Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   2   3   4   5   6   7   8   9   ...   63

 YANVAR-MART, 2010  
  
17 
AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN 
ƏSAS İSTİQAMƏTLƏRİ HAQQINDA 
Novruz Məmmədov
azərbaycan respublikası Prezidenti administrasiyasının 
xarici əlaqələr şöbəsinin müdiri,fövqəladə və səlahiyyətli səfir
filologiya elmləri doktoru
Giriş
 xxI  əsrin  əvvəlində  dünyanın  siyasi  müstəvisində  müstəqil 
azərbaycan dövlətinin yeri və rolu artıq müəyyənləşmişdi. sovet 
İttifaqının süqutundan sonra siyasi fırtınaların qurbanına çevrilmək 
təhlükəsi ilə üzləşən azərbaycan ümummilli lider Heydər əliyevin 
titanik  səyləri  nəticəsində  istər  xarici,  istərsə  də  daxili  siyasət 
məsələlərində müstəqil söz sahibinə çevrilmişdi. Bu illər ərzində 
dövlətin  yeritdiyi  siyasət azərbaycan  xalqının  milli  maraqlarının 
qorunmasına  və  ölkənin  qarşısında  duran  taleyüklü  məsələlərin 
həllinə  yönəlmiş  və  dövlət  müstəqilliyinin  möhkəmlənməsinə 
xidmət etmişdir.
 təbii  ki, azərbaycan  diplomatiyasının  strateji  oriyentirlərinin 
həyata keçirilməsində ulu öndər Heydər əliyevin işləyib hazırladığı 
neft strategiyası müstəsna rol oynamışdır. təcrübəli dövlət xadimi 
dünyanın inkişaf etmiş ölkələrinin, onların nəhəng neft şirkətlərinin 
karbohidrogen ehtiyatları ilə zəngin olan azərbaycana ciddi maraq 
göstərdiklərini və “qara qızıl” uğrunda kəskin və ciddi mübarizənin 
başladığını aydın görürdü. Heydər əliyev neft gəlirlərindən daha 
önəmli olan qlobal məsələlər barədə düşünürdü: xəzər hövzəsində 
təsir gücünə yiyələnmək uğrunda gedən mübarizədə gənc, müstəqil 
azərbaycan dövlətinin milli maraqlarını qorumaq üçün siyasəti elə 
qurmaq lazımdır ki, bu, yalnız cari maraq yox, həm də gələcəyin 
möhkəm əsaslarını qoymuş mexanizm olsun.
№ 2(2)


18
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Həmin illərdə neft müqavilələri sahəsində danışıqlar prosesinə 
azərbaycan respublikası dövlət neft Şirkətinin (ardnŞ) birin-
ci vitse-prezidenti İlham əliyev rəhbərlik edirdi. Ölkənin iqtisa-
di, eyni zamanda, siyasi taleyində sonralar mühüm rol oynayacaq 
neft  müqavilələrinin  hazırlanması  üçün  İlham  əliyevin  başçılığı 
ilə aparılan danışıqlar azərbaycanın neft diplomatiyasının əsasını 
qoydu. Bu danışıqlarda azərbaycan qərb investorları ilə iqtisadi 
əməkdaşlıq  münasibətlərinin  mümkün  sistemlərinin  ən  səmərəli 
olanına  üstünlük  verirdi.  danışıqlarda  prioritet  olaraq  açıq  qapı 
və  balanslaşdırılmış  siyasət  prinsipləri  əsas  götürülürdü.  Heydər 
əliyevin  dərin  düşünülmüş  və  peşəkarlıqla  həyata  keçirilən  neft 
strategiyası nəticəsində xarici şirkətlərin hər müqavilədə iştirak payı 
uğrunda kəskin mübarizə apardıqları fərqli bir “neft müqavilələri 
birjası” yaranırdı.
Prezident  İlham  əliyev  sonralar  həmin  danışıqları  xatırlaya-
raq deyirdi: “qısa müddətdə dünyanın müxtəlif guşələrində apa-
rıcı  siyasətçilərlə,  nazirlərlə,  konqresmenlərlə  görüşüb  dünya-
da  neft  biznesinin  müxtəlif  aspektlərini,  bizim  regionun  inkişaf 
perspektivlərini müzakirə edərkən, neft müqavilələrini imzalayarkən 
mən, ilk növbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə an-
laşma əldə olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə 
keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım”. O, xarici 
həmkarlarını inandırır, sürətlə və məqsədyönlü şəkildə problemləri 
həll edirdi. Ölkənin rəhbərinə etibar edən, Heydər əliyevi inves-
tisiyaların    qarantı  hesab  edən  sərmayəçilər  və  tərəfdaşlar  onun 
oğluna - yüksək hazırlıqlı iqtisadçı mütəxəssisə, çevik diplomata 
inanır və etibar edirdilər. 
xəzər  şelfində  yataqların  işlənməsi,  neft  və  qaz  kəmərlərinin 
çəkilməsi,  Böyük  İpək  yolu,  traseKa  kimi  layihələr  İlham 
əliyevin Klinton, mitteran, Şirak, Haşimoto, Kol, meycor, Bleyer 
kimi dünya siyasətinin liderləri ilə şəxsi görüşləri zamanı müzakirə 
olunurdu. dünyanın böyük dövlətlərinin nəhəng neft şirkətləri ilə 
danışıqlar aparan, Vaşinqtonda, nyu-yorkda, londonda, ankarada, 
Parisdə, eləcə də dünyanın aparıcı universitetləri olan Harvardda, 
stenfordda,  həmçinin beynəlxalq iqtisadi forumlarda, dünya biz-
nesinin elitası qarşısında çıxışlar edən İlham əliyevin ölkəsinin nü-
fuzunu qorumaq, maraqlarını müdafiə etmək uğrunda mübarizədə 
həm güclü bir iqtisadçı, həm bir diplomat, həm də dünya səviyyəli 


 YANVAR-MART, 2010  
  
19 
bir siyasətçi olmasına şübhə yox idi.
 ümummilli  lider  Heydər  əliyev  isə  regiona  nəzarət  uğrunda 
açıq-gizli mübarizə aparan dövlətlərin təsirindən ustalıqla yayına-
raq özünün balanslaşdırılmış siyasətinə sadiqliyini nümayiş etdirir, 
xəzər nefti uğrunda mübarizə aparan qərb şirkətlərinin maraqlarını 
azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsinə 
yönəldirdi.  O,  bütün  bu  məsələlərdə  öz  xalqının  təhlükəsizliyi 
mövqeyindən,  qloballaşmaya  və  inteqrasiyaya  yönəlmiş  ümum-
dünya iqtisadiyyatının obyektiv tələblərindən çıxış edirdi.
 Zaman  göstərir  ki,  onun  düşündüyü  və  həyata  keçirdiyi  stra-
tegiya öz sevimli müstəqil azərbaycanı ilə yanaşı, bir çox dünya 
dövlətlərinin  və  xalqlarının  rifahına  xidmət  edir.  Bakı-tbilisi-
Ceyhan  neft  kəməri  layihəsinin  həyata  keçirilməsi  beynəlxalq 
münasibətlərə  yeni  məntiqi  yanaşmanın  tarixi  nümunəsi  sayıla 
bilər.
 azərbaycan Prezidenti İlham əliyev son vaxtlardakı çıxışları-
nın birində haqlı olaraq deyir: “Heydər əliyev adına Bakı-tbilisi-
Ceyhan  neft  kəməri  geosiyasi  xarakter  daşıyır  və  özünün  varlığı 
ilə dünyanın siyasi proseslərinə təsir göstərəcəkdir”. Bununla ra-
zılaşmamaq  olmaz.  dünyada  enerji  qıtlığının  artdığı  bir  vaxtda 
azərbaycanın  karbohidrogen  ehtiyatları,  həmçinin,  beynəlxalq 
təhlükəsizliyə xidmət edir.
 azərbaycanın xarici siyasət kursunun artıq 15 ildən çox tarixi 
var və bu kurs, qeyd etdiyimiz kimi, Heydər əliyevin müəyyənləş-
dirdiyi strateji xəttə sadiqdir. ümummilli liderin dahiliyi məhz onda 
idi ki, azərbaycanın müstəqilliyinin bərqərar olması üçün, bir çox 
postsovet  respublikalarından  fərqli  olaraq,  tarixən  qonşu  olduğu 
rusiya ilə münasibətləri tarixi reallığa adekvat formalaşdıra bildi. 
Öz hakimiyyətini qorumaq üçün ona kəskin şəkildə qərb blokları-
na qoşulmaq kursu da seçmək lazım gəlmədi. O, ölkəsini hansısa 
dövlətdən qorumaq üçün himayəçi tutmadı. sadəcə, öz yolunu seçib 
bu yolla getdi. məhz onun dövründə azərbaycan özündə müxtəlif 
vektorları – Şərqi və qərbi, islamı və xristianlığı birləşdirdi.
 Onun layiqli varisi - Prezident İlham əliyev bu “çevik alyans-
lar” kursunu qlobal güc qütblərindən kənar keçirərək, uğurla da-
vam etdirir və bu kurs öz dividendlərini gətirir: “azərbaycan heç 
vaxt özünün bəzi qonşuları kimi dəyişən geosiyasi kart olmayıb və 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə