Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

 YANVAR-MART, 2010  
  
165 
luq siyasəti arasındakı güman edilən əlaqəni göstərmişdir. əslində, 
aqs-də azərbaycan  üzrə  tədbirlər  Planında  Bakı  təşəbbüsünə, 
o cümlədən qara dəniz İş Birliyi, Şərq tərəfdaşlığı və digər aİ 
siyasəti və sənədlərinə aİ-nin regional enerji strategiyasının kom-
ponenti kimi istinad edilir.
Bakı təşəbbüsü “tərəfdaş ölkələrlə əməkdaşlıq edərək, avropa 
Komissiyası tərəfindən başlanılan siyasi dialoq təşəbbüsü”
15
 kimi 
InOGate  katibliyi  tərəfindən  təsvir  edilmişdir.  Bununla  belə, 
azərbaycanda  bəzi  rəsmilər  və  kənar  müşahidəçilər  arasında  elə 
bir  təəssürat  var  ki,  InOGate  texniki  baxımdan  kifayət  qədər 
uğurludur, lakin o, regional iştirakçılar arasında yüksək səviyyəli 
dialoq və ya siyasi əməkdaşlığın qurulmasında effektiv deyil. si-
yasi səviyyədə təkanın çatışmaması buna qismən səbəb ola bilər, 
çünki Bakı təşəbbüsü prinsiplərinin həyata keçirilməsinə yönəlmiş 
layihələr yalnız bu yaxınlarda başlayıb. 2004-2007-ci illər ərzində, 
demək  olar  ki,  InOGate-nin  başa  çatdırılmış  hər  bir  layihəsi 
boru  kəmərlərinin  auditi  və  təhlükəsizlik  monitorinqi  tədbirləri 
üçün  texniki  əsaslandırma  işlərinə  görə  xüsusi  texniki  mahiyyət 
daşıyıb.  yalnız  2009-cu  ilin  əvvəlində  vahid  enerji  bazarları, 
möhkəmləndirilmiş enerji təhlükəsizliyi və davamlı enerji inkişa-
fının dəstəklənməsini əhatə edən Bakı təşəbbüsündə əks olunmuş 
geniş idarəetmə məqsədlərinə aid layihələr başladı. Bu cür sahələrə 
həsr  olunmuş  layihələr  aşağıda  verilən  cədvəl  1-də  2009-cu  ildə 
cari InOGate layihələrinin siyahısında nümayiş etdirildiyi kimi 
daha çox texniki məsələlərə yönəlib.
Cədvəl  1.  Bakı  təşəbbüsünün  məqsədləri  çərçivəsində  2009-cu 
ildən etibarən həyata keçirilən InOGate layihələri
16
Vahid enerji bazarları
qaz  və  neft  sahəsində  texniki  standart  və  təcrübənin  uzlaşdırılması  
(Şərqi avropa və qafqaz)
mərkəzi asiyada qazın texniki standartlarının və bu sahədə təcrübənin 
uzlaşdırılması  
15. statement by mr. Kyriakos morfis, InOGate technical secretariat,  
minutes of the First meeting of the Baku Initiative Working Groups, Brussels
28-29 march 2006. səh. 2. 
16. InOGate website.  “Ongoing Projects (2009).” http://www.inogate.org/
inogate_programme/inogate_projects/ongoing-inogate-projects.  


166
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Karbohidrogen metrologiyası üzrə Şərqi avropa regional mərkəzinin 
qanunla təsdiqlənməsi, şəhadətnamənin verilməsi və sonradan kom-
mersiyalaşdırılması (Boyarka, ukrayna)
Şərqi avropa və mərkəzi asiyada enerji tənzimləyiciləri üçün  imkan-
ların yaradılması
Möhkəmləndirilmiş enerji təhlükəsizliyi
enerji təchizatının və dövlətlərarası daşımaların inkişafı üçün çevik 
cavab tədbirləri üzrə ekspert qrupu (mərkəzi asiya)
əsas  qaz  tranzit  infrastrukturunun  təhlükəsizliyi  (Şərqi  avropa  və 
qafqaz)
mərkəzi asiya qaz tranzit sistemində qaz itkilərinin azaldılması üçün 
texnologiya və üsullar
Davamlı enerji inkişafının dəstəklənməsi
mərkəzi asiyanın  neft  və  qaz  sənayesində  ətraf  mühitin  qorunması 
tədbirlərinin gücləndirilməsi
Kioto Protokolunun həyata keçirilməsinə dəstəyin verilməsi
Bir-biri ilə uzlaşan layihələr
ukrayna və moldovada enerjiyə qənaət (eq) sərmayələrinin müəyyən 
edilməsi və təşviqi
mdB-də  enerji  bazarının  inteqrasiyası  və  davamlı  enerjiyə  dəstək 
(semIse)
Bakı təşəbbüsünə dəstək olaraq, InOGate-nin texniki katibliyinin 
(İtK) möhkəmləndirilməsi
 
qara  dəniz-xəzər  hövzəsində  dövlətlər  arasında  geniş  enerji 
əməkdaşlığının əsas elementləri texniki və hüquqi uzlaşmadır və 
bunlar regional enerji idarəetmə strategiyasının inkişafına yönəlmiş 
yüksək səviyyəli müzakirələrin başlanması istiqamətində atılmış ilk 
addımlardır. Başlanğıcdan lazımi siyasi ölçü ilə təmin edilməmiş 
Bakı təşəbbüsündən başqa müvafiq siyasi dialoqun çatışmamasın-
dan irəli gələn məyusluq onu göstərir ki, aİ uzaq perspektivdə tex-
niki müstəvidən siyasi müstəviyə keçidin necə və nə vaxt edilməsi 
ilə bağlı aydın şəkildə heç bir siqnal verməyib.
Bakı  təşəbbüsünun  dialoq  səviyyəsinin  genişləndirilməsi  po-
tensialını təmin edən amil ondan ibarətdir ki, keçmişdə enerji ilə 
bağlı keçirilmiş digər siyasi müzakirələr Bakı təşəbbüsü iclasları 


 YANVAR-MART, 2010  
  
167 
çərçivəsində təşkil olunmalı idi.
17
 eyni zamanda görünür ki, Bakı 
təşəbbüsü regionla əməkdaşlıqda texniki aspekti əsas tutaraq, av-
ropa İttifaqı təmasların siyasi səviyyəsini qaldırmaq fikrindədir. Bu-
nunla belə, azərbaycan daha uzaq perspektivdə Bakı təşəbbüsünə 
qoşulmağın faydalı olacağı və bu cür texniki-siyasi keçidin hansı 
şəkildə baş verəcəyi ilə bağlı fikirlərini ifadə etməyin tərəfdarıdır.
aşağıda  müzakirə  olunan  qara  dəniz  İş  Birliyi  və  Şərq 
tərəfdaşlığının hər ikisi qara dəniz–Cənubi qafqazda yerləşən qon-
şuları ilə avropa İttifaqının qarşılıqlı əlaqələrinə dair daha əhatəli 
strategiyaların formalaşması istiqamətində göstərilən səylərdir. On-
ların hər ikisi özünün olduqca mühüm məqsədlərinin bir kompo-
nenti kimi Bakı təşəbbüsünü əhatə edir. Buna görə də, çox güman 
ki, siyasi dialoq tək Bakı təşəbbüsü çərçivəsində deyil, o cümlədən 
həmin digər təşəbbüslərlə birgə inkişaf etməyə başlayacaqdır.
Qara Dəniz İş Birliyi
regional  əməkdaşlıq  təşəbbüsü  olan  qara  dəniz  İş  Birliyi 
(qdİB) Bakı təşəbbüsündən onunla fərqlənir ki, bir sıra mühüm 
sahələrdə, o cümlədən enerji sahəsində region çərçivəsində iştirak-
çılar və proqramlar arasında yüksək səviyyəli əlaqələndirmə rolunu 
oynamağa çalışır. O, Bolqarıstan və rumıniya avropa İttifaqına da-
xil olduqdan sonra avropa qonşuluq siyasətinə əlavə olaraq, 2007-
ci ildə tərtib edilmişdir.
18
  qara dəniz İş Birliyi regionda bütün əsas 
siyasi  iştirakçılar  və  maraqlı  dairələri  əhatə  etdiyinə  görə  qara 
dəniz regionunda ilk real regional təşəbbüs kimi bir çox hallarda 
yüksək dəyərləndirilir. O, həmçinin regionu ayrıca siyasət məkanı 
kimi müəyyən edir.
19
 lakin öz ritorikasına nail olmaq məqsədilə 
onun bir proqram kimi təsdiqlənməsində siyasi təsirin çatışmaması 
göstərir ki, qdİB region daxilində ümumi maraqların formalaşma-
sı və ölkələr arasında yüksək səviyyəli enerji idarəetməsi rejiminin 
17. robert m. Cutler.  “europe keeps nabucco on life support.”  asia times 
Online, 27 march 2009. 
18. Burcu Gültekin - Punsmann and Krassimir y. nikolov (2008). “european 
union approaches to fostering synergies of cooperation and integration around 
the Black sea.” southeast european and Black sea studies, 8:2, səh. 115.
19. yannis tsantoulis.  “Black sea synergy and eastern Partnership: different 
Centres of Gravity, Complementarity or Confusing signals?”  ICBss Policy 
Brief #12, February 2009. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə