Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

174
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
tərəfdaşlığını əvvəllər müzakirə edilmiş təşəbbüslərdən fərqləndirən 
cəhət ondan ibarətdir ki, burada həm texniki, həm siyasi müzakirələr 
Şərq tərəfdaşlığı çərçivəsində baş verir və avropa İttifaqına daha 
dərin inteqrasiyaya stimul, hansı ki, mümkün daxilolma ilə nəticələnə 
bilər, iştirakçı ölkələrdə mövcud olan gərginliyin aradan qaldırılması 
imkanını təmin edə bilər. Şərq tərəfdaşlığının siyasi səviyyəsi bir 
faktla təsdiqlənir ki, iki ildə bir dəfə keçirilən Şt toplantıları inkişa-
fı nəzərdən keçirmək və siyasi təlimatlarla təmin etmək məqsədilə 
dövlət və ya hökumət başçıları arasında baş tutmalı və xarici işlər 
nazirlərinin  illik  iclasları  da  keçirilməlidir.
37
  nazirlər  səviyyəsində 
sektorlara əsaslanan görüşlər zəruri olan halda da keçirilməlidir. Bu, 
qara dəniz İş Birliyindən fərqlənir, çünki həmin birlik çərçivəsində 
görüşlər  yalnız  “gözəçarpan  irəliləyiş”  baxımından  nazirlər 
səviyyəsində keçirilir və bu halda hər hansı aydın şəkildə müəyyən 
edilmiş cədvəl mövcud deyil.
38
  uğurun zəmanəti olmasa da, əvvəlki 
siyasətlə müqayisədə Şərq tərəfdaşlığının fərqli fəaliyyət strukturu 
regional əməkdaşlıq və təkmil enerji idarəetməsi üçün potensial qay-
dada digər nəticələrin təmin edilməsinə şərait yaradır.
Şərq  tərəfdaşlığı  çərçivəsində  çoxtərəfli  enerji  idarəetmə 
məsələlərinin  həlli  istiqamətində  praktiki  layihələrdən  kənara 
çıxan potensialı nümayiş etdirən bir sıra digər tədbirlər də möv-
cuddur. Fakt ondan ibarətdir ki, Şt Bakı təşəbbüsünü “əsl enerji 
tərəfdaşlığına” çevirmək
39
,  onun öz məqsədlərinə tam uyğun olma-
dığını ötəri yolla etiraf etmək və tədbirlərin mahiyyəti göstərilməsə 
də,  onların  həyata  keçirilmədiyini  bildirmək  məsələləri  durur. 
yüksək səviyyəli dialoqun möhkəmləndirilməsini nəzərdə tutan Şt 
çərçivəsində digər təklif olunan tədbir aşağıdakılardan ibarətdir:
lazımi  fəaliyyət  səviyyəsini  yaradacaq  və  üçüncü  təchizat 
ölkələri,  eləcə  də  potensial  infrastruktur  sərmayədarları  üçün 
cəlbedici olacaq infrastruktur təhlükəsizliyi, uzunmüddətli təchizat 
və alış öhdəlikləri, tranzit zəmanətləri üçün şəraiti təkmilləşdirmək 
məqsədilə müvafiq qaydada qeyri-Şt enerji tərəfdaşları ilə vasitələ-
37. Commission of the european Communities.  Communication from the 
Commission to the european Parliament and the Council: eastern Partnership. 
{seC(2008) 2974} Brussels 3.12.2008, COm (2008) 823 final.
38. tsantoulis (2009), səh. 8. 
39. Commission of the european Communities.  Commission staff Working 
document accompanying the Communication from the Commission to the 
european Parliament and the Council: eastern Partnership. {COm (2008) 823}.


 YANVAR-MART, 2010  
  
175 
rin  araşdırılması  zəruridir. 
müvafiq  qaydada,  bu,  enerji 
Birliyi  sazişi  və  enerji  xar-
tiyası  sazişi  kimi  mövcud 
mexanizmlərin  müddəalarını 
nəzərə alacaq... 
40
Bu,  əvvəlcə  müzakirə  olunan  təşəbbüslərin  uyğun  olmadı-
ğı şəraitdə və beləliklə, Şərq tərəfdaşlığı regional əməkdaşlıq və 
təkmil enerji idarəetməsi üçün yeganə variant kimi görünməsə də, 
avropa  İttifaqının  qara  dəniz  strategiyasına  yanaşmasının  yeni 
müstəviyə  keçməsini  nümayiş  etdirərək  texniki  məsələləri,  möv-
cud vasitələri və siyasi iradəni bir araya gətirən müzakirə növüdür. 
Şərq  tərəfdaşlığının  əsas  nöqsanı  proqramda  siyasi  iradənin  və 
ya konkretliyin çatışmaması deyil, onun qara dəniz İş Birliyi ilə 
əlaqəsinin aydın olmaması ilə bağlıdır. Bu iki təşəbbüsdə, xüsusən 
enerji sahəsində bir-birini təkrarlayan mövzular kifayət qədər çox-
dur.  Şərq  tərəfdaşlığı  ilə  bağlı  açıqlamada  sadəcə  qeyd  olunur 
ki, “Şərq tərəfdaşlığı ilə qara dəniz İş Birliyi və digər regional 
və beynəlxalq təşəbbüslər arasında gözəçarpan qarşılıqlı asılılıq” 
mövcuddur.
41
  digər yazıda izah olunur ki, qdİB region miqyasın-
da səy və diqqət tələb edən problemlərin həllinə yönəlib və onun 
cazibə mərkəzi qara dəniz regionudur. Halbuki, Şərq tərəfdaşlığı 
Brüsseli cazibə mərkəzi edərək, tərəfdaş ölkələrin aİ ilə uyğunlaş-
ması məqsədini güdür.
42
 lakin burada yenə də qeyri-müəyyənlik 
var – bildirilir ki, hətta Komissiya üzvlərinin arasında həmin iki 
siyasətin  hansı  şəkildə  uzlaşması  haqqında  təsəvvür  yoxdur  və 
siyasətçilər narahatdırlar ki, bu cür qeyri-müəyyənlik avropa İttifa-
qının regionda siyasətinin effektivliyini azaldır.
əgər hətta qdİB və Şt əlavə təşəbbüs formasını alarsa, həmin 
iki siyasətin eyni konseptual anlamda olacağı ilə bağlı avropa İtti-
faqı tərəfindən müvafiq məlumat çatışmazlığı belə fikir yaradır ki, 
avropa qara dəniz–Cənubi qafqaz regionu üçün aydın mövqe və 
40. yenə orada. 
41. Commission of the european Communities.  Communication from the 
Commission to the european Parliament and the Council: eastern Partnership. 
{seC(2008) 2974} Brussels 3.12.2008, COm (2008) 823 final.
42. Commission of the european Communities. “eastern Partnership.”  
memo/09/217, Brussels, 5 may 2009. 
Şərq  Tərəfdaşlığının  əsas  nöqsanı 
proqramda siyasi iradənin və ya konk-
retliyin çatışmaması deyil, onun Qara 
Dəniz İş Birliyi ilə əlaqəsinin aydın ol-
maması ilə bağlıdır


176
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ya  strategiyaya  malik  deyil.
43
  digər  potensial  narahatçılıq  ondan 
ibarətdir ki, Şərq tərəfdaşlığında iştirak edən dövlətlər tərəfindən 
bu təşəbbüsün aİ-yə gələcək inteqrasiya üçün potensial imkan və 
ya heç vaxt üzv olmayacaq ölkələr üçün ötəri təsəlli forması kimi 
qəbul edilib-edilməməsi ehtimalı mövcuddur. avropa İttifaqı Şərq 
tərəfdaşlığı üçün olan məqsədlərin hansı formada açıqlanması ilə 
bağlı daha şəffaf olmalıdır. Çünki o, üzv dövlətlərin təşəbbüsdə işti-
rakına birbaşa təsir göstərəcək ki, onun çərçivəsində yarana biləcək 
dolğun enerji dialoqu baş tutsun.
ümumiyyətlə,  azərbaycan  rəsmilərinin  Şərq  tərəfdaşlığı  ilə 
bağlı  söylədikləri  müsbət  perspektivlər  bu  nəticələri  dəstəkləyir. 
azərbaycanın xarici işlər naziri elmar məmmədyarov bildirmişdir 
ki, “biz Şərq tərəfdaşlığını alqışlayırıq və gözləyirik ki, bu, avro-
pa İttifaqı ilə əməkdaşlığımızı ciddi şəkildə möhkəmləndirəcək.” 
44
 
Şərq tərəfdaşlığını avropa İttifaqının regional yanaşmasının dava-
mı hesab edən səfir tahir tağızadə birmənalı şəkildə qeyd edir ki, 
o, “qara dəniz İş Birliyi ilə üst-üstə düşür və hər hansı tamamilə 
yeni  təşəbbüsün  inkişaf  etdirilməsi  əvəzinə  mövcud  proqram-
ların  yeni  düzümünü  əks  etdirir.
45
  səfir  həmçinin söyləmişdir  ki, 
bir  çox  paytaxtların,  o  cümlədən  Bakının  tərəfdaşlığın  ümumi 
məqsədləri ilə bağlı şərtləri var, yəni Şt üzv ölkələri ilə daha sıx 
əlaqələrin  möhkəmləndirilməsi  üçün  bütün  aİ  ölkələri  arasında 
eyni həvəs yoxdur.
46
  Bu, regionda təkmil enerji idarəetməsı  reji-
min möhkəmləndirilməsində avropa İttifaqının rolunu və regional 
əməkdaşlığı şərtləndirən aİ daxilində rəylərin və xəbərlərin eyni 
olmadığını bir daha nümayiş etdirir.
Şt-də azərbaycan üçün müsbət mənada xüsusi olaraq vurğulanır 
ki, avropa İttifaqı azərbaycanın aİ-nin enerji bazarına tədricən daxil 
olması və infrastrukturuna inteqrasiyasına əsaslanaraq, bu ölkənin 
43. yenə orada. 
44. elmar mammadyarov, minister of Foreign affairs of the republic of azer-
baijan.  “Walking a tightrope: azerbaijan’s Foreign Policy strategy in a Chang-
ing environment.”  azerbaijan Focus, Volume 1(1), june-august 2009. səh. 25.
45. tahir taghizade, ambassador extraordinary and Plenipotentiary, embassy 
of the republic of azerbaijan to the Czech republic.  “the european union’s 
eastern Partnership: What does It Offer azerbaijan?”  azerbaijan in the World 
biweekly newsletter, azerbaijan diplomatic academy, Vol. 2 no. 13., july 1, 
2009.  
46. yenə orada. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə