Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

146
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
kəs öz ana dilindən istifadə etmək, istənilən dildə təhsil almaq və 
işləmək hüququna malikdir (21-ci və 45-ci maddələr).
azərbaycan müstəqilliyini qazandıqdan sonra qalan ikidilliliyə 
baxmayaraq, rus dilindən fərqli olaraq, azərbaycan dilinə üstün-
lük  verən  valideynlərin  sayı  gözəçarpacaq  dərəcədə  artmışdır 
və  azərbaycandilli  məktəblərdə  təhsil  alan  şagirdlərin  ümumi 
sayı  da  çoxalmışdır.  eyni  zamanda,  hazırda  azərbaycanda  iki-
dilli  (azərbaycan  və  rus, azərbaycan  və  gürcü),  eləcə  də  üçdilli 
(azərbaycan, rus və gürcü) məktəblər hələ də fəaliyyət göstərir.
Bmt-nin  İrqi ayrı-seçkiliyin aradan  qaldırılması  Komitəsinə 
azərbaycanın  təqdim  etdiyi  altıncı  dövri  hesabata  əsasən 
21
  hal-
hazırda azərbaycanda 1.760 ibtidai təhsil ocağı fəaliyyət göstərir. 
Bunlardan  yalnız  10  təsisatda  (635  uşaq)  təhsil  və  tərbiyə  rus 
dilində,  6  təhsil  ocağında  isə  (280  uşaq)  gürcü  dilində  aparılır. 
228 təhsil ocağında təhsil və tərbiyə azərbaycan və rus dillərində 
həyata keçirilir. 26,015 uşaqdan 7,730 nəfəri rus qruplarında təhsil 
alırlar. azərbaycan və gürcü dillərində təhsil və tərbiyə verilən iki 
ibtidai  təhsil  ocağında  175  uşaqdan  40  nəfəri  gürcü  qruplarında 
oxuyur. azərbaycanda tamam ümumi təhsil üç dildə təmin edilir – 
azərbaycan, rus və gürcü.
6.208 şagirdin oxuduğu 19 məktəbdə təhsil yalnız rus dilində,  
991  şagirdi  olan  6  məktəbdə  isə  yalnız  gürcü  dilində  aparılır. 
azərbaycan və rus dillərində təhsil verən  334 məktəbdə 101,291 
şagird yalnız rus bölməsində, azərbaycan və gürcü dillərində təhsil 
verən    5  məktəbdə  isə  770  şagird  gürcü  bölməsində  təhsil  alır. 
azərbaycan, rus və gürcü dillərində təhsil verən 1 məktəbdə 125 
şagird rus bölməsində, 126 yeniyetmə isə gürcü bölməsində oxu-
yur.
Bakıda ivrit dili dövlət məktəblərindən birində tədris olunmaqla 
yanaşı, İvrit dili, yəhudi tarixi və mədəniyyəti tədris olunan özəl 
məktəb də fəaliyyət göstərir. Hazırda həmin özəl məktəbdə 251 şa-
gird təhsil alır.
azərbaycanda bir qisim milli azlıqların uşaqları quba, qusar,   İs-
mayıllı, xaçmaz, Oğuz və qəbələ rayonlarında adi orta məktəblərdə 
oxuyur və ləzgi dilini öyrənirlər. talış dili lerik, lənkəran, astara 
21. Bmt-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinə azərbaycanın 
təqdim etdiyi altıncı dövri hesabat,3 mart 2008, s.27 


 YANVAR-MART, 2010  
  
147 
və masallı rayonlarında tədris olunur. avar, udin, tat, tsaxur, xınalıq 
və kürd dilləri azərbaycanın Balakən, qəbələ, xaçmaz, Zaqatala, 
quba və samux rayonlarında öyrənilir. Bu xalqların ana dilləri ib-
tidai (1 – 4-cü) siniflərdə tədris edilir.
etnik azlıqların danışdığı dillərin tədrisini effektiv şəkildə təşkil 
etmək  məqsədilə  tədris  proqramları,  dərsliklər,  tədqiqat  materi-
alları,  didaktik  yazılar,  müəllimin  redaktə  qeydləri,  tövsiyələrin 
hazırlanması  və  nəşrinə  xüsusi  diqqət  yetirilir.  son  illər  ərzində 
azərbaycanda aşağıdakı tədris proqramları və 17 dərslik çap edil-
mişdir: “ana dilimizi öyrənirik”, “əlifba”, “ləzgi dili”, “talış dili”, 
“tat dili”, “Kürd dili”, “tsaxur dili”, “avar dili” və “udin dili”.
Kitabxanalar  da  bu  sahədə  fəaldır.  Onlar  etnik  azlıqların 
nümayəndələrinin kitablarını öz kolleksiyalarına daxil edir və et-
nik yazıçıların əsərləri ilə insanları tanış etmək məqsədilə tədbirlər 
keçirirlər.  qax,  Zaqatala,  Balakən  və  qusar  rayonlarında  ləzgi 
dilində ədəbiyyat dağıstandan, gürcü dilində ədəbiyyat isə Gürcüs-
tandan alınır.
Göründüyü  kimi,  azərbaycan  avropa  Şurasının  üzv  dövləti 
kimi çoxdilliliyin inkişafına xüsusi önəm verir. unudulmamalıdır 
ki, “bir neçə müxtəlif dildə və mədəni çərçivədə ünsiyyət saxla-
maq  məqsədilə  azərbaycan  vətəndaşlarına  müvafiq  imkanların 
yaradılması  üçün  fərdin  dil  və  mədəniyyət  spektri  daimi  olaraq 
zənginləşdirilməlidir. tələbələrə orta və ali təhsil məktəblərində ən 
azı iki xarici dili öyrənmək məsləhət görülür...”. Bu isə əsasən ingi-
lis və rus dillərinə aiddir. 
22
müasir qloballaşan dünyada ingilis dilinin beynəlxalq dil kimi 
rolu daha da artmışdır. Bu gün ingilis dili beynəlxalq ticarət, elm, 
təhsil, texnologiya və s. sahələrdə istifadə edilən ən çox işlədilən 
dildir. “2005-ci ilin noyabr ayında Fransa hökuməti F.qrinin ha-
zırladığı  hesabatı  nəşr  etdi.  Həmin  hesabatda  bildirilir  ki,  ingilis 
dili  faktiki  olaraq avropanın  lingua  frankasına  çevrildiyinə  görə 
avropa  hökumətlərinin  üzərinə  öz  vətəndaşlarına  ingilis  dilini 
öyrətmək  kimi  ağır  vəzifə  düşmüşdür.  Birləşmiş  Krallıq  və   av-
22. mammadov a. (2009). the issue of plurilingualism and language policy in 
azerbaijan. In: International journal of the sociology of language. sociolin-
guistics in azerbaijan: new Perspectives on language and society. mouton de 
Gruyter. Berlin. new york, 2009, səh. 68-69. 


148
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ropanın istənilən digər yerində xarici dillərin tədrisinə sərf edilən 
xərcləri müqayisə edərək, qrin belə bir nəticəyə gəlmişdir ki, ingi-
lis dilinin belə üstün vəziyyətdə olması İngiltərəyə hər il xalis 10 
milyard avrodan çox gəlir gətirir ”. 
23
eləcə də qeyd edilməlidir ki, ölkəmizdə “rus dili tədris dili olan 
bir çox (əsasən, dövlət) orta və ali təhsil ocaqları mövcuddur. Bu-
nunla belə, rus dili ölkədə artıq ikinci dil statusundan seçilə biləcək 
xarici dil statusunu almışdır”. 
24
Bu baxımdan, türk dilinin azərbaycanın təhsil sistemində rolu 
həmçinin vacibdir. “Ölkədə dövlət və özəl orta məktəblər şəbəkəsi, 
o  cümlədən  bir  özəl  universitet  təsis  edilmişdir.  Onların  hamı-
sı hələ də uğurla fəaliyyət göstərir. Bəziləri ödənişsiz olan həmin 
məktəblər nəinki nüfuzlu və imkanlı şəhər əhalisi, o cümlədən kənd 
yerlərindən olan şəxslər üçün də əlverişlidir. Bu, türk məktəblərini 
digər beynəlxalq məktəblərdən fərqləndirir, çünki həmin məktəblər 
yalnız varlılar üçündür. 
25
Beləliklə,  rəsmi dövlət dilinin, eləcə də milli azlıqların dillərinin 
qorunması və təbliği müstəqil azərbaycanın ən mühüm səciyyəvi 
cəhətlərindən  biridir.  eyni  zamanda,  gənc  nəsil  ölkəmizin  təhsil 
ocaqlarında xarici dilləri öyrənməyə həvəsləndirilir, bu isə avropa 
dil siyasəti standartlarına doğru növbəti addımların atılmasına mü-
hüm töhfədir.
23. Graddol d. english next. British Council, 2006, səh.122. 
24. mammadov a. (2009). the issue of plurilingualism and language policy in 
azerbaijan. In: International journal of the sociology of language. sociolin-
guistics in azerbaijan: new Perspectives on language and society. mouton de 
Gruyter. Berlin. new york, 2009, səh. 70. 
25. Garibova j. (2009). language policy in post-soviet azerbaijan: political as-
pects. In: International journal of the sociology of language. sociolinguistics 
in azerbaijan: new Perspectives on language and society. mouton de Gruyter. 
Berlin. new york, 2009, səh. 28 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə