Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə39/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

122
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
regional  tarazlığı  alt-üst  etmişdir.  Köhnə  status-kvoda  İraq  həm 
İranı,  həm  də  İsraili  məhdudlaşdırırdı.  İraqın  bu  funksiyasından 
faydalanan digər sünni ərəb dövlətləri hərəkət sahəsi tapırdılar. Bu 
səbəbdən İraqın işğalı nəticəsində sünni ərəb dövlətləri həm İsrail, 
həm də İran qarşısında tək qalmışlar. xüsusilə İranın artan gücü 
və bölgə dövlətlərinə istiqamətli təcavüzkar görünüşü sünni ərəb 
dövlətlərini  İrana  qarşı  bir  təhdidedici  qərar  qəbul  etməyə  sövq 
etmişdir.  İraqın  çökməsilə  sünni  ərəb  dövlətlərinin  İran  qarşısın-
da  müqavimət  gücü  əhəmiyyətli  dərəcədə  azalmışdır.  “Şiə  aypa-
rası” qorxusu da bu fəaliyyətin bir göstəricisidir. məhz buna görə 
sünni ərəb dövlətləri İranı neytrallaşdırmaq üçün türkiyəyə daha 
çox ehtiyac duymağa başlamışlar. sünni ərəb dövlətləri türkiyə ilə 
birlikdə  “İran  əleyhdarları”ndan  təşkil  edilmiş  bir  blok  meydana 
gətirmə arzusu nümayiş etdirmişlər. Bununla bağlı olaraq sünni ərəb 
dövlətlərindən türkiyəyə edilən ziyarətlər nəzərəçarpacaq dərəcədə 
artmışdır. Bu çərçivədə ərəblər türkiyəyə onun aktiv ola biləcəyi 
bir oyun sahəsi təqdim etmişlər. türkiyənin ərəb liqası ilə 2004-
cü ildə bir razılaşma sənədi  imzalaması, İslam Konfransı təşkilatı  
rəhbərliyinin bir türkə həvalə edilməsi, Körfəz əməkdaşlıq Şurası 
ilə türkiyənin daha çox əlaqələr qurması və Bmt-nin təhlükəsizlik 
Şurasının müvəqqəti üzvlüyünə türkiyənin namizədliyinin ərəblər 
tərəfindən dəstəklənilməsi bu dövrün ən əhəmiyyətli hadisələridir.
Bu müddət ərzində suriya da zəifləmişdir. suriya qərbin ağır 
təzyiqi altında livandan çıxarılaraq küncə sıxışdırılmış, nəticədə 
İrandan daha çox asılı vəziyyətə düşmüşdür. Bundan başqa, İran və 
sünni ərəb dövlətləri arasındakı güvənsizlik böhranı suriyanı çətin 
vəziyyətə  salmaqla  yanaşı,  onu  ərəb  dövlətlərinin  tənqidlərinin 
hədəfinə çevirmişdir. digər tərəfdən, qərb və İran arasındakı nüvə 
problemi də suriyanı ciddi şəkildə narahat edir. Bu səbəbdən su-
riya sünni ərəb dövlətlərinin və qərbin təzyiqlərindən xilas olmaq, 
İran ilə aBŞ arasında davam edən gərgin prosesdə hədəf olmamaq 
ücün türkiyə ilə yaxınlaşma yolunu seçmişdir. 
İrana  nəzər  yetirsək,  İranın  nüvə  işləri  və  qərblə  münasibət-
lərində  yaranmış gərginlik Orta Şərqdə İran-aBŞ münasibətlərini 
kəskinləşdirmiş  və  bölgədəki  livan,  İraq  və  Fələstin-İsrail  kimi 
“sümükləşmiş” problemləri həssas bir nöqtəyə gətirmişdir. İraqın 
işğalından sonra Orta Şərqdəki ölkələr iki dərin şübhə ilə qarşılaş-
mışlar. Belə ki, sünni ərəb dövlətləri İrana qarşı hədsiz bir şübhə 


 YANVAR-MART, 2010  
  
123 
içində olmaları ilə yanaşı, aBŞ-a da etibar etmirdilər. Bu səbəbdən 
İraqın işğalından sonra ərəb dövlətlərinin İran və aBŞ arasında sı-
xılıb qaldığını söyləmək səhv fikir olmayacaq.
İraqın  işğalından  sonra  Orta  Şərqdə  regional  güclərlə  yanaşı 
qlobal aktorların da qeyri-kafi fəaliyyətlərinin şahidi olduq. aBŞ 
Orta  Şərqdə  nüfuz  itkisinə  uğramış,  amerika  əleyhdarlığı  ciddi 
şəkildə artmış və bölgə dövlətlərinin amerikaya etibarı azalmışdır. 
Bundan başqa, amerika İraq və əfqanıstanda “bataqlığa batmış” 
və  bu  müddətdə  yenidən  qurmaq  istədiyi  Orta  Şərq,  tam  əksinə, 
bir  “həlsizlik  yumağı”na  çevrilmişdir.  Həmçinin  avropalılar  da 
istənilən  əzmi  göstərməmiş  və  bölgənin  problemlərinin  həllində 
hər hansı bir önəmli rol oynaya bilməmişlər. digər tərəfdən, sün-
ni ərəb dövlətləri bölgədəki problemlərə daxildən də bir həll tapa 
bilməmişlər. 
Hadisələrin bu cür gedişatı türkiyə üçün Orta Şərq ölkələrinə 
yaxınlıq ehtiyacı yaratdı. İraqın işğalı, bunu ardınca yaşananlar türk 
xarici siyasətinin ən mühüm problemi olmuş və türkiyə bu prob-
lemin  həlli  üçün  regional  iradəyə  ehtiyac  duymuşdur.  xüsusilə, 
aBŞ-ın İraq siyasətindən məmnun olmayan və bu siyasətin İraqın 
ərazi bütövlüyünə xələl gətirməsindən narahat olan türkiyə İraqın 
qonşuları ilə daha sıx dialoqa girmişdir. Başqa sözlə, İraqın işğalı, 
İraqın  şimalındakı  hadisələr  və  PKK-nın  bölgədəki  mövcudluğu 
türkiyəni üzünü Orta Şərqə çevirməyə sövq edən başlıca amillər 
olmuşdur. 
Bütün bunların nəticəsində bölgəmizdə cərəyan edən hadisələr 
türkiyənin  əhəmiyyətini  artırmış  və  bölgə  ölkələri  arasında 
türkiyəni qazanma yarışı başlamışdır. türkiyə belə bir mühitdə bü-
tün tərəflər baxımından daha etibarlı bir ortaq kimi görünməkdədir. 
əslində,  türkiyənin  “problemlərə  tərəf  olmama”  siyasətinin  bu 
ölkələrin nəzərində bir güvən zəmini meydana gətirdiyi qeyd olu-
na  bilər. türkiyə  bu  problemlər  içərisində  zaman-zaman  çətinlik 
yaşasa da, müəyyən mənada onun özünü etibarlı tərəfdaş kimi sü-
büt etməyə müvəffəq olduğunu söyləmək mümkündür. Bu etibarı 
gücləndirən digər bir nüans da türkiyənin başqa ölkələrin daxili 
işlərinə  qarışmama  qanununa  söykənən  xarici  siyasəti  olmuşdur 
ki,  bu  da  bölgədə  dəyişməyə  qarşı  həssas  rejimlər  baxımından 
çox əhəmiyyətlidir. aBŞ və aB-nin daxili siyasətə müdaxiləetmə 
səyləri  ilə  birgə  bölgədəki  problemlərdə  tərəfli  mövqe  nümayiş 


124
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
etdirmələri  və  ya  belə  qəbul 
edilmələri 
türkiyəni 
bu 
ölkələrdən  fərqləndirmişdir. 
Başqa  sözlə,  türkiyə  bölgə 
problemlərində  qərb  oxun-
da  görünsə  də,  əslində,  daxili 
işlərə qarışmama və tərəfsizlik 
mövqeyi  ilə  özünə  xas  bir 
oxda  iştirak  etməkdədir.  Bu 
baxımdan 1 mart sənədinin rədd edilməsi də türkiyənin bölgədəki 
imicinə müsbət çalar vermişdir. əvvəllər türkiyəni aBŞ-ın “pullu 
əsgəri” kimi tanıyan dövlətlər son zamanlar bunun belə olmadığını 
və  türkiyənin  milli  mənafeləri  istiqamətində  müstəqil  davrandı-
ğını  müşahidə  etmişlər.  Bu  da  bölgə  ölkələrinin  türkiyəyə  təsir 
edə və bunun bir nəticə verə biləcəyinə ümid etmələrinə səbəb ol-
muşdur. eyni zamanda, türkiyənin bu dövlətlərə qarşı məsuliyyətli 
siyasət yürütdüyünü də söyləmək mümkündür. 
Türkiyə regional bir gücdürmü? 
türkiyənin  bu  mövqeyi  müxtəlif  müzakirələrə  də  rəvac  ver-
mişdir. Belə ki, türkiyənin regional bir güc olması ilə bağlı ciddi 
şübhələr mövcuddur. türkiyə orta səviyyəli dövlət olsa da, bir çox 
xüsusiyyəti  ilə  bölgənin  ən  əhəmiyyətli  dövləti  sayıla  bilər.  la-
kin bölgənin ən əhəmiyyətli gücü olmasına baxmayaraq, türkiyə 
Orta  Şərqə  sahib  olmaq  üçün  lazım  olan  mövqeni  əldə  etmək 
niyyətində olmamışdır. Özünü qərb ölkəsi kimi görən türkiyə ya-
rış sahəsini Orta Şərqdə görməmişdir. Bu səbəbdən türkiyə Orta 
Şərq bölgəsində təhlükəsizlik və siyasi problemləri çözən bir ölkə 
olmaq istəməmişdir. türkiyə, ümumiyyətlə,  onu maraqlandırma-
yan  problemlərdən  məsafədə  dayanmiş  və  ona  aid  olmayan  bu 
problemdə tərəf olmaqdan qaçmışdır. eyni zamanda, “dövlət-dövlətə 
əlaqə” modelini qanun olaraq mənimsəməkdə və dolayısilə “daxi-
li işlərinə qarışmama” qanununa söykənərək hərəkət etməkdədir. 
Bu perspektivdən baxdıqda, türkiyənin strateji müdafiə sahəsi öz 
coğrafi sərhədləri ilə məhduddur. strateji müdafiə xəttini öz coğ-
rafi  sərhədləri  ilə  məhdudlaşdıran  bir  ölkənin  regional  güc  kimi 
qəbul olunması isə səhvdir. regional gücün strateji müdafiə xətti 
öz coğrafi sərhədlərindən çox kənardadır. Bundan başqa, türkiyə 
Türkiyə orta səviyyəli dövlət olsa da, 
bir  çox  xüsusiyyəti  ilə  bölgənin  ən 
əhəmiyyətli dövləti sayıla bilər. Lakin 
bölgənin ən əhəmiyyətli gücü olması-
na  baxmayaraq, Türkiyə  Orta  Şərqə 
sahib olmaq üçün lazım olan mövqeni 
əldə etmək niyyətində olmamışdır.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə