Azerbaijan republic


GENDER TƏSİRİ VƏ TƏSİRİN AZALDILMASI TƏDBİRLƏRİ



Yüklə 339,27 Kb.
səhifə7/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

5.0 GENDER TƏSİRİ VƏ TƏSİRİN AZALDILMASI TƏDBİRLƏRİ:


Kişi və qadınlar bu kimi yol bərpa layihələrində kənd təsərrufatı və qeyri kənd təsərrufatı sektorlarında bir sıra gəlir gətirən və məişət fəaliyyətlərinə cəlb edilməklə mühüm sosial-iqtisadi rol oynayır və öhdəlik daşıyırlar. Layihə qadınların kompensasiya hüquqları çərçivəsində aldıqlarına xüsus diqqət yetirəcəktir. Qadınların böyük sayda layihədə iştrakını təmin etmək üçün aşağıdakı məqamlar nəzərə alınmalıdır:

  • Məlumatlara gender ayriseçkiliyini tədbiq edərək layihə tərəfindən daha çox təsirə məruz qalması ehtimal olan qadınları müəyyən etmək və onların layihənin hər mərhələsində iştrakını təmin etmək üsulları göstərilsin.

  • Kompensasiya hüquqlarının müəyyən edilməsi və müzakirəsi və o cümlədən KTP-nin səmərəli icrası üçün qadınların bütün məşvərətlərdə iştrakı təmin edilsin.

  • KTP-nin monitorinqi və qiymətləndirilməsi zamanı qadınlara xüsusi diqqət təmin edilsin.



6.0 TƏŞKİLATİ ÖHDƏLİKLƏR VƏ İNSTİTUSİONAL ÇƏRÇİVƏ:


Torpaqalmaya dair son qanunvericiliklərə (Dövlət Ehtiyacları üçün Torpaqların alınması, 2010) istinadən Mərkəzi TAK Komissiyası təsis edilərək Nəqliyyat Nazirliyi tərəfindən rəhbərlik ediləcək və heyətinə Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyivə Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri daxil olacaqlar. Bu komissiyanın funksiyası təşkilatlararası istiqamətləndirməni səmərəli təmin etmək; bu Köçürülmə Çərçivə Sənədinə və köçürülmə planlarına yekun nəzər yetirmək və bu sənədlərə yekun maliyyələşdirmə və icra üçün yekun təsdiq verməkdir.

Torpaqalma və köçürülmənin planlaşdırılması, icrası və monitorinqi ilə əlaqədar bir neçə təşkilat cəlb ediləcək, o cümlədən AYS-TAŞ, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK), Rayon icra hakimiyyətləri, Tikintiyə Texniki Nəzarət Məsləhətçi şirkəti və podrat şirkətləri.


6.1 Azəryolservis Açıq Səhmdar Cəmiyyəti (AYS ASC):


AYS ASC Dünya Bankı tərəfindən məliyyələşdirilən bütün yol layihələrinə məsuliyyət daşıyır, o cümlədən layihələrin hazırlaması, həyata keçirilməsi və TAK (torpaqalma və köçürülmə) məsələlərinin maliyyələşdirilməsi və təşkilatlar arası istiqamətləndirməyə cavabdehdir. AYS ASC öz funksiyasını LİQ vasitəsiylə həyata keçirəcək, LİQ öz növbəsində layihənin icrasına və gündəlik olaraq fəaliyyətinə rayon/ sublayihə səviyyəsində nəzarət etməyə məhsuliyyət daşıyır. Hal-hazırda AYS-LİQ-in heyətində Sosial məsələlər üzrə tam ştatlı Mütəxəssis işləyir. Həmin Mütəxəssis AYS TAŞ ilə sosial məsələlərə dair əlaqə saxlayacaqdır.

    1. AYS – Torpaqalma Şöbəsi (AYS-TAŞ):

TAŞ üzərinə düşən öhdəliklər AYS-nin müxtəlif şöbələrinin fəaliyyətlərini istiqamətləndirmək və nəzarət etməktir. AYS rəhbərliyinə kompensasiya, torpaq/ əmlakın alınması və köçürülməyə yardımla əlaqəli fəaliyyətlər tövsiyyə edilir. TAŞ bütün təsirə məruz qalan şəxslərin müvafiq kompensasiyaların almasını təmin etməyə məsuldur. LİQ podrat şirkətlərinin nəqliyyat və texnikanın alternativ yollarla daşınması, karxanaların istifadəsi, tikinti düşərgələri, fəhlə düşərgələri və s. nəticəsində yaranan təsirin azaldılması prosedurlarına riayət etməsini təmin edir.

TAŞ təsirə məruz qalan şəxslərlə torpaqalma və köçürülmə məsələlərinə dair münasibət qura bilməsi üçün AYS-nin digər şöbələri tərəfindən dəstəklənəcəkdir. . LİQ-in təşkilati cədvəli Əlavə II-də təqdim edilir.



      1. Tikintiyə Texniki Nəzarət Məsləhətçisi (TTN):

Tikintiyə Tezniki Nəzarət Məsləhətçisi (TTN) layihəyə podratçının tikinti fəaliyyətinə nəzarət etmək üçün cəlb ediləcəkdir. Tövsiyə edilir ki, TTNM ətraf mühit məsələləri üzrə mütəxəssisinin səlahiyyət və öhdəliklərini artırsın ki, qadınlar, ciddi təsirə məruz qalan ailələr və həssas qruplar müvafiq podrat işlərində yeni iş imkanlarından məlumatlı olsun və faydalana bilsinlər. Həmin mütəxəssis podratçı şirkətə şikayət və müraciətlərin qeydiyyatı və təsirin qarşısının vaxtında alınması üçün ictimaiyyətlə görüşlərin aparılmasına da yardım edə bilər. Bu LİQ-ə köçürülmənin gedişatını və digər sosial məsələlərin inkişafını monitorinq etməyə koməklik göstərəcəkdir.

      1. Yerli Hökumət:

Yerli administrasiya, xüsusiylə də rayon səviyyəsində olan rəsmilər torpaq statuslarının müəyyən edilməsi, mülkiyyətin qiymətləndirilməsi və torpaqalma və köçürülməyə dair digər məsələlərdə mühüm rol oynayır. Təşkilatlar arasında səmərəli əlaqəni, və müvafiq rayonlarda kompensasiya məbləğlərini və tədqiqatların nəticələrinin rəsmi bəyənilməsini təmin etmək üçün xüsusi komissiyalar (Köçürülmə Kommissiyası) Alan Orqan və müvafiq icra hakimiyyətləri arasında əldə edilən razılaşmaya əsasən təsis ediləcəkdir.

      1. Podratçı:

Bərpa tədbiri olaraq ciddi təsirə məruz qalan və ya həssas qrupa aid ailələrin üzvlərinə layihəylə əlaqəli işlərə cəlb edilməsində üstünlük veriləcəkdir. Bunun üçün podrat şirkəti və bələdiyələrlə qeyd edilən ailələrdən işçiləri məlumatlandırmaq və üstünlük vermək üçün sıx əlaqə saxlamaq lazımdır. Bundan başqa, Podratçı torpaq sahələrin sahibləriylə könüllü razılaşmalar əsasında tikinti məqsədləri üçün münasib ərazilərin seçilməsinə cavabdeh olacaq. Bu torpaq sahələrində heç bir könülsüz torpaqalma fəsadları baş verə bilməz.

      1. Yerli Heyyət:

Köçürülmə prosesinə nəzarət etmək məqsədiylə yerli və beynəlxalq məsləhətçilər Dizayn Məsləhətçisi tərəfindən LİQ-ə yolun layihələndirmə mərhələsində KTP-nin hazırlanmasında köməklik məqsədiylə cəlb ediləcəklər. AYS/ LİQ icra prosesinə mütəmadi nəzarət etməyə məhsuliyyət daşıyacaq və köçürülmə planlarını təstiq edəcəkdir.



    1. KÖÇÜRÜLMƏ TƏDBİRLƏR PLANI (KTP) ÜÇÜN MALİYYƏLƏŞMƏ:

Kompensasiya məbləği və torpaqalma işlərinin idarəedilməsi xərcləri daxil olmaqla Köçürülmə Planının bütün hazırlıq və fəaliyyət xərcləri layihənin dəyərinin tərkib hissəsi sayılacaq və Azərbaycan Hökuməti tərəfindən ödəniləcəkdir. Köçürülmə tədbirlər planına büdcə daxil ediləcək və həmin büdcədə aşağıdakılar göstəriləcəkdir:

  1. bütün təsir növləri və məvacibləri üzrə vahid kompensasiya qiymətləri,

  2. vahid kompensasiya qiymətlərinin hesablanması üçün istifadə edilən metoologiya, və

  3. inzibati və gözlənilməz xərclər daxil olmaqla bütün kompensasiya xərclərini əks etdirən hesablanmış xərclər cədvəli.

TAK tədbirləri üçün kifayyət qədər maliyyə vəsaiti olduğunu təmin etmək üçün KTP-nın icrasına başlamaqdan əvvəl Azərbaycan Hökuməti bərpa dəyəri əsasında köçürülmə xərclərinin 100%-ni və nəzərdə tutulmayan xərclər üçün 15% əlavə olaraq vəsait ayıracaqdır.

AYS KTP-nin yerinə yetirilməsi üçün lazım olan məbləğin vaxtında ayrılmasına məhsuliyyət daşıyacaqdır. Maliyyə vəsaitinin vaxtında təchizatını təmin etmək üçün AYS MN və Nazirlər kabineti ilə yaxından əlaqə saxlayacaq. KTP-də qeyd edilən büdcə tələblərinə əsasən vəsaitlərin ayrılmasına ildə iki dəfə baxılacaqdır. Müxtəlif itkilər və köçürülmə yardımı üçün kompensasiyaların ödənilməsinə ayrılan maliyyə vəsaiti AYS tərəfindən TAŞ vasitəsiylə müvafiq yerli hökumət idarələriylə birbaşa TMQŞ-nin şəxsi hesablarına paylanacaqdır.




Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə