Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

 YANVAR-MART, 2010  
  
131 
bölgədə İran və ərəbləri taraz-
laşdırmaq, digər tərəfdən, qlo-
bal səviyyədəki güc tarazlıqları 
baxımından bir məna ifadə edir. 
Həmçinin  İsrail  türkiyənin 
təhlükəsizliyində  və  hərbi 
cəhətdən  güclənməsində  də 
əhəmiyyətli  təsirə  malikdir. 
türkiyə İsrailin müstəqilliyini 
tanıyan ilk dünyəvi müsəlman 
dövlətidir. Bundan başqa, türkiyənin İsrail ilə əlaqələri digər Orta 
Şərq ölkələri ilə əlaqələrindən fərqli olaraq, zaman-zaman iki ölkə 
rəhbərləri arasında polemikalar yaşanmasına baxmayaraq, daha çox 
sabit olmuşdur. türkiyə Orta Şərqdə digər dövlətlərlə müqayisədə 
İsrail ilə çoxşaxəli əlaqələr qurmuşdur. türkiyənin İsrail ilə əlaqələri 
ərəb və müsəlman birliyi ölkələri ilə münasibətlərinə mənfi təsir 
etməmiş, tam əksinə, türkiyənin daşındırıcılıq gücünü artırmışdır. 
necə ki, 1996-cı ildə türkiyə ilə İsrail arasında imzalanan Hərbi 
Çərçivə müqaviləsı türkiyənin suriya və İranla olan əlaqələrinin 
müsbət bir şəkildə davam etməsinə əngəl törətməmişdir. türkiyənin 
vasitəçilik cəhdləri İsrail ilə yaxşı əlaqələri olmadan heç bir nəticə 
verməyəcək. türkiyənin İsrail ilə əlaqələrinin təməlində hər hansı 
üçüncü bir ölkəyə qarşı olmaması, həmçinin fələstinlilərin də ya-
nında iştirak etməsi durur. türkiyə Fələstin probleminin “sülh üçün 
torpaq qanunu”, “yol xəritəsi” və “ərəb sülh cəhdi” çərçivəsində, 
“etibarlı  və  tanınan  sərhədlər  daxilində  bir  yerdə  yaşayacaq  iki 
dövlət  vizyonu”  əsasında  qarşılıqlı  müzakirələr  yolu  ilə  ədalətli 
və davamlı bir şəkildə həllə qovuşdurulmasını istəmişdir. türkiyə 
1967-ci ilədək mövcud olmuş sərhədlərin yenidən bərpa edilməsinin 
tərəfdarıdır. Bu səbəbdən türkiyə həmişə İsrailə qarşı bir tənqidi 
yanaşma  mövqeyində  olmuşdur.  davos  böhranı  türkiyə-İsrail 
əlaqələrində  təzyiqin  yüksəlməsinə  səbəb  olsa  da,  bunu  iki  ölkə 
arasında qırılma nöqtəsi kimi görmək tələskən bir baxış ola bilər. 
Bu ölkələr yaxşı əlaqələrə möhtacdır. Bu səbəbdən türkiyə ilə İs-
rail söz gərginliyini daha çox şişirtmək istəmədiklərinə dair işarələr 
verməkdədirlər.  ancaq  bu  da  ifadə  edilməlidir  ki,  türkiyənin 
vasitəçilik missiyası, qısa müddətə də olsa, təhlükə qarşısında qal-
mışdır.   Obamanın yeni Orta Şərq siyasəti çərçivəsində türkiyəyə 
bir çox sahədə ehtiyacı vardır. Bu səbəbdən aBŞ-ın istəyi və bəlkə 
Türkiyə Orta Şərqdə digər dövlətlərlə 
müqayisədə  İsrail  ilə  çoxşaxəli 
əlaqələr qurmuşdur. Türkiyənin İsrail 
ilə  əlaqələri  ərəb  və  müsəlman  birli-
yi  ölkələri  ilə  münasibətlərinə  mənfi 
təsir etməmiş, tam əksinə, Türkiyənin 
daşındırıcılıq gücünü artırmışdır.


132
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
də, təzyiqi nəticəsində türkiyə-İsrail arasındakı gərginlik çox qısa 
müddətdə aradan qalxa bilər. Çünki türkiyə ilə İsrail əməkdaşlıq 
edə bilməzsə,
6
 Obamanın planlarının reallaşması çətinləşə bilər.   
Nəticə və ümumi qiymətləndirmə
türkiyənin  Orta  Şərqdə  yeni  bir  ox  meydana  gətirmə  arzusu 
göründüyündən də çox komplekslidir. davos böhranında müşahidə 
edildiyi kimi, bu bölgədə təsir gücünə malik olmaq istəyənlər istər-
istəməz  tərəf  olurlar.  Orta  Şərq  coğrafiyasında  tərəf  olmadan  və 
rəqib  çıxarmadan  bu  xəyalın  reallaşması  qeyri-mümkündür.  Bu 
səbəbdən türkiyənin Orta Şərqin küçələrində sərbəst şəkildə hərəkət 
edə bilməməsi də müzakirə mövzusu ola bilər. Çünki təcrübələrdən 
göründüyü  kimi,  Orta  Şərq  problemləri  asan  həll  yolları  olan 
problemlər  deyil.  türkiyə  Orta  Şərqdə  nə  bölgə  dövlətlərinə,  nə 
də qərbə qarşı heç bir niyyətinin olmadığını göstərir. Bu səbəbdən 
Orta  Şərqin  problemlərinin  həlli  üçün  bütün  tərəfləri  məmnun 
edəcək bir sehrli düsturun tapılması lazımdır. Bu, o qədər də asan 
deyil. Bu nöqteyi-nəzərdən yanaşılarsa, türkiyənin qərbin arzula-
rını daha fərqli yollarla reallaşdırmaq niyyətində olduğunu söyləyə 
bilərik. Bu faktı dəstəkləyən digər bir nüans türkiyənin “bu bölgəni 
biz tanıyırıq, biz anlayırıq, bölgə insanları ilə biz danışa bilərik” 
şəklindəki özündənrazılıq göstəricisi olan ifadələridir. Bu baxımdan 
türkiyə özünü İranın alternativi olaraq təqdim edə bilər. Bunun da 
qərb ölkələri tərəfindən qəbul edilməsi və dəstəklənməsi bir faktdır. 
türkiyənin İrana alternativ ola bilməsi isə çətin məsələdir. Bundan 
başqa, bölgədəki problemlərin diplomatik cəhdlərlə həll edilməsi o 
qədər də asan deyil. Bu, onu deməyə əsas verir ki, türkiyənin hələ 
bölgədə həll edə bildiyi konkret bir problem yoxdur. 
6. Faruk loğoğlu. türkiyə ərəbçilik rolunu itirmədi, amma zədələndirdi.http://
www.milliyet.com.tr/26.1.2009.  
 


 YANVAR-MART, 2010  
  
133 
SOVET DİL SİYASƏTİ STANDARTLARINDAN 
AVROPA STANDARTLARINA DOĞRU:  
AZƏRBAYCAN NÜMUNƏSİ
Gülşən Paşayeva
                                                                                                               
azərbaycan respublikasının Prezidenti yanında strateji 
araşdırmalar mərkəzinin xarici siyasətin təhlili şöbəsinin müdiri
Giriş
dil millətin ənənəvi və çox mühüm komponenti olub, geniş mənada 
kütləvi  şüurun  özünəməxsus  rəmzi  hesab  edilir.  məsələn,  İsraildə 
dövlət yarandığı vaxt ivrit dili, demək olar ki, sırf dini funksiya   daşı-
ması ilə yanaşı, rəsmi dil rolunu da oynamağa başladı, çünki o, dünya-
nın müxtəlif yerlərindən gəlmiş və fərqli dillərdə danışan ölkə əhalisi 
üçün böyük rəmzi əhəmiyyət daşıyırdı.
1
 Ölkənin ikinci rəsmi dili olan 
ingilis dili ilə yanaşı irland dilinin İrlandiya respublikasının milli və 
statusuna görə birinci rəsmi dili kimi elan edilməsinə baxmayaraq, ir-
land dili hal-hazırda ilk dəfə yetmiş il bundan öncə milli dil siyasəti 
nəticəsində formalaşdığı dövrlə müqayisədə daha təhlükəsiz formada 
deyil.
2
  Bununla belə irland dilində İrlandiya əhalisinin az bir qismi 
danışsa da və  Şimali  İrlandiyada azlıq dili olsa da, o, 2007-ci ilin yan-
varın 1-dən avropa İttifaqının (aİ) rəsmi dilinə çevrildi.
Beləliklə, çoxdillilik
3
  müasir avropa özünəməxsusluğunun mü-
1. Bachi r. (1956). a statistical analysis of the revival of Hebrew in Israel. In: 
scripta Hierosolymitana, vol. 3. jerusalem, Hebrew university, səh.4
2. O riagain P. (1991). national and international dimensions of language policy 
when the minority language is a national language: the case of Irish in Ireland. 
In: a language policy for the european community. Prospects and quandaries. 
mouton de Gruyter. Berlin. new york, 1991, səh.256 
3. 2007-ci il mayın 16-da Bmt-nin Baş məclisi Çoxdillilik haqqında qətnamə 
qəbul etdi; yunesCO 2008-ci ili “Beynəlxalq dillər ili” elan etdi.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə