Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
100
3.Hesabatların Tərtib Edilməsinin və Mühasibat Uçotunun 
Əsas Prinsipləri (davamı)
Maliyyə vasitələrinin ilkin uçotu. Mənfəət və zərər hesabatında ədalətli dəyərdə göstərilən dilinq əməliyyatları üçün qiymətli kağız-
lar, derivativlər və digər maliyyə vasitələri əvvəlcə ədalətli dəyərdə qeydə alınırlar. Bütün digər maliyyə vasitələri əməliyyat xərclərini daxil
etməklə ədalətli dəyərdə qeydə alınırlar. İlkin uçot zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin uçot zamanı
yaranan gəlir və ya zərər yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Əməliyyat qiyməti eyni maliyyə
vasitəsilə müşahidə olunan digər cari bazar əməliyyatları və yaxud yalnız müşahidə olunan bazarlardan əldə edilən məlumatlara əsaslanan
qiymətləndirmə üsulu ilə sübut edilir.
Qanunvericilik və ya bazar konvensiyası ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə vasitələrinin bütün
digər alqı və satışları (“müntəzəm” alqı və satışlar), Qrupun maliyyə vasitəsini təchiz etmək öhdəliyini üzərinə götürdüyü əməliyyat tarixində
qeydə alınır. Maliyyə vasitələrinin bütün digər alqı və satışları hesablaşma tarixində qeydə alınır. həmin maliyyə vasitələrinin qüvvəyə minmə
tarixi ilə hesablaşma tarixi arasında baş verən dəyər dəyişikliyi (ilkin dəyər və ya amortizasiya olunmuş maya dəyərində qeydə alınan aktivlər
istisna olmaqla) aşağıdakı şəkildə qeydə alınır: dilinq əməliyyatları üçün qiymətli kağızlar, derivativlər və ədalətli dəyərindəki dəyişikliyi
mənfəət və zərər hesabatında qeydə alınan digər maliyyə aktivləri üçün mənfəət və zərər hesabatında; satıla bilən investisiya kağızları üçün
isə kapital hesablarında.
Pul vəsaitləri və onların ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentlərinə bir gün ərzində nağd pula çevrilə bilən məbləğlər, eləcə
də ARMB-də Azərbaycan Manatı ilə saxlanılan məcburi ehtiyatlar daxildir. Overnayt depozitlər istisna olmaqla, bütün qısamüddətli bank-
lararası yerləşdirmələr digər banklardan alınacaq vəsaitlərə daxil edilir. Bloklaşdırılmış məbləğlər pul vəsaitləri və onların ekvivalentlərindən
çıxarılır. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş maya dəyərində qeydə alınırlar.
ARMB-də xarici valyutada yerləşdirilmiş məcburi ehtiyatlar. ARMB-də xarici valyutada yerləşdirilmiş məcburi ehtiyatlar maya dəyərində
qeydə alınmaqla, Qrupun gündəlik əməliyyatlarını maliyyələşdirmək üçün nəzərdə tutulmayan məcburi ehtiyat depozitlərini əks etdirir və bu
səbəbdən konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid
edilmir.
Digər banklardan alınacaq vəsaitlər. Digər banklardan alınacaq vəsaitlər Qrup tərəfindən müxbir banklara nağd pul verildiyi zaman
qeydə alınır. Bu zaman, Qrup təsbit edilmiş və ya müəyyən edilə bilən tarixlərdə qaytarılacaq sərbəst surətdə alınıb satıla bilməyən qeyri-
derivativ maliyyə vasitəsinin ticarətini planlaşdırmır. Digər banklardan alınacaq vəsaitlər maya dəyərində qeydə alınırlar.
Müştərilərə verilmiş kreditlər və avanslar. Müştərilərə verilmiş kreditlər və avanslar Qrup tərəfindən təsbit edilmiş və ya müəyyən edilə
bilən tarixlərdə qaytarılacaq sərbəst surətdə alınıb satıla bilməyən qeyri-derivativ maliyyə vasitəsinin müştəridən alınması və ya buraxılma-
sı məqsədilə nağd pul verildiyi zaman qeydə alınır. Bu halda Qrup həmin maliyyə vasitəsinin ticarətini planlaşdırmır. Müştərilərə verilmiş
kreditlər və avanslar maya dəyərində qeydə alınırlar.
Amortizasiya olunmuş maya dəyərində qeydə alınan maliyyə aktivləri üzrə mümkün zərər. Maliyyə aktivinin ilkin uçotundan sonra
baş vermiş bir və ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış və etibarlı şəkildə təxmin edilə bilən maliyyə aktivi və ya maliyyə
aktivləri qrupu üzrə gələcək pul vəsaitlərinin məbləğinə və ya vaxtına təsir göstərən mümkün zərərlər mənfəət və zərər hesabatında qeydə
alınırlar. Qrup ayrıca qiymətləndirilən maliyyə aktivi (əhəmiyyətli və ya əhəmiyyətsiz) üzrə mümkün zərərlərin baş verməsinə dair hər hansı
obyektiv sübutun mövcud olmadığını müəyyən etdikdə, o, həmin aktivi analoji kredit riskinə malik olan maliyyə aktivləri qrupuna aid edir və
onları mümkün zərərlərə qarşı kollektiv şəkildə qiymətləndirir.
Aktivlər üzrə mümkün zərərlərin kollektiv şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri analoji kredit risk xüsusiyyətlərinə əsasən
qruplaşdırılır. həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə üzrə şərtlərinə uyğun olaraq borcalanlar tərəfindən bütün məbləğlərin
ödənilməsi qabiliyyətinin göstəricisi olmaqla, bu cür aktivlər qrupu üzrə gələcək pul vəsaitləri hərəkətinin təxmin edilməsi üçün uyğundur.
Mümkün zərərlərə qarşı kollektiv şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupuna daxil olan pul vəsaitlərinin gələcək hərəkəti həmin
aktivlərin müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, rəhbərliyin keçmişdə baş vermiş zərər halları nəticəsində vaxtı keçəcək məbləğlərin
həcmi ilə münasibətdə təcrübəsinə və vaxtı keçmiş məbləğlərin geri ödənilməsinə əsasən təxmin edilir. Keçmiş dövrlərə təsir göstərməyən
cari şəraitin təsirini əks etdirmək və cari dövrdə mövcud olmayan keçmiş şәraitin təsirini aradan qaldırmaq məqsədilə əvvəlki təcrübə
müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənir.
Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş
gələcək zərərlər istisna olmaqla) silmək üçün aktivlər üzrə mümkün zərərlər ehtiyat hesabında qeydə alınırlar. Girov qoyulmuş maliyyə aktivi
üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması girovun əldə edilməsi və satılması xərcləri çıxılmaqla, girov
nəticəsində yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini əks etdirir.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə