Azərbaycan atatürk məRKƏZİ


Türk ədəbi dillərinin birliyinə doğru



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
23 
qisi,  müstəqilliyi  üçün  hər  bir  Azərbaycan  türkünün  –  azərbay-
canlıların özünün milliliyini dərk etməsi yolunda fasiləsiz  fəaliy-
yət göstərmiĢlər. Bu sahədə alimlərimizin, Ģairlərimizin,  yazıçıla-
rımızın,  jurnalistlərimizin  gənclər  və  tələbələrin  geniĢ  miqyaslı 
əməyi olmuĢdur. Xalqımızın milli ideya,  amal və əqidəcə yenidən 
hazırlığını  hiss  edən  sabiq  Sovet  Ġmperiyası  1990-cı  ilin  yanvar 
ayının  19-dan  20-nə  keĢən  gecə  doğma  Azərbaycanımızın  pay-
taxtı  Bakı  Ģəhərinə  tanklar,  ağır  toplar,  zirehli  hərbi  texnika  ilə 
silahlanmıĢ,  insanqanına  susamıĢ,  xüsusi  təlim  görmüĢ,  25  min 
nəfərdən  ibarət  olan  böyük  bir  Ordu  yeritdi.  Vətənini  sevən  9 
günahsız, əliyalın xalq qəflətən gülləboran edildi, yüzlərlə günah-
sız  insanlar  –  gənclər  qətil  edildi,  minlərlə  insan  yaralandı,  əlil 
oldu...  və  həbs  edildi.  Bu  da  Sovet  ―demokratiyası‖nın  görün-
məyən üzü... 
Qanlı imperiyanın xalqımıza qarĢı törətdiyi bu Qanlı-gecə-
soyqırımı  dünyanı  dəhĢətə  gətirdi...  Lakin  Qanlı  imperiyanın 
günahsız  xalqa  qarĢı  törətdiyi  soyqırımı  –  qətli  xalqımızın  ira-
dəsini  qıra  bilmədi.  Əslində  isə,  bu  qanlı  qırğın  xalqımıza  əzm-
karlıq,  qəhrəmanlıq,  döyüĢkənlik,  igidlik,  ölməzlik  və  Ģəhidlik 
dərsi oldu. Bu  hadisə xalqımızı türklük-azərbaycançılıq ruhunda, 
yeni  amal  və  əqidə  ilə  yenidən  silahlandırdı  və  qırılmaz  əqidələr 
əsasında  yenidən  birləĢdirdi  ...  Bu  dövrdə  ―Yeni  Azərbaycan‖, 
―Azərbaycan‖,  ―Azadlıq‖,  ―Aydınlıq‖,  Tiflisdə  nəĢr  olunan  
―Sovet  Gürcüstanı‖  və  digər  qəzetləri  xalqın  alovlu  tribunasına 
çevrildi.  Beləcə  də,  xalq    tamamilə    türklülük-azərbaycançılıq, 
müstəqillik,  azadlıq,  suverenlik  və  demokratiya  üstündə  yenidən 
kökləndi.  Tale sanki, bu ideyaları gerçekləĢdirmək üçün qabaqcıl 
Ziyalılar  Ordusu  yetiĢdirmiĢdir.  Məhz  bu  dövrdə  Azərbaycanın 
daxilində  baĢ  verən  milli  təlatümlər,  Ģüarlar,  çağırıĢlar  xalqı 
türklülük-azərbaycançılıq ruhunda yenidən tərbiyə edirdi. 
Ümumilli liderimiz  Heydər Əliyev bu dövrü belə xarak-
terizə  etmiĢdir:  ―XIX  əsrin  sonu  –XX  əsrin  əvvələri,  Dünyada 
yeni  münasibətlərin  bərqərar  olduğu  bir  dövr  kimi  Azərbaycan 
xalqının həyatının bütün sahələrində də öz təsirini göstərmiĢdir... 


Mədəd Çobanov 
 
 
24 
XIX  əsrdən  baĢlanan  mürəkkəb  ictimai-siyasi  proseslərin  gediĢi 
Azərbaycan cəmiyyətində əsaslı dəyiĢikliklərə gətirib çıxardı, yeni 
mühitdə formalaĢan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin 
çağırıĢ  və  tələblərinə  layiqincə  cavab  verməyə  qadir  oldular‖ 
(―Azərbaycan‖ qəzeti, 27 may 1998). Məhz bu ictimai-siyasi ha-
zırlığın  nəticəsi  idi  ki,  ―...  bəĢəriyyət  tarixinin  ən  dəhĢətli  və  ən 
qanlı hərbi – feodal müstəmləkə rejimi olan ―xalqlar həbsxanası‖ 
adlanan  Çar  Rusiyası  və  onun  varisi  Sovet  Rusiyası  da  Azər-
baycan  xalqının  dövlətçilik  ənənələrini  tamamilə  məhv  edə 
bilmədi...‖  
Belə  bir  ictimai  –  siyasi  Ģəraitdə  Azərbaycan  Xalq  Cüm-
huriyyəti yarandı və özünün türklülük-azərbaycançılıq ideologiya-
sı xalqımızın ictimai – sosial həyatının bütün sahələrində - siyasət-
də də, iqtisadiyyatda da, mədəniyyətdə də, mənəviyyatda da, hət-
ta, ailə-məiĢətdə də  geniĢ miqyasda tətbiq edilməsinə nail oldu. 
Burada  professor  N.Cəfərovun  bir  mülahizəsini  qeyd  et-
mək də  yerinə düĢərdi: ― Azərbaycan milli dövlətçilik təfəkkürü-
nün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir‖ (Azər-
baycanĢünaslığa giriĢ, Bakı, 2002, səh 453). Onu da qeyd edək ki, 
Azərbaycanda  mətbuatın  yaranması  və  kitab  nəĢrindən  sonra 
xalqımızın XIX  əsrdə və ondan sonrakı dövrlərdə yaĢayıb  yazan 
ziyalılarımız, o cümlədən M.F.  Axundzadə də,  A. Bakıxanov da, 
H. Zərdabi də, N. Vəzirov da, Ə. Ağaoğlu da, Ə. Hüseynzadə də, 
M. Ə. Rəsulzadə də və baĢqaları da idarəetmə - dövlətçilik ənənə-
lərini qədim Türk dövlətçilik mədəniyyətindən  öyrənmiĢlər. 
 Tarixi  mənbələrin  verdiyi  məlumatlarda  qeyd  olunduğu 
kimi,  ―hələ  eramızdan  əvvəlki  minilliklərin  mənĢəyi  mübahisəli 
dövlətlərini (türk dövlətləri nəzərdə tutulur – N.C.) nəzərə alma-
saq, II minilliyin ortalarına qədər Azərbaycanda biri digərinin bi-
lavasitə  varisi  olan  aĢağıdakı  dövlətçilik  mədəniyyətləri  mövcud 
olmuĢdur: 
1.
 
Qədim  (ümumi)  türk  (Hun-qiqçaq)  dövlətçilik  mədə-
niyyəti; 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
25 
2.
 
Türk  –  müsəlman  (Oğuz  –  səlcuq)  dövlətçilik  mə-
dəniyyəti‖ (Yenə  orada, səh. 454). 
Deməli,  xalqımızın  milli  ənənəyə  söykənməsi  və  ondan 
qidalanması da XIX - XX əsrlərdə türklüyün-azərbaycançılığın bir 
ideya, amal, əqidə kimi təĢəkkül tapmasına böyük  təsir göstərən  
amillərin  nəzərə alınması vacıb Ģərtlərdəndir: 
- Tarixi Vətənimiz olan Azərbaycana bütöv halda (ġimalı- 
Cənublu) baxılması, onun tarixinin bütövlükdə ən qədim dövrlər-
dən  üzübəri  hərtərəfli  və  ətraflı  öyrənilməsi  daim  diqqət  mərkə-
zində olmalıdır. 
-  Xalqımızın  tarixi  nailiyyəti  və  milli  sərvəti  olan  Ana 
dilimizin həm Ģifahi  ədəbi dilinin, həm də  yazılı ədəbi dilinin tə-
Ģəkkülü tarixi birgə araĢdırılmalı, klassik yazıçı və alimlərimizin, 
həmçinin,  xarici  ölkə  alımlərinin,  yazıçılarının  və  publisistlərinin 
Ana  dilimizin  keçmiĢi  və  bu  günü  barədə  də  söylədikləri  xoĢ-
məramlı  mülahizələri  ətraflı  araĢdırmalı  və  ilk  məktəb  illərindən 
gəncliyimizə  dərindən  aĢılanmalıdır.  Bu  da,  Ģübhəsiz  ki,  hələ 
uĢaqlıq illərindən gənc nəslimizdə Böyük Vətənimiz Azərbaycana 
və  Ana  dilimizə  sevgi  və  məhəbbət  hislərinin  daha  da  güclən-
məsinə səbəb olacaqdır... 
-  Ərazisi  500  min  kvadratkilometr  olan  Tarixi  Azərbay-
canın  ərazisindəki  açıq  səma  altındakı  bütün  etnoqrafik  Muzey-
lərimizin  (kurqanların  və  qəbristanlıqların),  maddi  -  mədəniyyət 
abidələrinin  qorunması,  araĢdırılması  və  Ümumtəhsil  müəssisə-
lərində  tədris  olunması  da  daim  diqqət  mərkəzində  saxlanılma-
lıdır... 
-  Bütövlükdə,  Azərbaycan  ərazisindəki  xalqımızın  tarixi 
möhürü olan toponimlərin (yer – yurd adlarının) toplanması və ta-
rixi  aspektdə  araĢdırılıb  (qədim  tarixə  malik  olan  makro  topo-
nimlərin),  Ümumtəhsil məktəblərdə tədris edilməsi də böyük əhə-
miyyət kəsb edir... 
-  Tarixi  Azərbaycan  ərazisində  tarixin  bütün  mərhələlə-
rində xalqımızın bədii və ya elmi təfəkkürünün, mədəni və mənəvi 
məhsulu olan Ģifahi xalq  ədəbiyyatı nümunələrinin (layla, bayatı, 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə