Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
2005-ci ilin sonunda Bank ölkədə ilk dəfə olaraq “çipli” Visa Electron kartını istifadəyə
buraxmışdır. Bu kartlar ən əvvəl pensiyaçılar və müxtəlif sosial müavinətlər alan digər
vətəndaşların bütün növ kommunal xidmətlər üzrə ödənişləri, metroda gediş haqqının
ödənilməsi üçün nəzərdə tutulur. “Çip” kartları gediş bileti, tibbi sığorta, qısamüddətli
kreditləşdirmə və s. funksiyaları yerinə yetirəcək və Bank kartları ilə əməliyyatların
təhlükəsizliyini daha da artıracaqdır.
Xarici maliyyə təsisatları ilə əlaqələr 
və layihə maliyyələşdirilməsi
ABB mövcud və perspektiv müştərilərinin ucuz və uzunmüddətli vəsaitlərə artan tələbat-
larını ödəmək məqsədilə 2005-ci il ərzində hermes, COFACE və digər ixracatın sığorta-
lanması agentliklərinin (ECA) cəlb olunmasını nəzərdə tutan Commerzbank, Bankgesel-
lschaft Berlin, Societe Generale, Credit Suisse, Japan Bank for International Cooperation
kimi maliyyə qurumları ilə müxtəlif həcmlərdə Çərçivə Sazişləri imzalamışdır.
Qara Dəniz Ticarət və İnkişaf Bankının ABB-yə 6,5 milyon ABŞ dolları məbləğində açdığı
kredit xətti üzrə 2005-ci ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən
müştərilərin 3,4 milyon ABŞ dolları həcmində ticarət əqdləri maliyyələşdirilmişdir.
2005-ci ildə Bakı şəhərində “Caspian Management Sistems” MMC-nin şüşə qabları
istehsalının təşkil olunması layihəsinin həyata keçirilməsi üçün QDİTB tərəfindən 5,0
milyon avro məbləğində kredit vəsaitinin ayrılması barədə qərar qəbul olunmuş və
22.11.2005-ci il tarixində bu vəsait 5 il müddətinə ayrılmışdır.
ABB ilə Commerzbank arasında imzalanmış Çərçivə sazişinə uyğun olaraq “General
Construction” şirkətinin Şəki şəhərində inşa etdiyi su elektrik stansiyası üçün alınan 587
min avro məbləğində olan avadanlığın maliyyələşdirilməsi üzrə Fərdi Kredit Müqaviləsi
imzalanmışdır.
“CTS AQRO” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “ANADOLU Kənd
Təsərrüfatı Məhsulları” MMC ABŞ-ın “Valmont Industries Inc.” (Valmont) şirkəti ilə kənd
58


A
Z
Ä
r
b
A
y
c
A
n
təsərrüfatı və suvarma avadanlığı və təcrübənin təchizatının maliyyələşdirilməsilə bağlı
yuxarıda sadalanan müəssisələr tərəfindən Valmont şirkətinə 19.12.2005-ci il tarixində
ümumi 6,1 milyon ABŞ dolları məbləğində 5 il müddətinə borc öhdəliklər Azərbaycan
Beynəlxalq Bankı tərəfindən təmin olunmuş (aval) və “US ExIm” bankı tərəfindən sığor-
talanmışdır.
“Azərbaycan Nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis Departamenti” MMC-nə “Tatra”
markalı yük avtomobillərinin alınması üçün Çexiya Respublikasının EGAP sığorta agentli-
yinin iştirakı ilə “Komerchni Banka A.S.” Bankı tərəfindən 09.03.2005-ci il tarixli, 9,7 mil-
yon avro həcmində olan kredit xəttinə ABB tərəfindən zəmanət məktubu verilmişdir.
Xarici maliyyə qurumları ilə əlaqələrinin keyfiyyət və kəmiyyət baxımından daha yüksək
səviyyəyə çatdırılması və ucuz vəsaitlərin cəlb olunması məqsədilə ABB dünyada tanın-
mış və bu sahədə təcrübəyə malik olan ABŞ-ın “Citi Group” və Almaniyanın Commerz-
bank-ının rəhbərliyi altında 19.08.2005-ci il tarixində 56,0 milyon ABŞ dolları həcmində,
LİBOR+2%-lə, 364 gün müddətinə Sindikatlaşdırılmış Kredit Sazişi imzalanmışdır.
Müxbir münasibətləri 
və beynəlxalq hesablaşmalar
Əvvəlki illərdə olduğu kimi, 2005-ci ildə də ABB müxbir münasibətləri sahəsində Bankın
və onun müştərilərinin tələbatlarını nəzərə almaq şərti ilə ölkədaxili və ölkədənkənar
hesablaşmaların səmərəliliyi və etibarlılığının təmin edilməsi, müştəri ödənişlərinin və
Bankın öz əməliyyatları üçün müddətlər və komissiya xərcləri baxımından maksimum
əlverişli şərait yaradılması, bankların xüsusiyyətləri və regional bazarların özünəməxsus
cəhətlərinin nəzərə alınması, banklarla qarşılıqlı fəaliyyətin fərdi sxemlərinin qurul-
ması, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq əsasında yeni kontragentlərin və
müxbirlərin cəlb olunması kimi bu və digər prinsipləri rəhbər tutmuşdur. Demək olar
ki, müştərilərə minimal risklərlə, maliyyə və vaxt məsrəfləri ilə ölkədaxili və beynəlxalq
hesablaşmaları aparmaq imkanı verən müxbir banklar şəbəkəsi artıq formalaşmışdır və il
ərzində bu şəbəkəyə yalnız cüzi dəyişikliklər edilmişdir.
hesabat ilinin nəticələrinə görə, xarici müxbir banklar vasitəsilə aparılan köçürmələrin
həcmi il ərzində təxminən 1,3 dəfə artaraq, manat ekvivalentində 38,5 trilyon AZM, o
cümlədən mədaxil 18% artaraq 19 trilyon AZM, məxaric isə 40,3% artaraq 19,5 trilyon
AZM təşkil etmişdir.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
hesabat dövründə çirkli pulların leqallaşdırılmasına və beynəlxalq terrorizmin maliyyə-
ləşdirilməsinə qarşı kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Qəbul edilmiş beynəlxalq standartlar nəzərə alınmaqla mövcud daxili nəzarət sistemi
təkmilləşdirilmiş, hər müxbir bankla əməkdaşlığın həcmi və spektri isə fərdi əsasda mü-
əyyən edilmişdir. Məsələyə bu cür yanaşma Bankda pul vəsaitlərinin köçürülməsinə sə-
mərəli monitorinq və nəzarət tətbiq olunmasına kömək etmiş, bu da şübhəli əməliyyat-
ları aşkara çıxarmağa imkan yaratmışdır.
Sənədli 
əməliyyatlar
2005-ci ildə də Bank müştərilərin ixrac-idxal fəaliyyətinə sənədli əməliyyatlar vasitəsilə
xidmət sahəsində yerli banklar arasında aparıcı mövqe tutmuşdur. Sənədli biznes
sahəsində çoxillik fəaliyyət nəticəsində qazanılmış peşəkarlıq və təcrübə Bankın rə-
qabətyönümlü üstünlükləridir. Bankın sənədli biznesinin inkişafına kömək edən əsas
amillərdən biri bu növ xidmətlərə xarici iqtisadi fəaliyyətin iştirakçıları tərəfindən sabit
tələbatın olması və müştəri bazasının genişlənməsidir. Xarici iqtisadi fəaliyyət sub-
yektlərini maliyyələşdirməyin sərfəli üsulu olan sənədli əməliyyatlar sahəsində Bankın
üstünlüyü maliyyə tərəfdaşı kimi onun beynəlxalq nüfuzuna, əhatəli müxbir bankları
şəbəkəsinə, çoxsaylı müştərilərlə və xarici tərəfdaş banklarla sabit əlaqələrə əsaslanır.
2005-ci ildə sənədli əməliyyatlar üzrə ümumi dövriyyə təxminən 1,5 dəfə artaraq,
2,47 milyard ABŞ dollarına çatmışdır (2004-cü ildə 1,69 milyard ABŞ dolları). hesabat
ilində 479 akkreditiv əməliyyatı aparılmışdır. Əvvəlki illə müqayisədə əməliyyatların sayı
təxminən 8% azalsa da, əməliyyatların həcmi, əksinə, təxminən 32% artmışdır.
hesabat dövründə 2,11 milyard ABŞ dolları məbləğində (2004-cü illə müqayisədə
62,3% çox) 122 ixrac akkreditivi avizolanmış, 358 milyon ABŞ dolları (2004-cü illə
müqayisədə 9% az) məbləğində 357 idxal akkreditivi açılmışdır. Sənədli akkreditivlər-
dən, əsasən, neft və neft məhsullarının (83%), habelə alüminiumun (13%) ixracını,
tütün sənayesi üçün müxtəlif xammalın və avadanlıqların, ərzaq məhsullarının idxalını
maliyyələşdirmək üçün istifadə olunmuşdur. Bankın əsas ticarət tərəfdaşları ixrac üzrə
Rusiya (36%), İsveçrə (23%), Böyük Britaniya (12%), honqkonq (11%), idxal üzrə isə
Türkiyə (12%), Almaniya (9%), İsveçrə (9%), Rusiya (9%), Böyük Britaniya (8%), Maca-
rıstan (7%), İtaliya (6%) və digərləri olmuşdur.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə