Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   2   3   4   5   6   7   8   9   10   ...   62

29
kommersiya reklamlarının yaradanları əslində müəllimlərdir. Uşaqlıqdan 
yaşlaşanadək minlərlə dramatik yolları nümayiş etdirərək adamların, 
mülkiyyətin, heyvanların və təbiətin qəhrəmanlar və yaramazlar- zorakı 
obrazlar tərəfindən dağıdılması fikirlərdə həkk edilir. Getdikcə daha çox 
qantökmənin və vəhşiliyin obrazları reklam filmlərində kombinasiya 
edilərək şəhvaniyyət ilə növbələnir, xüsusilə də zorakılıq hərəkətləri, 
bakirə qız obrazları qatilliyə şirnikləndirməyədə təhtəlşüur şərait yaradır. 
Tarix boyu heç bir insan nəsli onların şüurunda qətli təsvir edən bu 
həcmdə obrazlar həkk edilməmişdir. Qəbul edilmiş hərbiçilik 
texnikalarına görə, öldürməkdən boyun qaçıran desant-təxribatçı və 
qatilə dəhşətli cinayətkar filmlərini nümayiş etdirilməli, açıq saxlamaları 
üçün gözlərinə və başına məcburi olaraq xüsusi dayaq verilməlidir 
(Uotson 1978: 248-ə 51), bu, sanki, bütün millətin öldürmək əməlinə 
emosiasız, soyuqqanlıqla yanaşmasını, insanların həsaslığını azaldaraq, 
həyatın dəyərini uçuzlaşdırılmasını məqsəd kimi qoymuşdur. Hakimlər 
gənc qatillərin insan həyatına getdikcə qəti dəyər verməməsini deyir. 
Bununla belə, vətəndaş cəmiyyətinin ziyanına gedən zorakı medianın 
milliləşdirməsi professional vətənpərvər qatillərin yetişdirilməsi üçün 
dövlətə fayda verir. Bu, televiziya ilə yayımlanan Super Amerika 
Kuboku üçün futbol oyunu zamanı göstərilən milyon dollar yığılma 
reklamı ilə həyata keçirilir. Milyonlarla tamaşaçılar döyüş "video 
oyununda" qılınc oynadan orta əsr cəngavərinin qılıncla salamlayan 
müasir Birləşmiş Ştatlar Dənizçisinə dəyişdiyini görür. 
Dil ölüm hadisələrini təbiət hadisəsi və bacarıq kimi təqdim edərək 
dəstəkləyir. Amerika iqtisadiyyatı azad müəssisə kapitalizminə əsaslanır. 
Amerikanlar deyir :"fond birjasında qətl etmək"; Uoll Stritdə belə 
söyləyirlər: "Küçələrdə qan gördüyünüz zaman alış edin"; və şirkətlər 
"qiymət müharibələrində" rəqabət aparırlar. Amerika siyasəti azad seçki 
demokratiyasına əsaslanır. Seçki kompaniyasının işçiləri "qoşun" və ya 
"əsgər ayaqları" adlandırılır; qanunlar qanunverici orqanlarının əli ilə 
"öldürülür"; və kasıblığa, cinayətə, narkotiklərə və başqa problemlərə 
millətin "əmək haqqları müharibələri" deyirlər. Ştatlarda Milli idman 
beysboldur. Narazılıq doğuran hallarda hirsləndirilən azarkeşlər ənənəvi 
olaraq "Hakimi öldürün" çığırır. İdman şərhçiləri güclü futbol 
komandalarını "qatillər"; oyunçuları "silahlar"; keçidlər isə "uzun 


30
bombalar" adlandırılır; və komandanın uğursuzluğuna "qatillərin instingt 
uğursuzluğu" deyilir. Dini azadlıqla fəxr edildiyi zaman, Sülhün 
Şahzadəsinə sitayiş edilir, Amerikanlar "Mütərəqqi Xristian əsgərlərini" 
oxuyur və Xristian Səlib yürüşülərinin və Reformasiyanın ruhlarını " 
Xaçın əsgərləri" kimi əks etdirmək üçün "Yakov Nərdivanına" xorla 
qalxırlar. Həyatın bekar anlarında, Amerikanlar yenə də "vaxtı 
öldürmək" barəsində fikirləşirlər. 
Getdikcə daha çox artan irqçi və cinsi azlıqların dillərinin zərərli 
effektlərinə baxmayaraq, Amerikanlar qayğısızlıqla ölümə səsləyən bu 
dillərdə danışmağa davam edirlər. Amerikan İngilisi -"silah anbarı" 
linqvistikası tarixdə tanınan bütün silahları, onları istifadə etməyin 
yollarını, terminləri və effektlərini anladır. Satqınlıq "arxadan zərbədir"; 
büdcələr "baltalanır"; cəhd "ona atəş açmaqdır"; ideyalar "torpedaya 
tutulur"; müxalifət "zenit artilleriyasıdır"; və hərəkətlərin nəticələri 
"yağıntı" adlandırılır. Vəkillər "işə müvəqqəti götürülən silahlardır". 
Gözəl-kino-ulduzu-"sarışın-bomba"-adlandırılır. 
Digər tərəfdən, evfemizmlər real qətli adətən gizlədir. Xirosimaya 
atılmış "Kiçik Oğlan," dünyanın birinci atom bombası B 29 
bombardmançı təyyarənin pilotunun anasının adı "Enola Gay" ilə 
adlanmışdır. Sonra, plutonium "Kök Adam" bombası Naqasakidə 
"Bokun Avtomobili" -dən atılır. Qitələrarası nüvə raketləri- şəhər 
əhalilərinin kütləvi qətlinin bacarıqlısı "Sülh yaradanlar" adlandırılır. 
Müharibənin dilini idman terminləri ilə dəyişdirilir, qətlə hazırlıq 
təlimləri "oyunlar" adlandırılır. Döyüşdə mülki əhalinin və ya şəxsi 
qoşunun qətli "müşayiət olunan dağılma" adlandırılır. Keçmiş prezident 
Ronald Reygan tərəfindən ifadə edildiyi kimi, "Amerika müasir tarixdə 
ən az döyüşən və ən çox sülhsevər-dövlətdir"-(DRX-1993). 
Amerikada ölümlə nəticələnən hadisələrin periodik olaraq sayı 
kollektiv zorakılıq hadisələri kimi vətəndaşların bir-biri və dövlət 
məmurları ilə aralarında olan münaqişələr nəticəsində baş verir. 1992-ci 
ildə 52 adam öldürülmüş, 2 000 yaralanmış və 8 000 qara vətəndaşç 
onlara qarşı polis vəhşiliyinin məhkəmə bəraət qazandırılmasına cavab 
olaraq atışma, qarət və qəsdən yandırma əməllərinə görə Los-Ancelesin 
cənubi mərkəzində həbs edilmişdir. İki ay ərzində 70 000 silah ərazilərdə 
bərk qorxudulmuş vətəndaşlara satıldı. Oxşar qətlləri və eləcə də on 


31
səkkizincinin və on doqquzuncu əsrləri xatırladan qul üsyanlarına 
bənzər, həyatlara son qoymuş qantökmələr Vattda (34, 1965-ci ildə) , 
Nyuark (26, 1967-ci ildə) və Detroytda (46, 1967-ci ildə) baş vermişdir. 
1967-ci ildə Detroytda qayda-qanunları bərpa etmək üçün 4700 ordu 
paraşütçünün, 1600 Vətəndaş mühafizəçisini-tələb-etdi. 
Lockeanın ikinci qanun düzəlişində Hobbesian-Veberiyan dövlətinə 
birləşdirilməsini nəticələri olaraq 1995-ci ildə Ueykoda, Texasda, 
Oklahoma Sitidə, Oklahomada qətllər lə nəticələndi. Ueykoda, silahlanın 
dövlətin agentləri silahlı dini sektaya qarşı qanunlar qəbul edilməsinə 
can atır: dörd federal məmur öldürülür ki, bir düjün yaralanır, qadınlar və 
uşaqlar daxil olmaqla, sektanın 89 üzvüböyük alovlu yanğında həlak 
olur. Bu faciənin ikinci il dönümündə dövlətin antaqonisti məlum 
qisasda, Oklahoma Sitidə tikilmiş federal ofisi məhv etmək üçün yüklü 
bomba ilə partlayış törədir, qadınlar və uşaqlar da daxil olmaqla 168-
nəfəri öldürür.  
Amerikanlar sərhədlərinin hüdudlarından kənara boylanaraq qətl 
törətməyən cəmiyyətin qeyri-mümkünlüyünə məhkumluğu təsdiq edən 
kifayət qədər dəlili görür. İyirminci əsr, bəşəriyyətin ən çox qatil erası, 
insanın böyük miqyasda öldürmək gücünün dəhşətini nümayiş etdirir. 
Rudolf J. Rummelin tədqiqatları tarixi və qlobal perspektivlərdə 
qantökmənin mümkünlüyünü qəbul edir.  
"Müharibədə"də (dünya, yerli, vətəndaş, inqilabi və partizan) 
"demosid-in" (dövlətin genosid, kütləvi qətl və süni aclıq ilə şəxsi 
adamları öldürməsi) və döyüş ölümlərinin aralarında fərqlənməyə 
nisbətində, Rummel qeydə alınmış tarixdə öldürməyin kəmiyyətini 
"konservativ" olaraq, aşağıdakı qaydada (Cədvəl 1) hesablayır:  
Cədvəl 1. Demosid və mühribələrdən ölümün sayı (1987-cı il) 
 
1900-dən Öncə 
1900-1987 
Ümumi 
Demosid 133,147,000 169,198,000 302,345,000 
Müharibə 40,457,000  34,021,000 74,478,000 
Ümumi 173,604,000 
203,219,000 376,823,000 
Mənbə: Rummel 1994: Cədvəl 1.6; 66-71. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə