Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   2   3   4   5   6   7   8   9   ...   63

20
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
olmayacaq da”.
İlham 
əliyev 
bunu 
dövlət    başçısı  seçildiyi  ilk 
gündə  mətbuata  verdiyi  açıq-
lamada  belə  bəyan  edir: 
“azərbaycan  rəqabət  meyda-
nına  çevrilməməlidir,  əksinə, 
regional  və  dünya  miqyasın-
da əməkdaşlıq mərkəzi olmalıdır, bizim əsas istiqamətimiz ondan 
ibarətdir ki,  öz  xarici siyasi  fəaliyyətimizlə qarşıya  qoyduğumuz 
məqsədlərin  əldə  olunmasına,  azərbaycanın  dünya  birliyindəki 
yerinin  möhkəmlənməsinə,  həmçinin  dünya  ölkələri  ilə  qarşılıq-
lı  faydalı  əməkdaşlıq  yolu  ilə  bizim  iqtisadi  inkişafımıza  kömək 
edək. Bu siyasət bu vaxta qədər həyata keçirilib və bundan sonra 
da  davam etdiriləcək. Bilmək  istəyirsinizsə, bu,  yeni  Prezidentin 
və  hökumətin  Heydər  əliyevin  müəyyənləşdirdiyi  yolda  atacağı        
ilk  addımlar  olacaq.  mən  həmişə  çalışmışam  və  çalışacağam  ki, 
atama oxşayım”.
O, bu bəyanatı verməzdən əvvəl də artıq ölkəsinin iqtisadi nü-
fuzunun xilası naminə apardığı mübarizədə, gərgin və mürəkkəb 
diplomatik  danışıqlarda  dünya  miqyaslı  iqtisadçı,  çevik  siyasətçi 
və  lider  kimi  formalaşmışdı.  məhz  onun  bu  keyfiyyətlərini 
nəzərə  alaraq aBŞ  konqresmeni  Kurt  ueldon  2003-cü  il  avqus-
tun  29-da azərbaycan  respublikasının  Baş  naziri  postunda  olan                                       
İlham əliyevə bir siyasətçi kimi heyranlığını ifadə edərək deyirdi: 
“Həqiqətən, beş dildə təmiz danışan və dünya siyasətində xüsusi 
çəkisi olan sizin kimi liderlə ilk dəfədir ki, görüşürəm... əminəm, 
bir çox ölkələrin xalqları arzulayırlar ki, onların da sizin kimi baca-
rıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair dərin biliklərə 
malik,  geniş  dünyagörüşlü  bir  lideri  olsun.  Hesab  edirəm  ki,  bu    
baxımdan  azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə sizin kimi 
lider qismət olmuşdur”.
“Zəngin  neft  ehtiyatlarına  malik  olan  azərbaycanın  ətrafında 
çoxkombinasiyalı  siyasi  oyunlar  gedir.  “Böyük  neftin”  müsbət 
tərəfləri olduğu kimi, mənfi tərəfləri də var”, – deyən İlham əliyev 
bax beləcə, hələ Prezident olmamışdan çox-çox əvvəl dərin zəkası, 
yüksək intellekti, qətiyyəti, xarizması, ölkəsinin mənafeyi naminə 
heç  vəchlə  güzəştə  getməməsi  ilə  dünya  siyasi  elitasının  diqqət 
“Zəngin neft ehtiyatlarına malik olan 
Azərbaycanın  ətrafında  çoxkombi-
nasiyalı  siyasi  oyunlar  gedir.  “Böyük 
neftin”  müsbət  tərəfləri  olduğu  kimi, 
mənfi tərəfləri də var”. 
İlham Əliyev


 YANVAR-MART, 2010  
  
21 
mərkəzinə keçmişdi. yeni siyasi epoxanın, demokratik dəyərlərin 
formalaşmağa  və bazar iqtisadiyyatı münasibətlərinin bərqərar ol-
mağa başladığı dövrün yetirməsi, dünya siyasətində iqtisadi maraq-
ların siyasi maraqları üstələdiyi bir mərhələnin diplomatı kimi siya-
si olimpə doğru irəliləyən İlham əliyev, sözün həqiqi mənasında, 
xalqın gözlədiyi və inandığı siyasi liderə çevrilmişdi.
 2003-cü ildə İlham əliyevin azərbaycan respublikasının Pre-
zidenti  seçilməsi  ilə  müstəqil azərbaycanın  tarixinin  keyfiyyətcə 
yeni bir mərhələsi başladı. Filosof, akademik ramiz mehdiyev haq-
lı olaraq qeyd edir: “... Prezident İlham əliyev hakimiyyətə gəldiyi 
zaman ölkədə və dünyada vəziyyət o qədər də sadə deyildi...
 Bütün  cəhdlərə  baxmayaraq,  2003-cü  ilin  prezident  seçkiləri 
ən müasir tariximizin dönüş nöqtəsi oldu. azərbaycanın qarşısın-
da duran başlıca strateji vəzifə azərbaycan dövlətinin əldə edilmiş 
geosiyasi simasını, mövqeyini bundan sonra da qorumaq, yeni ya-
ranan dövlətlərin və ölkəmizə qarşı qeyri-səmimi olan qüvvələrin 
müxtəlif məqsəd və vasitələrlə ermənistanın işğalçılıq siyasətindən 
bəhrələnərək,  azərbaycan  ərazisini  siyasi  qrupların  münaqişəsi 
meydanına,  qeyri-sabitliyin  tüğyan  etdiyi  məkana  çevirməsinin 
qarşısını almaq idi”.
 uzaqgörən,  məsuliyyətli  qərarlar  vermək  qətiyyətində  olan, 
cəsarətli, enerjili İlham əliyev ümummilli lider Heydər əliyevin 
müəyyən etdiyi strateji oriyentirləri uğurla həyata keçirməyə başla-
dı. Bu strateji istiqamətlərin ən vacibi isə ölkənin xarici siyasət xətti 
idi və İlham əliyev burada da “keçmiş gələcəyin peyğəmbəridir” 
prinsipindən çıxış edərək, Heydər əliyev kursuna sədaqət nümayiş 
etdirdi.
“Biz    azərbaycan  xalqının  tələbatlarına  və  maraqlarına  uy-
ğun  siyasət  aparırıq.  siyasətimiz  müstəqildir.  siyasi,  iqtisadi 
münasibətlərdə,  o  cümlədən  dünya  ictimaiyyəti  ilə  qurduğumuz 
əlaqələrdə  siyasətimiz  müstəqildir.  ...Bu  siyasət  özünü  doğrul-
dur. Bizim aBŞ-la da strateji əməkdaşlıq münasibətlərimiz möv-
cuddur.  eyni  zamanda,  bizim  İKt-yə  üzv  olan  ölkələrlə  də  yax-
şı  münasibətlərimiz  var.  Bizim  qonşularla  olan  münasibətlərimiz 
müsbətdir.  rusiyadan  başqa,  bizim  İranla  da  münasibətlərimiz 
var. Bir sözlə, bütün bunlar mümkündür. Həmin amillər regionda 
təhlükəsizliyin və sabitliyin bərqərar olmasına xidmət edir. Çünki 


22
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
bizim yerləşdiyimiz region olduqca mürəkkəbdir”.
 Prezident İlham əliyevin bu fikirlərində azərbaycan dövlətinin 
xarici  siyasətinin  strateji  istiqamətləri  kifayət  qədər  aydın  və     
konkret  şəkildə  öz  əksini  tapmışdır.  ən  yığcam  şəkildə  desək, 
bunlar  tarazlaşdırılmış  siyasi  xətt,  tarixdə  dəfələrlə  olduğu  kimi, 
azərbaycanın  rəqabət,  toqquşma  və  savaş  zonasına  çevrilməsinə 
yol  verməmək,  təbii  sərvətlərin  ölkənin  rifahı  və  dövlətçiliyin 
möhkəmləndirilməsi yönündə istifadə edilməsidir. 
Avropa Azərbaycanın tərəfdaşıdır
 2009-cu il yanvarın 29-da davos İqtisadi Forumu çərçivəsində 
“Böyük  oyun  təkrarlanır”  devizi  altında  keçirilən  xüsusi  iclasda 
azərbaycanın  dövlət  başçısı  avropa  ilə    münasibətlərə  yenidən 
aydınlıq  gətirərək  bildirdi:  “müstəqillik  əldə  etdiyimiz  vaxtdan 
etibarən siyasətimizin avropa istiqaməti prioritet məsələ idi və bu 
gün də o davam edir”.
 Bu  istiqamətdə azərbaycanın avropaya  inteqrasiyasının  əsas, 
əslində, ilk real nəticələrini 2001-ci il yanvarın 25-də verdi. uzun 
sürən danışıqlardan sonra azərbaycan avropa Şurasının tamhüquq-
lu üzvü oldu və qurumun strasburqda yerləşən qərargahı qarşısında 
ümummilli lider Heydər əliyevin iştirakı ilə azərbaycan respub-
likasının üçrəngli bayrağı qaldırıldı. Bununla ölkəmiz öz üzərinə 
bir  sıra  öhdəliklər  götürdü  ki,  son  günlərə  qədər  onların  yerinə 
yetirilməsi üçün bir çox tədbirlər həyata keçirilir.
 Ölkəmiz  avropa  Şurasına  üzvlüyü  müddətində  məhz                                                      
İlham əliyevin rəhbərliyi ilə bir sıra mühüm diplomatik uğurlara 
imza atmışdır. Hələ üzvlüyün ikinci ilində qurumun  Parlament as-
sambleyasının qış sessiyasının ilk iclasında təşkilatın rəhbər orqan-
larına keçirilən iclasda azərbaycan nümayəndə heyətinin rəhbəri, 
milli  məclisin  deputatı  İlham  əliyev  avropalı  parlamentarilərin 
yekdil  səsi  ilə  aŞ  Pa-nın  vitse-prezidenti  seçildi.  Bu  hadisənin 
əhəmiyyəti onda idi ki, bu post ona büronun bütün iclaslarında iş-
tirak etməyə, burada müzakirə edilən məsələlərə müdaxilə etməyə 
və azərbaycanın  mövqeyini  bildirməyə  imkan  verirdi.  Beləliklə, 
İlham əliyev azərbaycanın tarixində bu beynəlxalq təşkilatda nü-
fuzlu posta seçilən ilk siyasətçi oldu.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə