Azərbaycan atatürk məRKƏZİ



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə3/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   2   3   4   5   6   7   8   9   ...   27

Mədəd Çobanov 
 
 

lanıb, müəyyən araĢdırmalar   apararkən   demiĢdir   ki,   Azərbay-
can  Respııblikasıda,  Cənubi  Azərbaycan  (Ġran  tabeliyində  qalan 
Azərbaycan. M.Ç) da, Dərbənd də, Kərkük də bir bütövün parça-
larıdır.  Odur    ki,  tarixi  Azərbaycan  ərazisi  gənclərimizə  bu  yö-
nümdə bütövlükdə aĢılanmalıdır. 
Türk xalqlarının tarixi ərazisi isə, gənclərimizə Türk dün-
yasının  bütövlükdə  götürülmüĢ  ərazisi  yönümündə  aĢılanmlıdır. 
Bu  mənada,  Türk  xalqlarının  tarixi  qədim  dövrlərdən  üzü  bəri 
xalqlarımızın açıq səma altındakı  etnoqrafik muzeylərin (qəbris-
tanlıqların  -  kurqanların),  xalqlarımızın  tarixi  möhürü  olan  tarixi 
toponimlər və xalqlarımızın ümumi folklor (Ģifahi xalq ədəbiyyatı, 
xalq musiqisi, xalq rəqsləri) materialları əsasında ətraflı araĢdırıl-
malı və geniĢ mənada təbliğ olunmalıdır...  
3. Xalqımızın, eləcə də, türk xalqlarının tarixi tərcümeyi-
halı və ya həyatnaməsi həm milli etnik tariximiz əsasında ayrı-ayrı  
türk  xalqlarının   tarixi  çərçivəsində, həm  ümumtürk çərçivəsin-
də, həm də bütün türk xalqlarının ümumi tarixi çərçivəsində dərin-
dən  araĢdırılmalı,ümumtəhsil  və  ixtisasından asılı olmayaraq, ali 
məktəblərin bütün fakültələrində geniĢ miqyaslı tədris olunmalıdır 
ki,  gənclərimiz  xalqımızın,  eləcə  də,  türk  xalqlarının  tarixi  həqi-
qətləri ilə yaxından tanıĢ ola bilsin. 
Əlbəttə,  bunlardan  baĢqa  türklüyün  oyanıĢı  üçün  mədəni 
və  mənəvi  birlik,  din  birliyı  də  zəruri  hesab  olunan  sahələrdir. 
Həmçinin, siyasi və iqtisadi  əlaqələr birliyi, siyasi və təhlükəsizlik 
baxımdan həmrəylik də əsas Ģərtləndəndir. 
Bu  da,  Ģübhəsiz  ki,  Heredotun  yazdığı  kimi,  «Skiflərin  
(quz/oğuz)  öz  ənənələrinə  sadiq»  olmaları  kimi  müsbət  insani 
keyfıyyətlərin gənclərimizə aĢılanmasında əhəmiyyətli rol oynaya 
bilər. Burada yeri gəlmiĢkən,  tarixə bir qısa ekskursiya da etmək 
olar. Eramızdan əvvəl Çin tarixçisi Sma Syan əsərində yazmıĢdır: 
«Hunlar  ona  görə  mövcuddurlar  ki,  öz  çörəkləri  və  paltarları  ilə 
kifayətlənirlər və heç kimdən yardım istəmirlər». Buradan görün-
düyü  kımi,  hunlar  və  onların  varisləri  olan  müasir  türklər  də  bu 
ənənəyə sadiq qalır, heç kəsdən maddi yardım umub, ondan asılı 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 

vəziyyətə  düĢmək  istəmirlər.  Burada  yeri  gəlmiĢkən,  Orxon-Ye-
nisey kitabələrində qeyd olunmuĢ Bilgə xaqanın türklüyün Himni 
kimi səslənən bir kəlamı xatırlamaq yerinə düĢərdi: ―Ey Türk titrə 
və özünə dön, sən özünə dönəndə güclü və basılmaz olarsan!‖ 
Bu mənada Orxon – Yenisey  abidələri (V-VII  əsrlər),  M. 
KaĢğarlı (XI əsr), RəĢidəddin Fəzullah Ġbn Əbil-Xeyrə Həmadani-
nin  ―Tarixi  –  Oğuz  və  hekayəti  -  cahangiri‖  (qısa  ―Oğuznamə‖) 
(XIV – XV əsrlər), Cəmaləddin Ġbn Mühənnanın ―Hilyətül – insan 
və Həlbətül lisan‖ (XIV əsr), Əsirəddin əbu Həyyan əl-Əndəlusi-
nin  ―Kitab  el  idrak  li-lisan  əl  ətrak‖  (XIV  əsr),  Nəsirəddin  Rəb-
ğuzinin  ―Qisəsül  -  ənbiya‖  (XIV  əsr),  Yusif  Balasaqunlunun 
―Kutatqu  bilig‖  (XI    əsr),  Əhməd  Yasəvinin  ―Divani  –  hikmət‖ 
(XI  əsr),    Əhməd  Yüqnəkənin  ―Atibətül–Həqaid‖  (XII  əsr) 
əsərlərinin  dilində  yüzlərlə,  minlərlə  türk  mənĢəli  sözlər  və  ter-
minlər vardır. Onların toplanması, araĢdırılması müasir türkologi-
yanın  qarĢısında  duran  əsas  problemlərdən  birincisi  olmalıdır. 
Çünki bu qrup sözlər və terminlər  tarixboyu  türklüyümüzü qoru-
yub saxlamağa xidmət etmiĢdir və indi də, gələcəkdə də bu missi-
yanın yerinə yetirilməsinin əvəzolunmaz keĢikçisi olacaqdır. 
Azərbaycan dili haqqında: 
 Bu  mənada,  ―  XVI  –XVII  əsrlərdən  baĢlayaraq,  xalq  ədə-
biyyatının get-gedə yeni  vüsət alması, bu ədəbiyyatın və ümumən 
Azərbaycan  dilinin  (Azərbaycan  –  türk  dilinin.  –  M.C.)  qonĢu 
xalqlar (ermənilər, kürdlər, talıĢlar, ləzgilər və.s) arasında anlaĢıqlı 
olması, ayrı – ayrı hallarda ondan yazılı ədəbi dil kimi də istifadə 
edilə    bilməsi,  ....  və.s.  dəlillər  bu  mülahizənin  təsdiq  və  sübutu-
dur‖  (Bax:  M.Cahangirov,  Azərbaycan  milli  ədəbi  dilinin  təĢək-
külü, I hissə, Bakı, Elm, 1978, səh. 29). 
―Türk  dünyasının  mədəni-mənəvi  birliyində  Azərbaycanın, 
Azərbaycan  xalqının  rolu  olduqca  böyükdür.  Kiçik  Asiya  (Tür-
kiyə)  ilə  Türküstan,  Ural-Volqaboyu  arasında  etnokulturoloji  ün-
siyyət  tarixən  ən  çox  Azərbaycan  dili  vasitəsilə  gerçəkləĢmiĢdir. 
Daha doğrusu, Türkiyə (Anadolu) türkçəsi ilə Türküstan (eləcə də, 
Ural-Volqaboyu)  türkləri  (oğuz,  qıpçaq,  karluk)  arasındakı  özü-


Mədəd Çobanov 
 
 
10 
nəməxsus ―keçid ünsiyyəti‖ni Azərbaycan türkçəsi yaratmıĢ və bu 
iĢdə  bir  körpü  rolunu  oynamıĢdır.‖  (Bax:  R.V.Özyürək,  ―Azər-
baycanda  təhsil  alan  Türkiyəli  tələbələrin  dil  problemləri‖  adlı 
doktorluq dissertasiyası, Bakı, 2005, səh.5) 
 ― Bildimiz kimi, qulağa ən  musiqili, ahəngdar dillərdən biri 
Azərbaycan dilidir. Azərbaycanın böyük Ģəhərlərində Azərbaycan 
ədəbi dilinin səviyyəsi  yüksəkdir. Bununla  yanaĢı, ölkənin bütün 
coğrafiyasında  deyimlərlə  (idiom,  ibarə,  atalar  sözü,  zərb-məsəl-
lər,  hikmətli  sözlər.  –  M.C.)  zəngin  xalq  dili  inkiĢaf  etmiĢdir.‖ 
(Yenə orada, səh. 112). 
Yuxarıda  adlarını  qeyd  etdiyimiz  yazılı  mənbələr  arasında 
ən çox diqqəti cəlb edən  lüğətlərdən biri də dövrünün görkəmli 
lüğətĢünası  olan  Ġbn  Mühənnanın  təxminən  1338-1340-cı  illərdə  
yazdığı ―Hilyətül – insan və Həllbətül - lisan‖ adlanan məĢhur lü-
ğətidir. Bu əsər elm aləminə P. Melioranskinin ―Arab filoloq o tu-
retskom  yazıke‖  adlı  doktorluq  dissertasiyasını  yazdıqdan  sonra 
türkologiyada  geniĢ  yayılmıĢ və böyük Ģöhrət tapmıĢdır. Müəllif 
bu lüğətin ərəb ələfbası ilə Azərbaycan türkçəsində yazıldığı barə-
də ilk dəfə məlumat verilmiĢdir. Avropa kitabxanalarından bu lü-
ğətin beĢ nüsxəsi tapılmıĢdır. Qədim türk yazılı abidələrinin dili və 
M. KaĢğarlının ―Divani–lüğət–it türk‖ və digər abidələrlə səsləĢən 
bu  lüğətdə  yüzlərlə  türk  mənĢəli  terminlər  vardır:  xaqan  (hökm-
dar, ĠML, 32), il \\ el (el, ölkə. ĠML, 33), katun (xatun, bəy arvadı, 
qadın,  ĠML,  39), sözçü (elçi,  ĠML,63) terken  ( hökmdar xanımı: 
hökdar, ĠML,71) və.s. 
Yaxud, Aqor Martamyan – (Maltalı erməni, türkoloq alim, 
Mirzə  Məlkum  xanım  xələfi)  1922-ci  ildə  Ankarada  ərəb 
əlifbasının  dəyiĢdirilməsinə  həsr  olunmuĢ  konqresdə  çox  canfə-
Ģanlıq göstərir, konqresdəki məruzəsində ―türk dili və əlifbasının 
qədimliyindən,  görəlliyindən  danıĢır.  O,  ―Türk  dilinin  qədimliyi 
və  etimoloji  əhəmiyyəti‖  məqaləsində  türk  dili  ilə  bağlı  hər  cür 
yeniliyə qarĢı çıxır və qeyd edir ki, Avropa mənĢəli sözlərin böyük 
qatları  etimoloji  cəhətdən  türk  dilindən  alınmıĢdır.  Alim    ―su‖ 
sözünü örnək göstərməklə ―S – d‖ əvəzlənməsi vasitəsilə bu sözün 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə