Azərbaycan beynəlxalq banki



Yüklə 4,96 Kb.

səhifə15/43
tarix14.09.2018
ölçüsü4,96 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

Uşaq yaradıcılığına dəstək – bankın xeyriyyəçi fəaliyyətinin daha bir qoludur. Artıq üçüncü
ildir ki, ABB “Dan ulduzu” Beynəlxalq Festivalının baş sponsorudur. “Dan ulduzu” bədii
yaradıcılıq  festivalında  Azərbaycan,  Türkiyə,  Ukrayna,  Qazaxıstan  və  Gürcüstanın  uşaq
evlərinin istedadlı şagirdləri iştirak edirlər. Festival nəinki uşaqların istedadlarını üzə çıxarır,
o, xalqlar arasında dostluq əlaqələrinin bərkiməsinə yardımçı olur, onları qarşılıqlı kömək
və  qarşılıqlı  anlaşmaya  səsləyir.  Uşaqlar  öz  xalqlarının  tarixini,  mədəniyyətini  və  onun
ənənələrini təmsil edirlər. Festival çərçivəsində müsabiqələr, yarışlar, teatr tamaşaları və
bayram karnavalları keçirilir və ənənəvi olaraq qala-konsertlə başa çatır.


ABB “Şərq çıraqları” uşaq ansamblının qastrollarının daimi sponsorudur. İstedadlı uşaq-
lar  Detroytda  beynəlxalq  festivalın  qonağı  olmaq  imkanını  qazanmışlar.  Bu  yaxınlarda
ansambl ABŞ səfərindən qayıtmışdır, orada uşaqlar Azərbaycanın müstəqillik gününün
şərəfinə böyük konsert vermişlər.
2005-ci ildə, Azərbaycan müasir musiqi sənətinin parlaq nümayəndələrindən biri, iste-
dadlı bəstəkar və skripkaçı Fərhanq hüseynovun yaradıcılıq gecəsi keçirildi. F. hüseynov
beynəlxalq müsabiqələrin laureatıdır: 1972-ci ildə Qərbi Berlində h. fon Karayan adına
müsabiqənin qızıl medalına layiq görülüb; 1991-ci ildə Yaponiyada keçirilmiş “İpək yolu” 





müsabiqəsinin  mükafatını  qazanıb; 
1995­ci  ildə  onun  “Yerüzündə  sülh 
olsun”  oratoriyası  BMT­nin  xüsusi 
mükafatına  layiq  görülüb.  F.Hüsey­
novun  həyatı  daim  Avropa  və  Asiya 
ölkələrinə qastrollarda keçir, buna gö­
rə də onun Vətəndə konserti – nadir 
hadisədir.
Gecədə  bəstəkarın  əsərləri,  müəlli­
fin,  həmçinin  Azad  Əliyevin  rəhbər­
liyi altında Ü.Hacıbəyov adına Azər­
baycan  Dövlət  Simfonik  Orkestrinin 
müşayiəti  ilə  Opera  və  Balet  Teatrı 
artistlərinin,  Dövlət  Xor  Kapellası­
nın  və  Bülbül  adına  məktəbin  uşaq 
xorunun  ifasında  səslənmişdir.  Kon­
sert  proqramında  Heydər  Əliyevin 
xatirəsinə həsr olunmuş “Yerüzündə 
sülh olsun” oratoriyası ilk dəfə səs­
lənmişdir.


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
İNFORMASİYA TEXNOLOGİYALARI
Bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, Bankın rəqabət üstünlükləri və bütöv-
lükdə onun işinin səmərəliliyi, xidmət strukturlarının funksional fəaliyyətinin təkmilləşdi-
rilməsi, müasir bank xidmətləri və məhsullarının tətbiqi, Bankın müştərilərinin cari və
gələcək tələbatlarının təmin edilməsi, ilk növbədə, istifadə olunan informasiya texnologi-
yalarından (İT) asılıdır.
2005-ci ildə İT üzrə 3 əsas istiqamətə - hazırda istifadə olunan MYDAS sistemi əvəzinə
yeni avtomatlaşdırılmış bank sisteminin tətbiqinə, ölkədə keçirilən denominasiyaya ha-
zırlığa, Bankın informasiya və etibarlılıq səviyyəsinin yüksəldilməsinə başlıca diqqət yetiril-
mişdir.
Müştərilərə yüksək səviyyədə bank xidmətlərinin göstərilməsi və onlara yeni bank məh-
sullarının təqdim olunması üçün yüksək keyfiyyətli yeni avtomatlaşdırılmış bank sistemi-
nin tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bank sistemləri istehsalında
dünyada qabaqcıl mövqelərdən birini tutan “İ-flex” şirkətinin dünyanın 100-dən çox
bankında uğurla tətbiq olunan “FlexCube” proqramının alınması barədə müqavilə bağ-
lanmışdır. İl ərzində bu istiqamətdə aşağıdakı işlər görülmüşdür:

 P670 modelli yeni 4 ədəd server və P615 modelli 1 ədəd server alınmış, bunlarda
yeni əməliyyat sistemi quraşdırılmışdır;

 Bankın bütün struktur bölmələrinin əməkdaşları üçün yeni sistemdə iş üzrə təlim kurs-
ları keçirilmişdir;

 yeni sistemin File Server Oracle, Application Server Oracle, FlexBranch və Business
Objects serverləri üçün avadanlıq quraşdırılmışdır;

 FlexCube sisteminin funksional imkanlarını yoxlamaq məqsədi ilə Bankda “User Accep-
tance Test”i (UAT), beş test miqrasiyası, iş rejimində sistemin funksionallığını yoxlamaq
məqsədi ilə iki stress-test keçirilmişdir;

 “Azərikard” və FlexCube sistemləri arasında interfeyslər yaradılmışdır.
hazırda “FlexCube” sisteminin Bankda tətbiqi üçün son hazırlıq işləri görülür və 2006-cı
ildə sistemin istifadəsinə başlamaq planlaşdırılır.


A
Z
Ä
r
b
A
y
c
A
n
hesabat ilində ikinci mühüm İT istiqaməti manatın denominasiyasına hazırlıq işlərinin
görülməsi idi. Bu məqsədlə “Misys” şirkətinin məsləhətçiləri ilə birlikdə manatın deno-
minasiyasında istifadə ediləcək proqramlar hazırlanmış, onların işinin yoxlanılması üçün
beş test aparılmışdır. Bankın törəmə müəssisəsi olan “AzəriKard” prosessinq mərkəzi
tərəfindən də əhəmiyyətli həcmdə işlər görülmüşdür. Bütün bunların nəticəsi kimi,
Bankda və “AzəriKad” şirkətində manatın denominasiyası uğurla həyata keçirilmişdir.
Bank kart sahiblərinə xidmətin keyfiyyətini və operativliyini yüksəltmək məqsədi ilə
müvafiq infrastrukturun optimallaşdırılmasını davam etdirmiş, Bakıda və respublikanın
ayrı-ayrı rayonlarında 150-yə yaxın bankomat və 200-dək POS-terminal quraşdırılmışdır.
Bankın bankomatlar şəbəkəsinin genişlənməsi və coğrafi baxımdan genişlənməsi, onlara
düşən iş yükünün xeyli artması bankomatlara fasiləsiz texniki xidmət göstərən struk-
turun yaradılmasını zəruri etmişdir. Struktur hesabat ilinin sonunda yaradılsa da, onun
fəaliyyəti sayəsində gün ərzində təmirə ehtiyacı olan bankomatların sayı xeyli azalmış,
nəticədə Bankın müştərilərinə göstərilən xidmətin keyfiyyəti yüksəlmişdir.
Ötən il Bank filialların müasir texnologiyalarla təchiz olunmasına da xüsusi diqqət ye-
tirmişdir. Bankın Bakı şəhərində, habelə regionlarda fəaliyyət göstərən bütün filialları
(Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fiber-optik xətt çəkilmədiyi regi-
onlar istisna olunmaqla) Mərkəzi ofisə fiber-optik xətləri vasitəsilə qoşulmuşdur. Ban-
kın bütün xidmət strukturları, o cümlədən yeni yaradılmış şöbə və filiallar tamamilə
kompyuterləşdirilmiş, köhnə avadanlıq və əməliyyat sistemləri dəyişdirilmişdir.
Bakıda və ölkənin bölgələrində ABB-nin mobil telefonlardan istifadəyə və kommunal
xidmətlərə görə ödənişləri qəbul edən xidmət məntəqələrinin sayı artırılmış, proqram
təminatı yeniləşdirilmişdir. hesabat ilində Aztelekom abunəçilərinin şəhərlərarası və bey-
nəlxalq danışıqlara görə haqların Bankın bankomatları və “Internet Banking” xidməti
vasitəsilə ödənilməsi xidməti də istifadəyə verilmişdir. Azercell şirkəti ilə birgə işlənib-ha-
zırlanan “Mobil Banking” test versiyasının təqdimatı keçirilmişdir. Xidmətin 2006-cı ildə
tətbiqi gözlənilir.
81




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə