Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

162
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
qafqaz  regionudur.  Cədvəl  1  hər  hansı  təşəbbüsdə  iştirak  edən 
ölkələri və bir-birini təkrarlayan üzvlərin mövcudluğunu nümayiş 
etdirir. Çünki qara dəniz İqtisadi əməkdaşlıq təşkilatı (qdİət) 
qara dəniz İş Birliyinin həyata keçirilməsində mühüm rol oynayır 
və aqs-nin bütün həmin təşəbbüslərlə əlaqəsi səbəbindən onların 
üzvləri də cədvələ daxil edilib. Bütün təşəbbüslər və təşkilatların 
üzvü olan dövlətlər xüsusi olaraq göstərilir.
Cədvəl 1. qara dəniz–xəzər regional idarəetmə təşəbbüslərinin və 
çoxtərəfli təşkilatların üzvləri
ÖLKƏ
QDİƏT 
üzvü
Qara 
Dəniz İş 
Birliyi
AQS* 
üzvü
Şərq 
Tərəfdaşlığı
INOGATE
Bakı 
təşəbbüsü
Albaniya
x
 
 
 
Azərbaycan
x
x
x
x
x
Belarus
 
 
x
x
x
Bolqarıstan
x
 
 
 
Ermənistan
x
x
x
x
 x
Gürcüstan
x
x
x
x
 x
Yunanıstan
x
 
 
 
Qazaxıstan
 
 
 
 
x
Qırğızıstan
 
 
 
 
x
Moldova
x
x
x
x
 x
Rumıniya
x
 
 
 
Rusiya 
Federasiyası
x
x
 
 

(müşahidəçi)
Serbiya
x
 
 
 
Tacikistan
 
 
 
 
x
Türkiyə
x
x
 
 
x
Türkmənistan
 
 
 
 
x
Ukrayna
x
x
x
x
x
Özbəkistan
x
* aqs ölkələrinin bu siyahısı yalnız bütöv qara dəniz–Cənubi qafqaz re-
gionuna aid olan ölkələri əhatə edir. digər aqs ölkələri əlcəzair, misir, İsrail, 
İordaniya, livan, liviya, mərakeş, Fələstin əraziləri, suriya və tunis.
Cədvəldəki avropadan mərkəzi asiyaya qədər ərazini əhatə edən 
ölkələrin siyahısı və müxtəlif təşəbbüslərdə bir-birini təkrarlayan 


 YANVAR-MART, 2010  
  
163 
üzvlüklər avropanın regional idarəetməyə yanaşmasının bir-biri ilə 
uzlaşan “olimpiya halqalarına” çox oxşayır. 
9
 qdİət və qara dəniz 
İş Birliyi nisbətən uyğun üzvlər şəbəkəsinə malikdir, halbuki qdİB 
üzv dövlətləri nə qdİət daxilində olan aİ ölkələrini, nə də alba-
niya və serbiyanı əhatə edir. aqs-nin qara dəniz üzvləri türkiyə 
və  rusiya  istisna  olmaqla,  qara  dəniz  İş  Birliyindəki  kimidir. 
türkiyə və rusiya avropa ilə münasibətlərini tənzimləyən ikitərəfli 
sazişlər imzalayıblar. türkiyəyə gəldikdə isə burada söhbət üzvlük 
tərəfdaşlığından gedir. rusiya üçün 1994-cü il tarixli tərəfdaşlıq 
və  əməkdaşlıq  sazişinin  müddəalarına  yenidən  baxılmaqdadır. 
InOGate proqramına bütün təşəbbüslərin və təşkilatların üzvləri 
daxildir və bu, digərlərindən onunla fərqlənir ki, proqram qazaxıs-
tan, qırğızıstan, tacikistan, türkmənistan və Özbəkistanın iştirakı 
ilə bütün mərkəzi asiyanı da əhatə edir.
qdİət, qara dəniz İş Birliyi, aqs, Şq və Bakı təşəbbüsünün 
üzvləri olan beş dövlət –azərbaycan, ermənistan, Gürcüstan, mol-
dova və ukrayna arasında yalnız azərbaycan böyük karbohidrogen 
hasilatçısı və tranzit ölkədir. Coğrafi və enerji idarəçiliyi baxımın-
dan azərbaycan bu mühitdə unikal və mərkəzi yer tutur.
Bütöv  qara  dəniz  regionunda  regional  əməkdaşlıq  və  enerji 
idarə idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həm texniki, həm 
siyasi yanaşmanın zəruri olduğunu və azərbaycanın bu cəhdlərdə 
mərkəzi rol oynadığını nəzərə olaraq, biz indi də Bakı təşəbbüsü, 
qara dəniz İş Birliyi və Şərq tərəfdaşlığı mövzusuna və onların 
region hüdudlarında yüksək səviyyədə enerji idarəçiliyi rejiminin 
qurulması sahəsindəki uğurlarının, nöqsanlarının müzakirəsinə qa-
yıdaq.
Bakı Təşəbbüsü
Bu  yazıda  müzakirə  olunan  üç  idarəetmə  təşəbbüsü  sırasında 
InOGate  proqramının  Bakı  təşəbbüsü  sırf  enerji  mövzusuna 
yönəlmiş yeganə təşəbbüsdür. InOGate neft, qaz, elektrik ener-
jisi, bərpa olunan enerji və enerjiyə qənaət məsələlərinə aid avro-
pa İttifaqı, qara dəniz və xəzərin sahilində yerləşən dövlətlər və 
9. marius Vahl. “models for the european neighborhood Policy – the european 
economic area and the northern dimension.” CePs Working document no. 
218, February 2005. səh. 1. 


164
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
onların qonşuları arasında olan beynəlxalq enerji əməkdaşlığıdır.
10
 
Proqram avropa  və  proqramda  iştirak  edən  tərəfdaş  ölkələrə  aid 
enerji  təhlükəsizliyi  məsələləri  ilə  geniş  şəkildə  bağlıdır.
11
  Bakı 
təşəbbüsü sayəsində InOGate-in miqyası artsa və texniki inteq-
rasiya  sahəsində  irəliləyiş  əldə  olunsa  da,  qara  dəniz  və  Cənubi 
qafqazda təkmil enerji idarəçiliyi rejiminə nail olmaq üçün zəruri 
hesab edilən regional əməkdaşlığın siyasi aspekti, hələ ki, yoxdur.
InOGate proqramı 1997-ci ildə başlayan zaman onun mandatı 
geniş deyildi; o, regionda boru kəmərləri marşrutlarının inkişafına 
texniki yardımın və sərmayə dəstəyinin göstərilməsinə yönəlmişdi 
(öz-özlüyündə  InOGate  ingilis  dilində  “Interstate  Oil  and  Gas 
transport to europe” deməkdir).
12
 texniki yardım bu gün aparılan 
fəaliyyətin mərkəzi elementi olsa da, 2004-cü ilin noyabr ayında 
Bakıda keçirilmiş enerji nazirlərinin Konfransı zamanı InOGa-
te artıq dörd məqsədi əhatə etməklə öz mandatını genişləndirdi 
və  o,  “Bakı  təşəbbüsü”  adını  aldı.
13
  Həmin  məqsədlər  aşağıda-
kılardan  ibarətdir:  enerji  bazarlarını  aİ  prinsipləri  əsasında  bir 
araya  gətirmək;  təchizatın  müxtəlifləşdirilməsi,  tranzit  və  tələbat 
vasitəsilə enerji təhlükəsizliyini möhkəmləndirmək; davamlı enerji 
inkişafına  dəstək  vermək;  ümumi  regional  maraq  doğuran  enerji 
layihələrinə sərmayə cəlb etmək. 
14
2006-cı  ildə astanada  keçirilmiş  enerji  nazirlərinin  Konfran-
sında  Bakı  təşəbbüsü  regionda  gələcək  enerji  əməkdaşlığı  üçün 
yol xəritəsinin tərtibatı vasitəsilə daha da konkretləşmiş və yuxarı-
da qeyd olunan dörd məqsədə yönəlmişdir. dəyişilmiş bu manda-
tın göstəricisi olaraq, InOGate proqramının maliyyələşdirilməsi 
2006-cı ilin sonunda aİ-nin müstəqil dövlətlər Birliyinə texniki 
yardım  (taCIs)  mənbəyindən  avropa  qonşuluq  və  tərəfdaşlıq 
təşəbbüsünə (aqtt) keçmiş və Bakı təşəbbüsü ilə avropa qonşu-
10. InOGate energy Portal.  “about InOGate.”  http://www.inogate.org/
inogate_programme/about_inogate.  
11. yenə orada. 
12. marius Vahl and sergiu Celac, “ready for a Breakthrough: elements for a 
european union strategy towards the Black sea region,” southeast european 
and Black sea studies, Vol. 6, no. 2, june 2006, səh. 182. 
13. InOGate energy Portal.  “about InOGate.”  http://www.inogate.org/
inogate_programme/about_inogate.  accessed 15 july 2009. 
14. InOGate energy Portal.  “History and mandate.”  http://www.inogate.org/
inogate_programme/about_inogate.  accessed 15 july 2009. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə