Azerbaijan to move to dsge model



Yüklə 11,2 Kb.
tarix05.02.2018
ölçüsü11,2 Kb.
#24501

Azərbaycan Dinamik Stoxastik Ümumi Tarazlıq (DSÜT) modelinin tətbiqinə başlayır
İlin sonuna kimi Azərbaycanın Mərkəzi Bankı DSÜT modelinin tətbiqinə başlayacaq

Müəllif: Ramya Caydev

Mənbə: Mərkəzi Bankçılıq/07 iyul 2010
Azərbaycanın Mərkəzi Bankı ölkə iqtisadiyyatının inkişafını izləmək üçün DSÜT modelini həyata keçirir, bunu Mərkəzi Bankın Tədqiqatlar departamentinin direktor müavini Vüqar Əhmədov Central Banking.com saytına bildirib.
Vüqar Əhmədovun sözlərinə görə, noyabr ayının ortalarına qədər başa çatdırılması planlaşdırılan bu model Mərkəzi Bank tərəfindən istifadə olunan müxtəlif modelləri özündə cəmləşdirir. Əlavə olaraq o, qeyd etmişdir ki, “biz modelin ilkin yoxlanılması və simulyasiyaların aparılması mərhələsindəyik. Bu model əhatəliyinə və nəticələrinə görə 2003-cü ildə bütövlükdə Avrozona iqtisadiyyatının təhlili üçün Avropa Mərkəzi Bankı tərəfindən tətbiq olunan Smets-Vuters modeli ilə eynilik təşkil edəcəkdir.
Azərbaycan Mərkəzi Bankı bu günə kimi inflyasiyanın proqnozlaşdırılması, stress-testlərin aparılması, ticari və qeyri-ticari sektorun təhlilininin həyata keçirilməsi, daşınmaz əmlakın tarazlıq qiyməti və manatın real effektiv məzənnəsini müəyyən edən modellərdən istifadə edirdi. “Bizim hazırda üzərində işlədiyimiz DSÜT modeli iqtisadiyyatın bütövlükdə təhlilini aparmaq imkanı verir”, cənab Əhmədov söylədi.
Mərkəzi Bankda ilkin olaraq, Tətbiqi Ümumi Tarazlıq (TÜT) modelinin hazırlanması nəzərdə tutulmuşdur. Mərkəzi Bankın Tədqiqatlar departamentinin direktor müavini Vüqar Əhmədov bildirib ki, TÜT modeli iqtisadiyyatın sahələrinə və iqtisadi institutların davranışına dair müəyyən məlumat tələb etdiyinə görə bu model istisna olundu.
“Bir çox Mərkəzi Banklar pul siyasəti alətlərini təkmilləşdirərkən TÜT modelindən daha çox DSÜT modelinə güvənirlər. TÜT modeli fiskal siyasətin fərdi sektora olan xüsusi təsirinə önəm verən iqtisadi inkişaf nazirliyi kimi institutlar üçün çox yaxşıdır – bu model onlara müxtəlif sahələrə çıxarılan siyasət qərarlarının təsirini görməyə imkan verir”, deyərək əlavə edib. DSÜT modeli həm də analitiklərə istehlakçıları davranış tiplərinə uyğun qruplaşdırmağa imkan verir. “Sonuncu böhran bizi öyrətdi ki, biz həmişə rassional deyilik – bəzən biz irrasionalıq və model bizə bunu nəzərə almağa imkan yaradır,” – deyə qeyd edib.
Siyasət debatı

DSÜT modelləri dünyanın bir çox Mərkəzi Bankları tərəfindən istifadə olunur və Lucas tənqidinə dözümlülüyü ilə seçilir. 1976-cı ildə Nobel mükafatı laureatı Robert Lukas tərəfindən irəli sürülən fikir onu deməyə əsas verir ki, 1940-1980-ci illərdə Mərkəzi Banklar tərəfindən tətbiq edilən statik model yanlış nəticələrə gətirib çıxara bilər. Bu modellərin əsaslandığı parametrlər konstruktiv deyil və buna görə də siyasətdən asılı olaraq dəyişir. DSÜT modelində az sayda dəyişənlərdən istifadə etməklə nəyin istehsal, istehlak və alınıb-satılması proqnozlaşdırılır.
Modelin geniş istifadə olunmasına baxmayaraq, ona dair tənqidlər də var. 2009-cu ildə “Financial Times”-ın bloqunda İngiltərə Bankının keçmiş işçisi Uilyam Buyter bildirib ki, oturuşmuş bazar fərziyyəsinə əsaslanaraq və qeyri-xətti tərəddüd halları istisna olmaqla DSÜT modeli “maliyyə sabitliyinə aparan bütün yolları nəzərə almır”. Minnipolis Federal Ehtiyatlar Sisteminin prezidenti Narayana Koçerlakota may ayında KİV-ə bildirib ki, DSÜT modeli sonuncu maliyyə böhranı ilə əlaqədar yarımçıq və qeyri-mükəmməl nəticə verib. Eyni zamanda o, əlavə edib ki, alınmış nəticələrdə qeyri-mükəmməllik modelin tətbiq edilmə tezliyi, qiymətin qeyri-elastikliyi və maliyyə bazarında qeyri-müəyyənliyi aradan qaldırmaq kimi funksiyalarına görə artmışdır.
Yüklə 11,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə