Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   2   3   4   5   6   7   8   9   ...   62

20
düşmənlər tərəfindən qul olmanın qabağını almaq üçün mühümdür. Nə 
Platon və Aristotel hərbi ölümün sayının daimi mövcudluğunu sual altına 
almır. 
Daha alicənab olan Prins Machiavelli (1469-1527) onların 
dövlətlərinin, hakimiyyətinin, mövqelərini saxlamaq və onların 
dövlətlərinin bədii zövqünü, şöhrətini və şərəfini irəli çəkmək üçün 
öldürməyə hakimlər üçün aşkar bəraəti verir. "Tülkünün" hiyləgərliyi 
metodu ilə idarə etmək daha yaxşıdır, ancaq zərurət yarandığı təqdirdə 
hakimlər cürətli "şirin" öldürmə imkanlarından imtina etməməlidir. O, 
Respublika dövlətinin hakimiyyətini gücləndirmək üçün vətəndaş 
milislərinə zərurət görür. 
Leviafanda Tomas Hobbes (1588-1679) müharibədə ictimai quruluşu 
və qələbəni, təhlükəsizliyi təmin etmək üçün hökumətlər tərəfindən qətlə 
yetirməyə bəraət verir. İnsanların qatil olduğu bəlli olduğundan, təmin 
olunmamış həyat təbii şəraitdə öldürmə xaosu ilə nəticələnir. Həmçinin 
insanlar da sağ qalmaq üçün mübarizə apardıqlarından, onların şəxsi 
təhlükəsizlikləri naminə öldürmək səlahiyyəti verilən mərkəzi 
hakimiyyətə itaət etməli, razılaşmalı, eyni zamanda özünü müdafiə üçün 
göstərilməmiş hüquqdan istifadə etmək imkanını qazanmağa çalışırlar. 
Hobbes silahlı üsyana bəraət qazandırmanın əleyhinədir. 
Con Lok (1632-1704) tərəfindən “İdarəçiliyin İki Traktatı” 
hazırlanmışdır. Lok Platon Aristotel, Machiavelli və Hobbes ilə 
idarəetmə siyasətinin öldürmək üçün hazır olmasını tələb etməsini qəbul 
edir. Ancaq o, bir az da irəliyə gedərək  
ölümlü inqilaba da haqq qazandırır. Suveren hakimiyyət səlahiyyətini 
aşıb qəddarlaşarsa, vətəndaşların mülkiyyət, azadlıqına zor işlədərsə, 
zülmə məruz qalan məzlum vətəndaşlar bu hakimiyyəti dağıtmaq 
hüququ və vəzifəsi daşıyır. Vətəndaş cəmiyyətində despotik hakimiyyəti 
vətəndaşlar dağıda, yalnız təbiətən qatil olan hökmdarı öldürə bilər.  
Hakim və idarə edilən üçün Hobbes - Lok tərəfindən öldürülməyə 
bəraətinin ikiqat artırılması Karl Marks (1818-1883) və Fridrix Engels 
(1820-1895) tərəfindən Kommunist Manifestində iqtisadi siniflərin 
müharibəsinə də şamil edildi. Mülki siniflər onların maraqlarını müdafiə 
etmək və artırmaq üçün ölüm qüvvəsini tətbiq edə bilər. Ancaq maddi və 
sosial əlaqələr kritik mərhələyə çatanda, istismar edilən sinfin 


21
cəmiyyətin iqtisadi və siyasi strukturunu dəyişmək üçün zorakı üsyana 
qalxması gözlənə bilər. Müasir seçki demokratiyasının bir neçə xüsusi 
halında əminamanlıqla dəyişiklik mümkün ola bilər. Gələcəkdə nə 
zaman iqtisadi istismar qurtararsa, siniflərə əsaslanan öldürmələr aradan 
qalxacaqdır. əsaslı ölümcül dövlət yox olacaq. Lakin iqtisadi faktorların 
keçid dövrü öldürməyə meyl oyadacaqdır. 
Locke və Marks arasında yazışma Hobbes, Jan Jak Rousu (1712-
1778) təkrar edərək “Sosial Müqavilədə” dövlətin siyasi təşkilatı üçün 
əsas kimi "sosial müqavilənin" nəzəriyyəsini təqdim edir. Vətəndaşlar 
bir yerdə- kollektiv olaraq həm ali səlahiyyətli hakimiyyəti, həm də 
dövlətin prioritet mövzularını təşkil edir. Onlar könüllü olaraq "ümümi 
olacaq" qanunlarla idarə edən hakimiyyətin səlahiyyət sahiblərinə itaət 
edirlər. Dövlət müqavilə altında müharibə və istila iddia edə , təslim 
olunanın hüquqları qoruna, cinayətkarlar öldürülə bilər. Hakim orqan 
ölkə üçün vətəndaşlara həyatlarını qurban verməyə qərar verə bilər: 
Quand le prince lui a dit: Il est expedient a l’Etat que tu mueres, il 
doit mourir; puisque sa vie n’est plus seulement un bienfait de la 
nature, mais un don conditionnel de l’Etat.  
Du contrat social, Livre II, chapitre V.  
 
[İdarə edən hakimiyyət vətəndaşa deyəndə:  
Bu sizin öləcəyiniz dövlət üçün məqsədəuyğundur
o ölməlidir; o vaxtdan onun həyatı artıq  
təbiətdən ianə deyildir, ancaq Dövlətdən 
şərti-hədiyyədir.] 
[Sosial-Müqavilə, Kitab II, V fəsil]
 
Roussonun demokratik sosial müqaviləsi son nəticədə ölüm itkiləri 
ilə kompaktlıq təşkil edir.  
İyirminci əsrdə nüfuzlu Alman siyasi iqtisadçısı və "Siyasət bir Sənət 
kimi" sosioloji nəzəriyyəçisi Maks Veber (1864-1920), Münxen 
Universitetində 1918-ci ildə özünəməxsus nitqində siyasətin qətl 
törətməyən sənət ola bilməsi ideyasını qəti olaraq rədd edir. Veberə görə 
"siyasət üçün həlledici vasitə zorakılıqdır". Tarixən bütün hakim siyasi 
dairələr və təşkilatlar hakimiyyət üçün zorakı mübarizələrin nəticəsində 
baş qaldırmışlar. Beləliklə, Veber göstərilən sahə  çərçivəsində  fiziki 
qüvvənin qanuni istifadəsinin monopoliyasını (uğurla) tələb edən "insan 


22
cəmiyyəti kimi müasir dövləti müəyyən edir (əsasda olduğu kim 
vurgulayaraq). Buna görə də, "özünün və başqalarının şəxsi ürəyinin 
xilaslarını axtaran o, bunu siyasətin vasitəsilə axtarmamalıdır, siyasət 
yalnız zorakılıq tətbiq etməklə və təmamilə başqa məsələlərin həlli üçün 
yararlıdır. (vurğulayaraq)” (Veber 1958: 121, 78, 126). 
Veberian ənənəsində təcrübəli olan professorlardan olduğu üçün onun 
fəlsəfi sələfləri olaraq "qətl törətməyən" siyasətin və "qətl tərətməyən" 
politologiyanın "ağlagəlməz" olması qərarı başadüşüləndir. 1950-ci 
illərdə böyük Amerikan siyasət aliminin-onun ömürlük tədqiqatı olan 
"siyasət" fənnin açqlamasını xahiş etmiş gənc alimə cavabında əsas 
professional istiqaməti barədə cavabında qısaca ifadə edildi. O öz 
"düdüyünə fiflədərək", "mən dövlətin ölümlə məşğul olan hakimiyyətini 
öyrənirəm" cavabını verdi. 
Bundan başqa, zorakılığı qəbul edən din ilə xeyir-dua verilən 
öldürücü fəlsəfi ənənənin əks-sədaları Birləşmiş Ştatların siyasi tarixi və 
mədəniyyəti boyu rezonans yaradaraq qətl törətməyən cəmiyyətin qeyri-
mümkünlüyünü inadla iddia edir. Onlar Amerikan İnqilabının baş 
qaldırdığı Leksinqtonda muşketdən atılmış güllə səsləri ilə , müstəqillik 
bəyannaməsi ilə elan edilən qiyam üçün Loken bəraət zənginin səsində 
və Nyu Hempşirin itaətsizlik göstərən "Azad yaşayın və ya Ölün!" 
qışqırıqları ilə eşidilirdilər. Onlar Federasiya boyunca üsyanda- İttifaq 
naminə qələbəyə ruhlandıran "Respublikanın Döyüş Himnində", eləcə də 
acizanə itaətsizlik göstərən "Diksi"-də və "Dəniz Himnidə" torpaq və 
dənizdə uzaq döyüşləri qeyd edərkən eşidilirlər. Onlar Prezidentin baş 
komandan kimi təntənəli inaqurasiyasının şərəfinə, millətin zorakılığa 
məruz qalmış keçmişini və hazırki hərbi hakimiyyətinin gücünün 
xatırlatmaqla iyirmi bir silahdan atılmış atəşlər altında salamlayaraq əks-
səda salır. Həyatı boyu dəfələrlə təkrarlanaraq, bayrağın, himnin, 
silahlanmış mühafizənin müşayiəti ilə təntənəli kombinasiya halında, 
qurban vermə və qırğınları emosiyalarda oyatmaq cəhdi göstərərək 
"Tanrı Amerikaya xeyir-dua ver" prezident üçün müqəddəs duanı 
söyləyirlər (Tven1970). Qətl törətmə mənşələrə tətbiq edilərək, ərazi 
genişlənməsinə, milli inteqrasiyaya, Amerika Birləşmiş Ştatlarının 
qlobal hakimiyyətinin layihələrinə güc və töhfəsini verdi. Ölülər və 
yaralananlar, yerli və xarici, hərbi və mülki insanlar hesaba alınmadı və 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə