“Azərbaycan”. 015. mart. N 49. S. 10. Şərqi Anadolu, Naxçıvan və İrəvanda ermənilərin törətdikləri soyqırımlar Başbakanlıq Osmanlı Arxivinin sənədləri əsasında. 1918-1920-ci illər



Yüklə 57,73 Kb.
Pdf görüntüsü
tarix21.03.2018
ölçüsü57,73 Kb.
#32756


“Azərbaycan”.-2015.-3 mart.-N 49.-S.10. 

Şərqi Anadolu, Naxçıvan və İrəvanda ermənilərin törətdikləri soyqırımlar 

Başbakanlıq Osmanlı Arxivinin sənədləri əsasında. 1918-1920-ci illər 

1918-1920-ci illərdə ermənilərin Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində türk-müsəlman 

əhaliyə qarşı həyata keçirdiyi soyqırımı cinayətləri böyük güc mərkəzlərinin Azərbaycan, İran və 

Şərqi  Anadolu  torpaqlarında  erməni  dövləti  yaratmaq  üçün  əsrlər  boyu  düşünülmüş  və  planlı 

şəkildə  həyata  keçirdiyi  məkrli  siyasətinin  qanlı  nəticələrindən  biridir.  Bu  soyqırımılarını  sübut 

edən  çox  sayda  qiymətli  sənədlər  hazırda  Türkiyə  Cümhuriyyəti  Başbakanlıq  Osmanlı  Arxivində 

(bundan  sonra  -  BOA)  qorunub  saxlanılır.  Həmin  sənədlərdəki  faktiki  materiallar  sübut  edir  ki, 

1918-1920-ci  illərdə  ermənilərin  Şərqi  Anadolu  (Qars,  İğdır,  Bayəzit,  Muş,  Van,  Ərzurum, 

Trabzon, Kağızman və s.), Naxçıvan və İrəvan bölgəsində on minlərlə dinc, silahsız türk-müsəlman 

əhali etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir. 

Təqdim  olunan  sənədlərin  əksəriyyəti  bölgədəki  ingilis  nümayəndəsinin  iştirakı  ilə  yerli  əhali 

içərisindən seçilmiş insanlar tərəfindən tərtib olunmuş, bəziləri isə Osmanlı dövlətinin XV Nizami ordusu 

rəhbərlərinə  kömək  üçün  ünvanlanmışdır.  Sənədlərin  müəyyən  hissəsi  Başbakanlıq  Osmanlı  Arxivinin 

əməkdaşları  tərəfindən  hazırlanaraq  iki  cildlik  toplu  şəklində  çap  olunmuşdur  (Ermeniler  tarafından 

yapılan  katliam  belgeleri.  (1914-1919)  c.I,  Ankara,  2001;  (1919-1921)  c.II,  Ankara,  2001).  BOA-nın 

əsasən  “Xarici  Siyasi  Kalem”  (HR.SYS)  fondundan  əldə  etdiyimiz  bu  sənədlərdə  Şərqi  Anadolu, 

Naxçıvan  və  İrəvan  bölgələrində  türk-müsəlman  əhaliyə  beşikdəki  körpələrdən  tutmuş  ixtiyar  qocalara 

qədər  misli  görünməmiş  qəddarlıqla  divan  tutulması,  kütləvi  şəkildə  qətliamlar  həyata  keçirilməsi,  bir 

sözlə, dinc əhaliyə qarşı ən acınacaqlı, qanlı cinayətlərlə dolu erməni soyqırımıları təsvir olunmuşdur. 

Sənədləri  təhlil  edərkən  ermənilərin  türk-müsəlman  əhalisinə  qarşı  həyata  keçirdikləri  soyqırımı 

cinayətlərini əhatə dairəsinə görə üç qrupa ayırmaq mümkündür. 

1. Şərqi Anadolu bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımılar: 

I Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək istəyən Rusiya ordusunun tərkibində hərbi 

təlim görmüş 150 min erməni əsgəri və tərkibində təqribən 10 min silahlını birləşdirən 4 erməni könüllü 

birlikləri  (drujinaları)  var  idi  (Arutunyan  A.O.  Kavkazskiy  front.  1914-1917  qq.  Erevan,  “Ayastan”. 

1971).  Rusiyada  1917-ci  il  oktyabr  çevrilişindən  sonra  rus  qoşunlarının  tərkibində  Qafqaz  cəbhəsində 

Türkiyəyə  qarşı  vuruşan  erməni  əsgər  və  zabitləri  əllərində  silah  Cənubi  Qafqaza  qayıdırdılar.  Üstəlik, 

ermənilərin  “Qərbi  Ermənistan”  adlandırdıqları  Şərqi  Anadolu  ərazilərindən  həmin  dövrdə  260  minə 

yaxın  erməni  qaçqını  da  Cənubi  Qafqaza  gəlmiş,  əsasən  İrəvan  quberniyasında  özlərinə  sığınacaq 

tapmışdılar (İstoriya armyanskoqo naroda. Erevan, izd. - vo Erevanskoqo un-ta, 1980). 

Şərqi  Anadolunun  mühüm  strateji  əhəmiyyətli  bölgəsindən  biri  olan  Ərzuruma  ermənilər  xüsusi 

əhəmiyyət  verirdilər.  Rusiya  erməniləri  buradan  Türkiyəyə  keçərək  bölgədə  öz  mərkəzlərini 

yaratmışdılar. Trabzon-Van yolunun ortasında yerləşdiyindən Ərzurum həm quru yolla Qafqazdan, həm 

də  Trabzon  yolu  ilə  (dənizdən)  Batum,  Göstənçə  və  digər  yerlərdən  müntəzəm  məlumat  almaq, 

vilayətlərə  silah,  hərbi  sursat  göndərmək  üçün  çox  əlverişli  idi.  1919-cu  ilin  yayında  təkcə  Ərzurumda 

426 nəfər türk-müsəlman milli mənsubiyyətinə görə ermənilər tərəfindən xüsusi işgəncələrlə, boğularaq, 

yandırılaraq məhv edilmişdir (Ermeniler Tarafından..., c.I, s.377).  

Hələ  I  Dünya  müharibəsi  zamanı  Kağızmanda  böyük  qismi  fərari  əsgərlərdən  ibarət  olan  ermənilər 

ruslar tərəfindən silahlandırılmışdı. 800-dən çox erməni toplaşmış, buraya ermənilərdən ibarət rus könüllü 

bölüyü  də  gəlmiş,  beləliklə,  bölgədəki  silahlı  ermənilərin  sayı  15000  nəfərə  çatmışdı.  1919-cu  ilin 

iyulunda  keçmiş  Kağızman  mütəsərrifi  Arslan  bəy  və  İsmayılzadə  Əhməd  əfəndi  ailələri  ilə  birlikdə 

Kağızmandan Qarsa gedərkən yolda erməni hərbiçiləri tərəfindən faciəli şəkildə qətl edilmişlər. Erməni 

hərbçilərinin  Kağızmana  olan  hücumları  artdığı  üçün  yerli  türk-müsəlman  əhalinin  əksəriyyəti  doğma 

yurdlarını  tərk  edərək  dağlara  çəkilmiş,  onların  mal  və  mülklərini  ermənilər  talan  etmişlər  (Bax: 

Başbakanlık  Osmanlı  Arxivi  (BOA)  HR.  SYS.  2877/39).  1919-cu  ilin  yayında  bu  azğın  millət 

Kağızmanda türk-müsəlman əhalini vəhşicəsinə qətlə yetirərək Araz çayına tökmüşlər (BOA, HR. SYS. 

2877/73). 

1914-1921-ci  ilin  əvvəllərinə  kimi  ermənilər  Qars  və  Ərdahanda  30000  min  əliyalın  əhalini  məhv 

etmişlər. 1919-cu ilin əvvəlində Qarsda 9 millət vəkili qətl edilmışdir (Bax: Ermeniler Tarafından.., c.I, 

s.375-376.). Təkcə 1920-ci ildə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman 

əhali acınacaqlı işgəncələrlə soyqırımına məruz qalmışdır (Bax: Ermeniler Tarafından .., c.II, s.1054). 




Böyük  dövlətlərin  Cənubi  Qafqaz  bölgəsinə  “nəzarət  etmək”  siyasəti  gücləndikdən  sonra  onların 

yardımına arxalanan Ararat Respublikasının Azərbaycan torpaqları ilə yanaşı həm də Şərqi Anadoluda - 

əsasən  Araz  çayı  ətrafında  yaşayan  türk-müsəlman  əhaliyə  qarşı  soyqırımı  siyasəti  daha  da 

intensivləşmişdi.  1919-cu  ilin  iyulunda  ermənilər  Araz  çayı  ətrafında  yerləşən  Dəşti,  Əfşar,  Xınalıq, 

Qaralar,  Şirazlı,  Caddə,  Görəvan,  Tavat  və  digər  kəndlərə  hücum  edib  yerli  əhaliyə  divan  tutmuşlar. 

Erməni  cəlladları  onları  diri-diri  yandırmış  və  canlı-canlı  basdırmışlar.  Canını  qurtara  bilənlər  doğma 

ocaqlarını  tərk  edərək  dağlara  çəkilmişlər.  Kəndlərdəki  bütün  məhsullar  və  əhaliyə  məxsus  əşyalar 

ermənilər tərəfindən tamamilə talan edilmişdir. Bütün bunlar yerli şahidlər tərəfindən 1919-cu il iyulun 3-

də tərtib olunmuş sənəddə (BOA, HR. SYS. 2877/16) öz əksini tapmışdır.  

1920-ci  il  30  iyun  tarixli  bir  sənəddə  ermənilərin  Qaraurqan,  Kağızman,  Ərzurum,  Qars,  Bayəzit, 

Sarıqamış və Araz ətraflarında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif bədən üzvlərinin 

kəsilərək  ayrı-ayrı  şəkillərdə  qətliam  etdikləri,  qadınlara  hücum  və  təcavüz  olunduğu,  kəndlərə  olunan 

basqınlar  və  əhalinin  diri-diri  yandırılması  və  s.  hadisələrlə  bağlı  ingilis  nümayəndəsinə  göndərilən 

məlumatda  öz  əksini  tapmışdır.  Həmin  sənəddə  Nuruşlu  kəndindən  60  yaşlı  Məhəmməd  oğlu  Əli,  Hilə 

kəndindən  13  yaşlı  Ağa  oğlu  İdris,  İsalı  kəndindən  50  yaşlarında  Əziz  oğlu  Rüşdinin  cəsədləri  Rusiya 

sərhədləri ilə üzbəüz İxtiyar dərəsi deyilən məhəllədə tapılmışdır. Bunlardan birincisi yalnız kəlləsindən 

vurulmuş, ikincisi isə silah və bıçaqla vurulmuş və qulaqları kəsilmişdi. Üçüncünün kəlləsində bir neçə 

silah və bıçaq yarası və bədəninin ayrı-ayrı üzvləri kəsilmiş halda tapılmışdır (BOA, HR. SYS. 2877/13).  

1920-ci ilin sonunda Qars bölgəsinin Taşnik, Subatan, Ani və Danyalıq kəndlərindəki əhali acınacaqlı 

şəkildə erməni cəlladları tərəfindən məhv edilmiş və bütün əmlakları qəsb edilmişdir (BOA, HR. SYS. 

2878/81).  

1920-ci  il  martın  6-da  tərtib  olunmuş  sənəd  (BOA,  HR  SYS.  2878/22)  XV  Nizami  ordu 

komandanlığına ünvanlanmışdır. Bu məktubda ermənilərin təkrar Zərşad qəzasına hücuma keçərək 2 min 

nəfərlik  türk-müsəlman  əhalini  dəhşətli  bir  formada  məhv  etməsi  açıqlanır.  Sənəddə  qeyd  olunur  ki, 

“...ermənilər  müsəlmanların  mənəviyyatını  bütünlüklə  qırmaq  üçün  müsəlman  qızlarını  12  arabaya 

dolduraraq  Gümrüyə  aparmış,  6  arabanı  isə  Qarsda  gizlədərək  erməni  evlərinə  yerləşdirmişdi.  Qarsda 

olan  ermənilər  bazar  açaraq  orada  Zərşadın  talan  edilməsi  zamanı  qanına  qəltan  edilən  müsəlmanların 

qadınlarının qiymətli əşyalarını, geyimlərini təcili satmaqdadırlar.”  

Beləliklə,  erməni  millətçiləri  I  Dünya  müharibəsində  Türkiyənin  ağır  vəziyyətə  düşməsini  sərsəm 

“Böyük  Ermənistan”  yaratmaq  xülyalarının  həyata  keçirilməsi  üçün  əlverişli  məqam  bilib  Şərqi 

Anadolunun  bir  çox  yerlərində  erməni  qiyamları  təşkil  etmiş,  silahlı  erməni  quldur  dəstələri  gələcək 

Ermənistan  dövləti  üçün  ərazi  yaratmaq  məqsədilə  dinc  türk  əhalisinə  qarşı  dəhşətli  soyqırımı  törətmiş, 

əhalini ata-baba yurdlarından qovmuşlar.  

2. Naxçıvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımılar: 

Başbakanlıq  Osmanlı  Arxivinin  (BOA)  müxtəlif  fondlarından  əldə  edilmiş  sənədlərdə  Naxçıvan 

qəzasında  həyata  keçirilən  qırğınlar  və  vəhşiliklər  öz  miqyasına,  forma  və  metodlarına  görə  tarix  boyu 

insanlığa  qarşı  törədilmiş  ən  ağır  cinayətlərdən  biridir.  Həmin  sənədlərdə  1919-cu  ilin  yayından 

başlayaraq  1921-ci  ilin  əvvəlinə  qədərki  dövr  ərzində  Naxçıvan  qəzasında  erməni  silahlı  dəstələrinin 

silahsız azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı cinayətləri haqqında ibrətamiz materiallar 

öz əksini tapmışdır. Ermənilərin Naxçıvan qəzasında həyata keçirdiyi soyqırımıların daha çox olmasının 

əsas  səbəbi  Naxçıvan  bölgəsinin  əlverişli  strateji  mövqedə  yerləşməsi  və  burada  2  aylıq  erməni 

idarəçiliyinin tətbiq olunmasıdır. 

Ermənilərin  Naxçıvanda  qısa  müddətdə  idarəçilik  cəhdi  bölgəyə  ağır  zərbə  vurdu  və  burada  saysız-

hesabsız  soyqırımılara  yol  açdı.  BOA-dan  əldə  etdiyimiz  sənədlər  sübut  edir  ki,  ermənilər  Naxçıvan 

qəzasında öz bədnam niyyətlərinə nail olmaq üçün dinc əhalinin canlı-canlı yandırılması, kütləvi şəkildə 

diri-diri  torpağa  basdırılması,  vəhşicəsinə  balta  ilə  doğranması,  amansız  işgəncələrlə  son  nəfərədək  qətl 

edilərək Araz çayına tökülməsi kimi ən qəddar və ağılasığmaz əməllərə əl atmaqdan belə çəkinməmişlər. 

Təkcə  bir  gün  ərzində  Naxçıvan  və  Şərurda  45  kənd  tamamilə  məhv  edilmişdir  (BOA,  DH.  KMS.  53-

3/15). 

Əgər  1918-ci  ilin  mayına  qədər  azərbaycanlı  əhaliyə  qarşı  kütləvi  talanlar  və  vəhşiliklər  I  Dünya 



müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata 

keçirilirdisə,  Ararat  Respublikasının  yaranmasından  sonra  türk-müsəlman  əhalisinin  soyqırımı  rəsmi 

İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrindən fəal istifadə olunmağa 

başlandı.  

BOA-nın  sənədləri  içərisində  Naxçıvan  qəzasında  erməni  idarəçiliyi  dövründə  erməni  hərbi 

birləşmələrinin  həyata  keçirdikləri  soyqırımıları  əks  etdirən  materiallar  daha  çoxdur.  1919-cu  ilin 

iyulunda  tərtib  olunmuş  bir  sənəddə  erməni  hərbi  birləşmələrinin  Naxçıvan  qəzasının  Yengicə,  Qıvraq 



kəndlərinə  silah  toplamaq  bəhanəsi  ilə  hücum  edib  yerli  əhaliyə  görünməmiş  işgəncələr  verməsi  təsvir 

olunmuşdur.  

1920-ci il martın 6-da tərtib olunmuş bir sənəddə (BOA, HR SYS. 2878/22) Şərur, Çıldır və Ağbabada 

ermənilərin türk-müsəlman əhaliyə etdiyi zülm və qətliamlardan sonra amerikalı polkovnik Haskel digər 

amerikalı  və  ingilis  məmurları  ilə  bölgəyə  gələrək  əhalini  sakitləşdirməyə  çalışmışdı.  Həmin  vaxt 

ermənilər eyni məntəqələrdəki 28 kəndə təkrar hücum edərək daha dəhşətli qətliamlar törətmişlər.  

Başbakanlıq  Osmanlı  Arxivindən  əldə  olunan  sənədlər  içərisində  Naxçıvan  qəzasında  erməni  hərbi 

birləşmələrinin  həyata  keçirdikləri  soyqırımı  cinayətini  əks  etdirən  materiallar  kitabın  arxasına  əlavə 

olunmuşdur.  Burada  soyqırımına  məruz  qalan  insanların  adları  açıqlanmışdır.  1918-1920-ci  illərdə 

Naxçıvanın  Şərur  və  Sədərək  bölgəsində  ermənilər  tərəfindən  56  kənddə  həyata  keçirilən  soyqırımı 

nəticəsində  428  nəfər  qətl  edilmiş,  2.286  ev  yerlə-yeksan  olunmuş,  7.178  nəfər  evsiz-eşiksiz  qalmış, 

bunun  nəticəsində  6.740  nəfər  səfalətdən  məhv  olmuş,  24  qadın  erməni  təcavüzünün  qurbanı  olmuş, 

3.971.200  pud  ərzaq,  731500  pud  pambıq,  169.250  qoyun  və  47.367  baş  qaramal  ermənilər  tərəfindən 

qəsb  edilmişdir.  Dərələyəz  bölgəsində  isə  erməni  hərbi  birləşmələrinin  həyata  keçirdikləri  soyqırımı 

nəticəsində  54  kənddə  57.240  nəfər  qətl  edilmiş  9.735  ev  yerlə-yeksan  olunmuşdur  (BOA,HR  SYS. 

2878/93).  Bütün  məhv  olan  insanların  ümumi  sayı  64408  nəfərdir.  Bu  soyqırımılar  Naxçıvanın 

sovetləşməsindən sonra da davam etmişdi. 1921-ci ildə Naxcıvan qəzasında ermənilər tərəfindən işgəncə 

ilə 12 nəfər öldürülmüşdü (BOA,HR SYS. 2878/93). 

3. İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımılar: 

1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara 

qarşı  əsl  soyqırımı  törədilmişdir.  Tarixi  Azərbaycan  torpaqlarında  yaradılan  Ermənistan  (Ararat) 

Respublikasının  rəsmi  dövlət  qurumları  tərəfindən  həmin  illərdə  silah  gücünə  etnik  təmizləmə  siyasəti 

həyata  keçirildi.  Ermənilərin  azərbaycanlılara  qarşı  həyata  keçirdikləri  vəhşiliklər,  azərbaycanlı  yaşayış 

məntəqələrinin silah gücünə darmadağın edilməsi, müsəlmanlara qarşı törətdikləri zülmlər və bu zülmlərə 

son qoyulması tələbi ilə əhalinin Şərq cəbhəsi ordu komandanlığından yardım tələb etməsi məktublarda, 

dövrün arxiv sənədlərində kifayət qədər öz əksini tapmışdır (BOA, HR SYS. 2878/81; BOA, HR SYS. 

2878/85). 

3  iyul  1919-cu  il  tarixli  “Ermənilərin  Sevan  (Göycə)  əhalisinə  rəva  gördükləri  mezalimlerin  icra 

edildiyi məntəqələrin təsviri” adlanan xəritədə həmçinin Ağbulaq, Zəruşad, Şörəyel, Qəmərli, Sultanqala, 

Qars və s. bölgələr də təqdim olunur (BOA,HR SYS. 2877/13). 1919-cu ilin iyulunda tərtib olunmuş bir 

sənəddə  Araz  çayı  boyunda  soyqırımıların  həyata  keçirildiyi  ərazilərin  təsvir  olunduğu  daha  bir  xəritə 

verilmişdir.  Burada  İrəvan,  Böyük  Vedi,  Qaralar,  Şirazlı,  Xalisə,  Sədərək,  Əlisar,  Turab  elçisi  və  s. 

bölgələr təsvir edilmişdir. Hətta həmin xəritədə yerləşməyən kənd adları  -  Şiti, Giran, Naytəm, Karvan 

ayrıca qeyd olunmuşdur (BOA,HR SYS. 2877/16). 

1920-ci  il  30  iyun  tarixli  bir  sənəddə  ermənilərin  Qaraurqan,  Kağızman,  Ərzurum,  Qars,  Bayəzit, 

Sarıqamış, Naxçıvan və Araz ətraflarında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif bədən 

üzvlərini  kəsərək  ayrı-ayrı  şəkillərdə  qətliam  etdikləri,  qadınlara  hücum  və  təcavüz  olunduğu,  kəndlərə 

basqınlar  və  əhalinin  diri-diri  yandırılması  kimi  hadisələrlə  bağlı  məlumat  ingilis  nümayəndəsinə 

göndərilmişdir (BOA, HR. SYS. 2877/13). 

1920-ci  ilin  fevralında  İrəvan  quberniyasının  Şörəyel  qəzasında  1350  nəfər  əliyalın  əhali  kəndlərini 

tərk  edərkən  ermənilər  tərəfindən  məhv  edilmişdir.  Həmin  ilin  mart  ayında  yenə  də  Şörəyel  qəzasında 

2000 nəfər müxtəlif şəkildə vəhşicəsinə qətl edilmişdir (Ermeniler Tarafından.., c.II, s.1053). 

1920-ci  ilin  iyulunda  erməni  silahlı  birləşmələri  Uluxanlı  (İrəvan)  ətrafındakı  -  Qaraoğlu,  Lələoğlu, 

Novosəlim,  Qaraçayır,  İğdır,  Ağpinar,  Qırxpinar,  Ağcaqala,  Çuxuru  kəndlərini  yandıraraq  əhalisini 

tamamilə məhv etmişlər (BOA,HR SYS. 2877/42). 

1920-ci  ilin  sonunda  ermənilər  İrəvan  bölgəsinin  Qızılkilsə  kəndində  50  nəfər  uşaq  və  yeniyetməni 

balta  ilə  doğrayaraq  öldürmüş,  gözlərini  qızdırılmış  şişlərlə  çıxarmış  və  cəsədlərini  qazanlarda 

yandırmışlar. Sabunçu kəndindən 142 nəfərin ağız və burunlarını kəsərək gözlərini oymuş, gənc qız və 

qadınlara  təcavüz  etmişlər.  Erməni  cəlladları  yeni  doğulan  körpələri  anaları  ilə  bərabər  iri  qazanlarda 

yandırmışlar. Həmin yandırılan qadınların ərlərinə bu vəziyyəti zorla seyr etdirmiş və bundan sonra onları 

da  həmin  hala  salmışlar.  Qaraqola,  Tirik,  Pozbir  kəndlərindəki  bütün  əhali  acınacaqlı  şəkildə  məhv 

edilmiş, əmlakları talan olunmuşdur (BOA, HR. SYS. 2878/81). 

28 yanvar 1921-ci ildə tərtib olunmuş sənəddə (BOA, HR SYS. 2878/79) 1920-ci ildə İrəvan və İğdır 

arasında yerləşən kəndlərin türk-müsəlman əhalisinin ermənilər tərəfindən tarixdə görünməmiş vəhşiliklə 

həyata  keçirilən  soyqırımına  məruz  qaldığı  təsvir  olunmuşdur.  Sənədlər  Bulaqbaşı,  Novruz,  Uluxanlı, 

Qəmərli,  Ciləban,  Şeyxlər,  Qaçaq,  Fəqirlər,  Əliməmməd  və  Xızırlı  kəndlərinin  sağ  qalmış  sakinlərinin 

ifadəsi əsasında tərtib edilmişdir. Adları qeyd olunan kəndlərin sakinləri erməni hərbçilərinin hücumları 



nəticəsində  kəndlərini  tərk  etmiş,  ingilislərin  Qarsa  gəlməsi  və  ermənilərlə  barışıq  əldə  olunmasından 

sonra öz doğma evlərinə qayıdarkən yolda qaniçən azğınlar tərəfindən görünməmiş vəhşiliklərlə həyata 

keçirilən soyqırımına məruz qalmışlar. Ermənilər heç kəsə aman verməyərək qarşılarına çıxan hər kəsi - 

qadın, qoca və uşaqları süngüdən keçirərək dəlik-deşik etmiş,  əhalinin əksəriyyətini top və odlu silahla 

kütləvi  şəkildə  məhv  etmiş,  bələkdəki  körpələrin  bacaqlarını  ayıraraq  başlarını  daşla  əzərək  öldürmüş, 

hamilə  qadınların  bətnini  yararaq  hələ  doğulmamış  körpələri  süngüyə  keçirmişlər.  Erməni  cəlladları 

Qaçaq kəndindən olan qadın və uşaqları hissə-hissə doğrayıb üzərinə qaz yağı töküb yandırmış, qocaların 

saqqallarını  qopararaq  diri-diri  üzlərinin  dərisini  soymuşlar,  bəzi  uşaqların  balta  və  xəncərlə  başlarını 

parçalayıb gözlərini çıxarmış, bəzilərini isə şişə keçirmişlər. Araz çayı kəsilən və boğulan insan cəsədləri 

ilə dolmuşdur. Bu soyqırımı nəticəsində ermənilər tərəfindən məhv edilənlərin ümumi sayı 5307 nəfərdir 

(BOA,HR  SYS.  2878/79;  Bax:  Ermeniler  tarafından  yapılan  katliam  belgeleri,  c.II,  s.  983-984,1054,  // 

kitabda İrəvan bölgəsinə məxsus kəndlər yanlış olaraq Naxçıvan bölgəsinə aid edilmişdir). 

Arxivdən əldə olunan sənədləri təhlil etdikdə aydın görünür ki, 1918-1920-ci illərdə İrəvan, Naxçıvan, 

Şərur,  Gümrü  və  Şərqi  Anadoluda  (Qars,  Kağızman,  Ordu,  Sarıqamış,  İğdır,  Trabzon  və  s.)  və  hətta 

Tiflis, Şörəyel və Borçalı qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhali amansızcasına qətlə 

yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi, kəndlər talan edilərək yandırılmış, Yer üzündən silinmişdir. 

1919-cu il iyulun 3-də tərtib olunmuş bir sənəddə ermənilərin Vedinin ətrafını 4 tərəfdən mühasirəyə 

alaraq buranı aramsız top atəşinə tutduqları, Araz çayı ətrafında yerləşən Dəşti, Əfşar, Xınalıq, Qaralar, 

Şirazlı,  Caddə,  Yengicə,  Qıvraq,  Görəvan,  Tavat,  Kiçik  Vedi  və  s.  kəndlərə  hücum  edərək  əhaliyə 

görünməmiş işgəncələr verdiyi qeyd olunur. Sənəddə göstərilir ki, “...ermənilər tərəfindən məhv edilən 45 

müsəlman kəndinin mərkəzi olan Böyük Vedini 8 topla 4 min nəfərlik erməni hərbçisi mühasirəyə aldı. 

Onlar  İğdır,  Ağpinar,  Qırxpinar,  Ağcaqala  Çuxuru  kəndlərini  yandıraraq  əhalisini  tamamilə  qətlə 

yetirmişlər”. Ümumilikdə bu sənəd adları qeyd olunan kəndlərdəki öldürmə, diri-diri yandırma, bir sözlə, 

ermənilərin  dinc  sakinlərə  etdiyi  zülmləri,  onların  quldurluq  fəaliyyətlərini,  Tərək  kəndi  əhalisini 

tamamilə  məhv  etdikləri,  Odalar  kəndini  talan  etdikləri  və  s.  haqqında  2-ci  firqə  komandanlığına 

göndərilən məlumatdan ibarətdir (Başbakanlık Osmanlı Arxivi (BOA) HR. SYS. 2877/16). 

Şərqi  Anadolu,  Naxçıvan  və  İrəvan  bölgələrində  türk-müsəlman  əhaliyə  qarşı  ermənilərin  həyata 

keçirdikləri  soyqırımı  öz  miqyasına,  forma  və  metodlarına  görə  tarix  boyu  insanlığa  qarşı  törədilmiş, 

yaddan çıxarılması və bağışlanılması mümkün olmayan ən qəddar cinayətlərdən biridir. 

 

Güntəkin NƏCƏFLİ, 



A.A.Bakıxanov adına  

Tarix İnstitutunun aparıcı elmi işçi,  

tarix üzrə fəlsəfə doktoru,  

Dövlət mükafatı laureatı 

Yüklə 57,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə