Azərbaycan”. 2010. 15 yanvar. N 10. S sağalmaz söz yarası



Yüklə 38,24 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü38,24 Kb.
#50655


Azərbaycan”.-2010.-15 yanvar.-N 10.-S.6.

Sağalmaz söz yarası

1990-cı  ilin  yanvarında  ölkə  tam  iflic  vəziyyətinə  düşmüşdü.  Qəzetlər  çıxmırdı.  Yanvarın  19-da

Az.TV-nin enerji bloku partladıldığından televiziya verilişləri də dayanmışdı. 20 Yanvar qırğınından dərhal

sonra informasiya blokadasını yararaq iki milyon tirajla nəşr olunan isə  təkcə "Səhər" qəzeti idi. Məzahir

Süleymanzadənin  "Nurlan"  nəş riyyat-poliqrafiya  müəssisəsində  çapdan  çıxan  "20  Yanvar:  Güllələnmiş

qəzet" kitabı faciənin 20 illiyinə həsr olunmuşdur. Kitaba müəllifin xatirələri, müsahibələri, 20 ildən sonra

qanlı hadisələrə münasibətini əks etdirən materiallar daxil edilmişdir. Aşağıda həmin materiallardan birini

dərc edirik:

Olan  oldu,  keçən  keçmədi,  bir  qeyrət  düyünü  olub  qəlbimizin  başına  yazıldı.  "Qanlı  şənbə"  günü  tarixə

çevrildi.  Şəhidlərimizi  ana  torpağa  tapşırdıq,  cüməaxşamını  keçirdik,  üçü,  yeddini  verdik.  Allah  onlara  rəhmət

eləsin. Allah hamımıza səbr versin...

Səbrli  olun,  bir  də  ona  görə  ki,  bundan  sonra  tanıdığınız,  inandığınız,  bel  bağladığınız,  ümid  bəslədiyiniz

adamlar  haqqında  ziddiyyətli  fikirlər  eşidəcəksiniz.  Nəticə  çıxarmağa  tələsməyin.  Unutmayın  ki,  bizim  azadlıq

ordumuzun Çexoslovakiyada törətdiyi qırğına 21 ildən, Əfqanıstan müharibəsində yerli xalqa "qardaşlıq köməyinə"

isə 10 ildən sonra düzgün siyasi qiymət verilmişdir. Bakı hadisələrinin tam mənzərəsi neçə aydan, neçə ildən sonra

aydınlaşacaq? Bu, tarixin işidir. Tarix heç kəsin səhvini bağışlamır.

Hələlik gəlin bütün deyilənlərə səbrlə qulaq asaq, yazılanları diqqətlə oxuyaq.

Mətbəə işçiləri ümumi tətilə qoşulduqlarına görə əksəriyyətiniz mərkəzi qəzetlərin "qanlı şənbə"dən sonrakı

nömrələrini  oxumamızsınız.  Amma  oxumaq  lazımdır,  heç  olmasa  ona  görə  ki,  dostumuzu-düşmənimizi  tanıyaq.

Görək  bizim  haqqımızda  nə  yazırlar,  görək  şəhidlərimizin  misli  görünməmiş  dəfn  mərasimini  ittifaq  oxucularına

necə çatdırırlar,  görək bu  qədər  qan  tökülməsinə  nə  ilə  haqq  qazandırırlar, görək rusların Bakıdan  köçürülməsinə

sərəncam verib ölkədə antiazərbaycan hərəkatı qaldıranlar kimlərdir??? Əlbəttə, bu suallar sizdə ittifaq qəzetlərinə

maraq  oyatsa  da,  onları tapa  bilməyəcəksiniz.  Odur  ki,  bir  sıra  materialların  məzmunu  ilə  oxucuları tanış  etməyi

özümə borc bildim.

"Pravda",  "İzvestiya",  "Krasnaya  zvezda"  qəzetlərinin  yanvarın  19-dan  sonrakı  nömrələrini  vərəqlədikcə

SİTA  müxbirlərinin  Bakıdan  verdikləri  xəbərləri  nəzərdən  keçirdikcə  əsəblərimi  güclə  cilovlayıram.  Azərbaycan

xalqının  timsalında  "düşmən  obrazını"  məharətlə,  xüsusi  səylə  yaradıblar.  Bu  materialları  oxuyan  ukraynalının,

belarusun, latışın, estonun və xüsusilə də rusun mənim xalqım barədə nə düşünəcəyini təsəvvürə gətirmək o qədər

də çətin deyil.

Əbdürrəhman  Vəzirovun  sonuncu  mətbuat  konfransını  xatırlayıram.  SİTA-nın  müxbiri  N.Demidov

heyrətamiz səbirsizliklə soruşdu ki, Bakıda fövqəladə vəziyyət, nəhayət, elan ediləcəkmi? İndi məlum olur ki, niyə

tələsirmiş.  Budur,  N.  Demidovun  qanlı  gecədən  SİTA-ya  verdiyi  reportajdan  sətirlər:  "  -  Bəlkə  musiqiyə  qulaq

asaq?  -  deyə  serjant  mənə  göz  vuraraq  radioqəbuledicinin  düyməsini  basdı.  Onun  əlində  avtomat  silah,  mənim

əlimdə avtomat qələm vardı".

N.Demidov  avtomat  qələmini  avtomat  silahla  müqayisə  edir.  Bu  müqayisə  çox  yerinə  düşüb,  ona  görə  ki,

avtomat qələmin vurduğu yara musiqi sədaları altında qan tökən əsgər avtomatının törətdiyi fəlakətdən təhlükəlidir.

Çünki  güllə  yarası sağalar,  söz  yarası yox.  N.  Demidovun  "obyektivliyindən"  daha  bir  misal  gətirib  keçək  o  biri

materialların şərhinə:  "Yaşlı bir azərbaycanlı qadın əsgərlərə  yaxınlaşıb dedi:  "Mənim  əziz  balalarım, nə  yaxşı ki

gəldiniz, bizə çox lazımsınız, biz qorxuruq!"

Əlbəttə, azərbaycanlı qadın əsgərə xoşgəldin də deyər, qurban olum da. Həmişə deyib də, hamımızın süfrəsi

daim əsgərin üzünə açıq olub. Amma "şənbə gülləboranının" ertəsi günü yox. Həmin gün bütün Azərbaycan anaları

ağı deyirdi, göz yaşı tökürdü...

Bakı dəniz limanındakı hadisələr barədə SİTA bildirir: "Admiral V.V.Sidorovun bəyanatına görə limanda heç

bir blokada olmamışdır".

"SSRİ Xarici İşlər Nazirliyinin nümayəndəsi" Bakı dəniz limanında blokadanın yarılması barədə suala cavab

verərkən  bildirmişdir  ki,  iki  qərargah  gəmisini  ələ  keçirmək  üçün  dənizə  desant  salınmış,  bu  zaman  hərbçilər

tərəfindən bir güllə belə atılmamışdır".

"Paraşüt-desant  bölməsi  Xəzər  Donanması  gəmilərinin  iştirakı  ilə  Bakı  dəniz  limanında  blokadanı  ləğv

etmişdir. Onlar iki gəmini terrorçulardan təmizləmişlər. Əməliyyat zamanı buraya gələn üçüncü gəmidən pulemyot

və  avtomat  atəşi  açılmış,  iki  hərbi  qulluqçu  ağır  yaralanmışdır.  Basqını  zərərsizləşdirmək  üçün  desant-döyüş

maşınının  topundan  xəbərdarlıq  atəşi  açılmışdır.  Lakin  terrorçular  atəşi  dayandırmamışlar.  Belə  olduqda

desant-döyüş  maşını  gəminin  gövdəsinə  bir  neçə  atəş  açmışdır.  Topdan  istifadə  edilməsi  nəticəsində  tələfat

olmamışdır".

Bir xəbərin üç variantı. Oxucu hansına inansın?

"İzvestiya"nın parlament şərhçisi V. Şepotkin qəzetin 24 yanvar tarixli nömrəsində iddia edir ki, 1982-ci ildə

Brejnev Bakıya gələrkən ona bağışlanmış brilyantlı qılıncın müəllifləri məsuliyyətə cəlb olunsaydı, bu gün vəziyyət



belə  kəskinləşməzdi.  Yəni  bütün  bu  qırğının  təşkilatçıları  "gizli  iqtisadiyyatın"  rəhbəridir.  "İzvestiya"nın  xüsusi

müxbirləri yanvarın 23-də Bakıdan verdikləri reportaja Rostov vilayətindən olan sıravilər Boris Borisovun və İqor

Redkonun  öldürülməsi  ilə  başlayırlar.  Əlbəttə,  bu  sətirlər  qəlbimizi  ağrıdır.  Amma  öldürülən  təkcə  əsgərlərdimi?

Günahsız şəhidlərin də analarına, bacılarına təsəlliverici bir söz demək olmazdımı?

Yanvarın 25-də dərc edilmiş növbəti reportaj. "Gecələr bəzi adamlar motosikletlə şəhəri dolaşır, piyada patrul

dəstələrinə  hücum  çəkirlər.  Evlərin  pəncərələrindən  zirehli  texnikaya  benzin  dolu  bankalar  atılır.  Bəzi  evlərin

divarlarına  üzərində  "qatillər"  yazılmış  əsgər  və  zabit  şəkilləri  yapışdırılmışdır.  Şayiə  gəzir  ki,  şəhidlərin  əvəzinə

şəhərin rus əhalisi cavab verməli olacaq, xalq cəbhəsinin üzvü olmayan bakılılar da cəzalarına çatacaqlar".

Sonra  müxbirlər  bakılıların  binaların  birinə  vurulmuş  "Böyük  Oktyabr  XX  əsrin  əsas  hadisəsidir"  şüarını

qoparmaq cəhdindən söhbət  açır, bu zaman  əsgərlərin  özlərini  olduqca  təmkinli  apardıqlarını bildirirlər.  Görəsən,

Bakıda "Böyük Oktyabr XX əsrin əsas hadisəsidir" şüarının qoparılması cəhdi böyük qəbahətdir, yoxsa Moskvada,

Leninqradda V. İ. Leninin portretinin nümayişkaranə cırılması? Reportajın axırında Azərbaycan SSR Ali Sovetinin

sessiyası haqqında qısa  məlumat verilir və göstərilir ki, deputatlar qoşunların tezliklə şəhərdən çıxarılmasını tələb

etmişlər.

"İzvestiya"nın xüsusi müxbiri İ. Andreyev qəzetin 26 yanvar tarixli nömrəsində Bakıdan köçürülən rusların,

zabit ailələrinin aqibətini elə təsvir edir ki, sanki onlar - qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr vəhşilərin

əlindən  canlarını qurtarıb  özlərini  güclə  aeroporta  çatdırmışlar.  Müxbir  yazır: "İndi  onlar  rahat  nəfəs  ala  bilərlər,

çünki  buradan  Moskvaya  cəmisi  üç  saatlıq  uçuşdur".  Yüksək  rütbəli  hərbçilər  də  Bakının  rusdilli  əhalisinin

döyüldüyünü, təhqir olunduğunu bildirir, çıxış yolunu yalnız onların köçüb canlarını qurtarmasında görürlər.

Həmin nömrədə Q. Alimovun "Didərginlər Moskvaya gəlirlər" adlı reportajı da dərc olunub. İki qadın və bir

uşaq təsvir olunmuş şəklin altında yazılıb: "Azərbaycandan 53 təyyarə gəlib, on minə yaxın didərgin gətirib. Bunlar

- hərbçi ailələridir. Bunlar - qadınlar, uşaqlar, qocalardır. Bunlar - ruslardır..."

İlahi, nələr yazılmayıb bu reportajda? "Bakıda yaşamaq mümkün deyil", "Mağazada bizə çörək də satmırlar",

"Hamı ruslardan üz döndərib", "Bizi döyürlər, təhqir edirlər", "Nə olur-olsun, bir də Bakıya qayıtmaram..."

Sonra  müxbir  göstərir  ki,  əsgərlər  hərbi  akademiyalarda  papaqlarını  götürüb  didərginlər  üçün  qəpik-quruş

yığırlar. Çünki onlar canlarını bakılıların əlindən güclə qurtarıb Moskvaya pulsuz qaçmışlar. Təcili olaraq ölkənin

bir neçə bankında Azərbaycandan "qovulmuş" didərginlərə yardım üçün xüsusi hesab açılmışdır.

Əlbəttə,  didərginə,  evsiz-eşiksizə  əl  tutmaq,  kömək  etmək  lazımdır.  Amma  bunu  antiazərbaycan

kampaniyasına  çevirmək bədxahlıqdır.  "İzvestiya"nın Bakıda  güclü  qar  yağan gün,  ermənilərin  şəhərdən  köçdüyü

zaman çəkdiyi şəkli saxlayıb yanvarın 27-də dərc etməsinə başqa nə ad vermək olar? Həmin nömrədəki reportajda

da şəhərdəki əsas hadisələrdən çox rusların Bakıdan qovulmasından, onlara vurulan fiziki və mənəvi zərbədən bəhs

edilir.


Sən demə, SSRİ müdafiə naziri, ordu generalı D.T. Yazov bir müddət Azərbaycanda xidmət edib, xalqımızın

istiqanlığına, qəlbimizin təmizliyinə yaxşı bələddir. Heç olmasa o, Azərbaycandan zabit ailələrinin köçürülməsinin

qarşısını vaxtında ala bilərdi. Buna nüfuzu da imkan verirdi, səlahiyyəti də çatırdı.

"İzvestiya"nın 28  yanvar  nömrəsi.  Birinci  səhifədə  R.Qutionotovun  "Əsgərin  borcu  və  ictimaiyyətin  borcu"

məqaləsi diqqəti cəlb edir. Müəllif əmindir ki, Bakıda fövqəladə vəziyyət elan etməkdən başqa çıxış yolu yox idi.

Mən onun yerinə olsaydım, qəti fikir söyləməyə tələsməzdim. Çünki bu məsələ hələ müzakirə olunmayıb, hələ əsl

həqiqət ortaya çıxarılmayıb.

Bakı dəniz limanından şəkil. Qaçqınlar gəmiyə minmək üçün basabas salıblar... Ümumiyyətlə, "İzvestiya"nın

dərc  etdiyi  şəkillərə  baxdıqca  Ermənistandan  vəhşicəsinə  qovulmuş  azərbaycanlı  didərginlər  yadıma  düşür.  O

zaman onların şəkillərini qəzetdə dərc etmək istədik, Əbdürrəhman Vəzirov "məsləhət görmədi". Bu faciəli şəkillər

mərkəzi qəzetlərin səhifələrində də görünmədi. Beləliklə, ölkə 200 mindən artıq azərbaycanlı didərginin faciəsindən

əməlli-başlı xəbər tutmadı.  İndi Moskva  Hərbi  Dairəsinə  Bakıdan  14.377  nəfər  rus  köçürülüb,  bütün  dünyaya  car

çəkirlər.  Bütün  bunların  nəyə,  hansı  məqsədə  xidmət  etdiyini  indidən  söyləmək  çətindir.  Amma  bir  şey  qəti

aydındır:  azərbaycanlılarla  rusların  arasına,  müsəlmanlarla  xristianların  arasına  şübhə  toxumu  səpmək  nə

yenidənqurmaya  xidmət  edir,  nə  də  xalqlar  dostluğunun  möhkəmləndirilməsinə.  Hələlik  bunu  təkcə  "Zaman"

xəbərlər  proqramının  əməkdaşları  başa  düşüblər.  Görəsən,  "7  Gün"  proqramına  baxan  "İzvestiya"  müxbirləri

Bakıda ruslara əsl münasibəti, özü də rusların, hərbçilərin öz dilindən eşidəndə hansı hissləri keçirdilər?

"7  Gün"  proqramının  aparıcısı  A.Tixomirova  bir  də  ona  görə  minnətdarıq  ki,  öz  həmkarlarının  səhvlərini

düzəldərək həqiqəti dedi: öldürülənlər arasında qadınlar da, uşaqlar da var.

Bəs Qafqaz hadisələri barədə ordu qəzeti - "Krasnaya zvezda" nə yazır? Qəzetin 20 Yanvar tarixli nömrəsində

Yerevandan  verilmiş  bir  məqalə  olduqca  maraqlıdır.  Müəllif  V.Kosarev  göstərir  ki,  Yerevanda  və  respublikanın

digər şəhərlərində çoxminli mitinqlər keçirilir. Televiziya və radio vasitəsilə mitinqlərin başlanacağı vaxt bildirilir.

Əsas tələb belədir - erməni əhalisinin müdafiəsi üçün bizə silah verin. Minlərlə adam "Ümummilli erməni hərəkatı"

təşkilatına  gedib müdafiə dəstələrinə üzv yazılır.  Silahı olmayanların siyahısı ayrıca  tutulur ki, onlar silahla təmin

edilsinlər.

Hərbçilərin  və  onların  ailə  üzvlərinin  ünvanına  hədələr  yağdırılır.  Naməlum  şəxslər  general-mayor  İ.

Kondratyuku və dörd zabiti tutub girov saxlamışlar. Tələb edirlər: silah verin, sursat anbarlarının yerini göstərin.

Ermənistan  KP  MK-nın  birinci  katibi  S.  Arutyunyan  təcili  Moskvaya  gedərək  ölkənin  partiya  və  dövlət




rəhbərləri ilə görüşüb və yanvarın 18-də axşam bu görüş barədə televiziya vasitəsilə əhaliyə məlumat verib.

Bax, belə. Yanvarın 18-də Yerevanda silahlanmış adamların hərbçilərə  və  onların ailə  üzvlərinə  münasibəti

də, yaranmış təhlükə də, radio və televiziyanın saqqallı ekstremistlərə xidmət etməsi də bu xəbərdən aydın olur. Bəs

niyə fövqəladə vəziyyət Yerevanda yox, ancaq Bakıda elan olunub?

"Krasnaya  zvezda"nın  24  yanvar  tarixli  nömrəsində  dərc  olunmuş  materiallarda  Bakıda,  Yerevanda  və

Naxçıvanda vəziyyət təhlil olunur. Müxbir Bakıdan verdiyi materialda yazır: Yerli əhali qabağımızı kəsib soruşur:

"Ruslar niyə köçürlər ?", "Hərbçilər öz ailələrini nə səbəbə aparırlar?"

Bəli, azərbaycanlılar bu köçhaköçün səbəbini bilmirlər, rusların Bakını tərk etməsini istəmirlər.

25  yanvar  tarixli  "Krasnaya  zvezda"da  şeyxülislam  Allahşükür  Paşazadənin  M.  S.  Qorbaçova  məktubuna

xüsusi  diqqət  yetirilir  və  ondan  sitat  gətirilir:  "Biz  bunu  heç  vaxt  unutmayacaq  və  heç  kəsə  bağışlamayacağıq".

Sonra müxbir yazır ki, əsasən rusdilli əhalinin yaşadığı Artyom adasının suyu və qazı kəsilmişdir, çörək gətirilmir.

Artyom  adasını  bilmirəm,  rusların  yaşamadığı  bizim  binada  da  su  və  qaz  kəsilmişdi.  Bakıda  belə  şeylər

tez-tez olur.

Qəzetin 26 yanvar tarixli nömrəsində təzə xəbər odur ki, Stavropoldan Bakıya gələn ehtiyat əsgərlər arasında

Sov.İKP vilayət komitəsinin katibi İ.Nikişin, diyar, şəhər və rayon partiya komitələrinin, icraiyyə komitələrinin 60

nəfər işçisi də olmuşdur. Onlar əsgər şineli geyərək əvvəldən axıradək Bakı əməliyyatında iştirak etmişlər.



 

 

Yüklə 38,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə