Azərbaycan atatürk məRKƏZİ


Türk ədəbi dillərinin birliyinə doğru



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   2   3   4   5   6   7   8   9   ...   27

Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
17 
ədəbi dilimiz də milliləĢmə mərhələsinə qədəm qoymuĢdur. Bızim 
mılli  düĢüncələrimiz  inkiĢaf  etdikcə  tarixən  xalqımızın  təĢəkkül 
tapmıĢ  elmi-fəlsəfi  görüĢləri  də,  etik-estetik  görüĢləri  və  duyum-
ları da, azərbaycançılıq ideyası da gündən-günə milliləĢmə yönü-
münə istiqamət götürmüĢdür. Bu mənada,milliləĢmə bizim həyat 
devizimiz olmalıdır. 
 
2.Azərbaycan - Türk yazılı ədəbi 
 dili və onun təĢəkküllü tarixi 
 
Dilçilık tarixindən məlum olduğu kimi, Altay dilləri ailə-
sinin təsnifindən aydın olur ki, bu dil ailəsinə daxil olan bütün türk 
dilləri mənĢəcə bir-birinə qohum olduğu kimi, onların dil əsası da 
(yəni, əsası və ya ulu dili), dilçilik əsası da (səs tərkibi, əsas lüğət 
fondu,  qrammatik  quruluĢu)  bir-bırinə  yaxındır.  Əlbəttə,  bütün 
bunlar Altay dılləri ailəsinə daxıl olan bir neçə dilin, о cümlədən 
Azərbaycan  -  türk  və  Osmanlı  türk  dillərinin  tarixin  müəyyən 
mərhələsində  digər  türk  dillərinə  nisbətən  sürətlə  inkiĢafına  və 
həmin dillərdən özünün iĢləkliyinə, anlaĢıqlığına, digər türk xalq-
ları tərəfindən baĢa düĢülməsinə, aydınlığma, zənginliyinə və sa-
bitliyinə görə fərqlənmiĢ və xüsusi mövqeyə malik ola bilmiĢdir. 
Deməli,  Türk  dillərinin  hamısıınn  mənĢəcə  bir-birinə  qo-
humluğunu  və  tipoloji  cəhətdən  eyni  qrupa  -aqqlütinativ  dillər 
qrupuna  daxil  olmasını  nəzərə  aldıqda  belə  qənaətə  gəlmək  olur 
ki, Altay dılləririn Altay epoxası (b.e.ə. və bizim eranın III əsrinə 
kimi),  Hun  epoxası  (bizim  eranın  III-V  əsrləri)  və  Erkən  orta 
əsrlər  türk epoxası (V-X əsrlər) dövrlərinə aid olan bütün  yazılı 
mənbələrində  türk  dillərinin hamısının az-çox dərəcədə  payı var-
dır.  Yəni,  həmin  yazılı  abidələr  türk  dillərinin  hamısının  ortaqlı 
mənbələri kimi tanınmalı və hər bir türk xalqı ondan bəhrələnmə-
lıdir. 
Bu mənada, dılimizin milliləĢməsi prosesinə tarıxi yönüm-
də  yanaĢmaq    lazımdır.  Yəni,  milliləĢmə  prosesini  qədim  türk  -
yazılı abidələrindən  - Orxon -Yenisey yazılarından baĢlamaq və 


Mədəd Çobanov 
 
 
18 
XI-XII  əsrlərdə  mövcud  olan  türkdilli  yazılı  abidələrin  təhlili  ilə 
davam  etdirmək;  Türk  dillərinin  bütün  bölgələri  (Qafqaz,  Kiçik 
Asiya, Orta Asiya, Ural  - Volqaboyu) arasındakı   əlaqələrin sah-
mana salınması iĢində Azərbaycan  -türk dılinin həm Orta Asiya, 
həm  də  Kıçik  Asiya  türkləri  arasındakı  əlaqələrinin  aparıcı  rola 
malik  olmasını  xüsusi  ilə  qeyd  etmək  lazımdır.  Bu  da  təsadüfi 
deyil.  Çünki  Azərbaycan  özünün  coğrafı  mövqeyinə  görə,  Türk 
dünyasının  mərkəzi  bölgəsində  yerləĢir.  Odur  ki,  Azərbaycan  - 
türk dili digər türk dilləri ilə geniĢ mənada əlaqə yaratmaq imka-
nına malikdir. 
Məhz  bütün  bunlar  da  «ədəbi  dildə  sistemləĢən  azərbay-
cançılıq  (milliləĢmə.  -  M.Ç)  göstəriciləri  XVI-XVIII  əsrlərdə  öz 
keyfıyyətini  hiss  etdirır...  ümumxalq  dilinin  coğrafı  sabitliyi  və 
müəyyənlıyi onun daxili bütövlüyü üçün Ģərt olub, sürətlə təĢək-
kül tapan milli ədəbi dilin əsasında durmasına təsir edir» (N.Cə-
fərov). Əlbəttə, bu mərhələdə ġ.I.Xətainin dövründə Azərbaycan - 
türk  dılinə  dövlət  qayğısı  göstərilməsi,  onun  rəsmi  dövlət  dili 
statusuna malik olması da dilimizin milliləĢməsi prosesində güclü 
təsir etməsinin də böyük rolu olmuĢdur. 
Burada yeri gəlmiĢkən, Türk dilləri arasında ilk dəfə Azər-
baycan  -  türk  dilində  milliləĢmə  meyllərinin  daha  da  güclənmə-
sinə dəlalət edən bir faktı da qeyd etmək yerinə düĢərdi. Məsələn: 
XIX  əsrdə  Çar  Rusiyasının  paytaxtı  Peterburq  dövlət  idarələrinə 
göndərilən məktublar həm Azərbaycan türkləri, həm də Qafqazda 
məskunlaĢmıĢ  digər  xalqlar  tərəfindən  Azərbaycan  -  türk  dilində 
yazılırdı.  ġübhəsiz  ki,  bu  da  dilimizin  milliləĢməsi  prosesinə 
müəyyən dərəcədə təsir edirdi. Bu da, hər Ģeydən əvvəl, belə bir 
qənaətə gəlməyə imkan verir ki, artıq, ədəbi dilimizdə milliləĢmə 
prosesi XVIII  əsrdə  özünün  ən  yüksək zirvəsinə  istiqamət  götür-
müĢdür. 
Burada  bir  epizodu  xatırlamaq  da  yerinə  düĢərdi.  Dili-
mizin  gələcək  taleyini  qabaqcadan  görən,  dahi  dövlət  xadimi, 
əvəzolunmaz  hərbi sərkədə,  görkəmli  Ģair ġah  Ġsmayıl Xətai, ilk 
növbədə, doğma ana dilində - Azərbaycan - türk dilində yazmaqla, 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
19 
klassik poeziyanın klassik nümunələrini yaradır və beləliklə, digər 
Ģair  soydaĢlarına  nümunələr  göstərirdi.  Həmçinin,  Azərbaycan  - 
türk  ədəbiyyatını  dil  baxımdan  milliləĢdirmək,  vahid  bir  istiqa-
mətə  yönəltmək  məqsədi  ilə  ədəbi  məclis  təĢkil  edir.  О  dövrün 
tanınmıĢ  Ģairləri  bu  ədəbi  məclisdə  toplaĢır...  Əlbəttə,  bu  ədəbi 
dilimizin milliləĢməsi yönümündə böyük əhəmiyyət kəsb edirdi. 
Xətai bu baxımdan, gənclərə nəsihətində yazmıĢdır: 
 
«Vətənimin  bir  ovuc  torpağını  bir  ovuc  altundan,  dili-
mizin  bir  kəlməsini  bir  ölçü  mücəfhərdən  üstün  bildim. 
Dilimizin  və  Vətənimizin  əbədiyən  yaşaması  üçün  əlim-
dən gələni etdim. Məni lənətlə yad etməyin! Yaxşı nə et-
dimsə  davam  etdirin,  xətalarımı  təkrar  etməyin...  Atalar 
sizə  üç  ƏMANƏT  qoyublar:  DİLİMİZ.  QEYRƏTİMİZ. 
VƏTƏNİMİZ!». 
Uzaqgörən  dövlət  xadımi  və  klassik  Ģair  Xətai  ölkədə 
apardığı digər islahatlarla yanaĢı, mədəni-maarif və dil sahəsində 
də müəyyən islahatlar aparmıĢdır. О cümlədən, Azərbaycan - türk 
dilinə  rəsmi  dövlət  dili  statusu  vermiĢ,  ərəb  və  fars  dillərindəki 
elmi və bədii əsərlərin Azərbaycan - türk dilinə tərcümə edilməsi, 
təlim-tərbiyə iĢlərinin Azərbaycan - türk dilində aparılması barədə 
müvafiq  tədbirlər  görmüĢdür.  ġübhəsiz  ki,  bütün  bu  tədbirlər 
xalqımızın və dilimizin əbədiyən yaĢamasına və inkiĢaf etməsinə, 
bir  sözlə,  MilliləĢməsinə  xıdmət  etməkdən  ibarət  olmuĢdur. 
Əlbəttə,  bu  tədbirlərin  həyata  keçirilməsi  sonrakı  mərhələlərdə 
dilimizin sabitləĢməsi üçün böyük əhəmiyyət kəsb etmiĢdir. 
Bu  zirvənin  ümumi  nətıcələri  isə,  iki  istiqamətdə  özünü 
büruzə verir. Bir tərəfdən ümumxalq-folklor dilinin, digər tərəfdən 
isə,  yazılı-ədəbi  dilin  normaları  sürətlə  inkiĢaf  edir  və  milliləĢir. 
Əlbəttə,  ədəbi  dilimizin  milliləĢməsində  onım  dialekt  və  Ģivələ-
rinin  də  müəyyən  dərəcədə  rolu  olmuĢdur.  Çünki  dialektizimlər 
təĢəkkül tapmaqda olan hər bir ədəbi dilin əsasında durur və onun 
təbii  maddi  bazasını  təĢkil  edir.  Bu  mənada,  dialektizimlərin 
müstəsna rolu danılmazdır. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə