Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

 YANVAR-MART, 2010  
  
177 
Şt-də karbohidrogenlərin yeganə ixrac tərəfdaşı kimi onunla daha 
geniş siyasi münasibətlər qurmağa çalışır. 
47
  Bu, azərbaycanın av-
ropanın  gözündə  vacibliyi  və  strateji  əhəmiyyətinin,  o  cümlədən 
texniki islahatlar sahəsində irəliləyişlər nəticəsində Bakı üçün açıq 
olan siyasi səviyyədə əlaqə xətlərinin göstəricisidir. əməkdaşlıqda 
siyasi maneələr məsələsinə qayıdaraq, azərbaycan həmçinin bəyan 
etmişdir ki, o, Şt çərçivəsində  ermənistanla hər hansı çoxtərəfli 
əməkdaşlıq  təşəbbüslərində  birbaşa  işləməyəcək.  ŞP  əsasında 
çoxtərəfli  təşəbbüslərdə  iştirakdan  irəli  gələn  faydanın  tərəfdarı 
olan və gündəliyin formalaşmasına yardım edən azərbaycan üçün 
avropa İttifaqına regional enerji əməkdaşlığı ilə bağlı baxışlarını 
çatdırmaq və müvafiq formada gələcək müzakirələri təmin etmək 
daha vacibdir.
Nəticə: Azərbaycanın  regionun  mövqeyinin  formalaşdırılma-
sında oynadığı rol
avropa İttifaqının qonşuluq siyasəti və bütöv qara dəniz–Cənubi 
qafqaz regionu istiqamətində əməkdaşlığın qurulması səyləri enerji 
idarəetməsi baxımından az uğur qazanmışdır. avropa İttifaqının xa-
rici enerji siyasətinin olmaması səbəbindən Bakı təşəbbüsü, qara 
dəniz  İş  Birliyi  və  Şərq  tərəfdaşlığı  regionda  yüksək  səviyyəli 
enerji  idarəetmə  rejimini  formalaşdırmaqda  özünü,  hələ  ki,  doğ-
rultmamışdır,  baxmayaraq  ki,  Şq  gələcəkdə  bu  məqsədi  həyata 
keçirmək üçün ən böyük potensiala malikdir.
qara  dəniz  regional  dinamikasının  mahiyyətini  nəzərə  alaraq, 
avropa  İttifaqı  özünün  regional  əməkdaşlıq  strategiyasını  siyasi 
və  texniki  məsələlərlə  birgə  həmin  strategiyada  enerji  idarəetmə 
təşəbbüslərini  genişləndirərək  daha  əhatəli  etməlidir.  Bakı 
təşəbbüsü  və  qara  dəniz  İş  Birliyinə  gəldikdə  isə avropa    İtti-
faqının idarəetmə təşəbbüslərinin qara dəniz regionunda o qədər 
də  çox  həyata  keçirilmədiyini  verdikləri  müsahibələrdə  bildirən 
azərbaycanlılar  və  digər  ekspertlər  arasında  ümumi  rəyin  olması 
ilə yanaşı, bu rəy həmin proqramları lazımi siyasi səviyyədə həyata 
keçirməyən, uzaq perspektivdə texniki təşəbbüslərin siyasi inteq-
rasiya  ilə  hansı  şəkildə  nəticələnəcəyi  ilə  bağlı  heç  bir  məlumat 
47. Commission of the european Communities.  Communication from the 
Commission to the european Parliament and the Council: eastern Partnership. 
{seC(2008) 2974} Brussels 3.12.2008, COm (2008) 823 final. 


178
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
verməyən avropa İttifaqında da söylənilir. Şərq tərəfdaşlığı fərqli 
haldır. Bunun tamamilə yeni təşəbbüs olması faktından başqa, onun 
qara dəniz İş Birliyi ilə əlaqəsində olan qeyri-müəyyənlik elə bir 
rəyi təsdiqləyir ki, avropa İttifaqı həm ümumi, həm də xüsusi ola-
raq enerji məsələlərində bütöv qara dəniz qonşuluğu ilə qarşılıqlı 
münasibətlərə natamam yanaşmaya malikdir. eyni zamanda, bu, aİ 
adından əlaqə  problemini də nümayiş etdirir və fakt ondan ibarətdir 
ki, Şt regionda təkmil enerji idarəetmə rejiminin qurulması üçün 
əməkdaşlığın artırılması perspektivlərinə regional maneələri yara-
da biləcək həm texniki, həm də siyasi ölçünü əhatə edir.
Bütöv qara dəniz regionunda dövlətlər arasında mövcud olan si-
yasi həssaslıq səbəbindən yüksək səviyyəli regional enerji idarəetmə 
rejimini formalaşdırmaq məqsədilə lazım olan əməkdaşlıq üçün av-
ropa İttifaqının kənar güc kimi lokomotivə çevrilməsi imkanı var. 
eyni zamanda, avropaya daha sıx inteqrasiya ilə yaranan, siyasi və 
iqtisadi imkanlardan irəli gələn təkan da göz qabağındadır. əgər 
avropa İttifaqı bütöv qara dəniz regionunda öz təşəbbüslərini siya-
si səviyyəyə qaldırmaqda davam edərsə və öz siyasətini daha aydın 
şəkildə yürüdərsə, onda bu təşkilat özünün qonşuluq məqsədlərinə 
daha tez nail olacaqdır. lakin avropa İttifaqının təklif etdiyi regio-
nal əməkdaşlığın inkişafı və sonrakı enerji idarəetmə rejimi siyasi 
dialoqun regional səviyyədə hansı şəkildə irəliyə doğru aparılması 
və enerjinin hansı yolla onun bir hissəsinə çevrilməsi ilə bağlı öz 
baxışlarını avropa İttifaqına çatdıran region ölkələrindən asılıdır.
region  üçün  daha  mühüm  strategiyanı  yaratmaq  müraciətinə 
avropa  İttifaqının  görünən  laqeyd  yanaşmasına  cavab  olaraq, 
azərbaycan bu cür strategiyanı təsvir edən özünün təfərrüatlı ba-
xışlarının  avropa  İttifaqına  çatdırılmasında  daha  fəal  olmalıdır. 
azərbaycan həm avropa, həm də bütövlükdə qara dəniz-Cənubi 
qafqaz regionu ölkələri üçün regionda avropa İttifaqının xeyirinə 
uyğun  enerji  idarəetmə  rejimi  istiqamətinə  doğru  olduqca  zəruri 
olan yüksək səviyyəli dialoq üçün katalizator rolunu oynaya bilər. 
azərbaycanın  qərbyönümlü  siyasətini  və  avropa,  o  cümlədən 
digər  regional  dövlətlərlə  müsbət  münasibətlərinin  olmasını, 
onun  karbohidrogen  hasilatçısı  və  tranzit  dövlət  rolunu  nəzərə 
alaraq, siyasi səviyyədə öz qonşuluq siyasətini və enerji ilə bağ-
lı  təşəbbüslərini  yenidən  nəzərdən  keçirməkdə avropa  İttifaqına 
yardım etmək məqsədilə azərbaycanın avropa təşəbbüslərində iş-


 YANVAR-MART, 2010  
  
179 
tirakından dərs götürmək imkanı var. Beləliklə, azərbaycan strate-
ji və siyasi münasibətlərin uzunmüddətli spektrində texniki siya-
si rolunu nəzərdən keçirməlidir. O, aİ üzv dövlətləri ilə ikitərəfli 
münasibətlər, o cümlədən Brüssel ilə birbaşa əlaqələr vasitəsilə öz 
regional gündəliyini önə çəkərək, aİ daxilində enerji məsələləri ilə 
bağlı vahid mövqenin hal-hazırda olmamasını da tənzimləyə bilər.
Hazırda  öz  qonşuluq  siyasətinin  vaxtının  və  formasının  daha 
effektiv  şəkildə  çatdırılması,  həmin  siyasətdən  formalaşa  biləcək 
regional əməkdaşlıq və yüksək səviyyəli idarəetmə rejiminin təmin 
edilməsi  üçün  bu  siyasətin  kifayət  dərəcədə  siyasi  əhəmiyyət 
səviyyəsinə  qaldırılması  məqsədilə avropanın azərbaycanı  daha 
böyük diqqətlə dinləməsi vaxtı artıq yetişib.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə