Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

 YANVAR-MART, 2010  
  
99 
inkişaf  etmişdir.  azərbaycan  almaniyanı  avropada,  xüsusən  də 
avropaya inteqrasiya baxımından ən mühüm tərəfdaşlarından biri 
hesab edir. Prezident İlham əliyev 2004, 2006 və 2007-ci illərdə 
almaniyaya səfər etmişdir.
 azərbaycanda  bu  gün  baş  verən  iqtisadi  sıçrayış  almaniya 
ilə  iqtisadi  münasibətlərdə  də  əks  olunub.  digər  aİ  ölkələri  ilə 
müqayisədə  almaniya  azərbaycan  bazarına  kifayət  qədər  gec 
gəlmişdir. Buna baxmayaraq, bu ölkə azərbaycanda yüksək iqtisadi 
imic qazanmışdır. neft almaniyanın azərbaycandan ixrac etdiyi ən 
mühüm məhsuldur. almaniyanın azərbaycana ixrac etdiyi mallar 
əsasən mühərrikli nəqliyyat vasitələri, polad və dəmir məhsulları, 
maşınlar  və  istehsalat  qurğuları  ilə  xarakterizə  olunur.  Bir  neçə 
alman  enerji  şirkəti  azərbaycanda  neft  və  qazın  uzunmüddətli 
işlənilməsi  və  hasilatı  layihələrinə  sərmayə  qoymuşdur. almani-
yanın  cənub  bölgəsinin  -  Baden-Vürttemberqin  Baş  naziri  cənab 
Günter Ottinqerin və rWe şirkətinin prezidenti yurqen qrosmanın 
azərbaycana son səfərləri iki ölkə arasında münasibətləri daha da 
inkişaf etdirmişdir.
 almaniyanın azərbaycanla  texniki  əməkdaşlığı  ölkənin  bazar 
iqtisadiyyatının inkişafı və müxtəlifləşdirilməsinə yönəlib. Hazırda 
mühüm birgə layihələr iqtisadiyyatın maliyyə və texniki sektorla-
rında həyata keçirilir. siyasi baxımdan əsas inkişaf sahəsi hüquqi 
və məhkəmə islahatının davam etdirilməsinə almaniyanın yardı-
mıdır.
 İki  ölkə  arasında  mədəni  münasibətlər  xIx  əsrin  əvvəlində 
azərbaycanda  ilk  alman  məhəllələrinin  salınması  ilə  başlamış-
dır.  Bununla  bağlı almaniya azərbaycanda  müsbət  imicə  malik-
dir.  2008-ci  ildə azərbaycan  xaricdə  ilk  mədəniyyət  ilini  keçirt-
di  və  bu  məqsədlə almaniya  seçildi.  2009-cu  ildə  isə almaniya 
azərbaycanda alman mədəniyyəti və təhsil sərgilərini keçirməklə 
cavab addımı atmışdır.
 azərbaycanla Fransa arasında münasibətlərdə, ənənəvi olaraq, 
mədəniyyət  sahəsi  xüsusi  yer  tutur.  Bununla  belə,  son  bir  neçə 
il  ərzində  iki  ölkə  arasında  əlaqələrdə  bir  sıra  mühüm  hadisələr 
baş vermişdir. siyasi səviyyədə Fransa rusiya və Birləşmiş Ştat-
larla  birgə  atət-in  minsk  qrupu  çərçivəsində  ermənistan  ilə 
azərbaycan arasındakı mövcud münaqişənin həllində vasitəçi kimi 


100
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
çıxış edir. Vaxtilə Prezident Şirak münaqişəni həll etmək məqsədilə 
2002-ci ilin noyabrında Praqada keçirilmiş natO-nun Zirvə görü-
şü  çərçivəsində  Prezident  Heydər  əliyevlə  görüşmüşdü.  Bundan 
başqa,  Prezident  İlham  əliyev  ölkə  başçısı  kimi  ilk  rəsmi  xarici 
səfərini 2004-cü ilin yanvarında Parisə etdi və növbəti rəsmi səfər 
2007-ci  ilin  yanvarında  baş  tutdu.  İki  ölkə  arasında  parlament 
əlaqələri də inkişaf etmişdir.
Fransa  Cənubi  qafqaz  regionu  ölkələri  arasında  məhz 
azərbaycanla sıx iqtisadi münasibətləri inkişaf etdirib. Fransa ilə 
azərbaycan arasında iqtisadi əlaqələr, xüsusən də aeronavtika və 
neft xidmətləri sektorunda sürətlə inkişaf edir. Bu, qismən Bakı-
tbilisi-Ceyhan (BtC) neft boru kəməri və Bakı–tbilisi–ərzurum 
qaz boru kəmərinin istismara verilməsindən sonra fransız şirkətləri 
üçün sərmayə imkanlarının artmasının nəticəsidir. Fransız şirkətləri 
qazaxıstanın neft yataqlarının BtC-yə qoşulmasını təmin edəcək 
transxəzər  neft  boru  kəməri  layihəsində  maraqlı  olduqlarını 
bildiriblər.  İstehlak  malları  Fransanın azərbaycana  ixracında  xü-
susi yer tutur.
 azərbaycan  ilə  Fransa  arasında  mədəni,  elmi  və  texniki 
əməkdaşlığın  ümumi  həcmi  sabit  olaraq  qalır.  əsas  layihələr 
səhiyyə,  baytarlıq  və  kənd  təsərrüfatı  sahələri  üzrə  əməkdaşlığı 
əhatə edir. digər layihələr sırasında ətraf mühitin qorunması, qanu-
nun aliliyinə dəstək, fövqəladə halların idarə edilməsi, fransız dili-
nin tədrisi və elmi əməkdaşlığın inkişafı mühüm yer tutur. 2004-cü 
ildən etibarən Bakıda Fransa mədəniyyət mərkəzi fəaliyyət göstərir 
və bu, azərbaycanda Fransanın mədəni təsiri üçün mühüm alətdir.
 azərbaycan da türkiyə ilə münasibətlərə xüsusi önəm verilir. 
türkiyə avropa İttifaqının üzvü olmasa da, onun avropa və  avrat-
lantika işlərində xüsusən də natO-nun üzvlüyü hesabına oynadığı 
rol azərbaycan və onun avropa planları üçün mühüm olaraq qalır. 
Bundan  başqa, türkiyə  1991-ci  ilin  noyabrın  9-da azərbaycanın 
müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. 1992-ci il yanvarın 14-də 
iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
 türkiyə  azərbaycanla  münasibətlərə  və  dialoqa  böyük 
əhəmiyyət verir. Hər iki ölkə arasında çoxtərəfli mədəni və tarixi 
əlaqələr  mövcuddur. türkiyə azərbaycanla  güclü  tərəfdaşlığı  in-
kişaf etdirmişdir. azərbaycan–türkiyə münasibətləri nəinki siya-


 YANVAR-MART, 2010  
  
101 
si sahədə, o cümlədən iqtisadiyyat, ticarət, təhsil, nəqliyyat, tele-
kommunikasiya, kənd təsərrüfatı, sosial müdafiə, səhiyyə, idman, 
mədəniyyət, elm və turizm sahələrində davamlı şəkildə inkişaf edir. 
Hüquqi çərçivələr iki ölkə arasında imzalanmış bir sıra sazişlərlə 
şərtlənir.  tez-tez  baş  tutan  yüksək  səviyyəli  görüşlər  və  bütün 
səviyyələrdə qarşılıqlı səfərlər bu tərəfdaşlığın güclənməsinə töhfə 
verir. Prezident abdulla Gülün 2009-cu ilin oktyabrında keçirilmiş 
türkdilli dövlət Başçılarının Ix Zirvə görüşündə iştirakı bunun ba-
riz nümunəsidir.
 ermənistan ilə azərbaycan arasındakı mövcud münaqişə Cənubi 
qafqazda siyasi sabitlik, iqtisadi inkişaf və regional əməkdaşlığa 
əsas  maneədir.  atət-in  minsk  qrupunun  üzvü  kimi  türkiyə 
minsk prosesini azərbaycan üçün əsas xarici siyasət məsələsi olan 
münaqişənin sülh, uzunmüddətli və ədalətli həlli istiqamətində fay-
dalı mexanizm hesab edir.
 Balkanlar bir sıra siyasi və iqtisadi faktorlar səbəbindən avro-
panın vacib hissəsidir. azərbaycan bu məkana xüsusi diqqət yeti-
rir. yunanıstanla münasibətlər bunun sübutudur. İki ölkə arasında 
diplomatik  münasibətlər  1992-ci  ildə  qurulmuşdur.  azərbaycan 
geosiyasi mövqeyi və enerji sərvətlərinə görə yunanıstan üçün mü-
hüm əhəmiyyət kəsb edir. Bundan başqa, bu ölkə aİ – azərbaycan 
münasibətlərini  möhkəmləndirmək  məqsədilə  aİ  təşəbbüslərini 
dəstəkləyir  və  2006-cı  ilin  noyabrında  aİ-azərbaycan  tədbirlər 
Planının imzalanmasına töhfə vermişdir.
 İkitərəfli  münasibətlərə  gəldikdə  isə  son  iki  il  ərzində  yüksək 
səviyyəli  rəsmi  səfərlərin  sayı  xeyli  artmışdır.  Prezident  Kons-
tantinos  stefanopulosun  2004-cü  ildə  Bakıya  səfəri  və  Prezident            
İlham əliyevin 2009-cu ilin fevralında afinaya səfəri azərbaycan–
yunanıstan münasibətlərinin daha da inkişaf etdirilməsində güclü 
iradənin  olmasının  göstəriciləridir.  enerjinin  nəqli  infrastrukturu 
sahəsində əməkdaşlıq daha da inkişaf edir. azərbaycan qazının av-
ropaya ixracında yunanıstanın ilk ölkə olmaq təklifini alqışlamış-
dır. Gələcəkdə azərbaycan qazının türkiyə və yunanıstan vasitəsilə 
İtaliyaya tranziti yunanıstanla azərbaycan arasında münasibətləri 
və strateji tərəfdaşlığı möhkəmləndirəcək.
 mədəniyyət, xüsusən də yunan dilinin tədrisi və təbliği sahəsində 
Bakı  slavyan  universitetində  yaradılmış  müasir  yunan  dili  və 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə