AzərbAycAn
20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ
də tam inteqrasiyanı dəstəkləyən siyasətə ehtiyacı var
26 mart 20
14
www.internal-displacement.org
Bu inzibati binada 22 ildir ki yaşayan 12 məcburi köçkün ailəsi qayıtmaq ümidini
itirmişdir. Zaqatala, Azərbaycan (Foto: IDMC/N. Walicki, may 2013)
Dağlıq Qarabağ üzərində Ermənistan ilə
münaqişə nəticəsində 90-cı illərdə evlərini
tərk etmiş 597000 məcburi köçkün üçün qayğı
və müdafiənin əsas təminatçısı Azərbaycan
hökuməti qalmaqdadır. Hökumət son 20 il
ərzində məcburi köçkünlərin problemlərinə
əhəmiyyətli vəsait sərf etmişdir. Həmçinin,
məcburi köçkünlük barədə məlumatlılılıq
artırılmış, məlumat yığılmışdır, məcburi
köçkünlərin hüquqları barədə məmurlar
təlimləndirilmiş, köçkünləri müdafiə edən yeni
qanunlar, siyasət və proqramlar qəbul edilmişdir.
Bəzi köçkünlərin hüquqları hətta onların yerli
qonşularından daha üstün şəkildə təmin olunur.
Daha yaxşı yanaşma o olar ki, məcburi
köçkünlərə ehtiyaclarına əsasən yardım
göstərilsin və məskunlaşdıqları yerlərdə tam inteqrasiya olunmasına kömək olunsun. Hökumətin hazırki
siyasəti köçkünlüyün müvəqqəti olması və qayıdışın mümkün olmasına qədər sürəcəyi mövqeyə əsaslanır.
Məcburi köçkünlərin əksəriyyəti qayıtmaq arzusundadır, lakin münaqişənin sülh yolu ilə həlli perspektivi hələ
də uzaq olduğuna görə, onları vəziyyəti artıq müvəqqəti sayıla bilməz. Hökumətin qayıdışa üstünlük verməsi
onu məcburi köçkünlərin qayıdışı gözlədikləri müddətdə hüquqlarının tam bərpası və özünə əminlik və
inteqrasiyasının təmin edilməsindən çəkindirməməlidir. Həmçinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş
ərazilərin azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamənin həyata keçirilməsi üçün əməli tədbirlərin
görülməsi lazımdır və bunun nəticəsi olaraq işğalın sona çatması məcburi köçkünlərin öz torpaqlarında
inteqrasiyaya cəlb olunmasını sürətləndirə bilər.
Hökumətin göstərdiyi əhəmiyyətli yardıma baxmayaraq, məcburi köçkünlərin müdafiəsində mövcud olan
boşluqlara qeyri-adekvat yaşayış şəraiti, çətin dolanışıq, gender əsaslı zorakılıq, ayrı təhsil, uşaqlara qarşı
ayrıseçkilik və məcburi köçkünlərin onlara aid olan qərarların qəbul edilməsində az iştirak etməsi aiddir.
Məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti barədə yenilənmiş və hərtərəfli məlumat bazası olmadığına
görə, neçə məcburi köçkünün hələ də bu problemlərlə üzləşdiyini dəqiq demək çətindir.
Məcburi köçkünlər üzrə Azərbaycanın növbəti dövlət proqramı 2015-ci ildən başlanır. Bu, məcburi
köçkünlərlə məsləhətləşmək, onların ehtiyaclarını qiymətləndirmək və ən çox ehtiyacı olanlara yardımın
göstərilməsini planlaşdırmaq üçün ideal bir fürsət yaradır. Köçkünlərin vəziyyətinin öyrənilməsi onların
köçkün düşməsi ilə bağlı olan ehtiyaclarının hələ də nə dərəcədə mövcud olmasını aşkar etmək və
növbəti dövlət proqramı çərçivəsində yardımın bu ehtiyaclara uyğun planlaşdırılmasına imkan verərdi.
Bu cür tədqiqatın nəticələri həmçinin dövlət və BMT-nin 2015-ci ildən sonrakı inkişaf proqramlarının
prioritetləşdirilməsi və həyata keçirilməsi üçün də faydalı olardı.
Xəritə: IDMC
Daha çox xəritələr üçün: www.internal-displacement.org
Xəzər Dənizi
NAXÇIVAN MUXTAR
RESPUBLIKASI
DAĞLIQ-QARABAĞ
MUXTAR VILAYƏTI
RUSIYA
GÜRCÜSTAN
ERMƏNISTAN
İRAN
Lənkəran
Gəncə
Laçın
Ağdam
Ağcabədi
Bərdə
Sabirabad
Sumqayıt
Naxçıvan
Xankəndi
Bakı
0
50000
100000
150000
200000
Hökumət tərəfindən tikilmiş qəsəbələr
Qarışıq yerlər
Qohumlarla
Yataqxanalar
Ictimai binalar
Zəbt olunmuş mənzillər və evlər
Təhsilə aid olan binalar
Beynəlxalq təşkilatlar tərəfindən tikilmiş evlər
Fermalar, torpaq evləri, yol-boyu
Sanatoriyalar, istirahət evləri, turist bazaları
Yarıtikili binalar
Fin evləri
- - - -
Məcburi köçkünlərin sayı
Məcburi köçkünlərin məskunlaşdığı yaşayış yerləri
?
Azərbaycanda məcburi köçkünlük
Mart 2014
75 km
0
Muxtar Respublikanın (MR) Mərkəzi
Muxtar Vilayətin (MV) Mərkəzi
Beynəlxalq sərhəd
Muxtar vilayətin sərhədi
Paytaxt
50000+ MK
100000+ MK
25000+ MK
10000+ MK
Mənbə: Azərbaycan hökuməti, sentyabr 2013;
Beynəlxalq Böhran Qrupu, fevral 2012
Mənbə: Azərbaycan hökuməti, sentyabr 2013
Şəhər
MK-in tərk
etdiyi yerlər
Bu xəritədə göstərilən sərhədlər və adlar IDMC
tərəfindən rəsmi qəbul olunduğunu işarə etmir.
Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən
siyasətə ehtiyacı var
26 mart 20
14
3
www.internal-displacement.org
Tarixçə
Münaqişə nəticəsində yaranan köçkünlük
Azərbaycanda məcbüru köçkün problemi ölkənin
Qərbində, dağlıq və münbit ərazidə yerləşən Dağlıq
Qarabağ muxtar regionu üzrə Ermənistan ilə
münaqişənin nəticəsində yaranmışdır. Münaqişənin
kökləri XX əsrin əvvəllərinə gedib çıxsa da,
münaqişə 1988-ci ildə Dağlıq Qarabağda millətçi
meylləri yenidən baş qaldırdıqdan və Yerevandakı
Sovet hökuməti ərazinin Ermənistana birləşməsinə
razılıq verdikdən sonra başlandı. Bunun nəticəsi
olaraq 1988-1991-ci illərdə Ermənistan ərazisindən
250000 Azərbaycanlı deportasiya olundu. Nəticədə
Etnik gərginlik gücləndi və hər iki tərəfdən şiddətli
hücumlara gətirib çıxartdı, 1991-ci ildə iki ölkə
müstəqillik əldə etdikdən sonra onların arasında
tam miqyaslı müharibə başlandı. 1992-ci ildə
Dağlıq Qarabağ heç bir başqa dövlət tərəfindən
tanınmamış müstəqillik elan etdi.
1994-cü ildə atəşkəs barədə razılıq hərbi
əməliyyatlara rəsmi olaraq son qoydu, və o vaxtdan
bəri Ermənistan Dağlıq Qarabağı və onu əhatə
edən 7 rayonu bütövlüklə və ya qismən nəzarət
altında saxlayır. Atəşkəs əldə olunana qədər,
təxminən 700000 nəfər Azərbaycanda, 30000
nəfər isə Dağlıq Qarabağın özündə köçkün düşdü
(NRC, 30 aprel 2008, IDMC-nin arxivində;
ICG
,
11 oktyabr 2005). Münaqişə indiyə kimi öz həllini
tapmayıb və sülh danışıqlarında 2011-ci ildən
bəri irəliləyiş yoxdur (
de Waal
, 22 yanvar 2014).
Məcburi köçkünlər işğal barədə milli tarixçənin əsas
hissəsinə çevrilmişdir ki, onlar ərazini tərk etməyə
məcbur edilmişlər və qayıtmaq hüquqları əllərindən
alınmış kimi təqdim olunur (
Wistrand
, fevral 2013;
European University Institute
, 2013).
Azərbaycan ilə Ermənistan arasındakı
münaqişə
çox vaxt dondurulmuş kimi təsvir olunsa da, əslində
o cəbhə xətti boyunca davam edir. 1994-cü ildə
atəşkəs razılığı vasitəsilə müəyyən olunmuş 260
kilometrlik təmas xəttiinin hər iki tərəfində 20000-
dən artıq hərbçi yerləşdirilib ki, bu da onu çox
güman ki Avropanın ən hərbləşdirilmiş zonasına
çevirir (de Waal, 2013;
Saferworld and Conciliation
Resources
, may 2012). Atışmalar müntəzəm olaraq
baş verir, və vasitəçilik səylərinin dalana dirəndiyi
və hər iki tərəfin sürətlə silahlandığı bir şəraitdə
onlar daha da güclənir və geniş yer alır (
ICG
, 26
sentyabr 2013;
Conciliation Resources
, 20 oktyabr
2013). Təmas xəttinə nə sülhməramlı qüvvələr, nə
də beynəlxalq qüvvələr nəzarət edir, lakin ATƏT-in
beynəlxalq müşahidəçiləri ayda iki dəfə monitorinq
aparır.
Təbii təhlükələr nəticəsində yaranan köçkünlük
Azərbaycan həmçinin su daşqını və zəlzələ, daha
az dərəcədə quraqlıq, torpaq sürüşməsi, qar uçqunu
və sel kimi təbii fəlakətlərə məruz qalır ki, bunlar da
köçkünlüyə səbəb ola bilər (
UNICEF və UNISDR
,
dekabr 2011, səh. 47;
IFRC
, 31 iyul 2013;
Oxu.az
,
5 iyul 2013;
Day.az
, 3 iyul 2013;
Zoi Environment
Network
, 2011). Azərbaycan rəsmiləri təsdiq edir
ki, ölkənin 9,5 milyon əhalisinin təxminən 50%
zəlzələyə məruz qalan ərazidə yaşayır (
Trend
, 18
iyun 2012). Dünyanın ən iri təbii qapalı su hövzəsi
olan Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi
mövsumi yağıntı miqdarlarının dəyişməsinə və
torpaq sürüşmələri, qar uçqunları, çay daşqınları
və sellərin yaranmasına səbəb ola bilər ki, bu da
hazırlıq görülmədiyi halda fəlakət və köçkünlüyə
gətirib çıxarda bilər (
UNISDR və Dünya Bankı
,
2009, səh. 30).
Ən son təbii fəlakətlər 2012 və 2010-cu illərdə baş
vermişdir. Şimal-qərbi Azərbaycanda 2012-ci ildə
baş vermiş zəlzələ nəticəsində 7000-dən artıq
ev dağılmış və ya zədələnmişdir ki, nəticədə eyni
sayda ailə çadır və digər sığınacaqlara evakuasiya
olundu (
IFRC,
23 may 2012;
IFRC
, 22 dekabr
2012). 2010-cu ildə güclü yağışlar Azərbaycanın
mərkəzi və cənubi zonalarda Kür ətrafında 40
rayonda daşqına səbəb oldu və Sabirabad
rayonunda 24 000 nəfərə, cəmi isə 70 000 nəfərə
ziyan dəydi. 20 000-dən çox evi su basdı, onlardan
2 300 təmir olunmaz vəziyyətə düşdü, 60 000 ha
kənd təsərrüfatı torpağı su altında qaldı (
CRED
,
may 2012,
IFRC
, dekabr 2010). Bu fəlakətlər
Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün