Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   55   56   57   58   59   60   61   62   63

180
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 


 YANVAR-MART, 2010  
  
181 
ETNİK MÜNAQİŞƏLƏR QLOBAL SİYASƏTİN 
PROBLEMİ KİMİ
Dr. Reha Yılmaz
                                                                                                               
qafqaz araşdırmaları İnstitutu, 
qafqaz universiteti, azərbaycan
Giriş
soyuq  müharibə  erası  bitdikdən  sonra  böyük  müharibələrin 
yenidən  başlanması  ehtimalı  azalmış,  lakin  regional  və  da-
xili  münaqişələr  problem  olaraq  qalmışdır.  Beləliklə,  soyuq 
müharibənin  bitməsi  ilə  yeni  minilliyin  başlanması  arasındakı 
dövrdə yaranmış 116 münaqişəyə müdaxilə etmək məqsədilə bəzi 
kənar  dövlətlər  və  təşkilatların  göstərdiyi  təzyiq  hər  zaman  hiss 
olunacaqdır. 80-dən çox dövlət, həmçinin 2 regional və 200-dən 
çox qeyri-hökumət təşkilatı bu prosesə qatılıbdır. Öz iştirakını bu 
prosesdə qismən görən qarşı tərəflər həmin münaqişələri dil, din və 
ya oxşar məsələlər kimi mədəni cəhətlərlə bağlayırlar.
dövlətlərarası müharibədə olduğu kimi, xüsusilə soyuq müharibə 
başa çatdıqdan sonra yayılmış ağır və gözəçarpan beynəlxalq və 
vətəndaş qarşıdurmasının bir növü hesab edilən etnik münaqişələrə 
müxtəlif  faktorlar  zəmin  yaradır.  etnik  münaqişələr  dünyanın 
müxtəlif guşələrində yerləşən bir sıra ölkələrin ərazi bütövlüyünə 
və hətta onların mövcudluğuna təhlükədir. təbii ki, sovet İttifaqının 
dağılmasına  aparan  prosesdə  etnik  münaqişələrin  rolu  aydın 
görünürdü. Bəziləri qeyd edir ki, Kvebekdəki fransız separatçıları, 
İspaniyadakı  basklar  və  ya  azərbaycandakı  erməni  separatçıları 
bu ölkələrin dağılması ilə nəticələnə biləcək zəncirvarı reaksiyaya 
səbəb ola bilərlər. yuqoslaviyada son illər baş vermiş ən böyük və 


182
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
acınacaqlı  hadisələr  haqqında 
xəbərlərin başlıqlarını tutan et-
nik münaqişədən fərqli olaraq, 
ruandada  və  azərbaycanın 
qarabağ  və  onun  ətraf 
rayonlarında  münaqişə 
görünməmiş  miqyasda  intişar 
etdi və soyqırımla nəticələndi.
dövlətlərarası müharibələr bir çox hallarda etnik münaqişələrdən 
ayrı araşdırılmasına baxmayaraq, hər iki növ münaqişə arasında bir 
sıra oxşarlıqlar müşahidə edilir. məsələn, həm dövlətlərarası, həm 
etnik müharibələrin səbəbləri siyasi və iqtisadi münasibətlər, güc-
lü hakimiyyətin yoxluğu, liderlərin legitim tələbləri, düşmənçilik 
tarixçəsi,  psixoloji  durum  və  özünəməxsusluq  kimi  təsvir  oluna 
bilər. Bundan əlavə, həm dövlətlərarası, həm də etnik münaqişələrdə 
həmin müxtəlif faktorlardan biri daha mühüm rol oynayır və bir çox 
hallarda digər çoxsaylı faktorlar bir-biri ilə mürəkkəb və əvəzlənən 
formada özünü büruzə verir.
“Etnik mənsubiyyət” nə deməkdir?
Beynəlxalq siyasətdə etnik mənsubiyyət və etnik münaqişənin 
faydalı şəkildə müzakirəsinə aparan aydın ilkin şərt etnik qrup ter-
mininin düzgün şəkildə müəyyən edilməsidir. etnik münaqişələrin 
bu qədər çox yer tutduğu gündəlik xəbərlərdən belə bir təəssürat 
yaranır ki, sanki hər kəs etnik terminin nə olduğunu aydın şəkildə 
anlayır.  lakin  ilkin  qavrama  yanlışdır.  məsələn,  90-cı  illərin 
əvvəlində keçmiş yuqoslaviya ola bilsin dünyada ən çox reklam 
edilən “etnik” münaqişə məkanı olmuşdur. Hətta bu halda mübahisə 
oluna bilər ki, etnik mənsubiyyətin buna heç bir aidiyyəti yoxdur. 
“yuqoslaviyada etnik müharibə fərqli fiziki cəhətlərə, ayrıca an-
tropoloji və ya irqçi mənşəyə malik olmayan üç icma (müsəlmanlar, 
xorvatlar və serblər) arasında baş verdi. yuqoslaviyadakı xalqların 
hər birinin eksklüziv və istisna xarakterli mövcudluğu məfhumu 
ixtira  edilmiş  kəlamdır.”
1
  Bir  çox  hallarda  etnik  qrupun  məhz 
həmin cəhətlərlə müəyyən edilməsinə baxmayaraq, onun müəyyən 
1. William Pfaff, an Invitation to War,” Foreign affairs 72, summer 1993, 
səh.101. 
Məsələn, 90-cı illərin əvvəlində keçmiş 
Yuqoslaviya ola bilsin dünyada ən çox 
reklam edilən “etnik” münaqişə məkanı 
olmuşdur. Hətta bu halda mübahisə ol-
una bilər ki, etnik mənsubiyyətin buna 
heç bir aidiyyəti yoxdur. 


 YANVAR-MART, 2010  
  
183 
fərqləndirici fiziki və ya “irqi” xüsusiyyəti olmalıdır. lakin bu hal-
da vəziyyət belə olmamışdır.
Konstruktivist  perspektivə  uyğun  gələn  etnik  qruplar  sosial 
baxımdan qurulmuş və ya “fərz edilən icmalar” kimi görünə bilər.
2
  
Bununla belə, bu cür etiraf hər hansı qrup özünü etnik bir qrup kimi 
qələmə verdiyi təqdirdə müəyyənedici strategiya ilə nəticələnə bilər. 
məsələn,  etnik  mənsubiyyət  haqqında  bir  tərifdə  qeyd  edilir  ki, 
“o, obyektiv mədəni və ya regional meyarlara əsaslanan müştərək 
özünəməxsusluğun  subyektiv  formasıdır”.
3
  digər  tədqiqatçı  bu 
strategiyanı daha ifrat və sadə səviyyədə görür. qeyd edir ki, etnik 
qrup “özlərini digər qruplardan mədəni xüsusiyyətlərə görə fərqli 
hesab edən şəxslərdən ibarət qrupdur”.
4
  etnik özünəməxsusluğun 
subyektiv  təbiəti  mühüm  hesab  edildiyi  halda,  obyektiv  meyar-
lar  əsasında  bir  çox  subyektiv  qaydada  müəyyən  edilmiş  etnik 
qrupları qeyd etmək olar. məsələn, son zamanlar etnik azlıqların 
hərtərəfli  öyrənilməsi  (etnik  qrup  hesab  edilən)  icma  qruplarını 
“ümumi  dəyərlərə,  ortaq  təcrübə  və  mədəni  cəhətlərə  əsaslanan, 
fərqli və sarsılmaz kollektiv özünəməxsusluğa malik olan şəxslər 
kimi  müəyyən  edir”.
5
    Bu  layihə  etnik  qrupları  müəyyən  etmək 
məqsədilə nisbətən xüsusi, mədəni beş cəhətdən istifadə edir:
1. dil,
2. sosial ənənələr,
3. din,
4. fiziki görünüş,
5. yaşayış regionu.
Bu müzakirə məqsədi üçün biz etnik qrupu dil, ənənələr, dini 
baxışlar, fiziki görünüş və yaşayış regionu baxımından özünü fərqli 
görən qrup kimi müəyyən edəcəyik.
2. Benedict anderson, Imagined Communities: reflections on the Origin and 
spread of nationalism, london, Verso, 1983. 
3. timothy Frye, `etnicity, soverenity and transition from non-democratic 
rule`, journal of International affairs, 45 Winter 1992, səh.602. 
4. stephen ryan, ethnic Conflict and International relations, Brookfield,  dart-
mouth Publishing, 1990 səh.xiii. 
5. ted robert Gurr, People Versus states: minorities at risk in the new Cen-
tury, Washington, usIP, 2000, səh.5. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə