Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

118
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
səylər göstərsin. Hesab edirəm ki, bu məsələni azərbaycan da daha 
qətiyyətli və davamlı şəkildə qaldıracaq,  öz xalqının alçaldılmasının 
qəbulolunmaz  olduğunu  və  xalqın  qəzəbinin  qalxmasını  dünya 
siyasətinin  bütün  səviyyələrində  mütəmadi  olaraq  bildirəcəkdir.   
avropa İttifaqına olan ümid azdır: bu ittifaq öz hərbi dişləri olmayan 
liberal iqtisadi pələngə oxşayır. ermənistan ilə azərbaycan arasında 
münaqişənin dinc yolla nizamlanmasında həlledici rolu türkiyə və 
İran  İslam  respublikasının  hərtərəfli  dəstəyi  ilə aBŞ  və  rusiya 
oynaya bilər və yaxşı olardı ki, onlar birgə səylər göstərsinlər.


 YANVAR-MART, 2010  
  
119 
TÜRKİYƏNİN ORTA ŞƏRQ SİYASƏTİNDƏ 
PARADİQMA DƏYİŞİKLİYİ
Arif Kəskin
Orta Şərq üzrə mütəxəssis,
xxI əsr - türkiyə İnstitutu
Giriş
İran bu gün, xüsusilə İraqın işğalından sonra, bölgənin ən güc-
lü dövləti kimi göstərilməkdədir. Bir çox qiymətləndirmədə İranın 
hücum  xarakterli,  təcavüzkar  və  güzəştsiz  xarici  siyasətinə  qarşı 
türkiyənin səssiz, çəkingən və “qorxaq” bir siyasət yürütdüyü id-
dia edilir, hətta türkiyə “siyasətsizlik”də günahlandırılırdı. lakin 
türk xarici siyasətində son zamanlar müşahidə edilən inkişaf, bu 
görüşlərin əksinə, türkiyənin səssiz-sədasız və kimsənin reaksiya-
sından çəkinmədən bölgədə təsirli bir rol oynamaq arzusunda oldu-
ğunu göstərmişdir. Belə ki, yaşanan son hadisələr türkiyənin bölgə 
problemlərinin həllində mərkəzi bir mövqeyə sahib olmaq istəyini 
ortaya qoymuşdur.
Obamanın  ankaraya  səfəri  zamanı  türkiyədən  gözləntilər,      
İsrailin  qəzza  bölgəsinə  hücumuna  qarşı  Baş  nazir  ərdoğanın 
sərt mövqeyi, davos böhranı və daha əvvəl suriya ilə İsrail ara-
sındakı vasitəçilik cəhdləri, “Həmas”ı sistemə qoşmaq səyi, İran 
ilə aBŞ arasında vasitəçilik etmə arzusu kimi amillər türkiyənin 
bölgədəki roluna dair müzakirələri alovlandırmışdır. mübahisə və 
müzakirələrin mövzusu türkiyənin regional güc və ya aktor oldu-
ğu, İranın yanında və ya qarşısında yeni bir ox meydana gətirdiyi, 
qərbin təqdim etdiyi rolu oynamaqda və ya qərbdən uzaqlaşmaqda 
olduğu şəklində şərhləri əhatə edir. Bu məqaləmizdə məqsəd Orta 


120
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Şərqdə cərəyan edən hadisələri 
əsas  götürərək  türkiyənin 
mövqeyini,  axtarışlarını  və 
hərəkətlərinin  səbəblərini  an-
lamağa çalışmaqdır.
  
Paradiqma dəyişikliyi 
türkiyə  sahib  olduğu 
üstünlüklərə  əsaslanaraq  Orta 
Şərq  bölgəsində  təsirli  güc  olmaq  arzusundadır:  70  milyonluq 
əhalisi, dünyanın ən böyük 17-ci iqtisadiyyatına malik olması və 
buna paralel olaraq davamlı artan enerji ehtiyacı, dinamik iqtisa-
di quruluşu, yeni bazarlar axtarışı, dini və tarixi bağları belə bir 
zərurəti doğurmuşdur. qısacası, tarixi və mədəni təcrübəsi, geosi-
yasi üstünlükləri, bölgənin ən böyük əsgəri gücü, bir natO üzvü 
və İsrail ilə birlikdə bölgənin iki demokratik dövlətindən biri ol-
ması, aBŞ, aB və İsrail ilə yaxşı əlaqələrinin mövcudluğu yalnız 
türkiyəyə xas bir potensial ortaya qoymaqdadır. 
Bütün bu xüsusiyyətlər türkiyəni bölgədə daha çox rol almağa 
sövq edir. Bu kontekstdə türkiyənin Orta Şərqə istiqamətli xari-
ci siyasətinin əsasını bölgə ölkələri ilə əlaqələrin bütün sahələrdə 
inkişaf etdirilməsi və qarşılıqlı iqtisadi asılılıq yaratmaqla regio-
nal sabitlik, təhlükəsizlik və rifahın yayılmasına nail omaq təşkil 
edir.  türkiyə  bölgədəki  münaqişələrə  tərəf  olmama  qanununu 
mənimsəmişdir. digər tərəfdən, regionda barış və sabitliyin bərqə-
rar olması məqsədilə mövcud imkanlar çərçivəsində hadisələrə hər 
cür  müdaxilə  etməkdədir.
1
  türkiyə  bölgədəki  problemlərə  tərəf 
olmama  qanunu  istiqamətində  Orta  Şərqin  kompleks  tənliyinin 
içərilərinə daxil olmaqdan çəkinmişdir. Başqa sözlə, türkiyə Orta 
Şərqdə oyun qurucu, düzənləyici və prosesləri təyin edən aktor ol-
maq istəməmiş, daha çox müdaxilə imkanını verən tərəfsizlik nü-
mayiş etdirməyən barışdırıcı amil rolunu oynamışdır. 
son zamanlar türkiyənin Orta Şərqdəki cəhdləri onun yuxarı-
da ifadə edilən təməl duruş nöqtəsindən qopduğu, oyun qurucu və 
prosesləri nizamlamaq istəyən bir aktor olduğu və dolayısilə istər-
1. ”türkiyənin Orta Şərq ilə əlaqələri”, , türkiyə 
xarici İşlər nazirliyinin rəsmi veb-saytı 
Bu kontekstdə Türkiyənin Orta Şərqə 
istiqamətli  xarici  siyasətinin  əsasını 
bölgə  ölkələri  ilə  əlaqələrin  bütün 
sahələrdə inkişaf etdirilməsi və qarşı-
lıqlı  iqtisadi  asılılıq  yaratmaqla  regi-
onal  sabitlik,  təhlükəsizlik  və  rifahın 
yayılmasına nail omaq təşkil edir.


 YANVAR-MART, 2010  
  
121 
istəməz  tərəf  olduğu  görüntüsünü  yaratmaqdadır.  Bu,  açıq  ifadə 
edilməsə də, bir paradiqma dəyişikliyi mənasını ifadə edir. Bir çox 
qiymətləndirmədə  bu  fakt  sadələşdirilərək  iqtidardakı  ədalət  və 
İnkişaf Partiyası (aKP) ilə əlaqələndirilməkdə, regional və qlobal 
dəyişikliklərin analizi xaricində tutulmaqdadır. ancaq aKP deyil, 
hər hansı bir başqa partiya iqtidar olsaydı belə yenə də bir Orta Şərq 
siyasəti ortaya çıxa bilərdi. Çünki bu siyasət bir növ konyunkturun 
tələbidir. yenə də aKP-nin ideoloji keçmişi bu prosesi başlamaq 
məqsədinə onu daha çox motivasiya etmiş və bu siyasətin reallaş-
dırılması üçün ona daha çox inandırıcılıq və asan qərar qəbul etmək 
imkanı vermişdir. 
Paradiqma dəyişikliyinin dinamikası 
türkiyənin regional problemlərə müdaxilə etmə ehtiyacını hiss 
etməsinin səbəblərini 11 sentyabr hadisələrindən sonra dəyişən Orta 
Şərq  tənliyində  axtarmaq  lazımdır.  İraqın  işğalı  ilə  birlikdə aBŞ 
və türkiyənin regional mövzulardakı baxışlarının fərqli cəhətləri 
ortaya çıxmışdır. Bu konteksdə 1 mart sənədi bir başlanğıc kimi 
şərh oluna bilər. sənədin rədd edilməsi türkiyənin aBŞ-ın bölgəni 
yenidən dizayn etmə arzusuna, hədəf və vasitələrinə qatılmadığını 
ortaya  qoymuş  və aBŞ  ilə türkiyə  arasında  fikir  ayrılığını  orta-
ya çıxarmışdır. Bunu ardından aBŞ-ın İraq kürdləri ilə olan yaxşı 
əlaqəsi və indi arxa plana keçsə də, vaxtilə xüsusi əhəmiyyət kəsb 
edən “Böyük Orta Şərq” layihəsinin müzakirələri türkiyə ilə aBŞ 
arasında  bir  güvənsizlik  böhranına  gətirib  çıxarmışdır.  üstəlik, 
aBŞ uzun müddət PKK-ya qarşı türkiyəni qane edəcək hər han-
sı  bir  cəhd  göstərməmişdir.  Bu  amillər aBŞ  vasitəsilə  bölgədəki 
mənafelərini təmin edə bilməyəcəyini və bölgə dövlətlərinə daha 
çox  ehtiyac  duyduğunu  türkiyəyə  hiss  etdirmişdir.  Bu  da  öz 
növbəsində türk cəmiyyətində amerika əleyhdarlığının artmasına 
zəmin yaratmışdır.  
türkiyəni Orta Şərqdə aktiv olmağa vadar edən digər bir səbəb 
də  regionun  coğrafiyasının  yenidən  çəkilməsidir.  İraqın  işğalı  və 
səddamın  hakimiyətdən  devrilməsi  ilə  bu  ölkənin  sünni  ərəb  si-
ması dəyişmiş, şiələri və kürdləri də əhatə edən yeni bir İraq əmələ 
gəlmişdir.  səddamın  devrilməsilə  İranın  əl-qolunu  bağlayan  İraq 
təhdidi  ortadan  qalxmış  və  yerində tehranın  böyük  təsir  gücünə 
malik olduğu bir ölkə yaranmışdır. İraqın əvvəlki gücünü itirməsi 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə