Azerbaijan republic


KÖÇÜRÜLMƏNİN PLANLAŞDIRILMASI



Yüklə 339,27 Kb.
səhifə9/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

11.0 KÖÇÜRÜLMƏNİN PLANLAŞDIRILMASI:


Köçürülmə planı məcburi köçürülmə təsirinə məruz qalan bütün layihələr üçün mütləqdir. Potensial məcburi köçürülmənin təsiri və riskləri ətraflı şəkildə Planda öz əksini tapacaqdır. Köçürülmə planının məzmunu Əlavə I - də təqdim edilib.

KTP-nın hazırlanması aşağıda verilən fəaliyyətlərlə müşahidə edilir:



  • Sosial Təsirin Qiymətləndirilməsi (STQ)

  • Mərzlənmə İşləri

  • Bazarın araşdırılması

STQ-nin məqsədi layihənin sosial mühitə olan təsirini qiymətləndirmək üçün Layihənin Təsirinə Məruz Qalan Şəxslərin (LTMQŞ) müəyyən edilməsidir. Bütün TMQŞ-nin siyahıyaalıması aparılaraq, onlara dair sosial-iqtisadi məlumatlar toplanacaq və nəticədə layihə təsirinə məruz qalan şəxslərə aid/ istifadəsində olan mülkiyətin inventarlaşdırılması aparılacaq və bu məlumatlar əsasında hər bir təsir növü müəyyən edilərək müvafiq hüquqların kateqoriyası siyahısı tərtib ediləcəkdir. Layihə təsirinə məruz qalan insanlar arasında həssas qruplar müəyyən edilərək yaşayış şəraitlərinin yaxşılaşmasını təmin etmək üçün onlara əlavə bərpa tədbirləri görüləcəkdir. . İnventarlaşdırma tarixində layihə ərazisində müəyyən edilən bütün təsirə məruz qalmış şəxslər kompensasiya və/ ya köçürülmə hüquqlarına malik olacaqlar. Sosial Təsirin Qiymətləndirilməsi (STQ) layihədən öncəki sosial-iqtisadi araşdırmalar və KTP-nin göstəriciləriylə əlaqələndiriləcəkdir.

Mərzlənmə KTP-nin hazırlanmasının ilkin mərhələsi zamanı LTMQŞ-nin iştrakı ilə aparılacaqdır. Bu zaman LTMQŞ təsirin tam miqyasını və itirdikləri mülkiyyətin, gəlirin, biznes və yaşayış şəraitini müəyyən edə bilərlər. Hüququ çatan TMQŞ üçün kompensasiya məbləğləri layihə təsirinə məruz qalan əmlakın və layihənin ümumi təsirinin yekun inventarizasiyası zamanı əldə edilən məlumatlara əsasən müəyyən ediləcəkdir.

Bütün bu proses ərzində TMQŞ qiymətləndirmə metodologiyası, hüquqlar, kompensasiyaların və köçürülmənin büdcə təminatları və digər yardım kimi məlumatlarla təmin ediləcək və bu informasiya yığcam şəklində bukletlər vasitəsiylə LTMQŞ-yə təqdim ediləcəkdir. KTP-nin ilkin variantı TMQŞ və qeyri TMQŞ ilə yerlərdə müzakirə ediləcək və edilən şərhlər sənədə daxil ediləcəkdir. KTP-nin ilk nümunəsi AYS və DB tərəfindən baxılacaq və KTP AYS və Bank tərəfindən təstiqlənməyincə tikinti işlərinə başlanmasına icazə verilməyəcəkdir.


12.0 SƏNƏDLƏRİN AÇIQLANMASI:

Azərbaycan Hökumətinin, rayonun, bələdiyyə və kəndlərin aidiyyətı olan rəsmilərinə layihə barəsində məlumat veriləcək, və onların dəstəyi üçün təsirə məruz qalmış mülkiyyətin inventarlaşdırılması və TMQŞ-nin İnventarlaşdırması zamanı müraciət ediləcəkdir. KTP-nin yekunlaşmasından və layihənin məsul şəxslərinə təqdimatından öncə LTMQŞ İnventarlaşdırma nəticələri barəsində məlumatlandırılacaq və tövsiyələr alacaq, onların kompensasiya və köçürülməyə edilən digər yardımlara dair seçimləri diqqətlə nəzərdən keçiriləcəkdir. TMQŞ-nin cəlb edilməsini və aktiv iştrakını təmin edən proses və mexanizmlər qeydə alınacaq və xülasəsi KTP-yə ayrıca əlavə ediləcəkdir.


KÇS sənədi inglis və azərbaycan dilində Dünya Bankının İnformasiya Açıqlanması siyasətinə istinadən info shop səhifəsində, Azərbaycan dilində isə Azəryolservis ASC-nin rəsmi internet səhifəsində açıqlanacaqdır. KÇS və KTP-nı azərbaycan dilinə ərazilərdə əldə etmək mümkün olacaqdır. KTP-nin azəbaycan dilində olan nüsxələri təsirə məruz qalan icmalara açıqlanacaq, kompensasiya müvafiqliyi və əldə etmə hüquqlarının detallarını, həyata keçirilməsi tamamlanmayan torpaqalma və köçürülmə işlərinin icmalını əks etdirən broşüralar bütün təsirə məruz qalan şəxslərə tikinti müqavilələrinin imzalanması və kompensasiya/ bərpa işlərinə başlanmasından qabaq paylanacaqdır. Məşvərətlər layihənin bütün mərhələləri boyu təşkil ediləcəkdir.
Sənədlərin açıqlanmasına həsr edilən məşvərətlərin tarix və məkanı və iştrakçıların siyahısı, onların məşğuliyyəti və ünvanları/ telefon nömrələri görüşlərin qısa icmalı ilə birliktə Əlavə IV –də əlavə edilib.

Əlavə I

Köçürülmə Planının tərkibi


Giriş:

  • Layihənin qısa təsviri

  • Əlaqədar qurğular daxil olmaqla Layihə komponentlərinin siyahısı (olarsa)

  • Torpaqalma və köçürülməni tələb edən layihə komponentlərinin təsviri; torpaqalma və köçürülmənin ümumi dəyəri


Köçürülmənin azaldılması:

  • Köçürülmənin azaldılması üçün edilən səyləri təsvir edin

  • Bu səylərin nəticələrini açıqlayın

  • Icra zamanı köçürülməni azaldacaq mexanizmləri təsvir edin


İnventarlaşdırma və sosial-iqtisadi araşdırmalar:

  • Köçürülmə, mülkiyyətin qiymətləndirilməsi, təbii resursların qiymətləndirilməsi və sosial-iqtisadi araşdırmaların nəticələrini təqdim edin

  • Təsirə məruz qalan insanlarla aparılan müxtəlif araşdırmaların nəticələrinə dair

məşvərətləri yekunlaşdırın

  • KTP-nin monitorinqi və qiymətləndirilməsi işlərinin bir hissəsi olaraq İnventarlaşdırma, mülkiyyət nümunələrinin, resursların qiymətləndirilməsi və sosial-iqtisadi araşdırmalara dair informasiyanın yeniləşdirilməsinə olan ehtiyacı təsvir edin.


Hüquqi Çərçivə:

  • Köçürülməyə tədbiq edilən bütün yerli qanunlar və adətləri təsvir edin.

  • Yerli qanunlar və Dünya Bankı siyasəti arasında mövcud olan boşluqları müəyyən edin və münaqişələrin həlli üçün layihənin xüsusi mexanizmlərini açıqlayın

  • Təsirin hər bir kateqoriyası üçün müvafiq hüquqları açıqlayın və köçürülmənin icrasının razılaşdırılmış KTP-nin xüsusi müddəaları əsasında aparılacağını qeyd edin.

  • Təsirə məruz qalmış tikililərin, torpağın, ağacların və digər mülkiyyətin qiymətləndirilməsi

üçün istifadə edilən metodikanı izah edin.

  • Kompensasiya hüquqlarını açıqlayan cədvəl tərtib edin.


Köçürülmə Əraziləri:

  • Layihədə kənd təsərrüfat təyinatlı torpaqların/ örüş sahələrin ayrılması nəzərdə

tutulurmu?

  • Torpaq ayrılacaq fərdi ev sahibləri yeni potensial sahələrin ayrılmasında iştrak edəcəklərmi, və ayrılan sahələri etirazsız qəbul edəcəklərmi?

  • Təsirə məruz qalmış əhalinin potensial yaşayış ərazilərinin müəyyən edilməsi, müsbət-mənfi tərəflərinin qiymətləndirilməsi və ən münasib sahələrin seçilməsinə cəlb edilməsi üçün xüsusi prosesləri təsvir edin.

  • Təklif edilən ərazilərin müəyyən edilməsi üçün aparılan texniki-iqtisadi araşdırmaları (torpaq və torpaqdan istifadə imkanları, əkinçilik və heyvandarlıq imkanları, su təchizatı kimi təbii resursların qiymətləndirilməsi daxil olmaqla), və o cümlədən ərazilərin ətraf və sosial mühitinə təsirin qiymətləndirilməsini təsvir edin.

  • 1) satınalma, 2) abadılaşdırma və 3) köçürüləcək ərazilərin verilməsi və o cümlədən ayrılmış torpaq sahələrinə yeni hüquqi adların və ya istifadə hüquqlarının verilməsi mexanizmlərini təsvir edin


Gəlirin bərpası:

  • Müəyyən edilmiş kompensasiya hüquqları təsirin hər növü üzrə gəlirin bərpası üçün yetərlidirmi? Əlavə hansı iqtisadi bərpa tədbirləri labüddür?

  • Təsirin hər bir kateqoriyası üçün bərpa strategiyalarının qısa icmalını verin və onların institusional, maliyyə və texniki aspektlərini müəyyən edin.

  • Təsirə məruz qalan əhali ilə aparılan məşvərətlərin prosesini və gəlirin bərpası üçün strategiyanın yekunlaşdırılmasında iştrakını təsvir edin.

  • Bu strategiyalar necə fərqlənir?

  • Gəlirin bərpası üçün yaşayış şəraitinin dəyişilməsi, fermer təsərrufatı üçün digər torpaqların abadılaşması və ya müəyyən təlim, hazırlıq və icra üçün zaman tələb edən digər fəaliyyətlər tələb edilirmi?

  • Yoxsulluğa aparan risklərə dair hansı tədbirlər tövsiyə edilir?

  • Köçürülmə proqramlarının maneəsiz və səlist şəkildə həyata keçirmək üçün əsas institusional və digər səpkili risklər nədən ibarətdir?

  • Gəlirin bərpa tədbirlərinin səmərəliliyinin monitorinq proseslərini təsvir edin

  • Hal hazırda layihə ərazisində və ya ətrafında fəaliyyət göstərən hər hansı icma inkişaf proqramı haqqında məlumat verin.

  • Belə proqramların olduğu təqdirdə onlar fəaliyyət göstərdiyi icmaların inkişaf tələblərinə cavab verirlərmi? Aralarında bu layihənin tərəfdaşları tərəfindən yeni proqramları dəstəkləmək və ya layihə ərazisində icmaların inkişaf tələblərinə cavab vermək üçün mövcud proqramların əhatə dairəsinin genişləndirmək şansı varmı?


İnstitusional Razılaşmalar:

  • Müvafiqlik siyasətinin hər bir tələbi/ fəaliyyətini təmin edən, gəlirin bərpası proqramlarını həyata keçirən və köçürülmə tədbirlər planında qeyd edilən fəaliyyətlərin istiqamətləndirilməsinə cavabdeh olan təşkilat (təşkilatlar) açıqlansın.

  • Köçürülmə fəaliyyəti bir neçə təşkilatlar arasında bölünərsə və ya köçürülmə uzun müddətdən sonra bir neçə mərhələdən ibarət olarsa istiqamətləndirmə işlərinin necə təşkil ediləcəyi təyin edilsin

  • Bütün icra təşkilatlarını istiqamətləndirən təşkilat müəyyən edisin. Bu təşkilatın yetərincə səlahiyyəti və resursları varmı?

  • Gılirin bərpası prosesinə (torpağın abadılaşdırılması, torpağın ayrılması, kredit, təlimlər) cəlb edilən xarici (qeyri layihə) təşkilatlar və bu təşkilatların müvafiq fəaliyyətini təmin edən mexanizmlər göstərilsin.

  • Köçürülmə üçün institusional imkanlar və öhdəliklər açıqlansın.

  • Müstəqil monitorinq, qiymətləndirmə, və KTP-nin maliyyə auditini, o cümlədən müvafiq tədbirlərin vaxtında görülməsini təmin edən mexanizmlər müəyyən edilsin.


İcra Qrafiki:

  • Hər bir fəaliyyətin yerinə yetirilməsində məsul olan təşkilatlar və onların fəaliyyətlərinin qısa xülasəsiylə bərabər KTP-nin icrasında faliyyətlərin xronoloji ardıcıllığı göstərilsin.

  • Köçürülmənin həyata keçirilməsiylə əlaqədar fəaliyyətlərin aylıq icra grafiki tərtib edilsin (məsələn, Gantt chart-dan istifadə edərək).

  • Köçürülmənin icrası və layihənin hər bir komponentinin tikinti işlərinin başlanması arasında əlaqə izah edilsin.


İştrak və Məşvərətlər:

  • Müxtəlif maraqlı tərəflər müəyyən edilsin

  • Təsirə məruz qalan əhali və maraqlı tərəflərin Köçürülmənin hazırlıq işləri və planlaşdırılmasında məşvərətlərə/ iştrakına sövq edən proseslər açıqlansın

  • Təsirə məruz qalan əhali və maraqlı tərəflərin icra və monitorinq fəaliyyətinə cəlb edilməsi prosesi açıqlansın

  • Itirilmiş mülk üçün kompensasiya, kompensasiya almaq hüquqları, köçürülmə yardımı və şikayətlərin baxılması prosedurları daxil olmaqla KTP-yə dair məlumatların təsirə məruz qalan şəxslər və maraqlı tərəflərə açıqlanması planı izah edilsin.


Şikayətlərə baxılması:

  • Şikayətlərin qeydiyyatı və həlli proseslərinin hər mərhələsi qeyd edilsin və şikayətlərin təmənnasız qeydiyyatı, cavablandırma və əlaqə vasitələrinə dair xüsusi məlumatlar verilsin.

  • Məhkəməyə müraciət mexanizmi açıqlansın

• Digər vasitələr fayda verməzsə məhkəməyə müraciət imkanları izah edilsin.
Xərclər və Büdcə:

  • Maliyyə öhdəliyi və səlahiyyəti haqqında dəqiq açıqlanma verilsin

  • Köçürülməni təmin edən maliyyə mənbələri sadalansın və vəsaitin hərəkəti açıqlansın

  • Köçürülmə üçün ayrılan büdcənin kifayət olması və layihənin ümumi büdcəsinə daxil olması təmin edilsin.

  • Dövlət tərəfindən, əgər olarsa, ödəniləcək köçürülmə xərcləri müəyyən edilsin və ödənişlərin KTP və layihə qrafiki ilə istiqamətləndirilməsini təmin edən mexanizmlər müəyyən edilsin.

  • Xərclər və mülkiyyət növü üzrə, planlaşdırma və icra daxil olmaqla bütün köçürülmə xərcləri, rəhbərlik və idarəetmə, monitorinq və qiymətləndirmə və nəzərdə tutulmayan digər xarclər üzrə təxmini büdcə hesablansın.

  • Qiymətləndirmə və kompensasiya məbləğlərinin inflyasiya və məzənnənin dəyişkənliyinə münasib uyğunlaşdırılması üçün xüsusi tədbirlər açıqlansın

  • Işin fiziki həcmi və qiymət dəyişiklikləri üçün yaradılmış ehtiyatları açıqlayın

  • Köçürülmənin bütün müddəti ərzində müqavilələrin təltif edilməsi və müqavilələrə əsasən işlərin görülməsi prosesi daxil olmaqla xarici monitorinq və qiymətləndirmə üçün maliyyə razılaşmalarını açıqlayın


Əlavələr:

  • İnventarlaşdırma və sorğu vəsaitlərinin nüsxələri, müsahibə formaları və digər tədqiqat vasitələri

  • Ictimaiyyətlə görüşlərin tarixləri və barəsində bildiriş daxil olmaqla ictimaiyyətlə bütün məşvərətlər barəsində məlumat və o cümlədən iştrakçıların siyahısı.

  • KTP-nin icrasına dair hesabat və monitorinq üçün istifadə ediləcək formaların nümunələri.


Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə