Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

A
Z
Ä
r
b
A
y
c
A
n
61
Akkreditivlərin təsdiqini əsas etibarilə Wachovia, Sumitomo Mitsui Bank Corporation,
Citibank, Credit Suisse, Commerzbank AG, ING Bank, Banque de Commerce et de
Placements, Calyon, UBS AG, hSBC, Bank Austria Creditanstalt AG, Bayerische hypo
und Vereinsbank, JP Morqan Chase, American Express Bank Ltd, Societe Generale və
digər tanınmış maliyyə qurumları həyata keçirmişlər. Bu məqsədlə beynəlxalq maliyyə
təsisatları tərəfindən ümumi məbləği 350 milyon ABŞ dollarından çox olan kredit xətləri
açılmışdır.
Xarici ticarət subyektlərinə verilən bank zəmanətlərinin də sayı və həcmi artmış, 2005-ci
ildə Bank müştərilərinə verilən zəmanətlərin məbləği 2004-cü illə müqayisədə təxminən
1,4 dəfə artaraq, 185,5 milyon ABŞ dolları olmuşdur.
Sənədli hesablaşmalardan əldə edilən məcmu gəlir 10,6 milyard AZM-ə çatmışdır.
İxrac akkreditivləri - 
ölkələr üzrə (%)
36
18
11
23
12
BƏƏ
Böyük Britaniya
Macarıstan
İtaliya
Latviya
Fransa
İsvecrə
Rusiya
Digər
Türkiyə
Almaniya
honq Konq
İdxal akkreditivləri - 
ölkələr üzrə (%)
9
9
4
12
4
26
9
6
6
7
8


2001-ci ildən başlayaraq Bakıda “Ənənələr və müasirlik” foto müsabiqəsi keçirilir. Müsabiqə
istedadlı  heykəltəraş,  rəssam,  ictimai  xadim  və  layihənin  ideya  ilhamçısı  Müslim  Eldaro-
vun xatirəsinə həsr olunub. Geniş humanitar proqramın bir hissəsini təşkil edən, sülh və
tərəqqi uğrunda beynəlxalq səylərin cəmləşməsinə yönəldilən bu layihənin ideyası vaxt-
sız  dünyasını  dəyişmiş  Müslim  Eldarova  məxsusdur.  hazırkı  müsabiqə  fotolayihənin  ba-
nisinin vəfatından sonra ilk dəfədir ki, keçirilib. Şəhərin ən nəhəng salonunda – Muzey
mərkəzində - müsabiqə işlərinin sərgisi açılıb. Sərgidə Avropa, Asiya və Amerikanın 15
ölkəsindən 1000-dən çox fotorəsmi tamaşaçılara təqdim olunmuşdur.


Müəlliflərin  çoxu  folklor  mövzusunda,  öz  xalqlarının  məişət  həyatının  səciyyəvi  anlarını
təcəssüm etdirən foto nümunələrini təqdim ediblər. Ən başlıcası isə budur ki, müsabiqədə
tanınmış peşəkar müəlliflərlə yanaşı, gənc fotorəssamlar da iştirak ediblər, onlardan çoxu
müxtəlif mükafat və prizlərlə təltif olunublar. Bundan əlavə, mükafatlara layiq görülmüş
bütün fotorəsmlər xüsusi kataloqda dərc olunub.
Müsabiqənin laureatları sırasında: Q. Binde (Latviya), N. Postnikov (Qazaxıstan), Q. Veliçko
(Bolqariya), İ. Səmədzadə, A. Bağırzadə, T. Məmmədov (Azərbaycan) və bir çox başqaları
vardır.





Qeyd edək ki, fotomüsabiqənin jüri tər­
kibinə Ömər Eldarov, Rasim Əliyev, Ra­
sim Əfəndiyev, Oleq Belyalov (Qazaxı­
stan), Lejek Madzik (Polşa), həmçinin 
Latviyanın məşhur foto ustası Vilhelm 
Mixaylovski daxil idilər. 
Qalib üçün ən yaxşı mükafat isə on­
ların  işlərinin  Qazaxıstanda  və  Lon­
donda nümayiş etdirilməsi olacaq. Be­
ləliklə, Azərbaycan fotorəssamlarının 
işləri dünya şöhrəti qazanmaq imkanı 
əldə edəcəklər ki, bu da Azərbaycan 
Beynəlxalq Bankının sponsorluq fəal­
iyyətinin  müsbət  nəticəsi  kimi  qeyd 
olunacaq.
Müsabiqənin təşkilatçıları əmindirlər 
ki, “Ənənələr və müasirlik” – bu sənət 
növünün gələcək inkişafına gözəl sti­
muldur  və  dünya  xalqlarının  qarşı­
lıqlı  zənginləşməsi  ideyasına  xidmət 
edəcək.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
ABB-nin TÖRƏMƏ MÜƏSSİSƏLƏRİ 
VƏ XİDMƏT ŞƏBƏKƏSİ
Törəmə müəssisələr
ABB-nin mövqelərinin möhkəmlənməsində Bankın törəmə müəssisələrinin rolu ilbəil art-
maqdadır.
2005-ci il dekabrın 31-nə Bankın törəmə müəssisələri aşağıdakı cədvəldə göstərilmişdir.
Müəssisənin adı
Nizamnamə kapitalında
ABB-nin payı, %-lə
“Azərbaycan Beynəlxalq Bankı–Moskva”
100
Beynəlxalq Sığorta Şirkəti
100
İnter Protect Re AG
100 (BSŞ)
“AzəriKard” MMC
100
“Azərilizinq Şirkəti” QSC
97,14
Aşağıda Azərbaycan Beynəlxalq Bankının şirkətlər qrupuna daxil olan müəssisələr
haqqında qısa məlumat verilir.
“Azərbaycan Beynəlxalq Bankı – Moskva”. “ABB-Moskva” Rusiyanın bank bazarın-
da 2002–ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 10 milyon avro təşkil edir.
Bankın yeganə təsisçisi ABB-dir.
“ABB-Moskva”nın Sankt-Peterburqda və Yekaterinburq şəhərində filialları və həmçinin,
Moskvada üç əməliyyat ofisi fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə bankla-
rarası əməliyyatlar, korporativ və fiziki müştərilərə xidmət daxildir. Bank Rusiya bankları
arasında kapitalın həcminə görə 280-ci, aktivlərin həcminə görə isə 360-cı yer tutur.
Bank aprel ayında Rusiya Mərkəzi Bankından fiziki şəxslərə bütün növ xidmətlər (o
68


A
Z
Ä
r
b
A
y
c
A
n
cümlədən, əmanətlərin qəbul edilməsi, plastik kartların buraxılması və s.) üçün lisenziya
almış, Əmanətlərin Sığortalanması Fonduna üzv qəbul edilmişdir.
Dekabr ayında Bank ilk plastik kartını buraxmışdır. hazırda Bank Visa International şirkə-
tinin Visa Electron, Visa Classic və Visa Gold kartlarını buraxır və onlara xidmət göstərir.
Bank öz bankomat şəbəkəsinin formalaşdırılmasında ilk addımlar atır.
Dekabr ayında Bank Raiffeisen Zentralbank Österreich Aktiengesellschaft və Raiffeisen-
bank Austria (Moscow) bankları ilə kredit müqaviləsi imzalamışdır. Kredit müqaviləsi çə-
rçivəsində “ABB-Moskva” 5 milyon ABŞ dolları məbləğində vəsait alacaqdır. İlk dəfədir
ki, “ABB-Moskva” Qərb banklarından kredit cəlb edir və bu, şübhəsiz ki, banka olan
yüksək etimadın sübutudur.
2005-ci ildə Bankın aktivləri 120,9% artaraq, 2108,9 milyon rubla çatmışdır. Bankın kre-
dit qoyuluşları 2004-cü illə müqayisədə 151,8% artaraq, hesabat ilinin sonuna 1282,5
milyon rubl təşkil etmişdir. Kapital üzrə artım 50,8% olmuş və hesabat ilinin sonuna ka-
pitalın həcmi 491,3 milyon rubl təşkil etmişdir.
“AzəriKard” MMC. “AzəriKard” MMC-nin əsas fəaliyyəti bank kartlarının hazırlanması
və dövriyyəyə buraxılması, bank kartlarının ölkədaxili və beynəlxalq nağdsız ödənişlər-
hesablaşmalar şəbəkəsində istifadə olunması və onlar üzrə aparılan hesablaşmalarla
əlaqədar xidmətlərin yerinə yetirilməsindən ibarətdir.
Cəmiyyətin nizamnamə kapitalı bütünlüklə ABB-yə məxsusdur.
2005-ci ildə “AzəriKard” MMC-də xidmət olunan bankların sayı 32-yə, bankomatların
800-ə, POS-terminalların 1300-ə, emissiya edilmiş kartların sayı isə 573 minə çatmışdır.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə