Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   55   56   57   58   59   60   61   62   63

 YANVAR-MART, 2010  
  
187 
düşmənçilik  və  zorakılıq  halları  baş  qaldırır.  Bu  o  deməkdir  ki, 
yuqoslaviya  kimi  ölkələrdə  kommunist  rejimi  zamanında  etnik 
münasibətlər  tito  kimi  güclü  şəxsin  idarə  etdiyi  avtoritar  elita 
tərəfindən  daima  nəzarət  altında  idi.  Bununla  belə,  90-cı  illərin 
əvvəllərində  mərkəz  zəifləyəndə  və  süquta  uğrayanda,  dövləti 
təşkil edən etnik qruplar – serblər, xorvatlar, slovenlər, kosovolular, 
makedoniyalılar, bosniyalı müsəlmanlar, çernoqoriyalılar arasında 
münasibətlər zorakılığa doğru inkişaf etdi. 
11
etnik qruplar süquta uğrayan dövlət və ya hakimiyyət boşluğu 
zamanı  münaqişəyə  çoxdankı  ədavətə  görə  yox,  dövlətə  özləri 
nəzarət  etmədiyi  təqdirdə  ayrı-seçkiliyə  məruzqalma  qorxusu 
və  qeyri-müəyyənlik  səbəbindən  sürüklənə  bilər.  Bu  baxımdan, 
realistlər dövlətlərin savaşını müzakirə etdiyi kimi, etnik qruplar 
da eyni məqsədlərə görə mübarizə aparır. möhkəm hakimiyyətin 
olmadığı  anarxiya  hallarında  qruplar  təhlükəsizlik  problemi  ilə 
üzləşir  və  özlərini  qorumaq  məcburiyyətində  qalırlar.  anarxiya 
vəziyyətində həmin qruplar güclü hərbi imkanlara malik deyil və 
“onların hərbi gücü məhz qrup şəklində mütəşəkkil və ya ahəngdar 
toplu olmaqdır. Bütün tərəflər mütəşəkkil və ahəngdar hərəkət etdiyi 
səbəbindən onlar bir-birinə münasibətdə təhlükə mənbəyinə çevri-
lir. Belə şəraitdə digər qrupların məqsədlərin qiymətləndirilməsində 
yeganə yolu tarixdən istifadə etməkdir. lakin siyasi şərait tarixin 
millətçilər tərəfindən təfsir edilməsinə zəmin yarada bilər. nəticədə, 
“aparılan təhlilin ən pis forması” ondan ibarət ola bilər ki, hər bir 
qrup digərinə düşmən kimi baxacaq.” 
12
 Hətta tam anarxiya olma-
yan  zəif  və  qeyri-sabit  dövlətlərdə  bir  çox  hallarda  qiyamlar  və 
vətəndaş müharibələri başlayır.
nisbi  məhrumolma  nəzəriyyəsi  nəinki  iqtisadi  baxımdan 
geriləyən qruplar, o cümlədən Hindistandakı sinkxlər, Şri-lankadakı 
tamillər və mərkəzi afrikadakı tutsilər kimi nisbətən təminatlı et-
nik  qruplar  arasında  siyasi  etnik  səfərbər  olunmanın  artmasının 
izah edilməsi üçün faydalıdır. Həmin qruplar öz üstün mövqelərinə 
hədəni hiss edəndə və/və ya dövlətdə ayrı-seçkiliyə məruz qalan-
da  siyasi  mübarizəyə  keçirlər.  Bundan  sonra,  nəzəriyyədə  qeyd 
edildiyi kimi, müəyyən qrup digərlərlə müqayisədə daha az fayda 
11. raymond taras and rajat Ganguly, understanding ethnic Conflict, new 
york, longman, 2002, səh.25. 
12. taras and Ganguly, yenə orada, səh. 29. 


188
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
götürdüyü  təqdirdə,  birinci 
qrup siyasi tədbirlərə keçir. Bu 
konsepsiya  etnik  münaqişəyə 
tətbiq  edildikdə  asanlıqla  an-
lamaq olar ki, qrupun mədəni, 
iqtisadi  və  siyasi  statusuna 
gəldikdə, real və ya zənn edilən 
geriləmə və ya ayrı-seçkilik si-
yasi mübarizəni şərtləndirən əsas səbəbdir. 
13
Bir  çox  hallarda,  siyasi  liderlər  etiraf  edirlər  ki,  qrup  kütləni 
zorakı  davranışa  istiqamətləndirmək  bacarığına  malikdir.  etnik 
mənsubiyyət və etnik münaqişəyə tətbiq edilmiş peşəkar yanaşma 
etnik  özünəməxsusluğun  siyasi  məqsədlər  üçün  xüsusi  qeyd 
edilməsi və hətta yaradılmasında elitanın oynadığı rola əsaslanır: 
bu baxımdan, hücum və ya müdafiə məqsədləri, yaxud özləri və/və 
ya öz qrupları üçün hədələrə cavab olaraq etnik sahibkarlar kollek-
tiv məqsədlər güdən siyasi hərəkatlar yaratmaq üçün seçilmiş etnik 
rəmzlərdən  sui-istifadə  edərək  bir  neçə  alternativ  əsaslardan  biri 
olan etnik özünəməxsusluğun sosial və siyasi əhəmiyyəti artır. Bu 
cür hallarda etnik mənsubiyyət etnik rəmzlərin seçilmiş istifadəsi 
yolu  ilə  öz  rəhbərləri  vasitəsilə  qrupun  səfərbər  olunmasında  bir 
vasitə hesab edilə bilər. 
14
liderlər  qrup  daxilində  antaqonizmin  tarixçəsi,  eləcə  də  ağır 
iqtisadi  problemlər  olduğu  halda  öz  xüsusi  məqsədləri  üçün  et-
nik  mənsubiyyətlə  manipulyasiya  etməkdə  uğur  qazanırlar. 
Şübhəsiz ki, Balkanlarda keçmiş yuqoslaviya liderləri, xüsusən də 
milliyyətcə serb olan rəhbər slobodan miloşeviç etnik millətçilik 
yolu ilə mübarizəni daha da qızışdırmağa çalışmışdır. miloşeviç və 
digərləri hakimiyyətdə qalmaq kimi şəxsi maraqları naminə etnik 
münaqişəni qızışdırdılar. Çoxmillətli yuqoslaviyada hakimiyyətdə 
qala  bilməyəcəyini  anlayan  miloşeviç  yuqoslaviyanın  bir  çox 
hissəsini aşkar şəkildə serb çoxluğu ilə əvəz etməklə nəticələnən 
irqi millətçiliyi bilərəkdən gücləndirdi.
dövlətlərarası  müharibənin  səbəbləri  kimi,  etnik  münaqişənin 
səbəbləri  də  bütöv  etnik  zorakılığın  izah  edilməsi  üçün  fərdi 
qaydada  kifayət  deyil.  “xalqlar  öz  etnik  mənşəyini  güclü 
13. taras and Ganguly, yenə orada, səh. 15-16. 
14. taras and Ganguly, yenə orada, səh. 5. 
Şübhəsiz  ki,  Balkanlarda  keçmiş 
Yuqoslaviya  liderləri,  xüsusən  də 
milliyyətcə  serb  olan  rəhbər  Slobo-
dan  Miloşeviç  etnik  millətçilik  yolu 
ilə  mübarizəni  daha  da  qızışdırmağa 
çalışmışdır.


 YANVAR-MART, 2010  
  
189 
şəkildə  hiss  edirlər,  lakin  yalnız  az  sayda  olan  ifrat  millətçilər 
öz  qonşularını  məhv  etmək    planına  əl  atırlar.  maniakal  liderlər 
vətəndaş  müharibələrində  aydın  şəkildə  mühüm  rol  oynayırlar, 
lakin bunu sadəcə demək bəzilərin güclü demaqoqiya, digərlərin 
isə  kənara  çəkilməsi  ilə  nəticələnməsinin  səbəbini  izah  etmir. 
İqtisadi  narazılıq  və  təhlükəsizlik  problemləri  qrupları  zorakılığa 
sürükləyə bilər, lakin bu cür izahlar dünyada hal-hazırda baş verən 
münaqişələri  o  qədər  də  öncədən  müəyyən  etmir”.
15
    Beləliklə, 
dövlətlər  arasında  müharibələrdə  olduğu  kimi,  təhlillərin  bütün 
səviyyələri – dövlətin struktur quruluşu, liderlərin strategiyası və 
kütlələrin baxışları – etnik münaqişənin hansı səbəbə görə baş ver-
diyinin  qavranılmasına  xidmət  edir.  Bəziləri  hətta  mübahisə  edir 
ki, bütün səviyyələrdə mövcud şərait olmalıdır ki, etnik müharibə 
başlasın: etnik müharibə üçün lazımi şəraitlərin hamısında həmin 
faktorlar  arasında  qarşılıqlı  əlaqə  olmalıdır.  düşmənçilik  hissləri 
olmadan zorakılıq olmur: qrupların münaqişə tarixçəsi, toqquşan 
rəmzi  maraqları,  mənfi  stereotipləri  olmasa,  düşmənçilik  hissləri 
də yarana bilməz. 
16
 Hətta bu şəraitdə, zorakılığın qarşısı yalnız o 
vaxt alına bilər ki, müharibə üçün səylər daha mülayim rəqibləri 
səhnədən sıxışdıraraq hakimiyyəti ələ keçirən və ya əlində saxlayan 
ekstremist liderlər tərəfindən göstərilsin. Bu cür faktorların hamısı 
kifayət qədər olmadıqda, baş verən hər hansı etnik zorakılıq qısa və 
nisbətən kiçik miqyasda olur.
Etnik münaqişələrin həlli
artan  zorakılığın  uzunmüddətli  tendensiyasını  və  bu  cür 
münaqişələrin  qlobal  nəticələrini  nəzərə  alaraq,  beynəlxalq 
ictimaiyyət  bu  problemin  aradan  qaldırılması  yolları  üzərində 
düşünür.  Bütün  dünyada  etnik  münaqişələrin  gələcəyini  öncədən 
bilmək  cəhdi  aşağıdakıları  nəzərə  almalıdır:  əfsuslar  olsun  ki, 
avropada  etnik  münaqişələr  kobudcasına  yuqoslav  variantı  kimi 
həll  olunmuşdur.  Burada  etnik  təmizləmə,  məcburi  miqrasiya  və 
köçkünlər problemi müşahidə edilirdi. avropanın milliyyət problemi 
əsrlər boyu müharibələr və əhalinin köçü ilə “həll” olunmuşdur.
15. Charles King, `the myth of ethnic Warfare: understanding Conflict in the 
Post-Cold World`, Foreign affairs, november-december 2001, səh.166.
16. stuart Kaufman, `an International theory of Inter-ethnic War`, reviewof 
International studies, no. 22, 1996, səh.157. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə