Azerbaijan republic


Fərqli müddəaların təhlili və birgə tədbiqi



Yüklə 339,27 Kb.
səhifə4/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

2.2 Fərqli müddəaların təhlili və birgə tədbiqi


Dünya Bankının ƏQ 4.12 tələblərinin əksər müddəaları Azərbaycan Qanunvericiliyində öz əksini tapıb. Lakin müəyyən fərqli məqamlar mövcuddur. Onların xülasəsi Cədvəl 2.1-də verilir:
Cədvəl 1: Torpaqalma və Məcburi Köçürülmə üzrə Azərbaycan Qanunlarının Dünya Bankının ƏQ 4.12 ilə müqayisəsi*

No

Azərbaycan Qanun və Qaydaları

DB ƏQ 4.12



Qanuni sahiblərə, hüquqi istifadəçilərə, uzun müddət ərzində hüquqi istifadəçilər və icarədarlara kompensasiyaların ödənilməsi. Qeyri qanuni istifadəçilərə köçürülmə yardımı.

Qanuni ixtiyarın olub olmaması kompensasiyanın ödənilməsinə və/ ya bərpa edilməsinə maneə olmamalıdır. Qanunsuz torpaq sahibləri bərpa və yardım alırlar.



Kompensasiya bazar qiyməti və ya bərpa dəyəri prinsipləri əsasında müəyyən edilir, hər ikisi tədbiq edilə biləcəyi halda daha yüksək qiyməti verən üsul tədbiq edilir. (Maddə 55.2, 58 və 59, TDEAQ, 2010). 26 Dekabr 2007-ci il tarixli Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən əlavə xərclərin ödənilməsi üçün kompensasiya 20% əlavə olaraq ödəniləcək

Təsirə məruz qalan tikililər və torpaq üçün kompensasiyalar bərpa dəyərinə əsaslanmalıdır. Tikililərin qiymətləndirilməsində dəyərin aşağa salınması nəzərdə tutulmayıb



Yerli qanunvericiliyə əsasən öz torpaqlarından yüz metrdən uzaq olan yerə köçmələri tələb olunan LTMQŞ-in sayı 200 nəfərdən artıq olduqda köçürülmə planı digər hallarda isə köçürülmə təlimatı hazırlanır.

KTP/qKTPı Dünya Bankının ƏP 4.12 müddəaəlarına əsasən təsirə məruz qalan şəxslərin sayından aslı olmayaraq hazırlanacaq.

Xüsusən, inventarlaşdırma, sosial-iqtisadi araşdırmalar, və LTMQŞ-lə məşvərtlər KTP hazırlanan müddət ərzində həyata keçiriləcək, icrası monitorinq ediləcək və ona dair hesabat veriləcək





Şikayətlərin baxılması komissiyası (maddə 75, TDEAQ, 2010) iri həcmli layihələrdə zəruriyyət olduğu təqdirdə yaradılır. Hər bir halda şikayətləri Alan Orqan, Torpağın Alınması Qrupu, Nəzarət Orqanı, Yerli İcra Hakimiyyəti, bələdiyyə orqanları, və o cümlədən TTNM-yə qəbul etmə, araşdırma və həll etmə imkanlarına malikdir.

Müvafiq və münasib şikayətlərə baxılması müxanizmləri təsirə məruz qalan insanlar üçün müəyyən edilmişdir.



Gəlirin bərpası üçün əlavə təzminatlar ödənilmir; ciddi təsirə məruz qalan və ya həssas təbəqəyə aid TMQŞ-rə əlavə təzminat ödənilmir.

Köçürülməyə məruz qalan insanlara yaşayış şəraiti və vasitələrinin yaxşılaşdırılması səylərində, ən azı köçürülmədən əvvəl səviyyəyə və ya layihə icrasından əvvəlki səviyyəyə (hansı daha yüksəkdir) çatmağa yardım edilməlidir. Əlavə olaraq, köçürülməyə məruz qalanlarla bərabər olaraq “kompensasiyaların ödənilməsi ilə əlaqədar yerli qanunvericilik kifayət qədər nəzərə almayan və xüsusi diqqət tələb edən həssas qrupların, o cümlədən yoxsulluq həddindən aşağı səviyyədə yaşıyanlara, torpağı olmayanlar, yaşlılar, qadın və uşaqlar, yerli tayfalar, etnik azlıqlar və ya digər köçürülməyə məruz qalan şəxslərin ehtiyaclarına xüsusi diqqət yetirilir ,



Ictimaiyyətlə məşvərətlər layihənin hazırlanmsı mərhələsində torpaqalmanın təklifi detallarını müzakirə etmək səbəbindən keçirilir.

İctimaiyətlə məşvərətlər və insanların iştrakı DB-nın siyasətinin bir hissəsidir, və layihənin konsepsiya, hazırlıq, icra və layihədən sonrakı mərhələləri ərzində aparılır.

*Müəyyən edilmiş iki fərqli yanaşmalar arasında ziddiyət yaranarsa, layihə Dünya Bankının Köçürülmə siyasəti və qaydalarına riayət edəcəkdir.

3.0 KÖÇÜRÜLMƏ ÜÇÜN İSTİQAMƏTVERİCİ PRİNSİPLƏR:


Dünya Bankının məcburi köçürülməyə dair Əməliyyarlar Qaydaları 4.12 prinsipləri və müvafiq Azərbaycan qanunvericiliyi bu Köçürülmə Siyasəti Çərçivə sənədinin hazırlanmasında rahbər tutulacaqlar. Bununla əlaqədar olaraq köçürülmənin aşağıdakı əsas prinsipləri tədbiq ediləcəkdir:

  • Torpaqların alınmasının minimuma endirilməsi: şəxsi torpaqların satınalınması alternativ yol olmadığı təqdirdə həyata keçiriləcəkdir;

  • Hüquqi prosedur mütləqdir: bütün alqı-satqılar Azərbaycan Qanunvericiliyi və Dünya Bankının qayda və qanunlarına əsasən aparılacaqdır;

  • Kompensasiya və müvafiqlik prinsipləri: ozəl torpaqların satınalması qaçılmaz olan hər bir hal Azərbaycan qanunvericiliyi və Dünya Bankı qaydalarına uyğun olaraq həll ediləcəkdir.

Bu əsas prinsiplərdən başqa şəffaflıq və ədalətli yanaşmanı təmin etmək üçün növbəti addımlar atılacaqdır:

  • Lyihə təsirinə məruz qalan şəxslərin torpaq və digər təsirə məruz qalan mülkiyyəti üçün kompensasiya bərpa prinsipi əsasında ödəniləcəkdir. “Bərpa dəyəri” növbəti şəkildə müəyyən edilir: Kənd təsərrüfat təyinatlı torpaqlar üçün “bərpa dəyəri” eyni məhsuldar potensialı və ya istifadəsi olan və təsirə məruz qalan torpaq sahəsi yaxınlığında olan torpağın layihədən əvvəl və ya köçürülmədən əvvəl (daha yüksək olan) bazar dəyəri və əlavə olaraq hər hansı qeydiyyat və sənədləşdirmə vergilərin xərclərinin cəmidir. Həyətyanı torpaq sahələri üçün bu torpağın layihədən əvvəl və ya köçürülmədən əvvəl (daha yüksək olan) eyni ölçüdə və istifadədə olan, oxşar və ya daha təkmilləşdirilmiş ictimai infrastruktur şəraiti və xidmətləri olan və təsirə məruz qalan torpağın yaxınlığında yerləşən torpağın dəyəri və əlavə olaraq hər hansı qeydiyyat və sənədləşdirmə vergilərin xərclərinin cəmidir. Tikili və evlərə gəldikdə Tikililərə gəldikdə “bərpa dəyəri” itirilən tikilinin bərpası və ya qismən təmiri üçün eyni ölçülü və keyfiyyətli və ya daha keyfiyyətli tikilinin inşası/ qismən təmiri üçün lazım olan materialların bazar qiymətləri, tikinti materiallarının tikinti ərazisinə daşınması xərcləri, fəhlə və işçi qüvvəsinin dəyəri, hər hansı qeydiyyat və vergi xəərclərini təşkil edən məbləğdir. Bərpa dəyəri müəyyən edilərkən mülkiyyətin ucuzlaşması və söküləcək tikilidən əldə olunan materialların dəyəri nəzərə alınmayacaqdır.

  • Tikinti zamanı torpaq / mülkiyyətə müvəqqəti təsirin və torpaq və mülkiyyətin daimi itkisi üçün kompensasiyanın müəyyən edilməsi üçün dəqiq prosedurlar təyin edilsin;

Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə