Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

Maliyyə hesabatları 2005
97
31 dekabr 2005-ci il tarixinə Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər
1. Giriş
hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2005-ci il tarixində bitən il üçün Beynəlxalq Maliyyə hesabatı Standartlarına (“BMhS”)
uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı (Bank) və onun törəmə müəssisələri (“birlikdə “Qrup” adlandırılacaq) üçün tərtib edilmişdir.
Əsas fəaliyyət növləri. Azərbaycan Beynəlxalq Bankı 1991-ci ildə tamamilə dövlətə məxsus olan bank kimi təsis olunmuş və fəaliyyət
göstərməkdədir. 28 oktyabr 1992-ci il tarixində Bank səhmdar kommersiya bankına çevrilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bankın
elan edilmiş və buraxılmış nizamnamə kapitalının 50.2% səhmdar payını əldə etməklə, onun əsas səhmdarı olmuşdur. Bank, Azərbaycan Res-
publikasında kommersiya bank xidmətləri göstərmək məqsədilə qeydə alınmış və 30 dekabr 1992-ci il tarixindən Azərbaycan Respublikası Milli
Bankı (“ARMB”) tərəfindən verilmiş ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir. Bankın nizamnamə kapitalındakı dövlətə məxsus payın
özəlləşdirilməsi haqqında 1 mart 2005-ci il tarixli Prezident Fərmanı qüvvəyə minmişdir. həmin Fərmana əsasən hökumət Bankın nizamnamə kapi-
talında dövlətə məxsus payın hissələrə bölünüb özəlləşdirilməsi və ya açıq bazarda, eləcə də beynəlxalq maliyyə bazarlarında əlavə səhm emissiyası
yolu ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus olan payını tədricən azaldacaqdır.
Bankın baş ofisi Bakıda (Azərbaycan) yerləşir. Bankın Azərbaycan Respublikasında 36 filialı, 103 xidmət bölməsi vardır (31 dekabr 2004: 35 filial, 105
xidmət bölməsi). 31 dekabr 2005-ci il tarixinə Qrupun 1,525 işçisi vardır (31 dekabr 2004: 1,352 işçi). Bu işçilərdən 1,240 nəfəri Bankda, 58 nəfəri
Beynəlxalq Sığorta Şirkətində, 35 nəfəri Azərikard MMC-də, 7 nəfəri Azərilizinq şirkətində, 64 nəfəri “İnter” peşəkar futbol klubunda və 121 nəfəri
səhmləri bütünlüklə Qrupa məxsus olan Rusiya Federasiyasındakı törəmə müəssisəsində çalışır (31 dekabr 2004: işçilərdən 1,140 nəfəri Bankda, 45
nəfəri Beynəlxalq Sığorta Şirkətində, 30 nəfəri Azərikard MMC-də, 5 nəfəri Azərilizinq şirkətində, 54 nəfəri “İnter” peşəkar futbol klubunda və 78
nəfəri səhmləri bütünlüklə Qrupa məxsus olan Rusiya Federasiyasındakı törəmə müəssisəsində çalışır).
Qrupun hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilən törəmə, assosiasiya olunmuş və birgə müəssisələri haqqında ətraflı
məlumat 30 saylı Qeyddə açıqlanır.
24 yanvar 2002-ci il tarixində səhmləri bütünlüklə Qrupa məxsus olan törəmə müəssisə - Azərbaycan Beynəlxalq Bankı-Moskva (“ABB-Moskva”),
Rusiya Federasiyasında, Moskva şəhərində qeydiyyatdan keçmişdir. ABB-Moskvanın nizamnamə kapitalı 10,000,000 Avro təşkil edir. ABB-Moskva,
məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərən kommersiya bankıdır. ABB-Moskva, 25 yanvar 2002-ci il tarixində Rusiya Federasiyası Mərkəzi
Bankı (“RFMB”) tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərməyə başlamışdır. həmin lisenziyaya əsasən ABB-Moskva hüquqi şəxslərlə
Rus rublu və xarici valyutada bank əməliyyatları aparmaq imkanı əldə etmişdir. Qeydiyyata alındıqdan sonra ilk iki il ərzində yerli qanunvericiliyin
tələblərinə görə ABB-Moskvanın fiziki şəxslərdən depozitlər cəlb etməsinə məhdudiyyət qoyulmuşdur. 1 dekabr 2004-cü il tarixində ABB-Mos-
kva fiziki şəxslərə tam həcmli bank xidmətləri göstərmək üçün RFMB-dən lisenziya almışdır. ABB-Moskvanın əsas fəaliyyəti kommersiya bank
xidmətlərindən ibarətdir. ABB-Moskvanın hüquqi ünvanı belədir: Rusiya Federasiyası, Moskva, Tverskaya küç, 6, bina 2. ABB-Moskvanın 28 may
2003-cü il tarixində Sankt-Peterburqda və 25 avqust 2005-ci il tarixində Yekaterinburqda filialları açılmışdır.
5 fevral 2002-ci il tarixində səhmləri bütünlüklə Qrupa məxsus olan törəmə müəssisə – Beynəlxalq Sığorta Şirkəti (“Törəmə Sığorta müəssisəsi”)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Törəmə Sığorta müəssisəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi
tərəfindən 1 aprel 2002-ci il tarixində verilmiş AB 029205 nömrəli sığorta lisenziyasına və 16 avqust 2002-ci il tarixində həmin lisenziyaya edilmiş
əlavəyə əsasən fəaliyyət göstərir. Törəmə sığorta müəssisəsinin nizamnamə kapitalının artırılmasına dair Qrupun Müşahidə Şurasının 24 dekabr
2004-cü il tarixli qərarına əsasən Beynəlxalq Sığorta Şirkətinin nizamnamə kapitalı 2005-ci il ərzində AZM 20,000 milyon artırılaraq AZM 44,000
milyona çatdırılmışdır.
Törəmə sığorta müəssisəsinin təklif etdiyi xidmətlərə tibb sığortası, gəmi sahiblərinin üçüncü tərəf qarşısında məsuliyyəti, gəmi korpusunun sığorta-
sı, əmlak, bədbəxt hadisə, həyat, fərdi sığorta, bank risklərinin sığortası və təkrar sığorta daxildir. 2004-cü ildə törəmə sığorta müəssisəsi, yanğından
icbari sığorta və öhdəliklərin yerinə yetirilməməsi üzrə məsuliyyətin sığortası üçün əlavə lisenziyalar almışdır. Törəmə sığorta müəssisəsinin hüquqi
ünvanı belədir: Azərbaycan Respublikası, Bakı, C. Cabbarlı küç, 46.
Qrupun törəmə sığorta müəssisəsi olan Beynəlxalq Sığorta Şirkəti 7 oktyabr 2002-ci il tarixində İnter Protekt Re AG təkrar sığorta şirkətini yaratmış-
dır. Bu sığorta şirkəti İsveçrənin Sürix şəhərində notarial qeydiyyatdan keçmişdir. 30 saylı Qeydə baxın.
Səhmləri 100% Banka məxsus olan Azərikard MMC 3 may 1996-cı il tarixində məhdud məsuliyyətli cəmiyyət kimi yaradılmışdır. Azərikard MMC
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 4 iyul 1996-cı il tarixində dövlət qeydiyyatına alınmış və 1997-ci ildən fəaliyyət göstərməyə başla-
mışdır. Azərikard MMC, MasterCard və Visa International beynəlxalq ödəmə sistemlərinin lisenziyaları əsasında Azəbaycan Respublikasında plastik
kartlarla əməliyyatlar üzrə klirinq və prosessinq mərkəzi kimi fəaliyyət göstərir.
Azərikard MMC hal-hazırda Azərbaycan Respublikasında plastik kartlarla əməliyyatlar üzrə klirinq və avtorizasiya xidmətləri göstərən yeganə
şirkətdir. Azərikard MMC-nin hüquqi ünvanı belədir: Azərbaycan Respublikası, Bakı AZ1005, Nizami küç, 67.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə