Azərbaycan atatürk məRKƏZİ



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

Mədəd Çobanov 
 
 
26 
lətifə, nağıl, dastan, atalar sözü, zərbül-məssəllər,  tapmacalar, at-
macalar  və  s.)  bölgələr  üzrə  mərhələ-mərhələ  toplanması,  araĢ-
dırılması  və  Ümumitəhsil  məktəblərində  geniĢ  miqyasda  tədris 
olunması da daim diqqət mərkəzində saxlanılmalıdır.... 
-  Həmçinin,  Azərbaycanın  bütün  Teatrlarının,  eləcə  də, 
Türk  dünyasının  Teatrlarının  səhnələrində,  nəinki,  Azərbaycan, 
eləcə  də,  bütün  Türk  dünyasının  tanınmıĢ  dramaturqlarının  əsər-
lərinin ardıcıl olaraq, tamaĢaya qoyulması da daim diqqət mərkə-
zində olmalıdır... 
-  Çünki,  mədəniyyət  və  mənəviyyətin  inkiĢafı  və  geniĢ 
dairədə  yayılması,  tarixi  baxıĢlar  dünyagörüĢü  varisliyə  əsaslan-
malıdır.... 
 
XX əsrin birinci rübündə Azərbaycan Xalq Cümhuriyyəti-
nin yaranması və millilik ruhunda həyata keçirdiyi bir sıra siyasi, 
iqtisadi  və  mədəni  tədbirlərin  geniĢ  vüsət  alması  və  ondan  sonra 
sabiq SSRĠ imperiyası dövründə ölkədə  aparılan-milli  məzmunlu 
repressiyanı, ziyalılarımızın günahsız olaraq həbs edilməsi, Sibirə 
- tayqalara sürgün edilməsi, əksəriyyətinin isə məhkəməsiz Nargin 
adasında  güllələnməsi  və  bəzən  də  diri-diri  dənizə  atılması,  bir 
sözlə, xalqın mənəvi baxımdan baĢçısız qalması, xalqımızın milli 
ruhuna  çox  böyük  və  əvəzolunmaz  zərbələr  vurur,  xalq  özünün 
istək  və  arzularını  açıq  Ģəkildə  büruzə  verə  bilməsə  də,  millı 
ruhunu öz daxilində yaĢadır və bəzən öz qəlbində yaĢada-yaĢada, 
özü-özü  ilə  «məsləhətləĢir»,  var-gəl  edir,  milli  müstəqillik  və 
azadlıq atəĢi ılə alıĢıb yanırdı... Doğrudur, bu dövrdə tədris-təhsıl 
Ģəbəkəsi  geniĢlənir,  ancaq  milli  ruhlu  kadrların  hazırlanmasının 
qarĢısına  mədəni  yolla  çox  böyük  sədd  çəkilmiĢdir.  Ümumtəhsil 
məktəblərındə  IV-XI  siniflərdə  «Azərbaycan  tarixi»  fənninin 
əvəzinə  «SSRĠ  tarixi»  tədris  olunurdu.  Bir  sözlə,  «SSRĠ  tartixi» 
fənni sabiq SSRĠ imperiyasının fasiləsiz davam edən repressiyala-
rının üstünü ört-basdır eləməyə xidmət edirdi. Buna görə də, sabiq 
SSRĠ  imperiyası  dövründə  dövlətimiz  də,  dövlətçiliyimiz  də, 
ordumuz da,  onun əsasını təĢkil edən zabit korpusunu da, ictimai 
xadımlərimiz  də, doğma Vətənimiz də, onun  tarixi geniĢ əraziləri 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
27 
də parçalandı, dilimizin adı da, yer-yurd adlarımız da dəyiĢdirildi, 
xalqımız  da,  xalqımızın  baĢ  bilənləri  -ziyalıları  da,  elmimiz  də, 
mədəniyyətimiz  də,  ədəbiyyatımız  və  incəsənətımiz  də  repressi-
yaların qurbanı oldu. Beləcə də, digər türk xalqları kimi Azərbay-
can  türkləri  də  70  il  bədnam  Sovet  imperiyasında  müstəmləkə 
halında yaĢadı. Lakin milli təfəkkürünü, milli düĢüncəsini, bir an 
belə, zəiflətmədi, milli müstəqillik oduna-alovlanıb yandı... 
Nəhayət,  XX  əsrin  sonuncu  onilliyində  tale  xalqımızın 
üzünə  yenidən  parlaq  Ģüalar  saçdı.  Xalqımız  özünün  azadlığına, 
suverenliyinə  və  müstəqilliyinə  yenidən  qovuĢdu.  Xalqımız  özü-
nün  dövlətini  və  dövlətçıliyini  bərpa  etdi.  Müstəqil  Azərbaycan 
Respublikasını yaratdı və müstəqil dövlətimiz BMT, digər beynəl-
xalq təĢkilatlar və dünya ölkələri tərəfindən tanındı. Beləliklə  də, 
Azərbaycan Respublikası dünyanın bütün dövlətləri arasında özü-
nə layiq yerini tutdu... Lakin tarıxi düĢmənlərimiz bununla razılaĢ-
maq  istəmədilər,  ölkəmizi  yenidən  müstəmləkə  halına  salmaq 
istədilər. О cümlədən, Rusiya və onun köməyi ilə tarixı Azərbay-
canın    qərb  torpaqlarında  xaricdən  köçürmüĢ  ermənilər  üçün 
yaradılmıĢ Ermənistan respublikası haylarının (ermənilərin) əli ilə 
tarixi  Azərbaycan  ərazısi  –  torpaqları  olan  Dağlıq  Qarabağı  və 
onun  ətraf  rayonlarını  iĢğal  etdi,  həmin  ərazilərdən  qətil  və  iĢ-
gəncələrlə  soydaĢlarımızı  zorla  çıxartıdılar,  hətta,  Rusıya  hərbi 
hıssələrinin- alayının köməyi ilə Xocalı Ģəhərində dəhĢətli faciə -
soyqırımı  törətdilər...  Lakin  Dünya  ictimayyəti  bu  soyqırımına 
hələ də göz yummaqdadır... Beləliklə də, Erməni orduları bilava-
sitə  tarixi düĢmənimiz olan Rusıyanın hərbi – texniki  yardımı və 
fars  dövlətinin  bilvasitə  köməyi  ilə  Azərbaycan  Respublikası 
ərazisinin 20%-i iĢğal etdilər. Azərbaycanın iĢğal olunmuĢ torpaq-
larının  qeyd-Ģərtsız  iĢğaldan  azad  olunması  barədə  BMT  –nin  
822, 853, 874, 884 saylı dörd qətnamələri hələ də, kağız üzərində 
qalmaqdadır.  Ermənistan  həmin  qətnamələrin  yerinə  yetirilməsi 
barədə düĢünmür də...  Çünki nə BMT, nə dıgər beynəlxalq təĢki-
latlar, nə  də  dünyanın  ―demokratiyadan‖  dəm vuran aparıcı döv-


Mədəd Çobanov 
 
 
28 
lətləri  ermənilərin-xristianların  «xətrinə  dəymək»  istəmirlər,  ikili 
siyasətlərini, hələ də, davam etdirməkdədirlər... 
Məlumdur kı, XX əsrin son rübündə və XXI əsrin ilk onil-
liyində Qərb dünyası dünya ölkələrinin və xalqalırın inteqrasiyası 
və qloballaĢması deyilən problemləri ortaya atıblar. Bəs, inteqrasi-
ya və qloballaĢma nə deməkdir? Onun arxasında hansı problemlər 
gizlənib? Bu problemlərin arxasında kimin mənafeyi dayanıb? 
Hamıya yaxĢı məllumdur ki, Azərbaycan dilində «inteqra-
siya» sözü
:
 «birləĢmə, birləĢdirmək», «qloballaĢma» sözü ısə, «yer 
kürəsində bütün insanlığı əhatə edən, bəĢəriyyat»  mənalarını bil-
dırir. 
Bəs,  bu  «birləĢmə  və  ya  birləĢdirmək»  ideyasının  arxa-
sında hansı məqsədlər dayanır?  Bu ideya, hər Ģeydən əvvəl, müs-
təmləkəçiliyin  mədəniləĢdirilmiĢ,  demokratiya  pərdəsi  arxasında 
yenidən  təkmilləĢdirilmiĢ  yeni  bir  formasıdır.  Yeni  müstəm-
ləkəçiliyin bu formasının, yəni birləĢmə pəridəsi arxasında dünya-
nın ən güclü dövlətlərinin mənafeyi gızlənir... Beləliklə də, dünya-
nın ən böyük və ən güclü dövlətləri   siyasi, iqtisadi və mədəniyyət  
sahisində zəif inkiĢaf etmiĢ kiçik dövlətlərinin mədəni yolla böyük 
dövlətlərə  birləĢdırilməsi  məqsədini  güdür.  Bir  sözlə,  birləĢmə 
ideyasının  son  məqsədi  zəif  və  kiçik  dövlətlərin  ауrı-ауrı  böyük 
dövlətlərin  asılılığına  çevrılməsi  və  son məqamda müstəqillı-
yinin ləğv edilib, bölgənin ən böyük və ən güclü dövlətlərinə bir-
ləĢdirilməsindən ibarətdir... 
Bəs,  «yer  kürəsində  yaĢayan  bütün  insanlığı  əhatə  edən; 
bəĢəriyyət»  anlayıĢlarının  arxasında  hansı  ideyalar  dayanır?    Bu 
ideyanın arxasında daha böyük ideyalar dayanır. Bu, böyük ideya-
rarın əsas məqsədi isə yer kürəsini, bütün insanlığı əhatə edən və 
ya  bəĢəriyyəti  özündə  birləĢdirə  biləcək  fövqəl  dövlətin  yaradıl-
ması ideyası dayanır. Bu ideyanın strateji məqsədi isə , dünyanın 
kiçik  dövlətlərıni  siyasi,  iqtisadi  və  mədəni  baxımdan  mədəni 
yolla sıxıĢdırıb aradan çıxarmaq və dünyada bir neçə aparıcı bölgə 
dövlətləri yaratmaqdan ibarətdir. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə