Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
98
1.Giriş (davamı)
“Inter” peşəkar futbol klubu 20 iyun 2004-cü il tarixində Bank ilə Azərikard MMC tərəfindən yaradılmışdır və Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Bank ilə Azərikard MMC arasında imzalanmış təsis müqavilələrinə əsasən peşəkar futbol
klubunun nizamnamə kapitalı AZM 2,011 milyon müəyyən edilmişdir. Bu məbləğin AZM 1,500 milyonu Bank, AZM 511 milyonu isə Azərikard
MMC tərəfindən qoyulmuşdur. Klub Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının üzvüdür və hazırda ölkənin aparıcı peşəkar futbol
klublarından biridir.
“Azərilizinq” törəmə müəssisəsi 18 iyun 1999-cu il tarixində Qrup tərəfindən təsis edilmişdir. Şirkətin nizamnamə kapitalı AZM 1,845 milyon
təşkil edir. 29 iyul 2004-cü il tarixində törəmə lizinq müəssisəsinin nizamnamə kapitalı Qrup tərəfindən AZM 1,655 milyon məbləğində əlavə
maliyyə qoyuluşu hesabına artırılmışdır. Nəticədə, törəmə lizinq müəssisəsinin 31 dekabr 2005-ci il tarixinə nizamnamə kapitalı AZM 3,500
milyon (31 dekabr 2004: AZM 3,500 milyon) olmuşdur.
Bankın hüquqi ünvanı və fəaliyyət ölkəsi. Bankın hüquqi ünvanı aşağıdakı kimidir:
Nizami küçəsi 67,
Bakı, AZ-1005
Azərbaycan Respublikası
Əməliyyat valyutası. hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarındakı məbləğlər milyon Azərbaycan Manatı ilə (“milyon AZM”) əks
olunmuşdur.
2.Qrupun Əməliyyat Mühiti
Azərbaycan Respublikasında yeni yaranmış bazar iqtisadiyyatına xas xüsusiyyətlər, o cümlədən digər ölkələrdə sərbəst dönərli valyuta hesab
edilməyən valyutanın, xarici valyuta əməliyyatları üzrə məhdudlaşdırıcı nəzarət sisteminin mövcudluğu və nisbətən yüksək inflyasiya və iqti-
sadi artım müşahidə olunmaqdadır. Azərbaycanın bank sektoru ictimai fikirdəki mənfi dəyişikliklərə və iqtisadi şəraitə qarşı həssasdır. Bəzən
Azərbaycan iqtisadiyyatında likvidlik riskləri ilə əlaqədar olaraq bank sektoruna inamın azalması halları müşahidə olunur. Bank sektorundakı
iqtisadi tendensiyaları və aparılacaq islahatları, habelə Azərbaycanın bank sektorunda likvidlik və ya inamın azalması hallarının Qrupun
maliyyə vəziyyətinə mümkün təsirini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.
Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyində tez-tez müxtəlif şərhlər və dəyişikliklər baş verir. Bundan
əlavə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların üzləşdiyi çətinliklərə müflisləşmə haqqında qanunvericiliyin gələcəkdə
təkmilləşdirilməsi zərurəti, girovun qeydiyyatı və istifadəsi üzrə rəsmiləşdirilmiş prosedurların çatışmazlığı, eləcə də qanunvericilik və vergi
sistemi ilə bağlı digər maneələr daxildir. Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək perspektivləri hökumətin həyata keçirdiyi
iqtisadi, maliyyə və monetar islahatların effektivliyindən, eləcə də hüquqi, normativ və siyasi hadisələrin gedişatından xeyli dərəcədə asılıdır.
3.Hesabatların Tərtib Edilməsinin və Mühasibat 
Uçotunun Əsas Prinsipləri
Maliyyə hesabatlarının tərtib edilməsinin əsas prinsipləri. hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları, yenidən qiymətləndirilmiş
binalar və avadanlıqlar, eləcə də satıla bilən investisiya kağızları istisna olmaqla, Beynəlxalq Maliyyə hesabatı Standartlarına (“BMhS”) uyğun
olaraq ilkin dəyər prinsipinə əsasən hazırlanmışdır. hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas
mühasibat prinsipləri aşağıda göstərilir. həmin mühasibat prinsipləri xüsusi qeydlər göstərilmədiyi halda təqdim edilən bütün dövrlərə
müvafiq şəkildə tətbiq edilmişdir.
Konsolidasiya edilmiş maliyyə hesabatları. Törəmə müəssisələr Qrupun birbaşa və ya dolayısı ilə səsvermə hüquqlu səhmlərinin 50%-dən
artıq hissəsinə sahib olduğu və ya qazanc əldə etmək məqsədilə onun maliyyə və əməliyyat siyasətinə nəzarət etmək gücü olduğu müəssisələr
və digər təşkilatlardır. Qrupun digər müəssisəyə nəzarət etməsini müəyyənləşdirərkən istifadə edilməsi və ya dəyişdirilməsi mümkün olan
potensial səsvermə hüquqlarının mövcudluğu və təsiri nəzərə alınır. Törəmə müəssisələr, onların əməliyyatları üzrə effektiv nəzarət Qrupa
keçdiyi andan (alqı tarixindən) konsolidasiya edilmiş maliyyə hesabatlarına daxil edilir və nəzarətin itirildiyi tarixdən konsolidasiya edilmiş maliyyə
hesabatlarından çıxarılır.
Şirkətdaxili əməliyyatlar, qalıqlar və qrup şirkətləri arasındakı əməliyyatlar üzrə realizasiya olunmamış gəlirlər konsolidasiya edilmiş maliyyə
hesabatlarından silinir; realizasiya olunmamış zərərlər də dəyərin əldə edilməsi halları istisna olmaqla, konsolidasiya edilmiş maliyyə hesabat-
larından çıxarılır. Bank törəmə müəssisələri ilə birlikdə Qrup tərəfindən qəbul edilmiş qaydalara uyğun vahid uçot siyasəti tətbiq edir.


Maliyyə hesabatları 2005
99
3. Hesabatların Tərtib Edilməsinin və Mühasibat 
Uçotunun Əsas Prinsipləri (davamı)
Assosiasiya olunmuş müəssisələr. Assosiasiya olunmuş müəssisələr Qrupun səsvermə hüquqlu səhmlərinin adətən 20%-50% hissəsini
özündə cəmləşdirən və Qrupun əhəmiyyətli təsir göstərdiyi, lakin nəzarət etmədiyi müəssisələrdir. Assosiasiya olunmuş müəssisələrə inves-
tisiyalar pay iştirakı üzrə uçot metoduna əsasən qeydə alınır və əvvəlcə ilkin dəyərlə qeydə alınır. Assosiasiya olunmuş müəssisələrin balans
dəyərinə yığılmış mümkün zərərlər çıxılmaqla (əgər varsa) alqı nəticəsində yaranan qudvil daxildir. Alqı tarixindən sonra assosiasiya olunmuş
müəssisələrin mənfəət və zərərlərində Qrupun payı konsolidasiya edilmiş mənfəət və zərər hesabatında, alqı tarixindən sonra ehtiyatlar
üzrə dəyişikliklərdə payı isə səhmdar kapitalında dəyişikliklər hesabatında qeydə alınır. Əgər assosiasiya olunmuş müəssisənin zərərlərində
Qrupun payı, eləcə də hər hansı digər təminatsız alacaqları investisiyaların balans dəyərinə bərabər və ya ondan artıqdırsa, Qrup gələcək
zərərlərdəki payını (Qrupun assosiasiya olunmuş müəssisənin adından üzərinə öhdəlik götürməsi və ya ödənişlər etməsi halları istisna olmaq-
la) konsolidasiya edilmiş maliyyə hesabatlarında qeydə almır.
Qrup və onun assosiasiya olunmuş müəssisələri arasında əməliyyatlar üzrə realizasiya olunmamış gəlirlər Qrupun assosiasiya olunmuş
müəssisələrdəki payı həcmində silinir; bundan əlavə, realizasiya olunmamış zərərlər də köçürülən aktivin dəyərinin azalması üzrə əlamətlərin
mövcud olduğu hallardan başqa maliyyə hesabatlarından silinir.
Əsas ölçü anlayışları. Təsnifat formalarından asılı olaraq maliyyə vasitələri maya dəyərində, ədalətli dəyərdə və ya amortizasiya olunmuş
maya dəyərində qeydə alınırlar.
Maya dəyəri alqı zamanı aktivi almaq üçün ödənilmiş pul vəsaitləri və ya onların ekvivalentlərinin məbləği və yaxud ödənilmiş digər
məbləğlərin ədalətli dəyəridir və əməliyyat xərclərini daxil edir. Əməliyyat xərcləri maliyyə vasitəsinin alqısı, emissiyası və ya satışına birbaşa
aid olan marjinal xərcləri əks etdirir. Marjinal xərclər əməliyyatın həyata keçirilmədiyi təqdirdə yaranmayan xərcləri nəzərdə tutur. Əməliyyat
xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq
və komissiyalar, tənzimləyici agentlər və fond birjalarına ödəmələr, pul köçürmələri üzrə vergilər və rüsumlar daxildir. Borc təminatları və ya
diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya holdinq xərcləri maliyyə xərclərinə daxil edilmir.
Ədalətli dəyər kommersiya cəhətdən müstəqil əqdlər daxilində bilikli və maraqlı tərəflər arasında aktivin mübadilə edilə bildiyi və ya öhdəliyin
yerinə yetirildiyi məbləği təşkil edir. Ədalətli dəyər aktiv bazarda alınıb satılan maliyyə aktivləri üçün cari bazar qiyməti və maliyyə passivləri
üçün cari sorğu qiymətidir. Bir-birinin bazar risklərini örtən aktiv və passivlər üçün Qrup risk mövqelərinin qarşılıqlı əvəzləşdirilməsi məqsədilə
ədalətli dəyərin yaradılmasında əsas kimi orta bazar qiymətlərindən istifadə edə bilər və xalis açıq mövqeyə uyğun olaraq bazar və ya sorğu
qiyməti tətbiq edə bilər. Maliyyə vasitəsi aktiv bazarda o zaman sərbəst surətdə alınıb satıla bilən aktiv kimi qəbul edilir ki, onların qiyməti
hər hansı fond birjasından və ya maliyyə institutundan hazır və müntəzəm şəkildə əldə edilə bilsin və normal şərtlər daxilində mütəmadi
surətdə baş verən bazar əməliyyatları nəticəsində ortaya çıxan real qiymətləri əks etdirsin.
Aktiv bazarlardan başqa, kommersiya cəhətdən müstəqil əqdlər daxilində baş verən ən son əməliyyatlar cari ədalətli dəyərin əsasını təşkil
edir. Ən son əməliyyatlar nəticəsində yaranan qiymətlər cari ədalətli dəyəri əks etdirmədikdə (əgər əməliyyat məcburi və təcili satış ol-
duqda) onlar müvafiq olaraq təshih edilir. Müəssisənin məcburi, könülsüz və təcili əməliyyatlar nəticəsində aldığı və yaxud ödədiyi məbləğlər
ədalətli dəyər kimi qəbul edilə bilməz.
Müəyyən maliyyə vasitələri üçün müstəqil bazar qiymətləri haqqında məlumat mövcud olmadıqda, onların ədalətli dəyərini müəyyən etmək
üçün investisiya qoyulan müəssisələrin diskont edilmiş pul vəsaitlərinin hərəkəti və maliyyə məlumatları kimi qiymətləndirmə üsulları tətbiq
edilir. Qiymətləndirmə üsulları müşahidə edilə bilən bazar məlumatları ilə dəstəklənməyən fərziyyələrin istifadə olunmasını tələb edə bilər.
Bu fərziyyələrin hər hansı birinin mümkün alternativlə əvəzləşdirilməsi əhəmiyyətli dərəcədə fərqli mənfəət, gəlir, cəmi aktiv və passivlərin
yaranması ilə nəticələnirsə, bu halda konsolidasiya edilmiş maliyyə hesabatlarında açıqlama verilir.
Amortizasiya olunmuş maya dəyəri əsas ödəmələr çıxılmaqla, hesablanmış faizləri üstə gəlməklə maliyyə vasitəsinin və yaranmış mümkün
zərərlər üzrə hər hansı silinməni çıxmaqla maliyyə aktivlərinin ilkin qeydə alındığı məbləği əks etdirir. hesablanmış faizlərə ilkin uçot zamanı
təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniləcək məbləğ üzrə hər hansı mükafat və ya diskontun
amortizasiyası daxildir. hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon və amortizasiya olunmuş diskont ayrı olaraq
göstərilmir və müvafiq balans maddələrinin balans dəyərlərinə daxil edilir.
Effektiv faiz metodu dedikdə balans dəyəri üzrə sabit dövri faiz dərəcəsi (effektiv faiz dərəcəsi) əldə etmək üçün faiz gəlir və ya xərclərinin
müvafiq dövr ərzində bölüşdürülməsi metodu başa düşülür. Effektiv faiz dərəcəsi, maliyyə vasitəsinin gözlənilən müddəti və ya uyğun
olduqda daha qısa müddət ərzində təxmin edilən gələcək mədaxil və ya məxaric pul vəsaitlərini (kreditlər üzrə gələcək zərərlər istisna
olmaqla) maliyyə vasitəsinin xalis balans dəyərinə dəqiq diskontlaşdıran dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə alətində nəzərdə tutulan
dəyişkən faiz dərəcəsi üzrə krediti əks etdirən mükafat və ya diskont və yaxud bazar faiz dərəcələrinə uyğunlaşdırılmayan digər fərqlər istis-
na olmaqla, dəyişkən faiz vasitələri üzrə pul vəsaitləri axınını faiz dərəcələrinin dəyişdirilməsi tarixinə qədər diskont edir. Bu cür mükafat və ya
diskontlar maliyyə vasitəsinin gözlənilən müddəti ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri arasında
ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün haqlar daxildir (gəlir və xərclərin uçotu siyasətinə baxın).


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə