Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

152
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
xalis qiymətlərinə (iyunun 29-
da əldə olunmuş ilkin razılaş-
mada nəzərdə tutulduğu kimi) 
uyğun  olarsa,  Bakı  strateji 
fayda əldə edəcək. türkiyənin 
aKP  hökuməti  rusiyanın  ha-
zırda azərbaycana təklif etdiyi 
şərtlərlə müqayisədə daha pis təkliflərlə çıxış edərsə, onda özünü 
çətin vəziyyətə salacaq. xəzər dənizi regionunda azərbaycan qazp-
romdan avropanın xalis qiymətlərini tələb etməklə türkmənistan 
üçün də faydalı presedent yaradacaq. əgər rusiya həmin səviyyədən 
imtina edərsə, onda nabukko layihəsinə qoşulacaq transxəzər boru 
kəməri ilə türkmənistan qazının müəyyən həcminin nəqli mümkün 
olacaqdır.
Bakı həmçinin 2010-cu ilin əvvəlində İrana qazın, ilkin olaraq, 
kiçik həcmdə ixrac etməyin mümkünlüyünü  nəzərdən keçirir. İran 
artıq öz şərq əyalətlərində türkmənistan qazını istehlak etmək üçün 
bu ölkədən qaz idxal edir. Bununla belə, həmin idxal həcmi ora-
da qaza olan tələbatı tam ödəmir. İran əlavə qaz həcmini istehla-
kın az olduğu mövsümdə saxlamaq  və istehlakın yüksək olduğu 
mövsüm də  istifadə etmək məqsədilə idxal etməyi planlaşdırır. Bu, 
azərbaycan qazı üçün Şimali İranda bazar imkanlarını artırır.
3
  azərbaycan  qazının  rusiyaya  və  ya  İrana  çatdırılması  üçün 
hər  hansı  üçüncü  ölkənin  tranzit  rolu  tələb  olunmur.  yeni  boru 
kəmərlərinin  çəkilməsi  də  lazım  deyil.  rusiyaya  və  İrana  gedən 
boru  kəmərləri  sovetlər  Birliyi  vaxtından  mövcuddur,  hazırda 
xətlər və kompressorlar müasirləşdirilməlidir. Hər iki istiqamətdə 
gedən həmin boru kəmərləri illik nəql imkanlarını əlavə 10 mil-
yard kubmetrə qədər artırır. nabukko layihəsi baş tutmasa və ya 
türkiyənin aKP  hökuməti azərbaycan  qazının  qiyməti  və  tran-
zit  şərtləri  ilə  bağlı  əməkdaşlıq  etməsə,  bu  variant azərbaycanın 
növbəti  illər ərzində illik ixrac imkanlarını təmin edə bilər.
azərbaycan rusiyanın Şimali qafqaz ərazilərinə qaz ixrac etmək 
üçün Bakı–novo Filya və qazıməmməd–mozdok boru kəmərlərini 
yeniləşdirməyi planlaşdırır. sovetlər dövründən qalmış həmin boru 
kəmərləri  asan  şəkildə  əks-istiqamətli  nəql  üçün  uyğunlaşdırıla 
3. trend, 17 oktyabr 2009-cu il. 
Azərbaycan  qazının  Rusiyaya  və  ya 
İrana  çatdırılması  üçün  hər  hansı 
üçüncü ölkənin tranzit rolu tələb olun-
mur. Yeni boru kəmərlərinin çəkilməsi 
də lazım deyil.


 YANVAR-MART, 2010  
  
153 
bilər. azərbaycan dövlət neft Şirkətinin prezidenti rövnəq abdul-
layevin  fikrincə,  onların  ümumi  tutumu  (yeniləşdirmədən  sonra) 
şirkətə bir ildə rusiyaya 7 milyard kubmetr həcmdə qaz nəql etmək 
imkanı verəcək.
4
eynilə  azərbaycan  İrana    çıxan  qazax–astara  və  qazıməm-
məd–astara qaz boru kəmərini yeniləşdirməyi planlaşdırır. Bunu 
nəzərə  alaraq,  İranın  qaz  saxlama  qurumu  qış  vaxtı  həmin  qaz 
həcmindən istifadə etmək məqsədilə azərbaycan ərazisində   qaz-
saxlama yerlərindən istifadə etməkdə maraqlı olduğunu bildirmiş-
dir. 
5
azərbaycan  hökumətinin  16  oktyabr  tarixində  keçirilmiş  ic-
lası  zamanı 
6
  Prezident  İlham  əliyev  ağ  axın  boru  kəmərinin 
azərbaycanın qaz ixracı üçün mümkün variant olacağına açıq şəkildə 
eyham vurmuşdur.
7
 ağ axın Gürcüstan vasitəsilə azərbaycan və 
türkmənistan qazının qara dənizin dibi ilə rumıniyaya, sonra isə 
avropa İttifaqı ərazisinə daşınmasını təmin etmək üçün london-
da yerləşən layihə şirkəti tərəfindən təklif olunmuşdur (əvvəlki və 
indiki qüvvədən düşmüş variant dənizin dibi ilə qazın nəqlini uk-
raynaya nəzərdə tuturdu). ağ axın xəzər qazının avropaya nəql 
olunması tutumunun və təhlükəsizliyin artırılmasını nəzərdə tutan 
avropa İttifaqının “Cənub dəhlizi” konsepsiyasının bir elementi-
dir.
 azərbaycan  Prezidenti  İlham  əliyev  sentyabr  ayında  strateji 
tərəfdaşlıq  sazişini  imzaladığı  Buxarestdə  rumıniya  Prezidenti 
trayan Basesku ilə “ağ axın” layihəsini ilk dəfə müzakirə etmişdir. 
Paralel olaraq, azərbaycanın dövlət neft Şirkəti mayeləşdirilmiş 
qazın  avropa  İttifaqının  ərazisinə  qara  dəniz  vasitəsilə  ixrac 
edilməsi variantını nəzərdən keçirmək niyyətindədir. Şirkətin pre-
zidenti rövnəq abdullayevə görə, “biz bu cür perspektivli təklifləri 
təfərrüatı ilə nəzərdən keçirməyə hazırıq.
8
 qara dəniz variantları-
nın nəzərdən keçirilməsi türkiyənin xəzər hövzəsindən avropaya 
qazın nəqli sahəsindəki inhisarına tamamilə son qoyur; əgər aKP 
hökuməti  həddindən  artıq  müdaxilə  edərsə,  onda  nəql  marşrutu 
4. azeri-Press agentliyi, 19 oktyabr 2009-cu il. 
5. trend, 17, 19 oktyabr 2009-cu il. 
6. eurasia daily monitor, 21 oktyabr 2009-cu il. 
7. day.az, 17 oktyabr 2009-cu il. 
8. azeri-Press agentliyi, 20 oktyabr 2009-cu il. 


154
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
türkiyədən yan keçə bilər.
aKP hökumətinin azərbaycanla qaz münaqişəsi hazırda türkiyə 
ilə ermənistan arasında ilk və qeyri-müəyyən addımlarını atan siyasi 
normallaşma ilə müqayisədə artıq iki ildir ki davam edir. Bu iki pro-
sesin bir-biri ilə bağlılığı yoxdur və Bakı bu proseslərin ayrı-ayrılıqda 
getməsində israrlıdır. Bununla belə, ankaranın qiymət salmaq siyasəti 
və tranzit sazişindəki yubatma taktikası azərbaycana maliyyə baxı-
mından iki yolla zərbə vurmuşdur: azərbaycanın illik ixrac gəlirlərinin 
azalması  və  nabukko  boru  kəməri  üçün  seçilmiş  əsas  mənbə  olan 
azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ləngiməsi ilə.
Bakının  oktyabrın  16-da  verdiyi  cavab,  sonradan  gördüyü 
tədbirlər  Brüssel  və  Vaşinqtonun  diqqətini  nabukko  və  Cənub 
dəhlizini  risk  altına  alan  çıxılmaz  vəziyyətə  yönəltmişdir.  İlham 
əliyev hökumətin iclasında bildirmişdir ki, ankaranın “bizə təklif 
etdiyi qəbuledilməz şərtlər gələcəkdə bütün layihənin uğursuzluğu-
na səbəb ola bilər”. 
9
azərbaycan hasilatçı, o cümlədən tranzit ölkə 
kimi əvəzedilməz olsa da, türkiyə əvəzedilməz deyil.
Hökumətin iclasında Prezident İlham əliyevin söylədiyinə görə, 
ankara son illər ərzində azərbaycan qazını orta avropa qiymətinin, 
sadəcə, üçdə bir hissəsi məbləğində alırdı. ankaranın Bakıya təklif 
etdiyi qiymət bir az yüksəkdir, lakin bu, rusiya qazına ödədikləri 
qiymətdən  50  faiz  aşağıdır.  Prezident  əliyevə  görə, azərbaycan 
rusiya qazının qiymətindən 10 faiz aşağı satmağa razı olardı, lakin 
ankaranın Bakıya təklif etdiyi bu fərqli qiyməti heç vaxt qəbul edə 
bilməz.
2002-ci ildə imzalanmış ikitərəfli saziş çərçivəsində azərbaycan 
türkiyəyə qazın min kubmetrini yalnız 120 aBŞ dollarına satır. Bu 
qiymətin  2002-ci  ildə  öz  səbəbləri  ola  bilərdi,  lakin  vaxt  keçdikcə 
2007-ci ilin aprel ayında sazişin müddəti bitdikdən sonra onun bütün 
əsasları aradan qalxmışdır. sazişin müddəti bitdiyi dövrdən bu günə 
qədər ankara yeni qiymətlə bağlı aparılan danışıqları bloklaşdırmış-
dır və hələ də azərbaycan qazını türkiyənin, yaxud avropanın bazar 
qiymətlərindən xeyli aşağı, köhnə qiymətə almaqda və  bu məbləğin 
kiçik həcmdə artmasını istəməkdə davam edir. azərbaycan bu prosesdə 
gözəçarpan gəlirləri əldən buraxaraq, türkiyəyə ildə təxminən 7 mil-
yard kubmetr həcmində qazı çox aşağı qiymətlərlə satır.
9. day.az, 16 oktyabr 2009-cu il 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə