Azərbaycan- fransa ədəbi əlaqələri



Yüklə 60,93 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü60,93 Kb.
#49906


                   

Azərbaycan



Fransa ədəbi əlaqələri



 



AMİ-nin Şəki filialının “Dillər” kafed- 

rasının “Baş müəllim”i, “Fransa Milli 

Elmlər Akademiyası”nın diplom və 

“Palmes Académiques” medalçısı 

Əkbərova Əsmayə Bəxtiyar qızı”

 

               



             Tel: 044 277 06 52.  055 755 04 52                                                                 

                             

             Hələ lap qədim zamanlardan xalqlar arasında ədəbi-bədii yaradıcılıq əlaqələri həmin 

xalqların mənəvi cəhətdən yaxınlaşmsına səbəb olmuş, qarşılıqlı  anlaşmanın və mədəniyyət-  

lərarası ünsiyyətin yaranmasına təkan vermişdir. Gözəl deyilmışdir: “Ədəbi dostluq –xalqlar 

dostluğudur”. 

 

Üç yüz ildən çox tarixə malik olan Azərbaycan - Fransa mədəni, elmi, bədii yaradıcılıq 



əlaqələri  hər  iki  xalqın  bir-birlərini  daha  yaxından  tanımasına  və  yaxınlaşmasına  səbəb 

olmuşdur.  Zəngin  yaradıcılığa  və  adətlərə  malik  olan  Azərbaycan  klassik  ədəbiyyatı  və 

folkloruna  aid  materialların  toplanması  və  tərcüməsi  sahəsində  Fransa  ədəbiyyatçılarının  rolu 

böyükdür.  Fransız tədqiqatçıları  zəngin  Azərbaycan şifahi və  yazılı xalq  xəzinəsinə çox böyük 

diqqət  yetirmiş,  “Avesta”,  “Kitabi  Dədə-Qorqud”,  “Koroğlu”  kimi  sənət  abidələrini,  Nızamı, 

Xaqani,  Nəsimi,  Füzuli,  Xətai,  M,F,Axundov    və  başqa  görkəmli  ədəbiyyatçıları  tədqiq  və 

tərcümə etməyə səy göstərmişlər.  

 

“Koroğlu”eposu 1853-cü ildə Parisdə A.Brelye və Jorj Sand tərəfindən tərcümə olunmuş, 



monoqrafiyalar  şəklində  “Aziatik”  jurnalında  çap  edilmişdir.  Tərcümələrdən  birində  deyilir: 

”Koroğlu  “eposunda  sadə  bir  kəndlinin  yaratdığı  möcüzələrdən  yox,  xalq  içindən  çıxan,  xalq 

üçün  yanan,  xalqı  öz  ardı  ilə  aparmağı  bacaran,  haqq-ədalət  uğrunda  mübariz  bir  el 

qəhrəmanından  danışılır.  O  qəhrəman  ki,  onun  ətrafında  müxtəlif  millətlərin  nümayəndələri 

toplaşır, qardaşlaşır. Əfsanəvi qəhrəmanın atributları isə “Misri qılınc” və “Qıratdır”. 

 

“Dədə  Qorqud  “  əsərinin  tətbiqi  haqqında  isə  K.Planolun  apardığı  tədqiqatlar  və 



tərcümələr,  əldə  edilmiş  variantlar  düzgün  və  dəqiq  hesab  oluna  bilər.  “Aziatik”  jurnalında 

yazılır  ki,  300-dən  çox  variantı  olan  bu  sənət  əsərinin  əlyazmasının  düzgün  variantı  Vatikan 

muzeyində saxlanılır. 

“Avesta”nın ilk tərcüməçisi XVIII əsrin II  yarısında, 1771-ci ildə Fransız alimi Anketil 

de  Perron  olmuşdur.Onun  tərcüməsi  ədəbiyyat  sahəsində  böyük  əks-səda  doğurmuş,  Fransa- 

Azərbaycan  ədəbi  əlaqələrinin  əsasının  qoyulmasında  müstəsna  rol  oynamışdır.1873-cü  ildən 

1953-cü  ilə  qədər  “Avesta”nın  tərcüməsi  ardıcıl  olaraq  “Aziatik”  jurnalında  -  Paris  Luvenski 

Universitetinin  professoru  M.S.Xarlez  tərəfindən  həyata  keçirilmiş  və  1872-1880-cı  illər 




arasında  13  məqalə  ilə  çıxış  etmişdir.  Get-gedə  avestaçıların  -  xüsusilə,  tərcüməçilərin  sayı 

artmışdır. Onlar öz məqalələri ilə sübut edirdilər ki, Azərbaycanın şifahi və yazılı ədəbiyyatı ilə 

yaxından maraqlanır və öyrənməyə çalışırlar. 

 

Əlbəttə,  Azərbaycan  ədəbiyyatına  bu  qədər  maraq  göstərən  Fransa  ədəbiyyatçılarını 



yazılı  ədəbiyyat  maraqlandırmaya  bilməzdi.  Hələ,  XIV  əsrdən  (1362-1366)  qeydə  alınmış  

N.Gəncəvinin “Xəmsə” si Parisdə milli xalq kitabxanasında saxlanılır. Xəmsəni ilk dəfə fransız 

dilinə  tərcümə  edən  Nizamişünas  alim  Klerambol  olmuşdur  (1741).“İsgəndərnamə”ni  isə 

P.Şarmua tərcümə etmişdir. Nizami irsinin öyrənilməsində Edman və Şarmuanın xidmətləri daha 

böyükdür. 

 

XIX  əsr  ədəbiyyatının  görkəmli  nümayəndəsi  M.F.Axundzadənin  1850-1855-ci  illərdə 



yaratdığı  ölməz  altı  komediyasının  tərcüməsi  bu  iki  xalqın  əlaqələrinin  daha  dərin  olduğunu 

ğöstərir. 

“Mösyö Jordan və Dərviş Məstəli şah” komediyası Fransaya, fransız ədəbiyyatına, karol 

Lui  Flippin  devrilməsinə,  Fransa  inqilabına  dərin  hörmətin  təcəssümüdür.  Böyük  realist,  ustad 

M.F.Axundov tərəfindən qələmə alınmış Mösyö Jordan mürəkkəb xarakterli; həm müsbət, həm 

də mənfi cəhətləri olan bir surətdir. Qarabağın florasını öyrənməyə gələn M.Jordanı Hatəmxan 

ağa  çox  dəbdəbə  ilə  qarşılayır.  Qonaqpərvər  ağa  uzaq  Parisdən  gələn  alim  -  Jordanı  ailə  üzvü 

kimi  qəbul  edir.  Əsərin  gedişi  boyu  Fransa,  Paris  diqqət  mərkəzində  olur.  Şahbaz  bəy  fransız 

dilini  öyrənməyə  səy  edir,  Fransaya  alim-Jordanla  getmək  istəyir.  Hatəmxan  ağa  bu  plana 

əvvəlcə razı olmasa da, qardaşı oğlunun Avropaya səfərinin ona şöhrət gətirəcəyi üçün razılaşır. 

Baxmayaraq ki, əsər Fransa inqilabından iki il sonra yazılıb, ancaq dahi Azərbaycan dramaturqu 

məharətlə hadisələri əlaqələndirib. 

M.F.Axundzadənin oğlu Rəşidbəy Axundov 1874-1878-ci illərdə Brüssel Universitetində 

oxuyurdu  və  fransız  dilini  gözəl  bildiyindən  atasının  məsləhəti  ilə  “Mösyö  Jordan”  əsərini 

fransız dilinə, “Balaca Parislinin həyatı” əsərini Azərbaycan dilinə tərcümə edir.  

Məmməd  Arif  yazırdı:  “Fransız  tədqiqatçıları  M.F.Axundzadəni  rus  xalqının  Qoqolu, 

Fransanın  Molyeri  adlandırır,  hətta,  fəlsəfi  fikirlərinə  görə  onu  dahi  fransız  filosofu  Volterlə 

müqayisə edirlər.”  

“Molla  İbrahimxəlil  kimyagər”komediyası  “Kimyagər”adı  altında  1886-cı  ildə 

Azərbaycan ədəbiyyatı tarixində çoxsaylı xidmətlərindən olan fransız tədqiqatçılarından Barbye 

de Meynar tərəfindən,  “Hacı Qara” komediyası  isə, 1904-cü ildə Lüsyən Büv tərəfindən, fransız 

dilinə tərcümə edilmiş və “Aziatik” jurnalında dərc olunmuşdur. 

YUNESKO-nun  qərarı  ilə  1967-ci  ildə  M.F.  Axundzadənin  bütün  komediyaları  toplu 

halında  orijinaldan  Lui  Bazen  tərəfindən  tərcümə  edilib  çap  olunmuşdur.  Əsərlərinin  tam 

tərcümə edilərək nəşr edilməsi Fransa- Azərbaycan ədəbi əlaqələrinin parlaq nümunəsi sayılır.       



  Artıq, Fransada M,F,Axundzadəni tək dramaturq kimi yox, filosof, şair, ədəbi tənqidçi, 

publisist, ədəbi və bədii söz ustası kimi tanıyırdılar. 

Əlaqələrin qədim tarixinə daha parlaq bir misal olaraq Aleksandr Dümanın 1958-ci ildə 

Qafqaza  səyahəti  zamanı  yazdığı  xatirələri  çox  böyük  əhəmiyyət  daşıyır.  Onun  “Qafqaz 

xatirələri” adlı əsəri ilk dəfə Tifilisdə çap olunmuşdur. O, bu səyahətə Parisli rəssam  Moyneni 

də özü ilə aparmışdır. A.Düma bu əsərində XIX  əsrdə Qafqazın ayrı –ayrı  yazıçıları, siyasi və 

hərbi  xadimləri,  adət-ənənələri  haqqında  etnik  məlumatlar  vermiş,  bazarlar,  məscidlər, 

ibadətgahlar  və  s.  başlıqlarla  verilmiş  yazılarında  XIX  əsr  Azərbaycan  xalqının  həyat  tərzini 

ustalıqla qələmə almışdır. 

Əsərdə Quba şəhərinin və onun ətrafının təkrarolunmaz gözəllikləri təsvir edilmiş, yerli 

əhalinin  əkinçiliklə,  xalçaçılıqla  məşğul  olmaları  haqqında  məlumatlar  verilmişdir.  Qubanın 

meyvə  bağları,  çayları  onu  heyrətə  gətirmiş,  Bakı,  Xəzərin  sahilləri  onu  valeh  etmişdir.  O 

yazırdı:  “Xəzər  elə  bir  ilahi    gözəlliyə  malik  idi  ki,  heç  bir  tarixçi  və  yazıçı  olduğu  kimi  onu 

təsvir edə bilməzdi. Mən özümə “Xəzər” adlı bir dost qazandım. Biz bir ay bir yerdə olduq, onun 

tufanları,  fırtınaları  haqqında  eşitmişdim,  ancaq  o,  mənə  xoş  təbəssümünü  göstərdi.  Məndən 

qabaq Xəzərə Marlinski heyran olmuşdu. Xəzər ondan ötrü sönməyən alov idi, o da mənim kimi 

Xəzərdən ayrılmağına heyfsilənmiş və doluxsunmuşdu”. 

Bu  sətirlər  Xəzərin  gözəlliyini  əks  etdirən  ilk  qələm  nümunəsidir  və  ona  görə  bizə  çox 

xoşdur  ki,  bu  sözlər  Qərbin  ən  məşhur  incəsənət  xadimləri,  dünya  ədəbiyyatının  karifeyləri 

tərəfindən yazılmışdır. 

A. Düma Bakıda M. Piqulevskinin iqamətgahında görüşdüyü bir azərbaycanlı ailəni belə 

təsvir  edir:  “Səbirsizliklə  gözlədiyimiz,  hörmətlə  qəbul  olunduğumuz  bir  məclisdə  iki 

Azərbaycanlı xanımı və 35 yaşında qədd-qamətli, alışıb-yanan gözləri, qapqara saqqalı, inci kimi 

ağ dişləri olan, başında quzu dərisindən gözəl papaq, uzun qara çərkəzi çuxa geyən, alovlu bir 

gənci bizə təqdim etdilər. Xanımlardan biri Qarabağın axırıncı xanı Mehdiquluxanın qızı, o biri 

isə Xasay xan İsmiyevin xanımı idi. Hər iki qadın milli geyimdə və çadrada idilər. Xasay xanın 

geyimini  belinə  bağlanmış  qızıl  kəmər,  fil  sümüyü  və  qızılla  işlənmiş  xəncər  daha  çox 

gözəlləşdirirdi.  O,  təmiz  fransızca  danışırdı.  Gənc  xanımın  yanında  bir  oğlan,  bir  də  qız  uşağı 

vardı.  Oğlanın  da  belindən  nəfis  bir  xəncər  asılmışdı.  Lap  mat  qalmışdım,  əsl,  iti  xəncər  idi. 

Xasay xanla söhbətimdən məlum oldu ki, o, Peterburqda təhsil almış və mənim dostum Marmye 

ilə yaxın dost olmuşdur. O, məndən xahiş etdi ki, dostumuza onun salamını çatdırım”. 

A.  Dümanın  əsərini  oxuyan,  bu  epizodla  və  adi    çəkilmiş  şəkillərlə  tanış  olan  hər  bir 

ziyalı  söhbətin  şairə    Xurşudbani  Natavan  və  onun  ailəsindən  getdiyini  həmin  dəqiqə  anlayar. 

A.Düma və onun dostu Moyneni Nuxa(Şəki), onun füsunkar gözəlliyi, təbii sərvətləri, üzük qaşı 

kimi onu əhatə edən dağları valeh etmişdi. A.Dümanın təklifi ilə Moyne bu şəhərə iki sənət əsəri 



həsr etmişdi. Həmin əsərlərdən biri uzun illər Qafqazın ən məşhur adamlarından biri olan A.S. 

Baryatinski  tərəfindən  qorunub  saxlanmış,  o  biri  isə  Dümanın  Paris  malikanəsindəki  yataq 

otağının  bəzəyi  olmuşdur.  A.Düma  Nuxada(Şəki)  da,  çoxlu  dostlar  qazanmışdı.  Ayrılarkən 

mayor Məhəmməd xan qılıncı və tapançasını, Knyaz Tarkanov isə ona tüfəng və xalça hədiyyə 

etmiş və Dümadan xahiş etmişdi ki, onlara imkan olsa “Devim” tapançası göndərsin. 

 “Xurşudbanu Natavan bizim diqqətimizi cəlb etdi, bizi heyran qoydu. Ya Qərbdə, ya da 

Şərqdə belə dərin zəkaya malik şairə ola bilməz. O, Azərbaycanın seçilib sayılan qadınlarından 

və şairələrindəndir. İncə zövqü, kövrək qəlbi, xeyrxah niyyətləri, şair təbiəti ilə xalqın sevimlisi 

olmağa layiqdir”.  

A.Düma yazır: “Ey Nuxadan keçən səyyahlar, açıq havada dayanıb mütləq cız-bız yeyin, 

belə təsadüfü əldən verməyin, mütləq yeyin! Tayı-bərabəri olmayan əzəmətli Qafqaz dağlarının 

qoynuna sığınmış Nuxaya ağaclar arasından baxa-baxa yeyin! Belə ləzzəti siz də  dadın ”Mənə 

belə gəlir ki, Nuxadan gözəl yer ola bilməz”. 

Yazıçı  Qafqazı  bəşəriyyətin  beşiyi  adlandırır.  Qafqaz,  xüsusən  də  Azərbaycan  ,  onun 

təbiəti    və  insanları  yazıçının  ürəyində  dərin  iz  salır.  “Nə  olaydı  mənə  bu  yerə  bir  də  gəlmək 

qismət olaydı”- deyir.  

Fransa-Azərbaycan  ədəbi  əlaqələri  tarixində  dəyərli  faktlar  çoxdur.  “Les  Fleurs  de 

I’Azerbaidjans  “(Azərbaycan  çiçəkləri),  yəni  “Azərbaycanın  şairə  qadınları”  adlı  məqalə 

“Müsəlman aləmi” adlı (Revue du Monde Müsülman) jurnalında çap olunmuşdur. Bu məqalədə 

XIX  əsrdə  Qafqazda  yaşayan  Ağabəyim  ağa,  Aşıq  Pəri,  Gövhərağa,  Fatma  xanım  Kəminə, 

Xurşudbanu  Natavan  kimi  şairələr  haqqında  məlumatlar  verilir:  “Fatma  xanım  Kəminə  çox 

talantlı,  uzaqgörən,  ağıllı,  parlaq  bir  Azərbaycan  şairəsidir.  Onun  XIX  əsr  Azərbaycan 

ədəbiyyatında öz layiqli yeri var”. 

Azərbaycanda  V.Hüqo,  J.Vern,  A,Düma,  Mopassan,  Molyer  və  başqa  fransız  yazıçı  və 

şairlərinin əsərləri istər orijinaldan, istərsə də, tərcümədən oxucularımız tərəfindən sevililə-sevilə 

oxunur. 


Fransa-Azərbaycan  əlaqələrindən  danışmaq,  onun  tədqiqatçılarını  diqqətlə  izləmək    və 

oxumaqla əmin oluruq ki, hər iki xalqın ədəbiyyatı çox zəngin tarixə və görkəmli şəxsiyyətlərə 

malikdir.  

                                                                   Ədəbiyyat: 

1. Rauf İsmayılov: “Азербайджанско-Франсузкие литературные связи” 

2. A.Düma: “Qafqaz səfəri” (Qəzənfər Paşayev) 

3. Ç.Hüseynov: “Fransa dəftəri” (“Ulduz” jurnalı. 1967 N2, səh: 52-59) 

4. Ş.Zamanov: ”Balaca Parislinin həyatı” haqqında ( “Azərbaycan” jurnalı 1978,N     

    11,səh: 197-199) 



Azərbaycan



Fransa ədəbi əlaqələri



 



AMİ-nin Şəki filialının “Dillər” kafed- 

rasının “Baş müəllim”i, “Fransa Milli 

Elmlər Akademiyası”nın diplom və 

“Palmes Académiques” medalçısı 

Əkbərova Əsmayə Bəxtiyar qızı”

 

               



             Tel: 044 277 06 52.  055 755 04 52                                                                 

 

Üç  yüz  ildən  çox  tarixə  malik  olan  Azərbaycan  -  Fransa  mədəni,  elmi,  ədəbi-  bədii 



yaradıcılıq  əlaqələri  hər  iki  xalqın  bir-birlərini  daha  yaxından  tanımasına  və  yaxınlaşmasına 

səbəb  olmuşdur.  Zəngin  yaradıcılığa  və  adətlərə  malik  olan  Azərbaycan  klassik  ədəbiyyatı  və 

folkloruna  aid  materialların  toplanması  və  tərcüməsi  sahəsində  Fransa  ədəbiyyatçılarının  rolu 

böyükdür. Fransız tədqiqatçıları zəngin Azərbaycanən şifahi və yazılı xalq xəzinəsinə çox böyük 

diqqət  yetirmiş,  “Avesta”,  “Kitabi  Dədə-Qorqud”,  “Koroğlu”  kimi  sənət  abidələrini,  Nızamı, 

Xaqani,  Nəsimi,  Füzuli,  Xətai,  M,F,Axundov    və  başqa  görkəmli  ədəbiyyatçıları  tədqiq  və 

tərcümə etməyə səy göstərmişlər.  

 

“Koroğlu”eposu 1853-cü ildə Parisdə A.Brelye və Jorj Sand tərəfindən tərcümə olunmuş, 



monoqrafiyalar  şəklində  “Aziatik”  jurnalında  çap  edilmişdir.  Tərcümələrdən  birində  deyilir: 

”Koroğlu  “eposunda  sadə  bir  kəndlinin  yaratdığı  möcüzələrdən  yox,  xalq  içindən  çıxan,  xalq 

üçün  yanan,  xalqı  öz  ardı  ilə  aparmağı  bacaran,  haqq-ədalət  uğrunda  mübariz  bir  el 

qəhrəmanından  danışılır.  O  qəhrəman  ki,  onun  ətrafında  müxtəlif  millətlərin  nümayəndələri 

toplaşır, qardaşlaşır. Əfsanəvi qəhrəmanın atributları isə “Misri qılınc” və “Qıratdır”. 

 

“Dədə  Qorqud  “  əsərinin  tətbiqi  haqqında  isə  K.Planolun  apardığı  tədqiqatlar  və 



tərcümələr,  əldə  edilmiş  variantlar  düzgün  və  dəqiq  hesab  oluna  bilər.  “Aziatik”  jurnalında 

yazılır  ki,  300-dən  çox  variantı  olan  bu  sənət  əsərinin  əl  yazmasının  düzgün  variantı  Vatikan 

muzeyində saxlanılır. 

“Avesta”nın ilk tərcüməçisi XVIII əsrin II  yarısında, 1771-ci ildə Fransız alimi Anketil 

de  Perron  olmuşdur.Onun  tərcüməsi  ədəbiyyat  sahəsində  böyük  əks-səda  doğurmuş,  Fransa- 

Azərbaycan  ədəbi  əlaqələrinin  əsasının  qoyulmasında  müstəsna  rol  oynamışdır.1873-cü  ildən 

1953-cü  ilə  qədər  “Avesta”nın  tərcüməsi  ardıcıl  olaraq  “Aziatik”  jurnalında  -  Paris  Luvenski 

Universitetinin  professoru  M.S.Xarlez  tərəfindən  həyata  keçirilmiş  və  1872-1880-cı  illər 

arasında  13  məqalə  ilə  çıxış  etmişdir.  Get-gedə  avestaçıların  -  xüsusilə,  tərcüməçilərin  sayı 

artmışdır. Onlar öz məqalələri ilə sübut edirdilər ki, Azərbaycanın şifahi və yazılı ədəbiyyatı ilə 

yaxından maraqlanır və öyrənməyə çalışırlar. 



 

XIX  əsr  ədəbiyyatının  görkəmli  nümayəndəsi  M.F.Axundzadənin  1850-1855-ci  illərdə 

yaratdığı  ölməz  altı  komediyasının  tərcüməsi  bu  iki  xalqın  əlaqələrinin  daha  dərin  olduğunu 

ğöstərir. 

“Mösyö Jordan və Dərviş Məstəli şah” komediyası Fransaya, fransız ədəbiyyatına, karol 

Lui  Flippin  devrilməsinə,  Fransa  inqilabına  dərin  hörmətin  təcəssümüdür.  Böyük  realist,  ustad 

M.F.Axundov tərəfindən qələmə alınmış Mösyö Jordan mürəkkəb xarakterli; həm müsbət, həm 

də mənfi cəhətləri olan bir surətdir. Qarabağın florasını öyrənməyə gələn M.Jordanı Hatəmxan 

ağa  çox  dəbdəbə  ilə  qarşılayır.  Qonaqpərvər  ağa  uzaq  Parisdən  gələn  alim  -  Jordanı  ailə  üzvü 

kimi  qəbul  edir.  Əsərin  gedişi  boyu  Fransa,  Paris  diqqət  mərkəzində  olur.  Şahbaz  bəy  fransız 

dilini  öyrənməyə  səy  edir,  Fransaya  alim-Jordanla  getmək  istəyir.  Hatəmxan  ağa  bu  plana 

əvvəlcə razı olmasa da, qardaşı oğlunun Avropaya səfərinin ona şöhrət gətirəcəyi üçün razılaşır. 

Baxmayaraq ki, əsər Fransa inqilabından iki il sonra yazılıb, ancaq dahi Azərbaycan dramaturqu 

məharətlə hadisələri əlaqələndirib. 

M.F.Axundovun  oğlu  Rəşidbəy  Axundov  1874-1878-ci  illərdə  Brüssel  Universitetində 

oxuyurdu  və  fransız  dilini  gözəl  bildiyindən  atasının  məsləhəti  ilə  “Mösyö  Jordan”  əsərini 

fransız dilinə, “Balaca Parislinin həyatı” əsərini Azərbaycan dilinə tərcümə edir.  

Məmməd  Arif  yazırdı:  “Fransız  tədqiqatçıları  M.F.Axundovu  rus  xalqının  Qoqolu, 

Fransanın  Molyeri  adlandırır,  hətta,  fəlsəfi  fikirlərinə  görə  onu  dahi  fransız  filosofu  Volterlə 

müqayisə edirdilər.”  

Əlaqələrin qədim tarixinə daha parlaq bir misal olaraq Aleksandr Dümanın 1958-ci ildə 

Qafqaza  səyahəti  zamanı  yazdığı  xatirələri  çox  böyük  əhəmiyyət  daşıyır.  Onun  “Qafqaz 

xatirələri”  əsəri  ilk  dəfə  Tifilisdə  çap  olunmuşdur.  O,  bu  səyahətə  Parisli  rəssam    Moyneni  də 

özü ilə aparmışdır. A.Düma bu əsərində XIX əsrdə Qafqazın ayrı –ayrı yazıçıları, siyasi və hərbi 

xadimləri, adət-ənənələri haqqında etnik məlumatlar vermiş, bazarlar, məscidlər, ibadətgahlar və 

s.  başlıqlarla  verilmiş  yazılarında  XIX  əsr  Azərbaycan  xalqının  həyat  tərzini  ustalıqla  qələmə 

almışdır. 

Əsərdə Quba şəhərinin və onun ətrafının təkrarolunmaz gözəllikləri təsvir edilmiş, yerli 

əhalinin  əkinçiliklə,  xalçaçılıqla  məşğul  olmaları  haqqında  məlumatlar  verilmişdir.  Qubanın 

meyvə bağları, çayları onu heyrətə gətirmiş, Bakı, Xəzərin sahilləri onu valeh etmişdir. A. Düma 

Bakıda  M.  Piqulevskinin  iqamətgahında    Qarabağın  axırıncı  xanı  Mehdiquluxanın  qızı,  Xasay 

xan İsmiyevin xanımı ilə görüşür. Xasay xanla söhbətindən məlum olur ki, o, Peterburqda təhsil 

almış və onun dostu Marmye ilə yaxın dost olmuşdur. O, Dümadan xahiş edir ki, dostuna onun 

salamını çatdsın.Yazıçı Qafqazı bəşəriyyətin beşiyi adlandırır. Qafqaz, xüsusən də Azərbaycan , 

onun  təbiəti    və  insanları  yazıçının  ürəyində  dərin  iz  salır.  “Nə  olaydı  mənə  bu  yerə  bir  də 

gəlmək qismət olaydı”- deyir. 




Fransa-Azərbaycan  ədəbi  əlaqələri  tarixində  dəyərli  faktlar  çoxdur.  “Les  Fleurs  de 

I’Azerbaidjans  “(Azərbaycan  çiçəkləri),  yəni  “Azərbaycanın  şairə  qadınları”  adlı  məqalə 

“Müsəlman aləmi” adlı (Revue du Monde Müsülman) jurnalında çap olunmuşdur. Bu məqalədə 

XIX  əsrdə  Qafqazda  yaşayan  Ağabəyim  ağa,  Aşıq  Pəri,  Gövhərağa,  Fatma  xanım  Kəminə, 

Xurşudbanu  Natavan  kimi  şairələr  haqqında  məlumatlar  verilir:  “Fatma  xanım  Kəminə  çox 

talantlı,  uzaqgörən,  ağıllı,  parlaq  bir  Azərbaycan  şairəsidir.  Onun  XIX  əsr  Azərbaycan 

ədəbiyyatında öz layiqli yeri var”deyilir. 

Azərbaycanda V.Hüqo, J.Vern, A,Düma, Mopassan, Molyer və başqa fransız yazıçıları-

nın əsərləri oxucularımız tərəfindən orijinaldan və tərcümədən sevililə-sevilə oxunur.  

 

Ədəbiyyat: 



1. Rauf İsmayılov: “Азербайджанско-Франсузкие литературные связи” 

2. A.Düma: “Qafqaz səfəri” (Qəzənfər Paşayev) 

3. Ç.Hüseynov: “Fransa dəftəri” (“Ulduz” jurnalı. 1967 N2, səh: 52-59) 

4. Ş.Zamanov: ”Balaca Parislinin həyatı” haqqında ( “Azərbaycan” jurnalı 1978,N     

    11,səh: 197-199) 

 

 



  

Yüklə 60,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə