Azərbaycan banklarının çağdaş durumu: dəyişikliklər üçün nələr etməli?



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü0,98 Mb.
#69087


Azərbaycan banklarının çağdaş durumu:

dəyişikliklər üçün nələr etməli?

Qubad Ibadoğlu,

Beynəlxalq Mətbuat Mərkəzi, 

25 may 2016-cı  il



Azərbaycanda banklar

• Bu il mayın 1-ə olan məlumata görə, 

Azərbaycanda 43 bank fəaliyyət göstərib ki

onlardan 2-i  dövlət və 41-i özəl bankdır. Xarici 

kapitallı bankların sayı 21-dir. İlin əvvəli ilə 

müqayisədə  bankların 10  yerli filialları və 3 

nümayəndəlikləri bağlanıb. 

• Bu ilin aprelin 1-ə olan məlumata görə, 

bankların müştərilərinin sayı 5 milyon 529 min 7

ədəd olub.




Mərkəzi Bank qarşısında 

öhdəliyi olan banklar

Bankının

adı

Bankın Mərkəzi Bank qarşısında öhdəliyi

(milyon manatla)

1

“Kapital Bank”



100,000

2

“Zaminbank”



78,803

3

“Kredobank”



44,900

4

“Bank of Baku”



40,000

5

“Rabitəbank”



32,000

6

“Bank Silk Vey”



27,188

7

“AGBank”



21,000

8

“Azərbaycan Sənaye Bankı”



10,000

9

“Caspian Development Bank”



10,000

10

“Günaybank”



7,320

11

“PAŞA Bank”



3,000


Bank sektorunun çağdaş durum:

qərarlaşan tendensiyalar



Bankların vergi ödəmələri azalır. 2016-ci ilin ilk 4 ayında Azərbaycanda bank sektorundan 

vergi daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 30% azalıb.



Əhali kredit kartlarından imtina edir. Ötən ilin fevralın 1-də  1 milyon 322 min ədəd

kredit kartları fəaliyyətdə olduğu halda  bu il aprelin 1-ə qədər  542 min ədəd kredit kartları 



dövriyyədən  çıxıb və  onların  780 min ədədi dövriyyədədir.



Biznesə kredit qoyuluşu aşağı düşür. Bu ilin 1-ci rübünün yekununa görə, Azərbaycan 

banklarının və bank olmayan kredit təşkilatlarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 19 

milyard 687 milyon manat təşkil edib. Bu, fevral ayının yekunu ilə müqayisədə 3,15% və yaxud 

640,4 milyon manat azdır. Ümumilikdə ölkədə kredit qoyuluşları artıq 3-cü aydır ki, 

azalmaqdadır. Belə ki, ötən ilin sonuna nisbətən indiyədək kreditlər 1 milyard 991,2 milyon 

manat və ya 8,1% azalıb.



Fiziki şəxslərə verilən istehlak kreditləri azalır.  Bu il birinci rübündə  ev təsərrüfatlarının 

kreditləşməsi  ötən ilin eyni dövrü ilə müqayisədə 729,7  milyon manat azalaraq  7 milyard 33,9

milyon manat olub.



Depozitlər dollarlaşıb. Bu il  aprelin 1-ə cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili 

göstərir ki, xarici valyuta ilə depozitlərin cəmi depozitlərdə payı 81 faizə çatıb.



Depozit və kreditlər üzrə orta faiz dərəcələri arasında nisbət artıb.  



Ödəmə vaxtı keçmiş kreditlər çoxalıb.



Bankların çoxu rüblük hesabatlarını  dərc etmir.



Problemli kreditlər

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin aprel ayının 1-nə ölkənin 



bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta 

ekvivalentində 19687,0 milyon manat təşkil etmiş, onun 15203,4 milyon 

manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il aprel 

ayının 1-i ilə müqayisədə 4,6 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş 

kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil etmişdir.

Fitch agentliyi MDB və Gürcüstan banklarının dollarlaşması hesabatını 



açıqlayıb. Müəlliflərin fikrincə, Azərbaycan bankları Ukraynalı analoqları 

ilə birgə yüksək dollarlaşma səviyyəsinə malikdir. Onlar manatın 

devalvasiyasından ciddi ziyan görüb. Rusiya, Belarus və qazaxıstan 

bankları qismən az ziyan çəkib. Valyutaları dollardan asılı olsa da, 

Ermənistan və Gürcüstan bankları daha az çətinliklə üzləşib. Azərbaycan 

bankları qısa açıq mövqe üzündən xarici valyutada itirib. Dollarlaşma 

problemli kreditlərin artması ilə nəticələnib. İlin sonu üçün pnların payı 

10%-ə  çata bilər.



Mənbə: Dollarisation in CIS/Georgian Banking Sectors


Milli Məclisə  və Mərkəzi Banka 

birgə tövsiyələr

1) Fiziki şəxslərin iflası haqqında Qanun qəbul olunmaldır ki,  onların  

həm borclarını  qaytara bilmədiyi halda həyat şəraiti pisləşməsin, 

həm də  onların borc bazarında yenidən iştirakına müəyyən 

məhdudiyyət yaransın.

2)

Hüquqi şəxslərin müflisləşməsi haqqında qanun 



təkmilləşdirlməlidir. 

3) Müvafiq qanunvericilikdə dəyişiklik edilməklər kredit 

ombusmanın yaradılması və fəaliyyətinə dair hüquqi əsaslar 

yaradılmalıdır.

4) Problemli kreditlər agentlik yaradılmalı və problemi kredit  

portfelinin satılması üçün qaydalar formalaşdırılmaldır.

5) Sığortalananan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, 

valyuta ilə 3  faizdən 5 faizə qaldırılmaldır.

6) Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar, 

müştərilər və dövlət arasında bərabər paylaşdırılmaldır.




Mərkəzi Banka tövsiyələr

1)

Borcunu vaxtı vaxtında ödəyən vətəndaşlar üçün yenidən maliyyələşdirmə imkani 



yaradılmalidir. Konkret olaraq hansı həddə və faizdə borcu olanların kreditlərinin 

faiz həddini nə qədər aşağı salmağı, müddəti nə qədər artırmağı göstərən qaydalar 

müəyyən edilməlidir. 

2)

Müştərilərin, əsasən də aztəminatlı ailələrin ayliq kredit ödəmələrinin onlarin 



gəlirlərinin 1/3  səviyyəsində məhdudlaşdırılmaldır. 

3)

3) Antikollektor sirirkətlərinin  müştərilərə kömek etməsinə sərait yaradılmalıdır. 



Müştərilər öz  hüquqlarını  qoruya bilmeli və onlara kömək edən təskilatlardan 

yararlanmalidir. 

4)

Bankdan kredit alanlarin aktivleri yeniden dəyərləndirilməlidir, buna uyğun olaraq 



mövcud kredit sərtlərinə yenidən baxılmaldır. Bu zaman  potensial risklər   

haqqında məlumat şəffaf şəkildə müştəriyə bildirilməlidir.  Müsterilərin kredit 

reyestri yeni  risklərin müəyyənləşdirilməsində  banklara  kömək etməlki bə 

müştərilərin kredit balı sistemi yaradilmaldır. 

5)

İş yerini itirdiyinə  görə kredit borcunu ödəyə bilməyənlərə  kreditin məbləğindən 



asılı olaraq 1 ildən 3 ilədək  əlavə vaxt verilməlidir ki, onlar da  iş axtarıb tapandan 

sonra  kreditlərini qaytara bilsinlər. 

6)

Yüksək riskli kreditlərin verilmə prosesi dayandirilmaldır və belə hallara yol 



vermiş bankların itkiləri kompensasiya edilməməlidir.

7)

Bankların kapitallasma dərəcəsi  artirilsmalıdır ve Basel III prinsiplərindən nəzərdə



tutulandan azi 2 dəfə cox olmaldır. 


Maliyyə bazarlarına nəzarət palatasına 

tövsiyyələr

1) Valyuta ilə kreditlərin aşagidakı kategoriyalı seqmentlərə verilsin:



Ixrac edən və valyuta gəlirlərı olan şirkətlərə;



İstehsal avadanliglarinın   idxalı ilə məşğul olan şirkətlərə  (Bu zaman verilən kreditlər kredit

göturənə deyil, birbaşa avadanliq istehsalçısına ödənilsin);



Gündəlik istehlak mallarının (geyim, qida və s.) idxalı uçun verilən xarici valyuta ilə kreditlərlər



idxalçiların  valyuta gəlirləri/reservləri arasında əlaqə  formalaşdırılsın. 

2)

Bir fiziki/huquqi şəxsə böyük məbləğdə əsaslandirilmamış valyuta satışının 



məhdudlaşdırılsın.  Əgər hər hansı bir fiziki və ya hüquqi şəxs kontrakt (avadanlığın 

alinması və ya digər malların idxalı məqsədilə) üzrə odəniş  həyata keçirmirsə böyük 

məbləğdə valyuta əldə edə bilməz.

3)

Xaricdən cəlb edilən kredit faizlerinə maksimum hədd qoyulsun. Yəni hər hansı bir bank 



xaricdən kredit cəlb edərsə müəyyən faiz dərəcəsindən yuxarı faizlə kredit celb edə bilməz. 

Maksimum həddin müəyyən edilməsi isə  ölkənin və bankın reytinqi ilə 

əlaqələndirməlidir. 

4)

Yerli bankların səhmləri müəyyən bir qismi (məsələn 20 faizə qədəri) xarici investorlara



satılsın;

5)

Orta və kiçik biznesə (OKB) uzunmüddətli kreditlərin verilməsi  stimullaşdırılsın;



6)

Sosial yönümlü və orta və kiçik biznes üçün  uzunmüddətli kreditlərin maliyyələşdirilməsi 

üçün xarici kreditlərin cəlb edilsin və bu kreditllərə dövlət təminatı  verilsin. Bu kreditlər 

heç bir halda ticarət və ya istehlaka yöneldiməməlidir ve yalniz istehsal məqsədli olmalıdır. 




Banklar Assosiasiyasına,  AMFA-ya kommersiya 

banklarına və bank olmayan kredit təşkilatlarına  

tövsiyyələr

• 1)  Valyuta ilə olan borclara devalvasiyalardan asılı olaraq fərqli  və 

differensial yanaşılsın. Birinci devalvasiya nəticəsində itkilərə məruz 

qalanlara daha çox güzəştlər tətbiq olunsun. Birinci devalvasiyaya 

uyğun olaraq 1.05 manat = 1 dollar məzənnəsi ilə ödənişə razılaşan 

müştərilərə həm ödəniş müddətində və həm də faiz dərəcəsində 

endirim edilsin. 

• 2) Müştərilər krediti tam olaraq  əvvəlcədən bağlayırsa, o zaman 

götürdüyü kreditin muddətindən (21 fevraldan əvvəl və sonra) 

olaraq qaliq məbləğinə orta hesabla 20 faiz həcmində güzəştlər 

tətbiq edilsin.

• 3) Vaxtı keçmiş borclarını bağlayan müştərilər əlavə faiz və cərimə 

ödənişlərindən azad edilsin.

• 4) Yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə  kreditin 

məbləğindən asılı olaraq 15-25 faiz arasında mükafat təyin edilsin.

• 5) Borcunun yarısından az hissəsi qalan müştərilərə  qalıq məbləğini 

manata çevirmək imkanları yaradılsın.



DİQQƏTİNİZƏ GÖRƏ 

TƏŞƏKKÜR EDİRƏM



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə