Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

 YANVAR-MART, 2010  
  
159 
faydalı,  çoxtərəfli  enerjili 
münasibətlərə  zəmin  yaradan 
siyasi münasibətləri əhatə edən 
rejim  kimi  müəyyən  edirik. 
son  iki  onillik  ərzində  bütöv 
qara dəniz regionunda   geo-
siyasi  və  bazar  dəyişiklikləri 
uyğun  mənasız  qayda  və  nor-
malar,  bazar  strukturları  ilə  bağlı  konsensusun  olmaması,  qeyri-
konstruktiv  rəqabət  və  gərgin  siyasi  münasibətlərlə  səciyyələnən 
regionda  enerji  idarəçiliyinə  pərakəndə  yanaşmanın  yaranmasına 
səbəb olmuşdur. Həmin vəziyyət bu yaxınlarda, 2009-cu ilin yan-
varında  rusiya  ilə  ukrayna  arasında  qaz  qiyməti  mübahisəsinin 
ikinci raundu ilə nümayiş etdirilmişdir.
Bütöv qara dəniz regionunda enerji idarəçiliyinin status-kvosu 
saxlanılarsa, bütün regional oyunçular, o cümlədən avropa iqtisadi 
və enerji təhlükəsizliyi perspektivi baxımından uduzacaqlar. əksinə, 
əməkdaşlığa  təşviq  edən  hüdud  və  prosedurları  müəyyənləşdirən 
enerji idarəçiliyi rejimi, ola bilsin ki, avropadan daha çox bütöv 
qara dəniz regionuna xeyirlidir. Çünki onun vasitəsilə qonşu ölkələr 
arasında gərginliyi azaltmaq, müsbət iqtisadi və siyasi münasibətlər 
qurmaq asanlaşır.
Karbohidrogenlərin  istehsalçısı  və  tranzit  ölkəsi  sayılan azər-
baycan təkmilləşdirilmiş enerji idarəçiliyi rejiminə şərait yaradan 
regional əməkdaşlıqdan xüsusi olaraq bəhrələnə bilər. Bununla belə, 
Bakı daha mütəşəkkil regional əməkdaşlığı təmin edə biləcək qara 
dəniz-Cənubi qafqaz regionu üzrə hərtərəfli siyasi strategiyanı    for-
malaşdırmaq məqsədilə aİ-də dəfələrlə ünvanladığı çağırışların ca-
vabsız qaldığını görür. avropa İttifaqında enerji məsələləri ilə bağlı 
vahid mövqenin olmaması bu cür problemləri daha da gücləndirir. 
avropa İttifaqının səylərinin bu formada göstərilməsinin səbəbini 
anlamaq  bu  təşkilatın  ümumi  qaydada  və  enerji  idarəçiliyi  baxı-
mından regionda öz qonşuluq siyasətini yaxşılaşdırmaq məqsədilə 
görə biləcəyi tədbirləri bilmək deməkdir.
azərbaycanın əsas regional oyunçu olmaq perspektivlərini  nəzə-
rə alaraq, bu məqalədə 2004-cü ildə irəli sürülmüş və qara  dəniz-
Cənubi qafqaz regionunu əhatə edən üç avropa İttifaqı təşəbbüsü 
nəzərdən  keçirilir  –  Bakı  InOGate  proqramı  təşəbbüsü,  qara 
Karbohidrogenlərin  istehsalçısı  və 
tranzit  ölkəsi  sayılan  Azərbaycan 
təkmilləşdirilmiş  enerji  idarəçiliyi 
rejiminə  şərait  yaradan  regio-
nal  əməkdaşlıqdan  xüsusi  olaraq 
bəhrələnə bilər. 


160
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
dəniz İş Birliyinin enerji ölçüsü və Şərq tərəfdaşlığı. eyni zaman-
da, regionda enerji idarəçiliyi ilə bağlı daha təkmil əməkdaşlığın 
formalaşmasında həmin təşəbbüslərin nisbi uğurları və çatışmazlıq-
ları təsvir olunur. avropa İttifaqı qonşu olduğu bütöv qara dəniz re-
gionu ilə əməkdaşlığını davam etdirdiyi təqdirdə azərbaycan regi-
onal əməkdaşlığı artıracaq və beləliklə, o, təkmil enerji idarəçiliyini 
təmin edəcək avropa İttifaqının siyasəti ilə bağlı uzunmüddətli ba-
xışlarını ifadə etmə imkanından geniş şəkildə istifadə etməli və bu 
baxışların avropa tərəfindən formalaşdırılmasını gözləməməlidir.
Regional siyasi dinamika və Avropa İttifaqının qonşuluq siyasəti: 
texniki və siyasi yanaşma zərurəti 
avropa  İttifaqı  bütöv  qara  dəniz  regionunda  ahəngdar  yanaş-
maya malik olmadığına görə tənqid edilmişdir.
5
 Bu, qismən onunla 
bağlıdır  ki,  qonşuluq  məsələləri  ilə  məşğul  olan  təsisatlar  regio-
nal  siyasi  reallığa  uyğunlaşmayıb. avropanın  bütün  qonşuları  ilə 
qarşılıqlı  münasibətlər  qurmaq  məqsədilə  acquis  communautaire 
formasında mühüm strategiyasının olmasına baxmayaraq, 80.000 
səhifədən ibarət qaydalar toplusunun əsas məqsədi aqs (və bu ya-
xınlarda formalaşdırılmış Şərq tərəfdaşlığı) kimi keçid siyasəti və 
təşəbbüslərinin olmasını tələb edir. ənənəvi olaraq, avropa İttifa-
qının qonşu ölkələrlə əlaqələr qurmağa yanaşması ilk öncə praktiki 
və texniki məsələlərlə başlamaq, sonra isə irəliləyiş əldə olunduq-
ca münasibətlərin siyasi aspektini müzakirə etməyi nəzərdə tutur. 
Buna baxmayaraq, avropa İttifaqının avropa ilə daha sıx inteqrasi-
ya yaratmaq məqsədilə aqs vasitəsilə, əsasən, qeyri-siyasi texniki 
müzakirələr aparmaq cəhdi və qara dəniz regionunda ümumi ma-
raqların olması hissi regional oyunçular, yaxud kənar müşahidəçilər 
tərəfindən region üçün əhatəli strategiya kimi qəbul edilməmişdir.
6
 
texniki  məsələlər  əsasında  inteqrasiya  və  uyğunlaşma,  şübhəsiz 
ki, avropa İttifaqı ilə regional oyunçular arasında daha sıx siyasi 
münasibətlərin  gücləndirilməsinin  mühüm  aspektidir.  lakin  bü-
5. yenə orada, səh. 5. 
6.  elxan  nuriyevin  müzakirəsinə  bax,  “the  south  Caucasus  at  the  Cross-
roads: Conflicts, Caspian Oil, and Great Power Politics”. Berlin:  lit, 2007-ci 
il. səhifələr 293-300; bax həmçinin marius Vahl və sergiu Celac, “ready for a 
Breakthrough: elements for a european union strategy towards the Black sea 
region,” southeast european and Black sea studies, 6-cı nəşr, no. 2, iyun 2006-
cı il, səhifələr 169-191.


 YANVAR-MART, 2010  
  
161 
töv qara dəniz regionunda bu inteqrasiya avropa ilə və regionun 
özündə əməkdaşlığı əngəlləyən problemləri yumşaltmaq məqsədilə 
siyasi dialoqla birlikdə baş tutmalıdır.
texniki baxımdan, təbii ki, bütöv qara dəniz regionu üçün ener-
ji bazarının və idarəetmə strukturlarının formalaşdırılmasında yar-
dımçı rolunu oynamaq avropanın marağındadır və bu, avropa İtti-
faqının enerji siyasəti ilə bağlı son bəyanatlarında öz əksini tapıb. 
avropa İttifaqının hazırkı enerji siyasətinin təchizatın davamlılığı, 
rəqabət qabiliyyəti və təhlükəsizliyi kimi məqsədləri müxtəlif mü-
hüm sənədlərdə qeyd olunub:
7
  mart 2006-cı il tarixli yaşıl sənəd 
– “davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz enerji üçün avropa 
strategiyası”
8
, yanvar 2007-ci il tarixli Komissiyanın avropa Şu-
rasına      məruzəsi  və avropa  Parlamentinin  “avropa  üçün  enerji 
siyasəti” adlı sənədi.  Bu sənədlər avropa İttifaqı ilə tərəfdaş ölkələr 
arasında enerji sahəsində qanunvericiliyin uyğunlaşdırılması, ener-
ji bazarlarında inteqrasiyanın zəruri olması, enerji infrastrukturuna 
əlavə sərmayələrin qoyulması və enerji mənbələrinin, o cümlədən 
təchizat  marşrutlarının  müxtəlifləşdirilməsi  kimi  məsələlərə  ardı-
cıl şəkildə istinad edir. eyni zamanda, həmin sənədlərdə həm av-
ropa daxilində münasibətlər, həm də avropa İttifaqının qonşularla 
əlaqələri baxımından siyasi ölçünü ehtiva edən avropanın ümumi 
xarici  enerji  siyasətinin  vacibliyi  qeyd  olunur.  Baxmayaraq  ki, 
bu  cür  siyasət  lissabon  müqaviləsinin  avropa  İttifaqının  bütün 
dövlətləri tərəfindən ratifikasiya olunmadığı təqdirdə formalaşma-
yacaq.
avropa  İttifaqının  xarici  enerji  siyasətinin  olmadığı  təqdirdə 
və  enerji  məsələləri  sahəsində  regionun  avropa  üçün  xüsusi 
əhəmiyyətini nəzərə alaraq, qara dəniz və Cənubi qafqazı əhatə 
edən bir sıra qonşuluq təşəbbüsləri – xüsusən də Bakı təşəbbüsü, 
qara dəniz İş Birliyi və Şərq tərəfdaşlığı avropa İttifaqının ener-
ji məqsədlərinə təşviq etməkdə müəyyən tədbirləri nəzərdə tutur. 
Həmin  təşəbbüslərin  hər  biri  müxtəlif  qrup  ölkələrə  aid  olduğu 
halda, bir-birini təkrarlayan üzv dövlətlər göstərir ki, bütün həmin 
təşəbbüslərin coğrafi cazibə mərkəzi məhz Şərqi qara dəniz-Cənubi 
7. yenə orada, səh. 21. 
8. Commission of the european Communities.  Green Paper - a european 
strategy for sustainable, Competitive and secure energy {seC (2006) 317}/* 
COm/2006/0105 final. 8 march 2006. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə