Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə35/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

 YANVAR-MART, 2010  
  
109 
moskva inqilabçılarının o vaxt müəyyən etdiyi strategiyaya uyğun 
idi.
Cənubi qafqazdakı ermənilər öz dövlətinin yaradılmasına görə 
rusiyadakı  demokratik  inqilaba,  aBŞ  təsiri  altında  yaradılmış 
Zaqafqaziya  seyminə,  Zaqafqaziya  Komissarlığına,  Zaqafqaziya 
Federativ  respublikasına  və  müsəlman  əhalisi  olan  dünyada  ilk 
demokratik  dövlətə  –  azərbaycan  demokratik  Cümhuriyyətinə 
minnətdar olmalıdırlar. 1918-ci ilin mayında tbilisidə öz fəaliyyətinə 
son qoymuş Zaqafqaziya seymindən sonra üç müstəqil dövlət elan 
edildi  – azərbaycan,  ermənistan  və  Gürcüstan.  29  may  1918-ci 
ildə,  yəni  müstəqilliyin  bəyan  edilməsinin  ertəsi  günü  mehriban 
qonşuluq  prinsiplərini  rəhbər  tutaraq  və  ermənilərin  müraciətini 
nəzərə  alaraq,  azərbaycan  demokratik  respublikası  keçmiş 
İrəvan  xanlığının  bir  hissəsini,  o  cümlədən  İrəvan  şəhərini  pay-
taxt kimi ermənistan respublikasına vermək qərarına gəldi, çünki 
həmin  vaxt  qüvvədə  olan  beynəlxalq  hüquqa  görə  ermənistanın 
nə ərazisi, nə də paytaxt şəhəri var idi. Bu, azərbaycan tərəfinin 
həmin  çətin  dövrdə  erməni  və  azərbaycan  xalqları  üçün  həyati 
əhəmiyyət daşıyan müstəqil dövlətləri yaratmaq və onları yaşatmaq 
məsələsinin əməkdaşlıq ruhunda birgə həll etmək arzusundan irəli 
gəlirdi. Bu addıma qoyulan şərt isə ondan ibarət idi ki, ermənilər 
keçmiş  yelizavetpol  quberniyasının  bir  hissəsi  olan  qarabağa 
iddialarından əl çəksinlər.
Həmin  vaxtdan  etibarən  erməni  dövlətinin  ərazi  baxımından 
açıq-aydın və gizlin şəkildə genişlənməsi, faktiki olaraq monoet-
nik dövlətin yaradılması xülyası ortaya qoyuldu. azərbaycanlıların 
ermənistandan kütləvi şəkildə köçürülməsi ilə müşayiət olunan 
həmin  ekspansiya  sovet  dövründə  də  davam  etdi  və  qarabağ 
ermənilərinin ayrılma hərəkatı, azərbaycana qarşı hərbi təcavüz 
və  onun  ərazisinin  gözəçarpan  hissəsinin  zəbt  edilməsi  ilə  son 
həddə  çatdı.  İkinci  dünya  müharibəsi  başa  çatdıqdan  sonra 
ermənistanın türkiyəyə qarşı da ərazi iddiaları var idi. İstənilən 
dövlətdə  ən  dəyərli  məfhumlar  onun  xalqı  və  ərazisidir:  həmin 
dəyərlər əsasında bütün digər amillər yarana bilər. Görünməmiş 
ədalətsizlik  və  qarşıdurma  ondan  ibarətdir  ki,  bütün  dünyanın 
gözü qarşısında beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa 
zidd  olaraq,  bir  dövlət  digər  dövlətin  20%-dən  artıq  ərazisini 
əlindən alır və ölümlə hədələyərək oradan bütün əhalini didərgin 


110
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
salır. Hətta belə olan halda Bmt və onun orqanları, avropa İttifaqı 
və onun strukturları başda olmaqla bütöv beynəlxalq ictimaiyyət 
təcavüzkarın  cəzalandırılması,  beynəlxalq  hüququn  bərpa 
olunması  üçün  heç  bir  əsaslı  tədbir  görmür,  yalnız  sərəncamlar 
və  qətnamələrin  qəbul  edilməsi  ilə  kifayətlənir.  aydındır  ki, 
digər ölkələr də öz qonşularının hesabına sərhəd və ərazilərinin 
“yenidən  müəyyən  edilməsi”  haqqında  düşünürlər.  digərləri 
isə  xüsusi  “tutarlı”  nəticələrdən  çəkinməyərək,  bu  addımı  fak-
tiki olaraq həyata keçirirlər (Cənubi Osetiyanın və abxaziyanın 
“müstəqilliyinin” elan edilməsi və s.). Zəbt olunmuş azərbaycan 
ərazilərində separatçılar və erməni təcavüzkarları artıq öz iqtisadi 
fəaliyyətlərini aparırlar. Orada həmin əraziləri öz müstəqil dövləti 
hesab  edən  yeni  nəsil  formalaşır.  azərbaycan  ilə  ermənistan 
arasında “nə hərb, nə sülh” vəziyyəti nə qədər uzun çəkirsə, bir o 
qədər beynəlxalq hüququn bərpası və bu münaqişənin qeyri-hərb 
yolu ilə həlli çətinləşir.
əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində əks olunduğu 
kimi və bir çox araşdırmalar nəticəsində müəllifin gəldiyi qənaətə 
uyğun olaraq, avropanın ictimai rəyi özünü müstəqil elan etmiş və 
tərkibdən çıxmış bir ərazinin – dağlıq qarabağın separatçı prob-
lem  kimi  mövcudluğu  az  maraqlandırır.  avropanın  ictimai  rəyi 
daha  çox  ermənistanın azərbaycana  qarşı  təcavüzü  və  sonuncu-
nun  ərazisinin  20%-dən  artıq  hissəsinin  işğalı  önündə  ermənilər 
ilə azərbaycanlılar arasındakı qarşılıqlı münasibətlərə yönəlib. elə 
bir  təəssürat  yaranır  ki,  ictimai  rəy  dağlıq  qarabağ  məsələsinin 
ötəri yolla artıq həll olunduğu və onun yalnız güzəştli hüquqi for-
mada  rəsmiləşdirilməsi  haqqında  düşünür.  Bu  isə  faktiki  olaraq 
separatçılara  göz  yuman,  yaxud  vədedici  bəyanatlarla  (Kosovo, 
abxaziya, Cənubi Osetiya – son illər ərzində bu cür hadisələrə rəvac 
verən aydın nümunələrdir) məhdudlaşan məhz avropa İttifaqının 
səhlənkar  siyasətinin  nəticəsidir.  Bununla  yanaşı,  ermənistan 
tərəfindən  işğal  edilmiş azərbaycanın  yeddi  rayonu  məsələsi  də 
arxa plandadır. Zəbt edilmiş ərazilərin təcavüzkar tərəfindən dərhal 
və  qeyd-şərtsiz  boşaldılması  əvəzinə,  həmin  rayonların  məsələsi 
ermənipərəst  qruplar  tərəfindən  separatçı  qarabağ  probleminin 
həlli üçün preambula kimi götürülür.
avropa  İttifaqının  bir  çox  siyasətçiləri  və  adi  avropalıların 
böyük əksəriyyəti münaqişənin iki əsas tərəfindən – ermənistan və 


 YANVAR-MART, 2010  
  
111 
azərbaycandan, eləcə də daxil 
olan  üçüncü  tərəfdən  (dağlıq 
qarabağ 
separatçılarından) 
başqa 
böyük 
(təşviqat, 
təşkilati,  maliyyə  və  s.)  ehti-
yatlara malik olan ümumdünya 
erməni  diasporunun  olmasını 
görmürlər  və  ya  görmək 
istəmirlər. Ötəri, lakin kifayət 
qədər 
nüfuzlu 
münaqişə 
tərəfləri (yəni rusiya, aBŞ və 
s.) və onların mövcudluğu av-
ropa İttifaqının bir çox siyasətçiləri tərəfindən arxa plana çəkilir. 
Bu cür siyasətçilər əksər avropalıların ermənilərə “qədim mədəni 
millət”  kimi  simpatiya  ilə  yanaşmasına  da  arxalanırlar.  Bununla 
belə, midiya, manna, atropatena və nəhayət, albaniya kimi qədim 
dövlətlərin, eləcə də səfəvilər dövləti və tanınmış mədəni dəyərlərin 
yaradıldığı xanlıqlar kimi azərbaycan dövlət vahidlərinin yüzilliklər 
boyu mövcud olmasını avropada çox az adam bilir.
Bu  cür  vəziyyət,  əsasən,  bir  faktla  izah  olunur  ki,  avropa 
siyasətçilərinin  böyük  əksəriyyəti  əsl  avropa  mərkəzçiləridir 
və avratlantik  (avropa  İttifaqına  əlavə  olaraq aBŞ  və  Kanadanı 
nəzərdə  tutan)  mədəniyyətin,  siyasi  quruluşun  və  sivilizasiyanın 
digərləri üzərində üstün olmasının sadəcə gizlədilmiş tərəfdarlarıdır. 
məhz bu səbəbdən onlar erməniləri “özününkü”, azərbaycanlıları 
isə  “qismən  özününkü”  hesab  edirlər.  əlbəttə  ki,  ermənistanın 
təcavüzkar olduğunu anlayırlar, lakin mədəniyyət və dinə görə, o, 
“özününkü”  olan  təcavüzkardır  (hazırda  samtsxe-Cavaxetiyə  id- 
dialar barədə şayiələr gəzir). digər tərəfdən, avropa siyasətçilərinin 
əksər  hissəsinin  ikiüzlülük  dərəcəsi  ilə  bir  növ  siyasi  düzgünlük 
müqayisə edilməzdir. üçüncü tərəfdən, onlar xIx əsrin sonunda 
xx  əsrin  əvvəlində  Osmanlı  imperiyasında  ermənilərin  başına 
gəlmiş faciəyə görə ermənistanı təcavüzkar adlandırmağa utanırlar. 
düzdür, belə olduğu təqdirdə o vaxt mövcud olmamış türkiyə və 
azərbaycan  respublikalarının  rolunun  nədən  ibarət  olması  aydın 
deyil. avropa siyasətçilərinin əksəriyyəti həm aBŞ-a, həm də İsrailə 
“siyasi baxımdan korrekt” münasibət kimi çoxdankı ənənəyə tez-
tez yol verirlər.
Bu cür vəziyyət, əsasən, bir faktla izah 
olunur  ki, Avropa          siyasətçilərinin 
böyük  əksəriyyəti  əsl  Avropa 
mərkəzçiləridir  və  Avratlantik  (Av-
ropa  İttifaqına  əlavə  olaraq  ABŞ  və 
Kanadanı nəzərdə tutan) mədəniyyətin, 
siyasi  quruluşun  və  sivilizasiyanın 
digərləri  üzərində  üstün  olmasının 
sadəcə gizlədilmiş tərəfdarlarıdır. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə