Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   55   56   57   58   59   60   61   62   63

 YANVAR-MART, 2010  
  
193 
edən  xalqların  hüquqlarının 
tanınmasını və etnik qruplara 
dövlətlər daxilində müəyyən 
dərəcəli muxtariyyətə malik 
olmaq  hüququnun  veril-
məsini,onların  hüquqları-
nı  təsisatlandıran  demok-
ratikləşmə    və  “mübahisə        
lərin  danışıqlar  və  qarşılıqlı 
anlaşma yolu ilə ən yaxşı şəkildə həll olunmasını dəstəkləyən get-
gedə daha geniş şəkildə qəbul edilmiş prinsipi” əks etdirir.
demokratik  idarəçilik  etnik  münaqişələrin  məntiqli  həlli 
deməkdir.  “demokratik  dövlətlərdəki  azlıqların  iki  fərqli  cəhəti 
var. adətən,  onların  narazılığı  etiraz  formasını  alır,  nadir  hallar-
da isə qiyama çevrilir və bu cür vəziyyətdə, hökumətin gördüyü 
ən  ümumi  cavab  tədbiri  onları  güc  hesabına  tabe  etmək  və  ya 
nəzarət altında saxlamaq deyil, irəli sürdüyü tələbatları ödəməkdən 
ibarətdir”.
23
  Hakimiyyətin  avtoritar  qaydada  həyata  keçirilən 
dövlətlərdə  hakimiyyətə  nəzarət  uğrunda  mübarizə  daha  sərt  və 
zorakı formada aparılır. ümumiyyətlə, demokratik “cəmiyyətlərdə 
münaqişə  hakimiyyət  uğrunda  gərgin  savaş  və  sonrakı  ifrat 
zorakılıqla  nəticələnən  uçurumlar  və  müxalifləşmənin  olduqca 
təhlükəli  birləşməsinin  qarşısını  almaqla  müxtəlif  istiqamətlərdə 
söndürülərək həll olunur”.
24
 lakin artıq etnik münaqişəyə bürünmüş 
ölkədə demokratik islahatlar aparmaq da çətindir. Faktiki olaraq, 
aparılmış  bir  çox  təhlillər  göstərmişdir  ki,  demokratiyaya  keçid 
etnik  mübarizəni  və  hətta  nisbətən  dərin  kök  salmış  digər  daxili 
münaqişə  mənbələrini  artıra  bilər,  lakin  sabit  demokratiya  bu-
nun birmənalı olaraq həllinin mühüm şərtidir. Carment və james 
sistematik olaraq sübut edirlər ki, “demokratik nəzarəti nəzərdə tu-
tan  böyük  siyasi  məhdudiyyət  münaqişədə  iştirak  edən  dövlətlər 
tərəfindən  təhlükənin  qavranılmasını  və  onların  tutduğu  düşmən 
mövqeyinin” etnik məsələlər qarşısındakı mənasını azaldır. Bunun-
la belə, onların fikrincə, bu qənaət o qədər də asan qəbul edilməli 
deyil. Onlar  mübahisə edirlər ki, demokratik ölkələrdə siyasətçilər 
etnik  narazılığı  və  mübarizəni  münaqişənin  artmasına  səbəb  ola 
biləcək formada öz məqsədləri üçün istifadə edə bilərlər.
23. Gurr, yenə orada, səh. 139. 
24. r. rummel, understanding Conflict and War, Vol. 2, 1976, səh.370.
Faktiki  olaraq,  aparılmış  bir  çox 
təhlillər göstərmişdir ki, demokratiyaya 
keçid etnik mübarizəni və hətta nisbətən 
dərin kök salmış digər daxili münaqişə 
mənbələrini  artıra  bilər,  lakin  sabit 
demokratiya  bunun  birmənalı  olaraq 
həllinin mühüm şərtidir. 


194
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
demokratikləşmənin və etnik münaqişənin həllinin çətinliklərinə 
baxmayaraq,  beynəlxalq  ictimaiyyət  həmin  məsələlərə  marağını 
itirmir.  etnik  münaqişələr  soyqırımın  qarşısının  alınması  kimi 
əxlaqi  imperativləri  özündə  ehtiva  edə  və  digər  dövlətlərin  siya-
si,  təhlükəsizlik  və  iqtisadi  maraqlarına  təsir  göstərə  bilər. artıq 
qeyd edildiyi kimi, bir çox hallarda etnik münaqişələr beynəlxalq 
səviyyəyə  çıxır  və  bu,  asan  şəkildə  dövlətlərarası  münaqişələrə 
səbəb  ola  bilər.  etnik  münaqişələr  nəticəsində  həmçinin  terrorçu 
qruplar yarana bilər və həmin qrupların ciddi transmilli iştirakçıya 
çevrilməsi  də  ehtimal  olunur.  etnik  münaqişə  ilə  müşayiət  olu-
nan beynəlxalq terrorçuluq müasir qlobal siyasətdə əlavə mühüm 
zorakılıq mənbəyidir.
 
ƏDƏBİYYAT:
1.  Benedict anderson, Imagined Communities: reflections on  
    the Origin and spread of nationalism, london, Verso, 1983.
2.  Carment, david and james, Patrick, `Internal Constrains and  
    Interstate ethnic Conflict`, journal of Conflict resolution, no.  
    39, march 1995.
3.  drozdiak, William, `50 years On, expulsion rankles for 
    sudeten Germans`, International Herald tribune, december 6,  
    1996.
4.  evera, stephan, `Hypotheses on nationalism and War`, 
    International security, no 18, 1994.
5.  Frye, timothy, `etnicity, soverenity and transition from 
    non-democratic rule`, journal of International affairs, 45  
    Winter 1992.
6.  Gurr, ted robert, People Versus states: minorities at risk in  
    the new Century, Wahington, usIP, 2000.
7.  jalali rita and lipset, seymour, `racial and ethnic Conflict`,  
    new World Politics, new york, academy of Political science,  
    1993.
8.  Kaufman, stuart, `an International theory of Inter-ethnic  
    War`, reviewof International studies, no. 22, 1996.
9.  King, Charles, `the myth of ethnic Warfare: understanding  
    Conflict in the Post-Cold World`, Foreign affairs, november- 
    december 2001.


 YANVAR-MART, 2010  
  
195 
10.  nagel, joane, `ethnic nationalism: Politics, Ideology, and the  
      World Order`, International journal of Comparative 
      sociology, no.34, 1993.
11.  nye, joiseph, `Conflicts after the Cold War`, Washington  
      quarterly, no 19, Winter 1996, p.19.
12.  Pfaff, William, an Invitation to War,” Foreing affairs 72,  
      summer 1993.
13.  ray, james and Kaarbo, juliet, Global Politics, new york,  
      Houghton mifflin Company, 2008.
14.  rummel, r., understanding Conflict and War, Vol. 2, 1976.
15.  ryan, stephen, ethnic Conflict and International relations,  
      Brookfield,  dartmouth Publishing, 1990 .
16.  taras raymond and Ganguly, rajat, understanding ethnic  
      Conflict, new york, longman, 2002.
17.  Wood, nicholas, For albanians in Kosova, Hope for Indepen 
      des from serbia,` the new york times, june 13, 2006.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə