Azerbaijan republic


Dünya Bankının Məcburi Köçürülmə Siyasəti (ƏQ 4.12) çərçivəsində Məcburi Köçürülməyə dair tələbləri



Yüklə 339,27 Kb.
səhifə3/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

1.4 Dünya Bankının Məcburi Köçürülmə Siyasəti (ƏQ 4.12) çərçivəsində Məcburi Köçürülməyə dair tələbləri:


Dünya Bankının Məcburi Köçürülməyə dair Siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

  1. Bütün mümkün layihə variantları araşdırılaraq torpaqalma və əlaqədar olan bütün təsirlər daxil olmaqla məcburi köçürülməyə yol verilməməli və ya azaldılmalıdır;

  2. Köçürülmə qaçılmaz olarsa köçürülmə ilə əlaqədar tədbirlər davamlı inkişaf proqramları kimi aparılmalıdır ki, layihə nəticəsində köçürülən insanlara layihədən bərabər bəhrələnmələri üçün kifayyət qədər investisiya resursları təmin edilsin. Köçürülməyə məruz qalan insanlar ətraflı şəkildə məlumatlandırılmalı və köçürülmə proqramının planlaşdırılması və icrasında iştrak etmək imkanlarına malik olmalıdırlar.

  3. Köçürülməyə məruz qalan insanlara yaşayış şəraiti və vasitələrinin yaxşılaşdırılması səylərində, ən azı köçürülmədən əvvəl səviyyəyə və ya layihə icrasından əvvəlki səviyyəyə (hansı daha yüksəkdir) çatmağa yardım edilməlidir.

  • Kompensasiya və/ ya digər bərpa tədbirləri təsirə məruz qalan insanların gəliri və yaşayış səviyyəsini yaxşılaşdırmaq və ya heç olmasa layihədən əvvəlki vəziyyətə çatdırılması üçün kifayət gədər təmin ediləcəkdir;

  • Torpaq, tikili və digər mülkiyyət üçün kompensasiya bərpa dəyəri məbləğində ödəniləcəkdir;

  • Təsirə məruz qalan şəxslər təsirlər barədə tam olaraq məlumatlandırılmalı və təsirlərin azaldılması üçün planlaşdırılan tədbirlərə dair məsləhətlər almalıdırlar;

  • Təsirə məruz qalan şəxslərin sosial-mədəni marifləndirici təşkilatları dəstəklənməli/ onlara mümkün qədər çox müraciyət edilməlidir;

  • Kompensasiyalar qadın və kişilər eyni olaraq nəzərə alınıb ödəniləcək;

  • Hüquqi statusun çatışmamazlığı kompensasiya və ya kompensasiya əvəzi yardımın digər növlərinin təmin edilməsinə maneə olmamalıdır.;

  • Xüsusi diqqət başçısı qadın olan ailələrə və digər həssas qruplara yönəlməlidir və layihə təsiri nəticəsində dəyişilən şəraitə uyğunlaşmaq üçün müvafiq yardım göstərilməlidir.;

  • Kompensasiyanın ümumi məbləği layihə dayərinə daxil edilməlidir;

  • Ucuzlaşma, sənədləşdirilmə, rüsum və ya digər səbəblər nəzərə alınmadan kompensasiya və köçürülmə xərcləri tam olaraq təsirə məruz qalan şəxslərə yolun təhkim zolağının boşaldılması, tikililərin sökülməsi və yer səthinin saviyyəsi işlərindən əvvəl ödənilməlidir.

  1. HÜQUQİ ÇƏRÇİVƏ:

2.1 Milli Hüquqi Çərçivə:


Azərbaycanda bir neçə qanun məcəlləsi və Aktlar mövcuddur ki, özəl torpaqların Dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi məsələlərini tənzimləyir. Azərbaycan Konstitutusiyasının 29-cu Maddəsi vətəndaşların mülkiyyət hüququnu və bu mülkiyyət hüququnun qorunmasını təmin edir. Bu maddə torpaq sahiblərini müvafiq hüquqi baza ilə təmin edir və dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsini yalnız qabaqcadan onun dəyərini bazar qiymətlərinə uyğun ödəmək şərti ilə həyata keçirilir.
Torpaqların Dövlət Ehtiyacları üçün Alınması Haqqında Qanun (TDEAHQ) 20 Aprel 2010-cu ildə qüvvəyə minmişdir. Qanun dövlət ehtiyacları üçün torpaqların alınması prosedurlarının təfərrüatını verir; kompensasiyanın məbləğini hesablayır; kompensasiyanın ödəniş qaydalarını müəyyən edir və o cümlədən torpaq almaya cəlb edilən tərəflər arasında digər münasibətləri tənzimləyir. Bu Torpaqalma qanunun qüvvəyə minməsindən əvvəl Azərbaycanda məcburi köçürülməylə dair məsələləri tənzimləyən xüsusi bir qanun və prosedurlar yox idi. Lakin, yeni qanunvericilikdən başqa ölkədə bir-neçə nizamlayıcı vasitələr var ki, onlar torpaqalmanı, mülkiyyət və digər mülkiyyət növlərini tənzimləyir və rəhbərlik edir və bu mülkiyyət növlərinin itirilməsini kompensasiya edir. Bunlara daxildir:

  • Mülki Məcəllə (01 Dekabr 1998): Mülki Məcəllədə qeyd edilir ki, daşınmaz əmlak üzərində hər hansı hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Torpaqlar dövlət ehtiyacları üçün mülkiyyətçilərdən bazar qiyməti prinsipi əsasında dəyəri ödənilməklə geri alınır.

  • Torpaq məcəlləsi (25 İyun, 1999): bu Məcəlləyə əsasən torpaq dövlət ehtiyacları üçün alınırsa torpaq ilkin olaraq 1998 –ci ilə aid standart məcəlləyə əsasən aparılan qiymətləndirmə əsasında təklif edilir. Torpaq sahibləri bu qiymətləndirmənin nəticələri ilə razı olmadıqda təkrar qiymətləndirmə üzrə razılaşma imkanları mövcuddur. Əgər belə bir razılaşma əldə edilməzsə alan təşkilat torpaq sahəsini aımaq üçün məhkəməyə müraciət edə bilər.




  • Torpaq İslahatları (1996) və Torpaq Bazarı (1999) haqqında Qanunlar: bu qanunla torpaq üzrə mülkiyyət, istifadə və icra hüquqları şəxsi razılıq və ya hərrac vasitəsiylə satıla ya alına bilər.

  • Azərbaycan Respublikası Prezidentinin 23 Oktyabr 2003-cü il, 972 saylı Fərmanı - “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə əlavə addımların atılması və dövlət və ya bələdiyyə torpaqlarının torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi vasitəsiylə ayrılması (sahibkarlıq və ya icarə) Qaydaları haqqında: bu normativ aktlara əsasən dövlət mülkiyyətində olan torpaqlar yerli hakimiyyət orqanlarının qərarlarına əsasən torpaq hərracları vasitəsiylə şəxsi mülkiyyətə və ya icarəyə verilə bilər..

  • Azərbaycan Respublikasında yeni Normativ qiymətlərin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin 158 saylı Qərarı (1998): hər rayonda torpaq üçün normativ və ya kadastr qiymətləri təyin edilir.

  • Nazirlər Kabinetinin Xüsusi mülkiyyətdə olan tikililərin inventar qiymətinin nizamlanmasının təsdiqi haqqında 110 saylı Qərarı (1999): Bu qərar təsirə məruz qalan tikililərin və daşınmaz əmlakın kompensasiya dəyərinin hesablanması prosedurlarını izah edir. Bu qərar geri alınacaq torpaqların və daşınmaz əmlakın qiymətləndirilməsi üçün istifadə edilən 58 saylı qərarın əsasında hazırlanıb. Bu qiymətləndirmə Azərbaycanın rayonlar üzrə müxtəlif növ tikinti materiallarının standart qiymət göstəricisi əsasında hesablanır.

  • Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı Qərarı (2000) : bu qərar torpaqların dövlət ehtiyacları üçün alınması prosedurlarını açıqlayır.

  • Avtomobil yolları haqqında Qanunun tətbiqi haqqında fərman (2000) və Azərbaycan Respublikasında avtomobil yollarının təhkim zolağından istifadənin tənzimlənməsi üçün əlavə tədbirlər haqqında sərəncam: hər iki qanun Azərbaycanda bütün yollara dair fəaliyyətlərə tədbiq edilir.

  • Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli fərmanı: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il tarixli 506-IIIQD nömrəli Qanununun tətbiq edilməsini təmin edir. Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın alınması ilə bağlı zərərin ödənilməsi üçün həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında kompensasiya ödənilməlidir.




Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə