Azerbaijan focus



Yüklə 4,38 Kb.

səhifə7/63
tarix14.09.2018
ölçüsü4,38 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   63

 YANVAR-MART, 2010  
  
23 
İlham  əliyevin  rəhbərliyi 
ilə  aŞ  Pa-dakı  nümayəndə 
heyətinin  ən  böyük  uğuru  isə 
2001-ci ilin sentyabrında tarixə 
yazıldı.  İlham  əliyevin  aŞ 
Pa-nın  iclasında  ermənistanın 
təcavüzü  və  işğalçılıq  siyasəti 
ilə  bağlı  tutarlı  faktlara  əsaslanan  mühüm  nitqi  böyük  əks-səda 
doğurdu.  Bundan  sonra  aŞ  Pa-nın  iclasında  avropa  Şurasının 
nazirlər  Komitəsi azərbaycanın  ərazi  bütövlüyünün  tanınmasına 
dair öz qərarını elan etdi.
 sənədə əsasən avropa Şurasının nazirlər Komitəsi dövlətlərin 
ərazi  bütövlüyünü,  onların  müstəqilliyini  və  beynəlxalq  aləmdə 
tanınmış sərhədlərinə dair beynəlxalq prinsipləri müdafiə etdiyini 
bir daha təsdiq etdi. qərarın əhəmiyyəti qaldırılmış məsələdə ərazi 
bütövlüyü prinsipinin müqəddərat prinsipindən üstün olmasından 
ibarət idi. Bu vaxta qədər bütün beynəlxalq forumlarda ermənistan 
məhz  həmin  prinsiplərin  eyniliyi  ilə  möhtəkirlik  edirdi.  Bununla 
da erməni diplomatiyası ərazi bütövlüyü prinsipinə zidd olan əsas 
arqumentini itirirdi. məhz bu hadisəni dünya mətbuatı 1996-cı ildə 
keçirilmiş atət-in lissabon zirvə görüşündən sonra azərbaycanın 
beynəlxalq aləmdə ən böyük diplomatik uğuru kimi qələmə verdi.
azərbaycanın aŞ Pa ilə əməkdaşlığı və ölkəmizin nümayəndə 
heyətinin  bu  qurumda  fəaliyyəti  indi  də  uğurla  davam  etdirilir. 
Hazırda  Prezident  İlham  əliyevin  istər  diplomatlarımız,  istərsə 
də  nümayəndə  heyətimiz  qarşısında  qoyduğu  vəzifə  –  bütün 
mövqelərdən ermənistana diplomatik hücum strategiyası öz müsbət 
nəticələrini verməkdədir.
 xarici siyasətdə əsas prioritetlərimizdən biri də dünyada söz sa-
hibi  olan avropa  İttifaqı  ilə  əməkdaşlıqdır.  Bu  mühüm  təşkilatla 
münasibətlərin az qala müstəqilliyimizin yaşı qədər tarixi vardır. 
Bu münasibətlərin təməlində, əvvəldə qeyd etdiyimiz kimi, məhz 
ulu öndər Heydər əliyevin neft strategiyası durur. 1994-cü il  sen-
tyabrın 20-də “əsrin müqaviləsi” imzalandıqdan sonra azərbaycan 
dünya  siyasətinin  əsas  müzakirə  mövzusu  olmuşdu.  Hadisələr 
o  qədər  sürətlə  inkişaf  edirdi  ki,  azərbaycan  avropa  üçün  mü-
hüm  əhəmiyyət  daşıyan  bir  etibarlı  tərəfdaşa  çevrilirdi.  Onunla 
əməkdaşlıq  etməmək,  sadəcə  dünyanın  inkişaf  perspektivlərini 
1994-cü  il  sentyabrın  20-də  “Əsrin 
müqaviləsi”  imzalandıqdan  sonra 
Azərbaycan  dünya  siyasətinin  əsas 
müzakirə mövzusu olmuşdu. 


24
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
görməmək demək idi. qoca avropada isə bunu aydın görür və başa 
düşürdülər. 
 növbə azərbaycanın idi. avropanı təşvişə salan dövr başlamış-
dı və artıq Cənubi qafqazın enerji ehtiyatları, neft-qaz kəmərləri 
və kommunikasiya xətləri ilə zəngin olan lideri – azərbaycan bu 
əməkdaşlığın mühərrikinə çevrilirdi.
 2006-cı il noyabrın 7-də Brüsseldə azərbaycan Prezidenti İlham 
əliyev və avropa Komissiyasının sədri joze manuel Barrozu “av-
ropa İttifaqı ilə azərbaycan respublikası arasında enerji məsələləri 
üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu” imzaladılar.
 analitiklərin xüsusi vurğuladığı kimi, bu memorandum avropa 
Komissiyasının davamlı enerji təhlükəsizliyinin təminatı strategi-
yasının  bir  qoludur.  Bu  strategiyada  enerji    sektorunda  əsas  neft 
ixrac edən və tranzit ölkələr arasında əlaqələrin genişləndirilməsinə 
xüsusi  diqqət  verilir.  Bu,  eyni  zamanda,  azərbaycanın  avropa        
İttifaqının enerji bazarlarına inteqrasiyasına kömək edən və xəzər 
hövzəsindən enerjidaşıyıcılarının nəqli nəticəsində avropa İttifaqı-
nın enerji təhlükəsizliyini daha da gücləndirən sənəd idi.
 joze  manuel  Barrozu  imzalanma  mərasimindən  sonra  verdiyi 
bəyanatda deyir: “avropa İttifaqının enerji təhlükəsizliyinin təmin 
edilməsində  xəzər  hövzəsindən  nəql  olunacaq  enerjidaşıyıcıları 
böyük rol oynayacaqdır. Biz buna görə azərbaycana minnətdarıq... 
məmnunluq hissi ilə qeyd edirik ki, azərbaycan avropa İttifaqı-
nın qonşuluq siyasətinə daxil olub və bu, ölkədə sabitliyə və rifa-
ha öz töhfəsini verəcəkdir.....Biz azərbaycanla güclü və hərtərəfli 
münasibətlərin yaradılmasında maraqlıyıq”.
Oxşar mövqeyi avropa İttifaqı nazirlər Şurası da nümayiş et-
dirir  və  qurumun  ümumi  xarici  və  təhlükəsizlik  siyasəti  üzrə  ali 
nümayəndəsi xavyer solana da həmin memorandum imzalanandan 
sonra bildirmişdir: “Biz azərbaycanla ikitərəfli münasibətlərimizi 
dərinləşdirmək əzmindəyik və bu, təkcə enerji sahəsini əhatə etmir. 
Baxmayaraq ki, o vacib sahədir. azərbaycan təkcə enerji məhsulları 
ölkəsi deyil, həm də regionun mühüm ölkəsidir”.
təbii  ki,  Brüsseldə  2006-cı  ildə  imzalanan  bu  memoran-
dum azərbaycanın avropa  İttifaqı  ilə  uzun  illər  apardığı  uğurlu 
əməkdaşlığın  davamı  idi  və  bu  sənədlə  münasibətlər  artıq  yeni  


 YANVAR-MART, 2010  
  
25 
mərhələyə,  yeni  müstəviyə  çıxırdı.  sənəddə  qeyd  olunan  hər  iki 
məsələ – avropa İttifaqının Cənubi qafqazda yeni qonşuluq siyasəti 
və enerji məsələləri üzrə strateji tərəfdaşlığı azərbaycan üçün bö-
yük əhəmiyyət daşıdığından bunlar dövlət başçısının daim diqqət 
mərkəzində olmuşdur.
 Prezident  İlham  əliyev  bunun  ölkəsinə  verəcəyi  faydanı  belə 
açıqlayır: “avropa İttifaqının “yeni qonşuluq  siyasəti”ndə iştirak, 
avropa Şurası kimi təşkilatlardakı fəaliyyət nəyə görə bizim üçün 
vacibdir? Çünki bu, bizə avropa İttifaqında olan dəyərlərə uyğunlaş-
mağa, ən azı, bu dəyərlərə yaxın olmağa və onları təkmilləşdirməyə 
kömək  edir.  Belə  ki,  dünyada  digər  ölkələrin  müsbət  və  mənfi 
təcrübəsinə  nəzər  yetirsəniz  görərsiniz  ki,  bu  sahədə  ən  yaxşı 
nailiyyətlər, demək olar, avropada əldə olunub: açıq və demokratik  
cəmiyyət, güclü iqtisadiyyat və sair”.
 digər tərəfdən, ölkə başçısı avropa İttifaqına azərbaycanın ərazi 
bütövlüyünü təmin etmək və ermənistan-azərbaycan, dağlıq qara-
bağ münaqişəsini sülh yolu ilə həll etmək üçün geniş təsir imkanla-
rına malik bir qurum kimi baxır: “atət problemi həll etmək man-
datına malikdir. Bmt-nin təhlükəsizlik Şurası erməni qüvvələrinin 
azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxması ilə 
bağlı 4 qətnamə qəbul etmişdir. Onlar hələ də yerinə yetirilməyibdir. 
avropa  İttifaqının  bu  baxımdan  mövqeyi  vacibdir,  çünki avropa 
İttifaqı  artıq  bizim  qonşumuzdur.  Biz  də  öz  tərəfimizdən avropa 
İttifaqına daha da yaxınlaşırıq və onun “yeni qonşuluq siyasəti”ndə 
iştirak edirik. Ona görə də digər təşkilatlardan fərqli olaraq, avro-
pa İttifaqı regionda təhlükəsizliyin olmasında daha da maraqlıdır. 
Çünki biz qonşuyuq”.
 avratlantik məkana inteqrasiya sahəsində azərbaycanın apardı-
ğı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq 
üçün  müsbət  nəticələrini  verməkdədir.  avropa  İttifaqının  “yeni 
qonşuluq  siyasəti”  ötən  illərdə  ölkəmizdə  siyasi  və  iqtisadi  inki-
şaf meyarlarının avropa İttifaqı ölkələrindəki göstəricilərə uyğun-
laşdırılmasında əhəmiyyətli rol oynamışdır. Bunun nəticəsidir ki, 
indi azərbaycan artıq avropa üçün etibarlı tərəfdaş və dosta çev-
rilmiş, bütün avropa ölkələri üçün get-gedə daha mühüm məsələyə 
çevrilən enerji təhlükəsizliyində vacib rola və sözə sahibdir.
milli  müstəqilliyin  bərpa  sından  sonra  avropaya  inteqrasiya 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə