Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

 YANVAR-MART, 2010  
  
143 
təhsil və siyasi sahələrdə ana dilinin istifadəsinə üstünlük vermək 
məqsədlərini  qoyaraq,  bu  dillərin  dövlətin  rəsmi  dili  kimi  elan 
edilməsi üçün yerli qanunvericiliyə təkan verdilər”.
18
Avropa standartlarına yönələn dil siyasəti
1991-ci  ildə  azərbaycan  (1999-cu  il  əhalinin  siyahıyaalma 
məlumatlarına  əsasən)  7.95  milyonluq  çoxmillətli  əhalisi  olan 
müstəqil dövlətə çevrildi. ümumi əhalinin 90.6%-ni təşkil edən azəri 
türkləri ilə yanaşı, burada müxtəlif etnik qrupların nümayəndələri 
də yaşayır: avarlar, dağ yəhudiləri, kürdlər, ləzgilər, ruslar, tatarlar, 
tatlar, talışlar, tsaxurlar, udinlər, ukraynalılar və s.
1999-cu  ildə  əhalinin  siyahıyaalma  məlumatlarına  əsasən  ən 
böyük linqvistik azlıqlar ləzgilər (əhalinin 2.2%, 178.000 nəfər), 
ruslar (əhalinin 1.8%, 141.700 nəfər) və ermənilər (əhalinin 1.5%, 
120,700 nəfər) hesab edilir. digər azlıqlar aşağıdakılardan ibarət 
idi: talışlar (1.0%), avarlar (0.6%), məshəti türkləri (0.5%), tatar-
lar (0.4%), ukraynalılar (0.4%), tsaxurlar (0.2%), gürcülər (0.2%), 
kürdlər (0.2%), tatlar (0.13%), yəhudilər (0.1%), udinlər (0.05%) 
və digər etnik qruplar (0.12%).
Həmin xalqların hər biri tarixi formalaşma və inkişaf yolunu keç-
mişdir.  Onların  hamısı azərbaycan  respublikasının  vətəndaşıdır 
və həmin şəxsləri daha çox etnik və ya milli mənsubiyyət deyil, 
vətəndaş hüquqları birləşdirir.
avarlar,  tsaxurlar  və  ingiloyların  yığcam  qrupları azərbaycan 
respublikasının  şimal-qərb  (Şəki-Zaqatala)  zonasında  yaşayırlar. 
avarlar  qafqaz  dilləri  ailəsinin  naxsko-dağıstan  qrupunun  avar 
altqrupuna aid olan avar dilində, tsaxurlar isə ləzgi altqrupuna aid 
olan tsaxur dilində danışırlar.
İngiloyların mənşəyi alban tayfası ilə bağlıdır.  Onlar bu və ya 
digər səbəblərə görə gürcü dilini qəbul ediblər. lakin bunun digər 
izahı da var. Hesab edilir ki, ingiloylar xVII əsrin sonu – xVIII 
əsrin əvvəlində islam dinini qəbul etmiş gürcülərdir.
Ölkənin  şimal-şərq  hissəsində  (quba-xaçmaz  zonasında) 
ləzgilər,  dağ  yəhudiləri,  tatlar,  rutullar  və  Şahdağ  qrupuna  aid 
18. smith m. (1998). language and Power in the Creation of the ussr, 1917 – 
1953. mouton de Gruyter. Berlin. new york, 1998, səh.178-179. 


144
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
xalqlar – xınalıqlılar, buduğlar və qrızlar yaşayırlar. tatlar və dağ 
yəhudilərinin  danışdığı  tat  dili  Hind-avropa  dilləri  ailəsinin  İran 
qrupunun qərbi İran altqrupuna daxildir və İran dillərindən biri-
ni təmsil edir. tat dilində iki əsas ləhcə var: cənub və şimal.. dağ 
yəhudiləri tat dilinin şimal ləhcəsində danışırlar (elmi ədəbiyyatda 
bu, yəhudi tat dili adlanır). ləzgi, rutul, xınalıq, buduğ və qrızların 
dilləri qafqaz dillər ailəsinin naxsko-dağıstan qrupunun ləzgi alt-
qrupuna aiddir.
qədim alban tayfası utilər nəslindən olan udinlər azərbaycanın 
qəbələ  rayonunun  nic  kəndində  və  şimal-qərbdə  yerləşən  Oğuz 
şəhərində yaşayırlar. Onların dili qafqaz dilləri ailəsinin naxsko-
dağıstan qrupunun ləzgi altqrupuna aiddir.
talışlar azərbaycan respublikasının cənub-şərq hissəsində ya-
şayırlar. Onlar lənkəran, astara, lerik, yardımlı və masallı rayon-
larında məskunlaşıblar. talışlar Hind-avropa dilləri ailəsinin İran 
qrupunun qərbi İran altqrupuna aid olan talış dilində danışırlar.
son vaxtlara qədər kürdlər azərbaycanın cənub-qərbində, la-
çın və Kəlbəcər rayonlarında yaşayırdılar. ermənistan-azərbaycan, 
dağlıq qarabağ münaqişəsi nəticəsində həmin rayonların erməni 
qüvvələri  tərəfindən  işğal  edilməsi  kürdləri  məcburi  köçkün 
vəziyyətinə saldı. Hal-hazırda onlar azərbaycanın müxtəlif şəhər 
və  rayonlarında  məskunlaşıblar.  Kürd  dili  Hind-avropa  dilləri 
ailəsinin İran qrupunun qərbi İran altqrupuna aiddir.
azərbaycan respublikası Prezidentinin 16 sentyabr 1992-ci ildə 
imzaladığı “azərbaycan respublikasında yaşayan milli azlıqların, 
kiçik  sayda  xalqların  və  etnik  qrupların  hüquq  və  azadlıqlarının 
qorunması, onların dili və mədəniyyətinin inkişafına dövlət yardı-
mının göstərilməsi haqqında” Fərmanına əsasən hökumət mədəni, 
dil  və  dini  ənənələrin  qorunması  və  inkişafı,  tarixi  və  mədəni 
abidələrin mühafizəsi, milli sənət növlərinin sərbəst şəkildə inkişaf 
etdirilməsi, o cümlədən peşəkar və həvəskar istedadlar qruplarına 
dövlət yardımının verilməsi kimi bir sıra məsələləri tədricən həll 
etməyə başladı.
müstəqil  azərbaycanda  dilin  planlaşdırılması  məsələləri 
sahəsində atılmış ilk addımlardan biri 1991-ci ildə latın qrafikalı 
əlifba ilə yazı sisteminə keçid oldu. latın qrafikası kiril əlifbasını 
əvəz  etdi.  “Bununla  belə,  iqtisadi  çətinliklər  səbəbindən  1991-


 YANVAR-MART, 2010  
  
145 
2000-ci  illər  ərzində  latın 
əlifbasının  tətbiqi  sahəsində 
kiçik  irəliləyiş  mövcud  idi. 
məktəblərdə  tədrisin  yeni 
əlifba ilə aparılması tələb olun-
sa da, latın əlifbası ilə yazılmış 
kitablar  və  tədris  materialla-
rı  ciddi  şəkildə  çatışmırdı.  Bu  məsələ  “dövlət  dilinin  tətbiqinin 
təkmilləşdirilməsi haqqında” Prezidentin 2001-ci il tarixli Fərmanı 
ilə yenidən gündəmə gətirildi”. 
19
 eyni zamanda, 18 iyul 2001-ci il 
tarixli Prezident Fərmanı ilə 2001-ci il avqustun 1-i “azərbaycan 
əlifbası və dili günü” elan edildi.
digər  mühüm  bir  məsələ-dil  qanunvericiliyi  prosesi 
azərbaycanda  eyni  dövrdə  başladı.  “dövlət  dili  haqqında”  qa-
nun 22 dekabr 1992-ci ildə qəbul olunmuşdur. qanunda deyilir: 
“azərbaycanın dövlət dili (azərbaycan deyil) türk dilidir... dilin 
adı ilə bağlı üç il çəkən debatlara 1995-ci ildə ilk postsovet kons-
titusiyasının qəbul edilməsi ilə son qoyuldu və dilə “azərbaycan 
dili” adı verildi (21-ci maddə). 
20
Beləliklə, azərbaycan respublikasının (12 noyabr 1995-ci il ta-
rixli) yeni konstitusiyasında qeyd edilir ki, azərbaycanın rəsmi dili 
azərbaycan dilidir və eyni zamanda, bildirilir ki, dövlət respublika 
əhalisinin digər dillərinin qorunması, sərbəst istifadəsi, canlandırıl-
ması və inkişafına zəmanət verir (21-ci maddə).
Həmin  sənəddə  təhsildə  dil  seçimi  məsələsinə  də  diqqət  yeti-
rilir. azərbaycan respublikasının vətəndaşları tədris dilini sərbəst 
seçmək hüququna malikdirlər. 45-ci maddədə ana dilindən istifadə 
etmək hüququnu əks etdirən bənd var. Hər kəs öz ana dilində təhsil 
ala bilər və bu dili özünün gündəlik həyatında istifadə edə bilər. 
Heç kəs öz ana dilindən istifadə etmək hüququndan məhrum ola 
bilməz.
qanunvericiliyin müddəalarına gəldikdə isə azərbaycan konsti-
tusiyasına əsasən azərbaycan dili ölkənin dövlət dilidir, lakin hər 
19. Garibova j. & asgarova m. (2009). language-policy and legislation in 
post-soviet azerbaijan. In: language Problems and language Planning 33:3. 
2009. iv, səh.198 
20. yenə orada, səh.195. 
Müstəqil  Azərbaycanda  dilin  plan-
laşdırılması  məsələləri  sahəsində 
atılmış  ilk  addımlardan  biri  1991-
ci  ildə  latın  qrafikalı  əlifba  ilə  yazı 
sisteminə keçid oldu.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə