Azərbaycan Banklar Assosiasiyasının üzvləri arasında mübahisəli məsələlərə baxılması üzrə Münsiflər Məhkəməsinin



Yüklə 31,95 Kb.
tarix01.12.2017
ölçüsü31,95 Kb.
#13337


Azərbaycan Banklar Assosiasiyasının

üzvləri arasında mübahisəli məsələlərə baxılması üzrə

Münsiflər Məhkəməsinin

Əsasnaməsi
Azərbaycan Banlar Assosiasiyasının (bundan sonra ABA) Münsiflər Məhkəməsi “Məhkəmələr və hakimlər haqqında”, “Banklar haqqında”, “Beynəlxalq Kommersiya Arbitrajı haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, digər əlaqədar qanunlara və bu Əsasnaməyə uyğun olaraq sərbəst, daimi fəaliyyət göstərən Münsiflər Məhkəməsidir.
Bu Əsasnamə və onun ayrılmaz hissəsi olan Əlavə 1 – Münsiflər Məhkəməsini Reqlamenti (Əlavə № 1) - Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilir.
Maddə 1. Terminlər və anlayışlar
Bu Əsasnamə və bu Əsasnaməyə Əlavənin məqsədləri üçün aşağıdakı terminlər tətbiq olunur:
Banklarda aparılan əməliyyatlar” – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Banklar haqqında” Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına uyğun olaraq banklarda keçirilən banklar tərəfindən həyata keçirilən bütün əməliyyatlar.
Məhkəmə orqanları” – Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələr, o cümlədən xarici və iqtisadi məhkəmələr.
ABA” – Azərbaycan Banklar Assosiasiyası.

ABA üzvləri”- ABA-nın Nizamnaməsinə uyğun olaraq Assosiasiyanın üzvlüyünə qəbul olunmuş hüquqi şəxslər.

ABA-nın Münsiflər Məhkəməsi” - bu Əsasnaməyə uyğun olaraq təsis edilmiş, daimi fəaliyyət göstərən münsiflər məhkəməsi.

Münsiflər” - Münsiflər Məhkəməsi.

Münsiflər Heyəti” – Mübahisələri müzakirə etmək üçün seçilmiş və ya təyin olunmuş münsiflər, o cümlədən fərdi münsif.

Banklarda və banklar arasında yaranan mübahisələr” – banklarda və ya onların arasında həyata keçirilmiş əməliyyatlar zamanı və ya əməliyyatlar üzrə yerinə yetirilən hesablamalar zamanı yaranan mübahisələr, habelə ABA-nın təsis sənədlərinin, daxili sənədlərinin və ya ABA-nın müəyyən olunmuş orqanlarının qərarlarının izah edilməsi, tətbiq edilməsi və işlədilməsi ilə bağlı mübahisələr.


Maddə 2. ABA- nm Münsiflər Məhkəməsinin səlahiyyətləri
ABA-nın Münsiflər Məhkəməsinə bu Əsasnamənin 1-ci maddəsində izah edilmiş, Assosiasiyada yaranan mübahisələrin müzakirə edilməsi səlahiyyəti verilir. Konkret mübahisənin müzakirəsilə bağlı ABA-nın Münsiflər Məhkəməsinin səlahiyyətləri həmin məsələyə baxan Münsiflər Heyəti tərəfindən müəyyən edilir.
Maddə 3. ABA-nın Münsiflər Məhkəməsinin quruluşu
ABA-nın Münsiflər Məhkəməsi Münsiflər Heyətindən, Münsiflər Məhkəməsinin sədrindən, 2 müavin və katiblikdən ibarətdir.
Maddə 4. Münsiflər
Hüquq və ya iqtisadiyyat sahəsində ali təhsili olan, fəaliyyəti ilə bağlı xüsusi biliyə malik və münsiflər siyahısına daxil olan, hüquq sahəsində səlahiyyətli fiziki şəxsdir.
ABA-nın Rəyasət Heyəti münsiflər siyahısına daxil olunacaq namizədləri təsdiq edir.
Münsiflər siyahısı ən az 3 Münsifdən ibarət olmalıdır.
Öz vəzifələrinin yerinə yetirilməsi zamanı Münsiflər müstəqil, sərbəst və qərəzsizdirlər. Onlar tərəflərin nümayəndələri deyil.
Münsifin səlahiyyətləri onun ərizəsi, yaxud ABA-nın Rəyasət Heyəti üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul olunmuş qərarın əsasında dayandırıla bilər.
Maddə 5. ABA-nm Münsiflər Məhkəməsinin sədri və sədr müavinləri
ABA-nın Münsiflər Məhkəməsinin sədri ABA-nın Rəyasət Həyətinin qərarı ilə Münsiflər sırasından bir il müddətinə seçilir. Qərar adi səs çoxluğu ilə qəbul edilir.

ABA-nın Münsiflər Məhkəməsinin sədr müavinləri Münsiflər sırasından, Münsiflərin yığıncağında, adi səs çoxluğu ilə olmaqla, üç il müddətinə seçilir.

ABA-nın Münsiflər Məhkəməsinin Sədrinin vəzifələrinə Münsiflər Məhkəməsinin işinin təşkili və Münsiflər Məhkəməsinin reqlamentində nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi daxildır.

ABA-nın Münsiflər Məhkəməsinin Sədri olmadıqda və ya o, öz vəzifələrini yerinə yetirə bilmədikdə, Sədrin funksiyalarını onun müavini (müavinlərindən biri), sədrin və ya Rəyasət Heyətinin səs çoxluğu ilə qəbul olunmuş qərarı ilə yerinə yetirilir.


Madda 6. ABA-nm Münsiflər Məhkəməsinin məruzəçiləri
Münsiflər Məhkəməsinin Sədri tərəfindən iş qəbul olunduğu zaman, araşdırma aparılmasının təmin edilməsi üçün münsiflər sırasından iş üzrə məruzəçi seçilir. Məruzəçinin vəzifələrinə iş üzrə istintaqın aparılması və protokolun tərtib edilməsi daxildir.

Məruzəçinin iş üzrə araşdırmada iştirak etməyə hüququ yoxdur.


Maddə 7. ABA-nın Münsiflər Məhkəməsinin yerləşdiyi və iclasların keçirildiyi yer
Münsiflər Məhkəməsinin yerləşdiyi yer Bakı şəhəridir.

Zəruri hallarda Münsiflər Məhkəməsinin heyəti iclasları ABA-nın Münsiflər heyətinin yerləşdiyi yerdən fərqli olan bir yerdə keçirə bilər.


Maddə 8. Araşdırmanın aparıldığı dil
İş üzrə istintaq Azərbaycan dilində aparılır. Tərəflərdən birinin xahişi və digər tərəfin razılığı ilə istintaq başqa didə aparıla bilər.

Münsiflər Məhkəməsinin kargüzarlığının aparıldığı dil Azərbaycan dilidir.

İşə baxılma Azərbaycan dilində aparılmadığı halda, tərəflərin xahişi ilə Münsiflər Məhkəməsinin Sədri kargüzarlığın işin aparıldığı dildə aparılması haqda qərar qəbul edə bilər. Bu halda Münsiflər Məhkəməsinin işə baxılmanın və kargüzarlığın xarici dildə aparılması üçün texniki imkanları nəzərə alınmalıdır. Əgər tərəflərdən biri işin aparıldığı dili bilmirsə, Münsiflər Məhkəməsi tərəfin xahişi ilə və onun hesabına tərcümə xidmətləri təmin edir.
Maddə 9. Mübahisələrin həll edilməsi proseduru
ABA-nın Münsiflər Məhkəməsi işin aparılmasına aid olan məsələlərdə bu Əsasnaməyə, Reqlamentə və “Arbitraj yığımları, xərcləri və tərəflərin xərcləri haqqında Əsasnamə”yə əsaslanır. Bunlar kifayət etmədikdə, Münsiflər Məhkəməsi Azərbaycan Respublikası qanunvericiliyinin münsiflər məhkəməsinin keçirilməsi, sahibkarlıq fəaliyyət ilə əlaqədar yaranan mübahisələrin həll olunmasına dair müddəalarına əsaslanır.

Tərəflər arasında yaranmış və ABA-nın Münsiflər Məhkəməsində həll olunması üçün göndərilmiş mübahisə beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsi ilə bağlıdırsa və ABA-nın Münsiflər Məhkəməsi tərəfindən Mübahisəni ABA-nın Münsiflər Məhkəməsinə göndərilməsi haqqında Sazişdə başqa hallar nəzərdə tutulmayıbsa, belə mübahisəyə baxılması bu Əsasnaməyə, Reqlamentə və “Arbitraj yığımları, xərcləri və tərəflərin xərcləri haqqında Əsasnamə”yə əsaslanır. Müvafiq hallarda Münsiflər Məhkəməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini və tərəfdar çıxdığı beynəlxalq kommersiya arbitrajına aid olan beynəlxalq müqavilələri əsas götürür.



Başqa hallarda, tərəflərə eyni yanaşma tətbiq edilməsi və lazimi qaydada özünü müdafiə etmək imkanı verilməsi şərtilə, işin aparılması münsiflər heyətinin qərarı ilə həyata keçirilir.
Maddə 10. Tətbiq edilə bilən maddi hüquq
Münsiflər məhkəməsi mübahisələri tətbiq edilə bilən maddi hüquqlar əsasında həll edir. Mübahisə müqavilə əlaqələri əsasında yaranıbsa, yaranmış bank təcrübəsi, qayda və üsulları nəzərə alınmaqla müqavilə şərtləri əsas tutulur.
Maddə 11. Kommersiya və bank sirrinin saxlanması
Münsiflərin, Münsiflər Məhkəməsinin məsul katibinin işin aparılması zamanı öz vəzifələrinin yerinə yetirilməsi nəticəsində ona məlum olan, işlə bağlı məxfi xarakter daşıyan məlumatları mübahisədə iştirak edən tərəflərin, yaxud digər maraqlı şəxslərin razılığı olmadan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, aşkarlamağa ixtiyarı yoxdur.
Maddə 12.
ABA-nın Münsiflər Məhkəməsi işin aparılmasının qısa vaxtda başa çatması üçün tədbirlər görür. Arbitraj istintaqı üçün zəruri olan sənədlərin təqdim olunması müddətləri və digər prosessual müddətlərin müəyyən edilməsi zamanı Münsiflər Məhkəməsinin sədri (sədr müavini), münsiflər, məsul katib, arbitraj istintaqının müddətlərinin aşağıdakı müddətlərdən çox olmamasını təmin etməlidirlər:


  • yaranan mübahisələr üzrə Münsiflər Məhkəməsinin yarandığı vaxtdan 1 ay;

  • Münsiflər Məhkəməsinin baxılmasına təqdim olunan digər mübahisələr üzrə, bu Məhkəmənin yarandığı andan 3 ay.

Yüklə 31,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə