Azərbaycan 2020: gələcəyə baxış



Yüklə 11,99 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü11,99 Kb.
#8649


“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi 

haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

 

Ölkədə  iqtisadiyyatın  tarazlı  və  dayanıqlı  inkişafını  təmin  etmək,  əhalinin 

sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli 

dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin 

bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini 

formalaşdırmaq  Azərbaycan  dövlətinin  fəaliyyətində  mərkəzi  yer  tutur.  Bununla 

əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 

1862 nömrəli Sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və 

yüksək  ixtisaslı  mütəxəssislərin  iştirakı  ilə,  həmçinin  ölkədə  fəaliyyət  göstərən 

beynəlxalq  təşkilatlarla  səmərəli  əməkdaşlıq  şəraitində  “Azərbaycan  2020:  gələcəyə 

baxış”  İnkişaf  Konsepsiyası  hazırlanmışdır.  Konsepsiya  demokratik  prinsiplər 

gözlənilməklə  açıq  müzakirəyə  verilmiş  və  yekun  sənəd  maraqlı  tərəflərin,  o 

cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri 

nəzərə alınmaqla ərsəyə gətirilmişdir.  

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün 

sahələrində  inkişaf  siyasətinin  əsas  strateji  hədəflərini  özündə  ehtiva  edir  və  onun 

həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir.  

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər 

tutaraq, 2020-ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini 

müəyyənləşdirmək  və  onların  gerçəkləşdirilməsini  təmin  etmək  məqsədi  ilə  qərara 



alıram:  

1.  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası  təsdiq  edilsin  (əlavə 

olunur).  



2.  Bu  Fərmanın  1-ci  hissəsində  nəzərdə  tutulmuş  İnkişaf  Konsepsiyasının  həyata 

keçirilməsinə  ümumi  rəhbərlik  və  nəzarət  səlahiyyətləri  Azərbaycan  Respublikası 

Prezidentinin Administrasiyasına həvalə edilsin.  

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:   

3.1.  İnkişaf  Konsepsiyası  ilə  bağlı  dövlət  orqanlarının  fəaliyyətini  təşkil  etmək  və 

əlaqələndirmək  məqsədilə  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası 

üzrə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini iki ay 

müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin;  

3.2  İnkişaf  Konsepsiyasının  həyata  keçirilməsini  təmin  etmək  üçün  qəbul  ediləcək 

dövlət  proqramlarının,  strategiyaların,  digər  sənəd  və  tədbirlərin  siyahısını  (onların 

hazırlanması  və  icra  müddətləri,  məsuliyyətli  dövlət  orqanları  haqqında  təkliflər  də 

daxil  olmaqla)  iki  ay  müddətində  Azərbaycan  Respublikası  Prezidentinin 

Administrasiyasına təqdim etsin;  

3.3.  İnkişaf  Konsepsiyasının  həyata  keçirilməsi  üzrə  aparılan  işlər  barədə  ildə  bir 

dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.  

4. Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, İnkişaf Konsepsiyasından 

irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi  məqsədi  ilə  öz  fəaliyyət  istiqamətlərinə 

uyğun olaraq zəruri tədbirlər görsünlər.  



 

 

 



      İlham ƏLİYEV,  

       Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 29 dekabr 2012-ci il  

   № 800 

Yüklə 11,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə