Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

128
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Şərq”in məhsulu olmasına baxmayaraq, suriyanin İsrail ilə barışa 
hazır olması yeni bir fakt deyil. Bu vəziyyət 1992-cı ildən bu günə 
qədər fərqli intensivliklərlə gündəmdə qalmışdır. suriyanın son za-
manlar Golan təpələrinin tam hakimiyyətini geri alma qarşılığında 
masaya oturmaq istəyi əhəmiyyətli bir prosesin başlanğıcı mənasını 
verməkdədir.  suriyanın  barışı  qəbul  etməsi  bir  təbliğat  döyüşü 
olaraq da görülə bilər. suriya hər şeydən əvvəl Golan təpələrinin         
İsrail işğalı altında olmasını əsas gətirərək işğal qarşısında özünün 
qanuni müdafiə hüququnun oldugunu göstərmək və İsrailin suriya 
əleyhinə “təbliğat maşını”nı təsirsiz hala gətirmək istəyir. Bu yolla 
suriya öz üzərindəki təzyiqi azaltmaqla İran ilə aBŞ arasında qar-
şıdurma son həddə çatarsa, İran ilə indidən hesablaşmaq istəmişdir. 
İranın güclənməsi, aBŞ və İsrail ilə problemlərin kəskinləşməsi, 
xüsusilə də əhmədinejadın “İsrailin yox olması” ifadəsi suriyaya 
İsrail ilə əlaqələrində manevr sahəsi açmışdır.
2
 suriya bu çərçivədə 
sülh təklifini qəbul etmişdir. Obama dövründə aBŞ-ın bu mövzu-
nu  daha  ciddi  bir  şəkildə  izləyəcəyi  görünməkdədir.  son  olaraq          
suriyanın Obamaya yaşıl işıq yandırması bu prosesin yenidən can-
lanması üçün ümid verir. Bu baxımdan türkiyəyə ehtiyac duyul-
duğu çox aydın şəkildə görünür. ancaq türkiyənin bu vasitəçilik 
funksiyasını davam etdirə bilməsi üçün İsrail ilə türkiyənin davos 
zirvəsindən  sonra  zədə  alan  əlaqələrinin  düzəlməsi  lazımdır.  Bu, 
asan görünməsə də, bir zərurət olaraq qarşımızda dayanmışdır. 
davos  böhranı  türkiyənin  əsaslı  mövqeyində  qısadövrlü  və 
davamlılığı  olmayan  bir    “qopma”  kimi  xarakterizə  edilə  bilər. 
türkiyə  tərəfsiz  görünüşünü  zədələmiş  və  oyun  sahəsini  da-
raltmışdır.  Bu  mövqe  yalnız  İsrail  deyil,  sünni  ərəb  dövlətləri 
tərəfindən də belə qəbul edilmişdir. nəticədə, türkiyənin “Həmas” 
mövzusundakı  mövqeyi  bir  qırılma  nöqtəsi  sayıla  bilər.  türkiyə 
“Həmas”  mövzusunda  İsrail,  qərb  və  sünni  ərəb  dövlətlərindən 
fərqli düşünməkdədir və onların qayğısını paylaşmamaqdadır. İs-
rail  Hizbullah  təcrübəsinin  təkrarlanmamasını  istəyir.  sünni  ərəb 
dövlətlərinə görə, “ərəblərin təhlükəsizlik arxa bağçasında bir İran 
peyki” və “müsəlman qardaşları” fobisini qışqırdan bir fakt” olan 
“Həmas” haqqındakı fikirlərini türkiyənin onlarla paylaşmaması bu 
dövlətləri məmnun etməmişdir. türkiyənin “Həmas” mövzusunda-
kı mövqeyi İrana bir təbliğat sahəsi yaratsa da, ondan çox fərqlidir. 
2. suriya və İran əlaqələri ilə bağlı ətraflı məlumat üçün baxın: arif Kəskin. 
İran və suriya əlaqələri. strateji analiz, 100-cü sayı, avqust 2008. 


 YANVAR-MART, 2010  
  
129 
İran “Həmas”ın sistemə inteqrasiya olmasını istəmir, bundan baş-
qa, İsrail ilə sülh razılaşmasını qəbul etmir.
3
  türkiyə isə “Həmas”ı 
sistemə  inteqrasiya  etmək  və  İsrail  ilə  barış  masasına  oturtmaq 
niyyətindədir. ancaq türkiyənin “Həmas”la olan dialoqu sünni ərəb 
dövlətlərinin türkiyənin daha çox İrana yaxınlaşmasına və onların 
türkiyə üzərindən İranı məhdudlaşdırma arzularını boşa çıxarma-
sına  inanmalarına  səbəb  olan  bir  vəziyyət  meydana  gətirmişdir. 
ərəblər İranın gücünün qarşısında türkiyəni seçə bilərlər. ancaq 
davos böhranı və Baş nazir tayyib ərdoğanın qəzza bölgəsinə hü-
cum ilə bağlı mövqeyi ərəb dövlətlərini məmnun etməmişdir. Çünki 
bu hadisələr Fələstin mövzusunda ərəblərin passiv və təslimçi obra-
zını yaratmışdır. Bundan başqa, ərdoğanın mövqeyini “islamçılıq” 
və ya “demokratiyanın gücü” şəklində şərh etsələr də, bu, ərəblərin 
siyasi sistemini sorğulayan bir vəziyyətdir. türkiyənin bu mövqe-
yinin  ərəb  dünyasında  bir  dəyişikliyə  liderlik  etdiyini  söyləmək 
səhv olar. ərəblərin türkiyəyə yaxınlaşmağa məhkum vəziyyətdə 
olduğunu söyləyə bilərik. Çünki İranın planlı və proqramlı şəkildə 
onları  yıxmaq  istədiyini  düşündükləri  halda,  türkiyənin  belə  bir 
mövqedə olmadığını güman edirlər. Beləcə, “İran, yoxsa türkiyə” 
sualına  ərəblərin  “türkiyə”  cavabını  verəcəyini  düşünə  bilərik. 
ərəb ictimaiyyətinin və ziyalılarının ərdoğana müsbət reaksiyası 
türkiyəyə daha çox etibar duyduqlarının bir göstəricisidir. 2005-
ci ildən bu yana etdiyi sərt çıxışlarına baxmayaraq, əhmədinejad 
ərdoğanın qısa müddətdə əldə etdiyi nüfuzu qazana bilməmişdir. 
Bununla yanaşı, türkiyənin ərəb dünyasına istiqamətli siyasətinin 
təməlini  çoxtərəflilik  qanunu  təşkil  edir.  ərəb  liqası  ilə türkiyə 
arasında 2004-cü ildə bir razılaşma sənədinin imzalanması bu fak-
tın konkret göstəricisidir.
türkiyənin  davos  böhranı,  qısa  dövr  kəsiyində  baxıldıqda, 
İranı məmnun etmişdir. İran və İsrail arasındakı təbliğat döyüşü-
nü  Peresin  “yediyi  fırça”  səbəbindən  İranın  qazandığını  söyləyə 
bilərik.  Bu  hadisə  dünyanın  baxışlarını  İran  üzərindən  İsrail-
türkiyə əlaqələrinə fokuslamışdır. Bu da qəzza bölgəsinə hücum 
edilən zaman aktiv dəstək verməyərək passiv mövqedə qalan İranı 
məmnun etmişdir. türkiyə-İsrail əlaqələrində yaranmış gərginliyin 
İranı  sevindirdiyini  söyləyə  bilərik.  Çünki  İranın  İsrail-türkiyə 
3. İranın Orta Şərq sülh prosesi ilə əlaqədar siyasəti mövzusunda ətraflı 
məlumat üçün baxın: arif Kəskin. İran və İsrail-Fələstin problemi. strateji 
analiz, 105-ci sayı, yanvar 2009. 


130
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
əlaqələrinin  gərginləşməsinə  səy  göstərdiyi  bəllidir.  türkiyə  ilə 
İsrail  rəhbərlərinin  sərt  çıxışlşrından  az  sonra  türk  hökumətinin 
İsraillə əlaqələrini davam etdirmək istəməsi haqqında bəyanatı isə 
İranı çox da sevindirməmişdir. 
türkiyə və İran bu gün bölgənin ən güclü iki dövləti olduqla-
rını anladıqlarına görə əlaqələrini gərgin hala gətirmək istəmirlər. 
İran və türkiyənin əlaqələrində bir etimadsızlıq böhranının olduğu 
bilinsə də, bunun yüksək tonla səsləndirilməməsi əhəmiyyətlidir. 
türkiyə İranın bölgədə artan fəaliyyətinə şübhə ilə baxsa da, bunu 
özünə dərd etmir. türkiyə bölgədə İraq mərkəzli bir xarici siyasət 
yürütməklə xüsusilə kürd separatizminə qarşı apardığı mübarizədə 
İranla  yaxınlaşmaqda  və  bu  səbəbdən  İranın  regional  güc  olma 
istəyinə çox da sərt reaksiya verməməkdədir. İran isə türkiyənin 
səylərini şübhə ilə izləyir və bunu özünə qarşı problem hesab edir. 
İranda bir çox analitik “türkiyə İranın bölgədəki gücünü oğurlamaq 
istəyir” şəklində düşünsə də, rəsmi dairələr bu mövzuda susqunluq 
nümayiş etdirirlər. lakin onlar türkiyənin bölgədə güc qazanma-
sından  məmnun  deyillər.  Bu  səbəbdəndir  ki,  tehran  türkiyənin 
İran və aBŞ ilə əlaqələrində vasitəçilik cəhdlərinə isti baxdığına 
dair hər hansı bir bəyanatla çıxış etməmişdir. İranın bu nöqtədəki 
məsafəli  duruşuna  baxmayaraq,  türkiyənin  bu  mövzuda  cəhdlər 
edə biləcəyini düşündüyünü, üstəlik, bu cəhdlərin İran tərəfindən 
də dəstəklənildiyini dilə gətirdiyini və Obama dövründə belə bir 
gözləmə mövqeyində olduğunu söyləyə bilərik.
4
  türkiyə vasitəçilik 
gözləntisində haqlı olduğuna və aBŞ ilə İran arasında yeni dövrdə 
əlaqələrin normallaşmasında müsbət rol oynaya biləcək gücə sa-
hib olduğuna inanır. aBŞ və İran yeni dövrdə normal münasibətlər 
qurmaq istəyirlərsə, onların türkiyənin dəstəyinə ehtiyacları oldu-
ğu aydın görünür. lakin bunu “türkiyə olmadan olmaz” şəklində 
şişirdilmiş bir mühakimə kimi düşünmək də düzgün deyil. 
5
türkiyənin Orta Şərq siyasətində İsrailin imtiyazlı və xüsusi bir 
yeri olduğunu söyləmək mümkündür. İsrail ilə əlaqələr, bir tərəfdən, 
4. türkiyənin Baş naziri bir xarici mətbuat nümayəndəsi ilə  müsahibəsində 
İranın türkiyənin tehran və Vaşinqton arasında vasitəçilik etməsini istədiyini 
bildirmişdir. nevsal elevli. Vasitəçilik xahişi. http://www.milliyet.com.tr/, 26 
fevral 2009. 
5. türkiyə və İran əlaqələri mövzusunda daha ətraflı məlumat üçün baxın: arif 
Keskin. İran və türkiyə əlaqələri: tarazlıq, rəqabət və qarşılıqlı ehtiyac. strateji 
analiz,101-ci sayı, sentyabr 2008. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə