Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
də həcmi genişlənmişdir. hazırda Bankın bütün xidmət məntəqələri Azercell, Bak-
cell, Catel və Aztelecom şirkətlərinin xidmətlərindən, habelə kommunal xidmətlərdən
istifadəyə görə əhalidən ödənişləri qəbul edir. Bununla belə, ABB-nin plastik kartlarının
sahibləri Bankın bankomatlar şəbəkəsi və “Internet Banking” xidməti vasitəsilə kommu-
nal xidmətlərindən və mobil rabitədən istifadə haqlarını ödəyə bilərlər.
ABB müştərilərə avro və ABŞ dollarında nominallaşdırılmış American Express, Thomas
Cook və Visa yol çekləri üzrə xidmətlər təklif edir. Müştərilərə Bankers Trust və ya Barc-
lays Bank kimi iri bankların buraxdığı, ABŞ dolları və funt sterlinqlə nominallaşdirılmış adlı
çeklər də təklif olunmuşdur.
2005-ci ildə respublika daxilində və xaricə təcili və adi köçürmələrin sayı və həcmi xeyli
artmışdır. Belə ki, MoneyGram təcili pul köçürmələrinə dair əməliyyatların həcmi 13,5%
artaraq, 23,37 milyon ABŞ dollarına, köçürmələrin sayı 34,7 minə çatmışdır. Bu sistemlə
köçürmələrin əsas meyarları təcililik, etibarlılıq və rahatlıqdır.
ABB ilə onun törəmə bankı – “ABB-Moskva” arasında təcili pul köçürmələrinin axını
əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, köçürmələrin həcmi 32,1% artaraq 50,7 milyon
ABŞ dollarına, sayı isə 26,6% artaraq 37,9 minə çatmışdır. “ABB-Moskva”nın Rusiyadakı
müxbir bankları ilə birgə köçürmə sistemi vasitəsilə apardığı köçürmələrin həcmi 8,4 mil-
yon ABŞ dolları, sayı isə 10,2 min təşkil etmişdir. Beləliklə, “ABB-Moskva” vasitəsilə apa-
rılan təcili pul köçürmələrinə dair əməliyyatların həcmi hesabat ilində 59,1 milyon ABŞ
dollarına çatmışdır.
Bununla yanaşı, Bank Ukraynanın ən iri banklarından olan “UkrSotsBank”la fiziki şəxs
olan müştərilər üçün hesab açmadan pul köçürmələri sistemini yaratmış, sistem
vasitəsilə təcili pul köçürmələri həyata keçirmişdir.
ABB fiziki şəxslərlə işi daim təkmilləşdirir, müştərilərin tələblərini qabaqlamağa ça-
lışır. Pərakəndə biznes sahəsində sistemli və əlaqələndirilmiş fəaliyyət, müştərilərin
tələblərinin öyrənilməsi və onların ehtiyaclarına vaxtında cavab verilməsi, müştərilər
qarşısında öhdəliklərin şərtsiz yerinə yetirilməsi, rəqabətyönlü faiz dərəcələri Bankın


A
Z
Ä
r
b
A
y
c
A
n
bu istiqamətdə fəaliyyətinin əsas
prinsipləridir.
Kredit 
əməliyyatları
2005-ci ildə Bankın kredit portfeli xeyli
artmışdır. Bu, Bankın özünün kredit
potensialının getdikcə artmasının və
xarici maliyyə qurumları ilə səmərəli
əməkdaşlığın və ən əsası isə, ölkə iqti-
sadiyyatında kreditlərə artan tələbatın
nəticəsidir. Bank iri borcalanlarla yana-
şı, kiçik və orta müəssisələrə maliyyə
dəstəyinin həcmini də genişləndirir.
Belə ki, 2004-cü illə müqayisədə he-
sabat ilində məcmu kredit portfeli-
nin həcmi 66,9%, o cümlədən fiziki
şəxslərə verilmiş kreditlər 57,5% və
hüquqi şəxslərə verilmiş kreditlər
66,8% artmışdır. Milli iqtisadiyyata
məcmu kredit qoyuluşlarında xüsu-
si çəkisinə görə ABB ölkənin bank
sistemində aparıcı mövqeyə malik-
dir. 2005-ci ilin sonuna Bankın kredit
portfeli 3,4 trilyon AZM olmuşdur.
Kredit fəaliyyəti ilə bağlı çox mühüm
və müsbət məqamlardan biri ondan
ibarətdir ki, ümumi kredit portfelində
vaxtı ötmüş kreditlərin həcmi 2004-cü
illə müqayisədə (15,9%) kəskin şəkildə
azalmış, 6,5%-ni təşkil etmişdir.
2005-ci ildə Bankın kredit siyasəti kre-
dit qoyuluşlarının məqbul riskinə əməl
olunmaqla, müştərilərin tələbatının
daha dolğun ödənilməsı şərti ilə la-
Kredit portfelinin sahələr üzrə 
bölgüsü (%)
400000
350000
300000
250000
200000
150000
100000
50000
0
2001
2002
2003
2004
2005
Kredit əməliyyatları üzrə faiz 
gəlirlərinin artımı (mln. man.)
27.8
11.1
14.5
12.6
13.6
8.4
9.5
hava nəqliyyatı
Ticarət
Dəmiryol və digər nəgliyyat növləri
Fiziki şəxslər
Tikinti
Rabitə (0.2)
Digər (0.4)
İstehsalat
hökümət idarələri
Energetika (0.3)
Lizinq (1.6)
3500000
3000000
2500000
2000000
1500000
1000000
500000
0
2001
2002
2003
2004
2005
Müştərilərə verilmiş kreditlər 
(mln. man.)


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
zımi səviyyədə gəlirliliyin təmin edilməsinə yönəldilmişdir. Bu siyasətin öncül istiqaməti
keyfiyyətli və diversifikasiyalı kredit portfelinin formalaşdırılması olmuşdur. Bu baxımın-
dan, ümumən, ABB-nin kredit portfeli həm kreditləşdirmənin məbləği və müddətləri,
həm də iqtisadiyyatın sahələri üzrə yaxşı tarazlaşdırılmışdır. Belə ki, kredit portfelinin
sahələr üzrə strukturunda istehsalat sektoruna verilmiş kreditlərin payına 27,8%, ticarət
və xidmət sektorunun payına 14,5%, nəqliyyat və rabitə, tikinti və fiziki şəxlər sektorla-
rının paylarına isə, müvafiq olaraq, 26,4%; 9,5% və 8,4% düşür. Bununla belə, Bankın
ümumi kredit portfelində dövlət sektorunun və özəl sektorun payı müvafiq olaraq,
35,9% və 50,1% təşkil etmişdir.
Məcmu kreditlərin həcmində 12 ayadək verilən kreditlər daha çox – 60,17%-dir (6
ayadək 17,55%, 6 aydan yuxarı 42,62%). 1 ildən çox müddətə verilən kreditlərin xüsusi
çəkisi 32,87%-dir.
Korporativ müştərilərlə və banklarla kredit əməliyyatlarının həcmi 66,8% və ya 1,4 tril-
yon AZM artaraq, əvvəlki ildəki 2,1 trilyon AZM-dən 3,5 trilyon AZM-ə çatmışdır.
Fiziki şəxslərin kreditləşdirilməsi sürətli inkişaf mərhələsindədir. hesabat dövründə
fiziki şəxslərə verilən kreditlərin həcmi təxminən 57,5% artaraq, 319,3 milyard
AZM təşkil etmişdir. Bank istehlak kreditləşdirməsinin müxtəlif proqramlarını təklif
edir ki, bu da əhalinin uzunmüddətli istehlak mallarına (avtomobil, mebel, məişət
texnikası və s.) və digər vacib ehtiyaclara (təhsil, turizm və s.) tələbatının stimullaş-
dırılması və təmin edilməsi alətidir. Fiziki şəxs olan müştərilərə verilmiş kreditlərin
strukturunda “skorinq” sistemi əsasında “Ekspres-kredit” bank kartları vasitəsilə
verilən istehlak kreditlərinin həcmi 6,25 milyard AZM təşkil etmişdir. Bu məhsul
Bakı şəhərində fəaliyyət göstərən Mərkəzi, Nəsimi, Yasamal, Abşeron, Binəqədi
və Nərimanov filialları tərəfindən 10-dək mağazada fiziki şəxslərə təklif edilir. ha-
zırda müştərilərə 2 növ “Ekspress-kredit” təklif olunur: “Eksklüziv” (Bankın “Əmək
haqqı kartları”nın sahibləri üçün) və “Klassik” (digər müştərilər üçün). hesabat ili-
nin sonunadək bu məhsuldan təxminən 2,7 mindən artıq müştəri istifadə etmişdir.
“Ekspress-kredit”lərdən təkrarən istifadə edilməsi meyli də xüsusi qeyd olunmalı-
dır.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 147,7 milyard AZM və ya 68,4% artaraq
361,1 milyard AZM təşkil etmişdir.
Borclar üzrə ehtimal olunan itkilər üzrə ehtiyatların həcmi əvvəlki illə müqayisədə 58,9%


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə