Azerbaijan republic


MÜLKİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜÇÜN METOD VƏ PROSEDURLAR VƏ KOMPENSASİYA CƏDVƏLİ



Yüklə 339,27 Kb.
səhifə6/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

4.0 MÜLKİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜÇÜN METOD VƏ PROSEDURLAR VƏ KOMPENSASİYA CƏDVƏLİ:


Bütün torpaqlar və tikililər bərpa dəyəri prinsipinə əsasən kompenasiya olunacaqdır. Vahid kompensasiya dəyərlərinin hesablanması metodologiyası aşağıda təqdim edilir:

  • Kənd təsərrüfat təyinatlı torpaqlar təsirə məruz qaldıqda TDEAHQ əsasən qiymətləndirmə aşağıdaki iki üsulla hesablanır:.

  1. Fəaliyyətdə olan real torpaq bazarına istinadən torpağın bazar qiyməti hesablanır. (58 maddə).

  2. Mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə bərpa qiymətinin müəyyən edilməsi üzrə hesablanır. Bərpa qiyməti müstəqil qiymətləndirici tərəfindən (KTP-nin icrası zamanı MN tərəfindən təyin olunacaq) TMQ torpaq sahəsi yaxınlığında eyni ölçü, status, keyfiyyət və məhsuldarlıq xüsusiyyəti olan torpaq sahəsinin qiyməti əsasında hesablanacaqdır. (59 maddə). Qiymətləndirmə üsullarından hər ikisi tədbiq edilə biləcəyi hallarda daha yüksək qiyməti verən üsul tədbiq edilir.

  • Evlər/ Tikililər tikilinin növü, materialların dəyəri, iş dəyəri, nəqliyyat və digər tikinti xərclərini nəzərə alaraq mövcud bazar və ya bərpa dəyəri prinsipinə əsasən müəyyən ediləcək. Amartizasiya və əməliyyat xərcləri nəzərə alınmayacaq. Bu Layihə çərçivəsində insanların fiziki köçürülməsi nəzərə alınmayıb və yaşayış binaları təsirə məruz qalmaycaqdır. Lakin müfəssəl layihə nəticəsində belə bir təsirin qaçılmaz olması əşkar edilərsə bu tikililər bərpa dəyəri prinsipi əsasında qiymətləndiriləcəkdir. Ferma tikililəri, hasar, divar və digər təsirə məruz qalan tikililər bərpa dəyəri prinsipi ilə kompensasiya ediləcəkdir. Əsas ev olmayan, və ya heç olmasa kimsə yaşayan əlavə tikili itkisi baş verərsə ən münasib kompensasiya seçimi olan – nəğd pulla kompensasiya mümkün olacaq.

  • Illik bitkilər. Məhsulun yığımı iş qrafiki ilə uyğunlaşmadığı təqdirdə, məhsul itkisi təsiri qaçılmaz olarsa məhsula görə kompensasiya ödəniləcək.

Illik bitkilər üçün kompensasiyanı hesablamaq üçün aşağıdakı düsturdan istifadə ediləcəkdir:

CrC = ((RP x Yd) – CC) x A x T



CrC = birillik bitkilərdən ədlə olunan gəlirin itirilməsi qarşılığında kompensasiya; RP = məhsulun pərakəndə qiyməti (Azərbaycan Manatı/100 kq); Yd = məhsul (100 kg9/hectare); CC = maddi xərclər, aqrotexniki tədbirlər, nəqliyyat daşınması, vergilər və rüsumlar daxil olmaqla artan xərclər (AZN / hektar); A = layihə üçün təzimlənən ərazi (hektar), və T = itirilmiş becərmə mövsümlərinin sayı.

  • Ağaclar. Odunluq və ya məyvəlik olmasından asılı olaraq müxtəlif metodlarla qiymətləndiriləcək.

  1. Odunluq kimi dəyəri olan ağaclar (a) yaşından, (b) qələm olmasından, (c) orta yaşda və (d) tam böyümüş, (e) odunluq və (f) həcmi göstəricilərinə əsasən qiymətləndiriləcək




  1. Meyvə/ məhsuldar ağaclar (a) yaş (b) qələm (c) yetkin amma hələ məhsul verməyən və (d) məhsuldar olduğundan asılı olaraq qiymətləndiriləcək. (d) ağacları bir illik məhsulun təmiz gəlirinin bazar dəyərini oxşar məhsuldar yaşlı ağacın yetişdirilməsi üçün lazım olan illərin sayına vurmaqla hesablanacaqdır.

Kompensasiyanın vahid dəyəri ilkin olaraq layihə məsləhətçiləri tərəfindən və yekunda təyin edilmiş müstəqil qiymətləndirici tərəfindən Alan Orqan üçün məqbul sayılan açıq və şəffaf metodologiya əsasında qiymətləndiriləcəkdir. Qiymətləndirilən kompensasiya məbləğləri müvafiq dövlət təşkilatı tərəfindən yoxlanılıb təstiqlənəcəkdir.

  • Tikinti zamanı ortaya çıxan müvəqqəti təsirlər üçün kompensasiya aşağıda verilən komponentləri əhatə edəcək:

Tikinti bitdikdən sonra müvəqqəti yollar üçün istifadə olunan torpaq sahələri layihədən əvvəlki vəziyyətə gətiriləcək və sahibinə qaytarılacaqdır.

  • Yaşayış/ Kommersiya torpaqları: hüquqi status əsasında məskunlaşanlar bərpa dəyəri əsaında kompensasiya alacaqlar (i) torpağı torpaqla əvəz etməklə, və ya (ii) əməliyyat və amartizasiya xərcləri nəzərə alınmadan bazar qiymətiylə nəğd pul vasitsiylə. İcarədarlar/ Kirayəçilərə icarə müqavilələrini digər torpaq sahələrində tədbiq etdirilməsi təklif olunacaqdır. Onlar torpaq üzərində aparılan hər hansı abadlıq işləri üçün kompensasiya olunacaqlar. Qeyri-qanunı məskünlaşanlara gəldikdə onlara olan təsir torpaqdan başqa üzərində olan hər hansı abadlıq işləri/ tikililərin kompensasiya edilməsi vasitəsiylə göstəriləcəkdir. Bundan başqa, qeyri-qanuni istifadəçilər daşınma xərclərini ödəmək üçün birdəfəlik təzminatla təmin

  • Yaşayış şəraitinin itirilməsi: maliyyə və digər yardımlar keçid dövrü səbəbindən yaşayış şəraitini itirən təsirə məruz qalan şəxslərə ediləcəkdir. AO TMQŞ məskunlaşacaq yeni ərazilər, məşğulluq imkanları, mümkün iş/ gəlir imkanları, ərazidəki müvafiq sosial-iqtisadi xidmətlər, kommunal infrastruktur və sosial xidmətlərlə əlaqədar məlumatla təmin edəcəkdir ki, bu da köçürülmədən sonra yaşayış səviyyəsinin bərpasında TMQŞ-yə yardım edəcəkdir. Təlimlərə olan əsas ehtiyaclar və peşəkar bacarıqlarla əlaqədar tədbirlər KTP-də əks ediləcəkdir.

  • Ictimai tikililər və kommunal obyektlər: dəyişdiriləcək və ya yenisi ilə əvəz ediləcək ki, layihədən əvvəlki fəaliyyəti təmin edilsin.

  • Həssas insanların yaşayış şəraiti: TMQ həssas qrupların (yoxsulluq həddindən aşağı səviyyədə yaşayanlar, yaşlılar, qadın və uşaqlar) layihəylə əlaqədar işlərə cəlb olunmasında üstünlük veriləcəkdir.



4.2 Hüquqlar Cədvəli:

Hər bir təsirə məruz qalan itki üçün kompensasiya və bərpa hüquqları Cədvəl 2-də təqdim edilr.




Cədvəl 2: Kompensasiyanın Təyin Edilməsi Cədvəli

S/S

İtki növü

Tətbiq edilir

Təsirə Məruz Qalan Tərəflər

Kompensasiya tədbirləri

Nizamlayıcı Qanunvericilik

Öhdəliyi olan təşkilat



Özəl torpaqların daimi itkisi

Kənd təsərrüfat təyinatlı, yaşayış və kommersiya torpaqları


Torpaq sahibi

İtirilən torpaq eyni ölçü, keyfiyyət və məhsuldarlıq dəyəri olan torpaqla əvəz oluna bilər. Kənd təsərrüfat təyinatlı torpaq eyni ölçü, keyfiyyət və məhsuldarlığı olan torpaqla əvəz oluna bilər. Bərpa qiyməti Hissə 3.0-da müəyyən edilir. Əlavə olaraq Respublika Prezedentinin 26.12.2007-ci il tarixli fərmanına əsasən kompensasiya məbləğinin 20%-nin əlavə ödənilməsi. AO və TMQŞ arasında edilən razılaşmaya əsasən hər hansı digər kompensasiya. .

Torpaqların Dövlət Ehtiyacları üçün

Alınması Haqqında Qanun (20 Aprel, 2010);


26 dekabr 2007-ci il tarixli Prezident Fərmanına əsasən hesablanmış bazar qiymətinə 20% miqdarında əlavə haqqının ödənilməsi

AYS-TAŞ




İllik məhsul

Kənd təsərrüfatı/ həyətyanı

TMQŞ – şəriklər və torpaq sahibləri

Bir illik məhsulun təmiz dəyərinin mövcud bazar qiymətiylə kompensasiyası. Məhsul üçün kompensasiya həm torpaq sahiblərinə həm də istifadəçilərə, onların aralarında olan müqaviləyə əsasən ödəniləcəkdir. Respublika Prezedentinin 26.12.2007-ci il tarixli fərmanına əsasən kompensasiya məbləğinin 20%-i əlavə ödəniləcəkdir.

Torpaqların Dövlət Ehtiyacları üçün

Alınması Haqqında Qanun (20 Aprel, 2010);


26 dekabr 2007-ci il tarixli Prezident Fərmanına əsasən hesablanmış bazar qiymətinə 20% miqdarında əlavə haqqının ödənilməsi

AYS-TAŞ




Dövlət torpaqlarının daimi itkisi

Bələdiyyə torpaqları

Bələdiyyə və Rayon

TMQŞ istifadə etdikləri torpaqlardan əldə edilən məhsulun itkisi üçün kompensasiya almaq hüquqları var. İcarə müddəti bitməmiş icarədarların istifadə edilməmiş icarə müddətinin ödənişi qaytarılacaq və icarə üçün yeni torpaq sahəsi təklif ediləcəkdir. Yaşayış vasitələrinə hər hansı mənfi təsir KTP-dəkı yaşayış vasitələrinin bərpası planına müvafiq aradan qaldırılmalıdır.

Dövlət ehtiyacları üçün Torpaqların Alınması Haqqında Qanun (20 Aprel, 2010)


AYS-TAŞ və müvafiq icra hakimiyyətləri



Tikililərin itkisi

Özəl yaşayış, kommersiya və o cümlədən hasar, tövlə kimi digər tikililər

Ictimai tikililər və kommunal xətlər




Sahiblər

(tikili üzərində olan torpaq üçün hüquqi sənədi olmayan şəxslər daxil olmaqla)

Rayon

administrasiyası



Bərpa dəyərinə əsasən kompensasiyanın ödənilməsi (Hissə 3.0 istinadən)

İctimai tikililərin layihədən əvvəlki statusuna uyğun bərpası və ya köçürülməsi Podrat şirkətinin öhtəliklərindən biridir.



Nazirlər Kabinetinin 110 nömrəli qərarı; Dövlət ehtiyacları üçün Torpaqların Alınması Haqqında Qanun (20 Aprel, 2010);
26 dekabr 2007-ci il tarixli Prezident Fərmanına əsasən hesablanmış bazar qiymətinə 20% miqdarında əlavə haqqın ödənilməsi

AYS- TAŞ



Ağacların və bitkilərin itkisi

Biçilməmiş bitkilər və ağaclar

Sahiblər/ icarədarlar

Biçilməmiş məhsulun yığılması üçün sahiblər 60 gün əvvəl xəbərdar olmalıdırlar. Əgər məhsulun 60 gün ərzində yığılması mümkünsüz olarsa məhsul (və ya məhsulun bir qismi) bazar qiyməti ilə kompensasiya edilməlidir. Çoxillik bitkilər və meyvə ağacları bərpa prinsipinə əsasən kompensasiya ediləcək. Qeyri meyvə ağaclarına gəldikdə odunun ən yüksək bazar qiyməti nəzərə alınaraq kompensasiya oluncaq. Ağaclardan kəsilən odun sahibində qalacaq.

Dövlət ehtiyacları üçün Torpaqların Alınması Haqqında Qanun (20 Aprel, 2010)
26 dekabr 2007-ci il tarixli Prezident Fərmanına əsasən hesablanmış bazar qiymətinə 20% miqdarında əlavə haqqın ödənilməsi

AYS-TQŞ və Podrat müqaviləsi



Cidii təsir/

Həssas səyılan ailə başçıları



Ciddi təsirə məruz qalan insanlar (20% ya daha çox məhsuldar torpaq sahəsini, ya mülkiyyət, ya gəlir mənbəyini itirən)/ yoxsulluq həddindən aşağı səviyyədə yaşayanlar, yaşlılar, qadınlar və uşaqlar

Ciddi təsirə məruz qalan insanlar (20% ya daha çox məhsuldar torpaq sahəsini, ya mülkiyyət, ya gəlir mənbəyini itirən)/ yoxsulluq həddindən aşağı səviyyədə yaşayanlar, yaşlılar, qadınlar və uşaqlar

Ailələrin iş qabiliyəti olan üzvlərinə üstünlük verilməlidir ki, tikinti zamanı tikinti işlərinə cəlb edilsinlər. Əlavə olaraq müvafiq dövlət təşkilatları tərəfindənn ciddi TMQŞ-nin yol təhvil verildikdə müxtəlif münasib istismar xidmətlərinə cəlb edilməsi üçün təşəbbüs göstəriləcəkdir. Layihənin həssas təbəqəsinin digər ehtiyacları KTP-nin hazırlanma işləri çərçivəsində aparılan sosial-iqtisadi araşdırmalar nəticəsində müəyyən ediləcəkdir. Xüsusi tədbirlər KTP-də əks ediləcəkdir.

Tikinti işləri üzrə müqavilə

AYS-LİQ,

Podratçı və icra hakimiyyətləri





Gəlir itkisi

Biznes fəaliyyətinə təsir nəticəsində gəlirin itkisi


Sahibkar, fəhlələr

Daimi itki: Biznes sahibinə Biznes fəaliyyətinə daimi təsir nəticəsində vergi deklarasiyasına əsasən (qeyri-müəyyən olduqda rəsmi aylıq minimum civarında) 1 illik gəlirə bərabər kompensasiyanın ödənilməsi.

Biznes fəaliyyətinin müvəqqəti dayandırılması üçün kompensasiya dayanan müddət ərzində əldə edilən gəlirin (vergi deklarasiyasına istindən ötən ilin gəlirinə əsasən ). ödənilməsiylə təmin ediləcəkdir. 10

müvəqqəti təsir nəticəsində İtirilən məvaciblər üçün kompensasiya (müəyyən deyilsə rəsmi aylıq minimum məvacibə əsasən) təsir müddəti üçün nəzərdə tutulur. Təsirin daimi olduğu təqdirdə işçilərə üç aylıq məvacib məbləğində kompensasiya ödənilir.


Dövlət ehtiyacları üçün Torpaqların Alınması Haqqında Qanun (20 Aprel, 2010)

AYS-TAŞ



LTMQŞ-yə köçürülmə yardımı

LTMQŞ-nin daşınan əmlakın yerdəyişməsi

Fiziki köçürülməyə məruz qalan LTMQŞ

Nəğd vəsaitlə kompensasiyanın məbləği köçürüləcək əmlakın həcmi və daşınacaq məsafədən asılı olaraq Köçürülmə Komissiyası tərəfindən müəyyən ediləcəkdir. Yeni yaşayış məkanı hazır olmadığı təqdirdə müvəqqəti sığınacaq üçün pul vəsaiti ödəniləcəkdir. KTP-də təfərrüatlar açıqlanacaqdır.

Dövlət ehtiyacları üçün Torpaqların Alınması Haqqında Qanun (20 Aprel, 2010)

AYS-TAŞ

AYS-TAŞ= Azəryolservis ASC, Torpaqalma Şöbəsi, LİQ – Layihə İşçi Qrupu;


Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə