Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

112
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Bir çox avropa siyasətçiləri əksər adi vətəndaşlar kimi Cənubi 
qafqazda yerli münaqişələrdən avropa İttifaqına olan təhlükələri 
hələ də lazımınca dəyərləndirmirlər. siyasətçilər və kütləvi infor-
masiya vasitələrinin diqqəti əfqanıstan, İran, İraq, Şimali Koreya 
və hətta Venesueladakı problemlərə yönəlib. yoxsa Cənubi qafqaz 
deyil, məhz həmin ölkələr avropa İttifaqının qonşuluğunda yerləşir?! 
eyni  zamanda,  avropanın  enerji  təhlükəsizliyi  üçün  Cənubi 
qafqazdakı yerli münaqişələrdən irəli gələn təhdidlər gec anlaşılır 
və ya bütövlükdə anlaşılmır. Bunu 2008-ci ilin avqust ayında baş 
vermiş rusiya-Gürcüstan müharibəsi göstərdi. son   vaxtlara qədər 
müəyyən bir rəy yayılmışdı ki, aBŞ və rusiya istəkləri olarsa, yerli 
qafqaz münaqişələrindən irəli gələn hər hansı təhlükəni birgə və 
hətta tək həll edə bilərlər. Onlar, bəlkə də, bunu özləri edə bilərlər, 
lakin avropa üçün bu hadisələr neçəyə başa gələcək?
Heç  bir  tərəfi  alçaltmayan  və  mövcud  hüquqi  reallıqları  əks 
etdirən düzgün güzəştlər əsasında bütün maraqlı tərəflərin istəyinə 
uyğun olaraq, münaqişənin dinc yolla həlli xülya və ya boş arzu 
deyil. Baxmayaraq ki, rusiya Federasiyasının ermənistanda, avro-
pa İttifaqı ilə aBŞ-ın isə azərbaycanda strateji maraqları var. xəzər 
regionundan  qərbə  enerji  axınlarının  müxtəlifləşdirilməsində 
azərbaycan  və  türkiyə  xüsusi  əhəmiyyətə  malikdirlər.  Bununla 
belə, türkiyədən fərqli olaraq, azərbaycanın avropa İttifaqına da-
xil olmaq iddiası yoxdur və bu baxımdan onun tranzit funksiyaları 
İttifaqın  maraqlarına  daha  neytral  görünür.  azərbaycan  av-
ropa  İttifaqının  enerji  təhlükəsizliyi  üçün  nəinki  tranzit  ölkəsi,  o 
cümlədən neft və qaz təchizatçısı kimi get-gedə daha mühüm rol 
oynayır. 2012-ci ilə qədər azərbaycan, çox güman ki, yunanıstan, 
İtaliya  və  avropanın  bütöv  cənub-şərq  regionunun  neft  və  qaz 
tələbatının 20%-ni təmin etmək iqtidarında olacaq.
nəzərə  alsaq  ki,  qazaxıstan  2010-cu  ilədək  xəzərdə  tutumu 
60.000 tona qədər olan tankerləri qəbul edə bilən (Kurık yerinin 
yaxınlığında)  yerali  limanının  tikintisini  başa  çatdırmaqla  bağlı 
strateji qərar qəbul edib, növbəti illər ərzində azərbaycanın tran-
zit funksiyalarının kəskin şəkildə artması gözlənilir. türkmənistan 
enerji resurslarının əsas hissəsini xəzər vasitəsilə daşıdığı təqdirdə 
tranzit  daha  da  artacaq.  Həmin  funksiyalar,  o  cümlədən  avropa 
İttifaqı üçün çox zəruri olan enerji axınlarının müxtəlifləşdirilməsi 
rusiya ilə ukrayna arasında son (2008-2009-cu illərdə) qaz böhranı 


 YANVAR-MART, 2010  
  
113 
baxımından yalnız Cənubi qafqazda sülhün bərqərar edildiyi və re-
gion dövlətlərində sabitliyin saxlanıldığı təqdirdə etibarlı ola bilər.
müəllif əmindir ki, həmin münaqişənin maraqlı tərəfləri arasında 
qəbul  edilə  biləcək  güzəştlər  və  qüvvədə  olan  beynəlxalq  hüquq 
əsasında avropa  İttifaqı, aBŞ,  rusiya,  türkiyə  və  İranın  müm-
kün qədər birgə və zəruri səyləri ilə problemin dinc yolla ədalətli 
həlli hələ ki mümkündür. Bu məqsədlə maraqlı tərəflər aşağıdakı 
tədbirləri görə bilərlər.
Azərbaycan
Birincisi. azərbaycan dağlıq qarabağ vilayətinin muxtariyyət 
statusunun ləğv edilməsi barədə qəbul etdiyi (1991-ci ilin noyabr 
ayında) qərarı ləğv edir. azərbaycan özünün beynəlxalq səviyyədə 
tanınmış  sərhədləri  çərçivəsində  mümkün  qədər  ən  yüksək 
muxtariyyət  statusunu  dağlıq  qarabağa  verir  və  həmin  hüdud-
larda  muxtar  qarabağ  respublikasının  yaradılması  imkanını  eti-
raf edir. Həmin muxtar dövlət vahidi Bakıdakı mərkəzi hökumət 
ilə  beynəlxalq  zəmanət  və  nəzarət  əsasında  şaquli  münasibətlər 
qurur.  Bu  məqsədlə  yeniləşmiş  dövlət  vahidinə  digər  hüquqlar 
da  verilə  bilər:  azad  ticarət  zonasının  yaradılması;  Bakıda  daimi 
nümayəndəlik; həmin ərazi vahidinə aid bütün qərarlara veto qoy-
maq hüququ; azərbaycan respublikasının bütün dövlət orqanlarında 
zəmanətli təmsilçilik və s.
İkincisi.  azərbaycan  dağlıq  qarabağ,  ermənistan  və  erməni 
diasporu  arasında  nəqliyyat,  informasiya  və  mədəni  əlaqələrin 
maksimal açıqlığına zəmanət verir.
Üçüncüsü.  dağlıq  qarabağın  azərbaycanlı  icması  və  dağlıq 
qarabağ  ətrafındakı  işğal  olunmuş  rayonlardan  qovulmuş 
azərbaycanlı qaçqınlar azərbaycanın göstərilən güzəştli təkliflərini 
dəstəkləmək öhdəliyini üzərinə götürürlər.
Dördüncüsü.  azərbaycan  separatçıların  silahlı  tədbirləri  və 
ermənistanın  azərbaycana  qarşı  təcavüzü  nəticəsində  dəymiş 
zərərə  görə  ermənistana  və  dağlıq  qarabağın  erməni  icmasına 
təzminat iddialarını irəli sürməyəcək. yalnız mədəniyyət dəyərləri 
istisna təşkil edir və onların bərpası münaqişənin bütün tərəflərinin 
səyləri ilə müqavilə əsasında təmin ediləcəkdir.


114
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Dağlıq Qarabağın erməni icması
Birincisi.  İcma  bəyan  edir  ki,  milli  erməni  icmasının  öz 
müqəddəratını  təyin  etməsi azərbaycanın  təklif  etdiyi  maksimal 
dərəcədə geniş muxtariyyət formasında baş tuta bilər.
İkincisi.  dağlıq  qarabağ  silahsızlaşdırılır.  silahlı  dəstələr 
muxtariyyətin  administrasiyası  və  azərbaycanın  daxili  İşlər          
nazirliyi tərəfindən nəzarət edilən polisə çevrilir. müəyyən müddət 
ərzində həmin polis Bmt-nin təyin etdiyi beynəlxalq müfəttişlərin 
nəzarəti altında fəaliyyət göstərir.
Üçüncüsü. Bərpa edilən və ya yenidən yaradılan muxtariyyət 
azərbaycanlı qaçqınların könüllü qayıdışına, onların təhlükəsizliyinə 
və bərabərliyinə beynəlxalq nəzarət altında zəmanət verir.
Ermənistan
Birincisi.  ermənistan  azərbaycanla  razılaşdırılmış  cədvələ 
uyğun olaraq beynəlxalq nəzarət altında azərbaycanın işğal edilmiş 
ərazilərini birbaşa və ya mərhələli şəkildə, ayrıca rayonlarla və ya 
regionlarla azad edir.
İkincisi. ermənistan azərbaycan hüdudlarında dağlıq qarabağı 
muxtar dövlət vahidi kimi tanıyır.
Üçüncüsü.  ermənistan  azərbaycana  hər  hansı  bir  ərazi 
iddiasından əl çəkir.
Dördüncüsü.  ermənistan  m.Bağırovun  1945-1946-cı  illərdə 
verdiyi  təkliflərə  və  azərbaycan  ilə  ermənistan  arasında  ərazi 
mübadiləsi  ilə  bağlı  1994-cü  il  tarixli  qobbl  planına  yenidən 
baxmağa hazırlı olduğunu bildirir.
münaqişənin sülh yolu ilə həllinə həmçinin ermənistan daxilində 
formalaşan müvafiq münasibət də zəmin yaradır. ermənistandakı 
son  prezident  seçkiləri  zamanı  bu  ölkənin  keçmiş  prezidenti  və 
prezidentliyə namizəd levon ter-Petrosyan seçkiqabağı çıxışlarında 
azərbaycan  ilə  ermənistan  arasında  münaqişəyə  münasibət 
bildirərkən qeyd etmişdi ki, münaqişənin yaradılması məsuliyyətini 
öz  üzərinə  götürmək  ağır  və  xoşagəlməz  haldır,  azərbaycana 
dəymiş  ziyana  maliyyə  kompensasiyasının  ödənilməsi  haqqında 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə