formada inhisarçı mühitdə təchiz olu-
nurdu.  müəyyən  hallarda  təchizatla  bağlı  inhisar  bu  ölkələrdə 
sabitliyə  zəmanət  verə  bilər,  lakin  bu,  hər  hansı  uzunmüddətli 
enerji təhlükəsizliyinin planlaşdırılması üçün çox zəif əsasdır. son 
böhran göstərdi ki, avropa qaz və neft təchizatının dayandırılma-
sına çox həssasdır. ən son təchizatın dayandırılması 2008-ci ilin 
sonunda ukrayna ilə rusiya arasında baş vermiş qaz mübahisəsi 
ilə  yadda  qaldı.  Bunun  nəticəsində  bəzi avropa  dövlətləri  soyuq 
qış mövsümündə olduqca vacib enerji daşıyıcısından məhrum oldu. 
Həmin vaxt avropa ölkələri enerji müxtəlifləşdirilməsinin vacibliyi 
haqqında müzakirələrə başladı. nəticədə, çox böyük müzakirələrdən 
keçmiş “nabukko” layihəsi tezliklə avropa İttifaqının gündəliyində 
daha mühüm yer tutdu. yekun olaraq, azərbaycanın bu layihəyə 
əsas  töhfə  verən  və  mühüm  tranzit  ölkə  kimi  vacibliyi  bir  daha 
aydın şəkildə təsdiqləndi. Öz növbəsində Prezident İlham əliyev 
azərbaycanın avropa bazarlarına ehtiyac duyulan qazın  çatdırıl-
ması kimi mühüm rolu üzərinə götürməkdə hazır olduğunu bildir-
di.
 Beləliklə,  hazırda  azərbaycan  avropa  İttifaqı  ilə  qarşılıqlı 
surətdə  faydalı  və  çoxşaxəli  münasibətlərə  malikdir. azərbaycan 
öz gələcəyini avropa ailəsinin tamhüquqlu üzvü kimi görür və bu 
məqsədə doğru fəal şəkildə irəliləyir. Varşava müqaviləsinin süqutu 
və 1991-ci ildən sovet İttifaqının dağılmasından sonra mərkəzi və 
Şərqi avropada köklü iqtisadi və siyasi dəyişiklər baş verdi. açıq 
iqtisadiyyata malik olan ölkə kimi azərbaycan bu gün avropadakı 


98
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinə ça-
lışır.
 aparıcı avropa ölkələrinə gəldikdə isə azərbaycanla Birləşmiş 
Krallıq  (BK)  arasında  münasibətlər  xüsusi  əhəmiyyət  kəsb  edir. 
İki  dövlət  arasında  diplomatik  münasibətlər  1992-ci  il  martın 
11-də  qurulmuşdur.  Həmin  vaxtdan  etibarən  ikitərəfli  əlaqələr 
yüksək  səviyyəli  siyasi  və  parlament  təmasları,  artan  ticarət  və 
sərmayə əlaqələrindən tutmuş mədəni və humanitar münasibətlərin 
möhkəmləndirilməsinə qədər bir çox məsələləri əhatə etmişdir.
 azərbaycanla  Birləşmiş  Krallıq  arasında  bir  sıra  yüksək 
səviyyəli əlaqələr daha da inkişaf etmişdir. Bunun ən son nümunəsi 
Prezidenti İlham əliyevin 2009-cu ilin iyulunda londona səfəridir. 
səfər zamanı Prezident əliyev Kraliça İkinci yelizaveta və Baş na-
zir qordon Braunla görüşlər keçirmişdir. Baş nazirlə görüş zamanı 
ikitərəfli münasibətlərin genişləndirilməsinə dəstək bildirilmiş və 
əlaqələrin gələcək istiqamətləri müəyyən edilmişdir. səfər zamanı 
azərbaycanın dövlət neft Şirkəti ilə Britiş Petroleum Şirkəti ara-
sında anlaşma memorandumu imzalanmışdır.
 Britaniya ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq şirkəti ilə 
ən  böyük  xarici  sərmayəçidir.  azərbaycanda  Birləşmiş  Krallığa 
edilən ixracın həcmi artmaqdadır və əsasən, avadanlıq və mallardan 
ibarətdir. Britaniya azərbaycanın ikinci ən iri idxal tərəfdaşıdır. Bu 
ölkədən idxal edilən mallar ümumi sənaye təyinatlı maşınlar, elekt-
rik qurğuları, metal və telekommunikasiya avadanlıqlarıdır.
 mədəniyyət  və  incəsənət  sahələrində  daha  yaxşı  anlaşma-
nı  möhkəmləndirən  iki  ölkə  arasında  mədəni  və  humanitar 
əlaqələrin  son  tarixi  məlumdur.  anqlo-azərbaycan  Cəmiyyəti 
ölkəmiz ilə Birləşmiş Krallıq arasında mədəniyyət, xeyriyyəçilik 
və  digər  əlaqələri  bir  araya  gətirən  mühüm  təşkilatdır.  Bu 
cəmiyyət  azərbaycan–Britaniya  münasibətlərini  bütün  sahələrdə 
dəstəkləmək, Britaniya cəmiyyətini ölkəmizdə baş verən hadisələr 
barədə daima xəbərdar etmək və azərbaycanı bu ölkədə daha yax-
şı tanıtmaq məqsədilə 1997-ci ildə təsis edilmişdir. Britaniya Şu-
rası son 12 il ərzində azərbaycanda fəaliyyət göstərmiş və xalqı-
mıza Birləşmiş Krallığın təhsil sistemi və başqa sahələri haqqında 
məlumat xidmətləri göstərmişdir.
 azərbaycanla almaniya arasında da əlaqələr yüksək səviyyədə 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə