Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

102
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
mədəniyyəti  mərkəzi  böyük  səy  göstəririr. yunanıstan  hökuməti 
azərbaycanlı  tələbələrin  yunan  universitetlərində  təhsil  almaları 
üçün təqaüdlər ayırır.
 Prezident İlham əliyevin 2009-cu ilin sentyabr ayında rumı-
niyaya  səfəri  digər  bir  Balkan  ölkəsi  ilə  münasibətlərimizə  xü-
susi çalar vermişdir. səfər zamanı Prezident əliyev və Prezident 
Basesku azərbaycan  respublikası  ilə  rumıniya  arasında  strateji 
əməkdaşlığın qurulması haqqında birgə Bəyannamə imzalamışlar.
 qeyri-aİ  ölkələri  arasında  İsveçrənin  azərbaycanla 
münasibətlərini xüsusi qeyd etmək lazımdır. sovet İttifaqının sü-
qutundan  sonra  İsveçrə  1991-ci  il  dekabrın  23-də  azərbaycanı 
müstəqil ölkə kimi tanımış və həmin vaxtdan etibarən diplomatik 
münasibətlər inkişaf etmişdir. 2006-cı ilin fevralında Federal mü-
şavir mişelin Kalmi-reyin azərbaycana etdiyi rəsmi səfəri zamanı 
miqrasiya sahəsində üç ikitərəfli saziş və birgə bəyanat imzalan-
mışdır.  2009-cu  ilin  yanvarında  Prezident  İlham  əliyev  davos-
da  keçirilən  İqtisadi  Forumda  iştirak  etmiş  və  səfər  çərçivəsində 
İsveçrə Prezidenti Hans-rudolf merts ilə görüşmüşdür. Görüş za-
manı hər iki prezident mühüm ikitərəfli və beynəlxalq məsələləri 
müzakirə etmişlər. 2009-cu ilin oktyabrında Prezident İlham əliyev 
İsveçrəyə rəsmi səfər etmişdir.
 azərbaycan  Bretton  Vuds  təsisatlarında  İsveçrənin  səsvermə 
qrupuna aiddir. Buna görə də iki ölkə arasında yaxşı münasibətlər 
xüsusi əhəmiyyət daşıyır. İsveçrə dağlıq qarabağ münaqişəsinin 
qurbanı  olan  qaçqın  və  məcburi  köçkünlərə  humanitar  yardım 
layihələrində  iştirak  edir.  Bu  ölkə azərbaycanla  təbii  sərvətlərin 
davamlı idarə edilməsi, infrastruktur layihələri, sərmayənin təşviqi 
məqsədilə  texniki  və  iqtisadi  yardım  məsələlərində  əməkdaşlıq 
edir.
 atət-in  üzvü  olan  İsveçrə  bu  təşkilatın  minsk  qrupunun 
təşəbbüslərini  dəstəkləyir.  Bu  ölkə  azərbaycan  və  ermənistan 
prezidentləri arasında Cenevrədə keçirilmiş görüşlərdə vasitəçi və 
təşkilatçı olmuşdur.
 sovet İttifaqının süqutundan sonra azərbaycan ilə mərkəzi və 
Şərqi avropa ölkələri arasında münasibətlərdə ciddi irəliləyiş baş 
verdi. Prezident İlham əliyevin 2008-ci ildə Polşa və macarısta-
na rəsmi səfərləri azərbaycan və region ölkələri arasında yüksək 


 YANVAR-MART, 2010  
  
103 
səviyyədə əməkdaşlığın yarandığını nümayiş etdirdi.
 Çex  respublikası  ilə  əlaqələr  bunun  yaxşı  nümunəsidir.  Pre-
zident İlham əliyevin 2009-cu ilin mayında Praqaya səfəri, onun 
Prezident Vatslav Klaus və Baş nazir mirek topolanek,  Baş na-
zirin müavini martin Bartak və senatın sədri Přemysl sobotka ilə 
görüşləri ikitərəfli münasibətlərimizin gözəçarpacaq dərəcədə inki-
şafında xüsusi önəm daşımışdır.
 İki ölkə arasında yüksək səviyyəli siyasi əməkdaşlıq mövcuddur. 
qeyd edilməlidir ki, Çex respublikası azərbaycanın ərazi bütöv-
lüyünü dəstəkləyir və bu fakt iki ölkə arasında mövcud olan stra-
teji tərəfdaşlığı daha da gücləndirir. Hər iki tərəf razılaşır ki, siyasi 
tərəfdaşlıqdan başqa iqtisadi əməkdaşlığın da genişləndirilməsinə 
ehtiyac var. Hazırda bu məqsədə nail olmaq üçün lazımi addım-
lar atılır. azərbaycan-Çexiya münasibətlərinin hüquqi çərçivəsinin 
təkmilləşdirilməsinə  yönəlmiş  tədbirlər  iki  ölkə  arasında  həyata 
keçirilməsi nəzərdə tutulan çox mühüm layihələrdən biridir.
 qeyd etmək lazımdır ki, İsveç və Polşa ilə yanaşı Çex respub-
likası  da  “Şərq  tərəfdaşlığı”    layihəsinin  müəlliflərindəndir.  Bu, 
Çex respublikasının azərbaycanın alqışladığı və dəstəklədiyi şərq 
tərəfdaşlara aid aİ-nin münasibətlərinin müəyyən edilməsində apa-
rıcı rol oynamaq istəyini nümayiş etdirir.
 qərbi avropadakı siyasi və iqtisadi güclərlə yanaşı, avropa İt-
tifaqında üzvlərin çoxluğunu təşkil edən orta səviyyəli ölkələr ilə 
münasibətləri  azərbaycan  yüksək  dəyərləndirir.  Belçika  həmin 
ölkələrdən  biridir.  Prezident  İlham  əliyevin  2009-cu  ilin  aprel 
ayında Belçikaya səfəri və Baş nazir Herman Van rompuy ilə gö-
rüşü həmin münasibətləri daha da inkişaf etdirməyə təkan verdi.
 Belçika  keçmiş  sovet  respublikaları  ilə  bağlı  həyata  keçirilən 
avropa siyasətini tam dəstəkləyir, bu ölkələrin inkişafı və inteqrasi-
yasına töhfə verməyə çalışır. açıq iqtisadiyyata malik orta səviyyəli 
federal dövlət olaraq Belçika və onun avropa İttifaqındakı təcrübəsi 
yeni  aİ  qonşuları  və  tərəfdaşları  üçün  faydalı  olmasını  sübuta 
yetirə bilər. Belçikada bəzi aİ təsisatlarının, o cümlədən natO-
nun  qərargahlarının  yerləşməsi  bu  ölkəni  bəzi  əsas  üstünlüklərlə 
təmin edir.
avstriya azərbaycanla münasibətlərini inkişaf etdirən digər av-


104
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ropa  ölkəsidir.  Prezident  Heydər  əliyev  2000-ci  ilin  iyul  ayında 
Vyanaya rəsmi səfər etdi. İki dövlət arasında siyasi münasibətlərin 
yüksək səviyyəsi avstriyanın federal hökumətinin Bakıda tamhü-
quqlu  diplomatik  missiyasının  açılması  haqqında  son  qərarının 
əsas  səbəbi  oldu.  Ölkələr  arasında  iqtisadi  münasibətlər  bir  sıra 
sahələrdə,  o  cümlədən  enerji  sektorunda  artan  əməkdaşlıqla 
xarakterizə olunur. Hazırda bir neçə böyük və aparıcı avstriya şirkəti 
azərbaycanda təmsil olunur. avstriya həmçinin azərbaycanda əsas 
xarici sərmayədarlar siyahısına daxildir. Humanitar sahədə sıx qar-
şılıqlı  iş  və  əməkdaşlıq  həmin  ikitərəfli  münasibətlərin  mühüm 
elementləridir.  Bunlardan  azərbaycanın  2002-ci  ildə  avstriyada 
keçirilmiş mədəniyyət günlərini, 2006-cı ilin may ayında Vyanada 
dunay  parkında  dahi azərbaycan  bəstəkarı  üzeyir  Hacıbəyovun 
abidəsinin ucaldılmasını, 2006-cı ilin sentyabrında Vyananın Ka-
mera  Operasında  “arşın  mal  alan”  operettasının  ilk  dəfə  olaraq 
alman  səhnəsinə  çıxarılmasını  və  2008-ci  ilin  aprel  ayında  Vya-
nada  azərbaycan  şairi  nizami  Gəncəvinin  xII  əsrdə  yazılmış 
“xəmsə”sinin  bərpa  edilmiş  əlyazmasının  elektron  variantının 
təqdimatını qeyd etmək olar.
 azərbaycan  Baltik  ölkələri  ilə  çoxtərəfli  münasibətlərin  daha 
da  inkişaf  etdirilməsində  olduqca  maraqlıdır.  ticarət,  enerji  və 
nəqliyyat  sahəsində  geniş  əməkdaşlıq  Baltik,  qara  və  xəzər 
dənizləri  regionları  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Prezident 
İlham  əliyev  2006-cı  ilin  oktyabrında  latviyaya,  2007-ci  ilin                                          
sentyabrında isə litvaya rəsmi səfərlər etmişdir.
 azərbaycanla estoniya arasında münasibətlər bu əməkdaşlığın 
yüksək səviyyədə olduğunu nümayiş etdirir. İki ölkə arasında dip-
lomatik münasibətlər 1992-ci il aprelin 10-da qurulmuşdur. estoni-
ya ilə azərbaycan arasında əməkdaşlıq son bir neçə il ərzində daha 
da artmışdır. Hər iki tərəf qarşılıqlı iqtisadi və siyasi əlaqələrin daha 
da inkişaf etdirilməsində maraqlıdır. estoniya kimi azərbaycanın 
da xarici siyasətinin əsas istiqamətlərindən biri avropa və avrat-
lantik  təşkilatlarla  daha  sıx  əməkdaşlığın  qurulmasıdır.  estoni-
ya  azərbaycanın  avropa  Şurasına  qoşulmasını  dəstəkləmişdir. 
azərbaycan 1996-cı ildə avropa Şurasına müraciət etdiyi zaman 
estoniya bu təşkilata sədrlik edirdi. Ölkəmiz 2001-ci ilin yanvarın-
da avropa Şurasının tamhüquqlu üzvünə çevrilmişdir.
 estoniya azərbaycanın böyük iqtisadi potensialını və beynəlxalq 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə